Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə11/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   113

-

 

Maliyyə-kredit  və  pul  siyasətinin  həyata 



keçirilməsini təmin edir; 

-

 



Dövlət  iqtisadi  proqramının  həyata  keçirilməsini 

təmin edir; 

-

 

Nazirliklərə  və  digər  mərkəzi  icra  hakimiyyəti 



orqanlarına rəhbərlik edir, onların aktlarım ləğv edir; 

-

 



Azərbaycan  Respublikasının  Prezidentinin  onun 

səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir. 

Azərbaycan Respublikasının Konstitusiyasının 120-ci 

maddəsinə  əsasən  ümumi  qaydalar  müəyyən  etdikdə 

Nazirlər  Kabinet  qərarlar,  digər  məsələlər  üzrə  sərəncam 

qəbul  edir.  Əgər  Azərbaycan  Respublikasının  Nazirlər 

Kabinetinin  qərar  və  sərəncamlarında  başqa  qaydalar 

nəzərdə  tutulmayıbsa,  qərar  və  sərəncamlar  dərc  edildiyi 

gündən  qüv-  v^əyə  minir.  (Azərbaycan  Respublikasının 

Konstitusiyası, maddə 120, bənd 2.) 

Hal-bazırda 

Azərbaycan  Respublikasında  İcra 

hakimiyyətinin  mərkəzi  orqanlarının  bir  neçə  təşkilati  - 

hüquqi forması mövcuddur: 

1.

 

Azərbaycan Respublikasının nazirliyi



2.

 

Azərbaycan Respublikasının dövlət komitəsi; 



3.

 

Komitə, xidmət; 



4.

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti 



yanında xüsusi idarə (təşkilat). 

5.

 



Digər orqanlar 

İcra  hakimiyyəti  orqanları  dövlət  idarəetməsinin 

aşağıdakı sahələri üzrə fəaliyyət göstərirlər: 

a)

 



iqtisadi  sahədə.  Bu,  kənd  təsərrüfatı,  iqtisadi 

inkişaf və s. nazirliklərdir; 



-

39




b)

 

sosial-mədəni  ləaliyyət  sahəsində;  Səhiyyə, 



Təhsil, Mədəniyyət və Nazirliyi və s

c)

 



inzibati-siyasi 

fəaliyyət 

sahəsində-müdafiə, 

ədliyyə,  daxili  işlər,  xarici  işlər  və  s.  nazirlikləri,  dövlət 

mühafizə xidmətləri və s. 

Bütün  mərkəzi  orqanlar  xüsusi  səlahiyyətə 

malikdirlər.  Onlara  həvalə  edilmiş  idarəçilik  sahələrinə 

rəhbərlik  edirlər,  onlar  sahəvi  və  sahələrarası  funksional 

xarakterli  olurlar.  Onlar  bilavasitə  Nazirlər  Kabinetinə 

tabedirlər.  Prezidentin  və  hökumətin  aktları  əsasında 

fəaliyyət göstərirlər. 

Hər  bir  mərkəzi  orqan  haqqında  Əsasnamə 

Azərbaycan Respublikası Prezidenti və ya onun göstərişi ilə 

hökumət  tərəfindən  təsdiq  edilir.  Onların  fəaliyyətinin 

hüquqi əsasını xüsusi əsasnamələr təşkil edir. 

Nazirlər  Kabineti  nazirliklərin,  mərkəzi  aparatların, 

dövlət  komitələrinin  və  icra  hakimiyyətinin  digər  mərkəzi 

orqanlarının  işçilərinin  sayını  müəyyən  edir,  onların  təmin 

edilməsi  üçün  büdcədən  ayrılan  vəsaitin  miqdarının 

müəyyənləşdirir.  Lazımi  hallarda  ayrı-ayrı  məsələlərin 

həllini onlara həvalə edə bilər. 

Bir qayda olaraq İcra hakimiyyətinin hər bir mərkəzi 

orqanı  müəyyən  bir  idarəyə  rəhbərlik  edir,  onun  mərkəzi 

funksiyalarını yerinə yetirir və idarə qarşısında duran bütün 

istehsalat  və  bununla  yanaşı  iqtisadi  -  ekoloji,  xüsusi 

vəzifələrin yerinə yetirilməsini təmin edir. 

Adətən  mərkəzi  orqanlar  bu  sxem  üzrə  öz 

funksiyalarım qururlar: 

1.

 

Rəhbərlik (mərkəzi hakimiyyəti orqanının başçısı, 



onun  müavinləri,  kollegiya,  komitə,  elmi  idarə  və  digər 

şuralar); 



-

40




2.

 

İstehsalat struktur bölmələri, hansılar ki, iddiaların 



təşkil olunmasına səbəb olan və həmin vəzifələri bilavasitə 

yerinə yetirən xidmətlərə rəhbərlik edir (DİN-də bu cinayət 

axtarış xidmətidir, DYP-İ xidməti və s.); 

3.

 



İdarə  çərçivəsində  daxili  təşkiiati  fəaliyyətlə 

məşğul olan qərargah bölmələri Imühasibat, kadrlar və s.). 

“Nazirlik”, “Komitə”, “Müfəttişlik” sözləri ikili məna 

bildirir və ya müxtəlif anlayışları ifadə edirlər. . 

Birincisi, 

nazirlik 

dövlət  komitəsi,  icra 



hakimiyyətinin  mərkəzi  orqanı  olub,  inzibati  idarəyə, 

idarənin  mərkəzi  aparatına  və  onun  qərargahına  rəhbərlik 

edir. İkincisi isə nazirlik və komitə bu nazirlik və komitənin 

sistemidir, yəni inzibati idarənin sistemidirlər. 

Yuxarıda  icra  hakimiyyətinin  mərkəzi  orqanlarının 

bütün  təşkilati-hüquqi  formalarına  aid  olan  əlamətlər  qeyd 

edildi.  Lakin  onların  xidmət  sahələrinin  biri  digərindən 

fərqlənir: 

1.

 

Nazirliklər mərkəzi vahid rəhbərlikli və bir qayda 



olaraq  sahəvi  orqanlardır.  Onları  Prezident  təşkil  edir, 

dəyişdirir və ləğv edir. Nazirləri Prezident vəzifəyə təyin edir 

və vəzifədən azad edir. 

Nazirlikdə təkbaşına nazir rəhbərlik edir və o da öz 

vəzifəsi üzrə hökumətin tərkibinə daxildir, əmrlər verir,- öz 

müavinləri bölüşdürür. Nazirliklərdə iclaslar kollegial orqan 

olan  kollegiyalar  vasitəsilə  təşkil  edilir.  Onlar  bir  qayda 

olaraq 


nazirliyin 

rəhbər 


işçilərindən 

ibarətdirlər. 

Kollegiyanın  sədri  nazirdir.  Kollegiyanın  qərarları  nazirin 

əmri ilə həyata keçirilir

2.

 

Dövlət  komitələri  —  sahələrarası  idarəçiliyi 



həyata keçirən mərkəzi orqanlardır. Onlar geniş funksional 

-

41




Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə