Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə10/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   113

Konstitusiyanı, 

Azərbaycan 

Respublikasının 

qanunlarını,  verdiyi  andı  pozduğuna  görə  Azərbaycan 

Respublikasının  Konstitusiyası  ilə  Prezident  siyasi 

məsuliyyəti  nəzərdə  tutulub.  Belə  hərəkətlərinə  görə  öz 

vəzifəsindən  kənar  edilə  bilər.  Prezidentə  onun  xüsusi 

aparatı  olan  Prezident  İcra  Aparatı  vasitəsilə  xidmət 

göstərilir. 

Prezidentin  İcra  Aparatı  əsasən  fərman  və  digər 

aktların layihələrini hazırlayır, müxtəlif iclasların hazırlığını 

görür, kütləvi informasiya vasitələrilə əlaqələr saxlayır, icra 

orqanlarının 

fəaliyyətinə, 

Prezidentin 

fərman 


və 

sərəncamlarının yerinə yetirilməsinə nəzarət edir. 

Azərbaycan Respublikasının Konstitusiyasının 

113-


 

cü  maddəsinə  əsasən  ümumi  qaydalar  müəyyən 

etməklə  Azərbaycan  Respublikasında  Prezident  fərmanlar 

qəbul edir, digər məsələlərə görə isə sərəncam.lar verir. Əgər 

Azərbaycan  Respublikasının  Prezidenti  fərman  və 

sərəncamlarda başqa qayda nəzərdə tutulmayıbsa, onda bu 

fərman və sərəncamlar dərc olunduğu gündən qüvvəyə minir 

(Azərbaycan  Respublikasının  Konstitusiyası,  maddə  113, 

bənd 20), 

Azərbaycan Respublikasının Konstitusiyasının 

114-

 

cü  maddəsinə  əsasən  icra  səlahiyyətlərinin  həyata 



keçirilməsinin 

təşkili 


məqsədi 

ilə 


Azərbaycan 

Respublikasının  Prezidenti  Azərbaycan  Respublikasının 

Nazirlər  Kabinetini  yaradır.  Konstitusiyasının  114-cü 

maddəsinin 

2- 

ci 


bəndinə 

əsasən 


Azərbaycan 

Respublikasının 

Nazirlər 

Kabineti 

Azərbaycan 

Respublikasının Prezidentinin icra hakimiyyətlərinin yuxarı 

orqanıdır.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti 

Azərbaycan  Respublikasının  Prezidentinə  tabedir  və  onun 

qarşısında cavabdehdir. 

-

36




Azərbaycan Respublikasının Nazirlər Kabinetinin iş qaydası 

Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən 

edilir. 

Azərbaycan Respublikasının Konstitusiyasının 

115-

 

ci  maddəsinə  əsasən  Azərbaycan  Respublikasının 



Nazirlər Kabinetinin tərkibinə Azərbaycan Respublikasının 

Baş naziri, onun müavinləri, nazirlər və digər mərkəzi icra 

hakimiyyəti orqanlarının rəhbərləri daxildir. 

Nazirlər  Kabineti  -  Azərbaycan  Respublikasının 

hökuməti  icra  hakimiyyətinin  yuxarı  orqanıdır.  O,  dövlət 

idarəçilik  orqanları  sisteminə  rəhbərlik  edir,  onların 

razılaşdırılmış  və  qarşılıqlı  fəaliyyətlərini  təmin  edir, 

konstitusiya  və  qanunlarla  Azərbaycan  Respublikasına  aid 

olan  dövlət  idarəçiliyi  məsələlərini  həll  etmək  hüququna 

malikdir. 

Ümumi  səlahiyyətli  idarəçilik  orqanı  kimi  Nazirlər 

Kabineti  ölkənin  bütün  həyat  sahələrində  geniş 

səlahiyyətlərə malikdir. İqtisadiyyat sahəsində hökumət əsas 

iqtisadi  inkişaf  proqramlarının  layihələrini  hazırlayır, 

iqtisadi  proseslərlə  məşğul  olur.  Bütün  mülkiyyət 

formalarının əlaqəliliyi əsasında azad sahibkarlıq üçün şərait 

və kredit sisteminin möhkəmləndirilməsini təmin edir, vahid 

qiymət siyasətini yeridir, təbii resurslardan səmərəli istifadə 

olunması üçün şərait  yaradır. Nazirlər Kabineti Respublika 

büdcəsinin layihəsini hazırlayır, təsdiq olunması üçün Milli 

Məclisə göndərir və onun icrasını təmin edir. 

Prezident  və  Milli  Məclis  tərəfindən  qəbul  edilən 

aktlar,  dövlət  büdcəsi  və  digər  büdcədənkənar  fondlardan 

maliyyələşdirilməsi ilə əlaqədar tələb olan qərarlar. 

-

37




hökumətin. Nazirlər Kabinetinin qəbul etdiyi qərarı əsasında 

qəbul edilir. 

Hökumət  sosial  inkişaf  proqramını  hazırlayır, 

səhiyyəni, xalq təhsilini təşkil edir, mədəniyyətin inkişafına 

zəmin yaradır. Onun fəaliyyətinin əsas istiqamətlərindən biri 

sosial  təminata  rəhbərlik  etmək,  vətəndaşların  bu  qrupu 

üzərində inzibati qəyyumluq sistemini təkmilləşdirməkdir. 

Hökumətin  fəaliyyətinin  əsas  istiqaməti  dövlətin 

maraqlarının, vətəndaşların hüquq və azadlıqlarının müdafiə 

olunması, müdafiə qabiliyyətinin və dövlət təhlükəsizliyinin 

təmin  olunmasıdır.  Azərbaycan  Respublikasının  xarici 

dövlətlər  və  beynəlxalq  təşkilatlarla  münasibəti,  xarici 

iqtisadiyyat fəaliyyəti , elmi - texniki və mədəni əməkdaşlıq 

sahəsinə rəhbərlik onun üzərinə qoyulmuşdur. 

Tapşırılan vəzifələrin bir hissəsini Nazirlər Kabineti 

bilavasitə  özü,  əsasən,  ona  tabe  olan  orqanlar  vasitəsilə 

yerinə yetirir. 

O,  icra  hakimiyyətinin  mərkəzi  orqanlarının  işini 

istiqamətləndirir, onların fəaliyyətini Naxçıvan MR Nazirlər 

Kabinetinin  və  yerli  icra  hakimiyyətlərinin  və  s.  işini 

yoxlayır və istiqamətləndirir. O, ona tabe olan mərkəzi icra 

hakimiyyəti  başçılarının  Azərbaycan  Respublikasının 

qanunvericiliyinə. Prezidentin və hökumətin aktlarına zidd 

olaraq çıxardığı qərarları ləğv etmə hüququna malikdir. 

Azərbaycan  Respublikasının  Konstitusiyasının 

119-cu  maddəsində  Azərbaycan  Respublikasının  Nazirlər 

Kabinetinin səlahiyyətləri qeyd edilir və orada göstərilir

-  Azərbaycan  Respublikasının  dövlət  büdcəsinin 

icrasını təmin edir; 

-

38




Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə