Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə12/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   113

hakimiyyətə malikdirlər. Onlar Prezidentin tərəfindən təşkil 

edilir, dəyişilir və ləğv edilir. Dövlət komitələrinin rəhbərləri 

Prezidentin sərəncamı ilə təyin edilir və işdən azad edilir, öz 

vəzifələrinə görə hökumətin tərkibinə daxildirlər. 

İcra  hakimiyyəti  orqanı  kimi  Dövlət  komitəsi  iki 

qrup vəzifəni yerinə yetirir: 

a)

 

ona həvalə olunmuş sahədə sahələrarası  (funksional) 



idarəçiliyi.  Bu  xarici  təşkilati  fəaliyyətdir  və  onun  həyata 

keçirilməsi orqanın əsas vəzifələridir

b)

 

ona tabe oLan təşkilatlara xətti rəhbərliyi, orqan daxili 



idarəçiliyi. 

Sahələrarası  nizamasalma  kollegiallıq  əsasında 

həyata  keçirilir.  Belə  məsələlər  üzrə  əhəmiyyət  kəsb  edən 

qərarlar kollegiyanın üzvləri  ilə birgə qərar şəklində qəbul 

edilir.  Kollegiyanın  üzvləri  dövlət  komitəsinin  rəhbər 

işçilərindən, digər idarələrin nümayəndələrindən və aparıcı 

alimlərdən  Azərbaycan  Respublikası  hökuməti  tərəfindən 

təyin  edilir.  Dövlət  komitəsinin  sahələrarası  fəaliyyətinə, 

orqandaxili  idarəçiliyə  operativ  rəhbərliyi  onun  Sədri 

təkbaşına həyata keçirir. 

Sədr  öz  vəzifəsinə  görə  Azərbaycan  Respublikası 

hökumətinin  tərkibinə  daxildir.  O,  əmrlər,  sərəncamlar 

vermək, 

öz 


müavinləri 

arasında 

səlahiyyətlərini 

bölüşdürmək hüququna malikdir. 

S.Üçüncü  qrup  mərkəzi  orqanlar  komitələr, 

xidmətlər,  nəzarət  orqanları,  müfəttişliklər  adlanır.  Bir 

qayda  olaraq  bunlar  funksional  və  ya  qarışıq  səlahiyyətli 

orqanlar  olub,  sahələrarası  hakimiyyət  səlahiyyətlərinə 

malikdirlər.  Onlar  sahələrarası  əlaqələndirmə,  nəzarət  və 

sahələrarası digər funksiyalarla məşğul olurlar. Bu orqanlar 

Prezident 

-

42




tərəfindən  təşkil  edilir,  dəyişdirilir  və  ləğv  edilir.  Onların 

rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti tərəfindən 

işə təyin və azad edilir, hökumətin tərkibinə daxil edilir. Bu 

mərkəzi  orqanlar  qrupunda  elələri  vardır  ki,  onlar  xüsusi 

qanunlar  əsasında  fəaliyyət  göstərirlər  və  bu  qanunlar 

müvafiq  idarələrin,  onların  mərkəzi  orqanlarının  işini 

nizama  salır.  Məsələn:  “Sanitar-epidemioloji  sağlamlıq 

haqqında” Azərbaycan Respublikasının Qanunu və s.. 

4.

 

Azərbaycan  Respublikası  Nazirlər  Kabineti 



yanında  lazımi  hallarda  komitələr,  baş  idarələr  və  digər 

idarələr  yaradıla  bilər.  Elmi  ədəbiyyatda  onları  xüsusi 

orqanlar adlandırırlar. Onların rəhbərlərini Nazirlər Kabineti 

təyin edir, lakin onlar onun tərkibinə daxil deyillər. 



§3.2. Yerli icra hakimiyyəti orqanları 

Azərbaycan 

Respublikasının 

Konstitusiyasının 

124-cü maddəsinə uyğun olaraq “Yerlərdə icra hakimiyyətini 

yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər”. 

Yerli 

icra 


hakimiyyətlərinin 

səlahij^ətləri 

Azərbaycan  Respublikasının  Prezidentinin  “Yerli  icra 

hakimiyyəti haqqında” 16 iyun 1999-cu il tarixli 138 nömrəli 

Əsasnaməsi ilə müəyyən edilmişdir. 

Yerli icra hakimiyyəti başçısının fəaliyyəti aşağıdakı 

prinsiplərə əsasən həyata keçirilir: 

-

 



vətəndaşların 

qanuni 


mənafelərinin, 

hüquq 


və 

azadlıqlarının müdafiəsi

-

 

müvafiq  ərazinin  əhalisinin  rifahının  yaxşılaşdırılması 



naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının 

təmin edilməsi. 



-

43




-

 

qanunçuluq; 



-

 

dövlət mənafelərinin və yerli mənafelərin uzlaşdırılması; 



-

 

aşkarlıq və ictimaiyyətin fikrinin nəzərə alınması. 



İcra 

hakimiyyəti 

başçılarını 

Azərbaycan 

Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad 

edir. 


İcra  hakimiyy'əti  başçıları  öz  işlərinə  görə 

Azərbaycan 

Respublikasının 

Prezidenti 

qarşısında 

məsuliyyət daşıyırlar. 

İcra  hakimiyyəti  başçısının  ikili  vətəndaşlığına, 

başqa dövlətlər qarşısında öhdəliyinə yol verilmir, habelə o, 

din xadimi ola bilməz. 

İcra  hakimiyyətlərinin  başçıları  eyni  zamanda  heç 

bir başqa seçkili və ya təyinatlı' vəzifə tuta bilməzlər. Elmi, 

pedaqoji  və  yaradıcılıq  fəaliyyətindən  başqa  heç  bir 

sahibkarlıq,  kommersiya  və  digər  ödənişli  fəaliyyətlə 

məşğul  ola  bilməzlər,  vəzifə  maaşından,  habelə  elmi, 

pedaqoji  və  yaradıcılıq  fəaliyyətinə  görə  aldığı  vəsaitdən 

başqa məvacib ala bilməzlər. 

“Yerli icra hakimiyyəti haqqında” Əsasnamədə icra 

hakimiyyəti başçılarının vəzifə və səlahi]yyətləri göstərilir. 

Yerli  icra  hakimiyyəti  başçılarının  səlahiyyətləri 

aşağıdakı sahələr üzrə müəyyən edilir: 

-

 

planlaşdırma , büdcə , maliyyə və uçot sahəsində



-

 

sərəncam  verilmiş  əmlak  və  ərazisində  yerləşən 



müəssisə, idarə və təşkilatlarla münasibətdə səlahiyyətləri

-

 



memarlıq  fəaliyyəti,  tarix  və  memarlıq 

abidələrinin qorunması sahəsində

-

 

kənd təsərrüfatı üçün yararlı torpaqlardan istifadə 



və təbiəti mühafizə sahələrində ; 

-

44




Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə