Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə20/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   113

sından,  habelə  Azərbaycan  Respublikasının  fəxri  adlarının 

almasından  ibarətdir.  Dövlət  qulluqçularının  orden  və 

medallarla təltif olunması vo onlara fəxri adların verilməsi 

haqqında  əsasnamələr  və  qaydalar  qanunvericiliklə 

müəyyən edilir. 

Dövlət  orqanlarında  dövlət  qulluqçuları  barəsində 

tətbiq  edilmiş  inzibati-tənbehi  tədbirlərindən  şikayət 

edilməsi  qaydası  haqqında  Əsasnaməyə  Azərbaycan 

Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 571 

nömrəli Fərmanı ilə təsdiq edilmişdir. 

Fərmanda aşağıdakılar qeyd edilmişdir: 

1.

 



Bu  Əsasnamə  “Dövlət  qulluğu  haqqında” 

Azərbaycan  Respublikasının  Qanununa  və  digər  normativ 

hüquqi  aktlar  uyğun  olaraq  hazırlanmış  və  dövlət 

orqanlarında  dövlət  qulluqçuları  barəsində  tətbiq  olunmuş 

intizam tənbehi tədbirlərindən şikayət verilməsi ilə əlaqədar 

yaranmış məsələləri tənzimləyir. 

2.

 

Hər bir dövlət qulluqçusunun ona həvalə olunmuş 



vəzifələrin  yerinə  yetirilməsinə  və  yaxud  lazımi  şəkildə 

yerinə  yetirilməsinə,  həmçinin  “Dövlət  qulluğu  haqqında” 

Azərbaycan  Respublikasının  Qanunu  və  digər  normativ 

hüquqi  aktlarla  müəyyən  edilmiş  məhdudiyyətlərə  əməl 

olunmamasına  görə  tətbiq  olunmuş  intizam  tənbehi 

tədbirindən şikayət vermək hüququ vardır. 

3.

 

Tətbiq  olunmuş  intizam  tənbehi  tədbirinin  ləğv 



edilməsi üçün dövlət qulluqçusu 7 gün ərzində Azərbaycan 

Respublikasının  Prezidenti  yanında  Dövlət  Qulluğu 

Məsələləri  üzrə  Komissiyaya  şikayət  verə  bilər.  Dövlət 

qulluqçusunun  xəstə  olduğu,  yaxud  məzuniyyətdə, 

ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. 

71

-

 



4.

 

Şikayətlər  yuxarı  dövlət  qulluğuna  idarəetmə 



orqanının  rəhbərinə  yazılı  şəkildə  təqdim  edilir.  Ərizəyə 

aşağıdakı sənədlər əlavə edilir : 

4.1.

 

Əmək kitabçasında çıxarış ; 



4.2.

 

İntizam  tənbehinin  verilməsi  haqqında  əmrin 



surəti ; 

4.3.


 

İntizam  tənbehi  verilməzdən  əvvəl  dövlət 

qulluqçusundan alınmış izahat. 

5.

 



Azərbaycan  Respublikasının  Prezidenti  yanında 

Dövlət  Qulluğu  Məsələləri  üzrə  Komissiya  şikayətə  rəsmi 

daxil olduğu gündən sonra 10 gün ərzində baxır. 

6.

 



Azərbaycan  Respublikasının  Prezidenti  yanında 

Dövlət  Qulluğu  Məsələləri  üzrə  Komissiya  tətbiq  edilmiş 

intizam  tənbehi  tədbirinin  ləğvi,  yaxud  qüvvədə  qalması 

barədə müvafiq qərar qəbul edir. 

7.

 

Dövlət qulluqçusu və ya intizam tənbehi tədbirini 



tətbiq etmiş dövlət orqanının rəhbəri Komissiyanın qərarı ilə 

razılaşmadıqda bu qərardan 7 gün müddətində Azərbaycan 

Respublikasının  Dövlət  Qulluğunu  İdarəetmə  Şurasına 

yazılı  şəkildə  şikayət  verə  bilər.  Şikayətə  yuxarı  dövlət 

qulluğunu idarəetmə orqanının qərarı və 4-cü bənddə qeyd 

edilən digər sənədlər əlavə olunur. 

8.

 

Azərbaycan  Respublikasının  Dövlət  Qulluğunu 



İdarəetmə Şurası şikayət rəsmi daxil olduğu gündən sonra 15 

gün müddətində şikayətə baxır. 

9.

 

Azərbaycan  Respublikası  Qulluğunu  İdarəetmə 



Şurası  tətbiq  edilmiş  intizam  tənbehi  tədbirinin,  habelə  bu 

məsələyə  dair  Azərbaycan  Respublikasının  Dövlət 

Qulluğunu  İdarəetmə Şurası  tətbiq  edilmiş intizam  tənbehi 

tədbirinin, habelə bu məsələyə dair Azərbaycan Respub- 

72

-

 



likasımn Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə 

Komissiyanın  qərarının  ləğvi,  yaxud  qüvvədə  saxlanması 

barədə müvafiq qərar qəbul edir. 

Bu qərarın icrası intizam tənbehi tədbirini tətbiq etmiş 

dövlət  orqanı  və  yuxarı  dövlət  qulluğunu  idarəetmə  orqanı 

üçün məcburidir. 

10.

 

Şikayət 



təqdim 

edilən 


Azərbaycan 

Respublikasının  Prezidenti  yanında  Dövlət  Qulluğu 

Məsələləri  üzrə  Komissiyanın  və  ya  Azərbaycan 

Respublikasının  Dövlət  Qulluğunu  İdarəetmə  Şurasının 

tələbi ilə şikayətlə əlaqədar müvafiq dövlət orqanından əlavə 

sənədlər tələb oluna bilər. 

11.

 

Dövlət  qulluqçusu  Azərbaycan  Respublikasının 



Dövlət Qulluğunu İdarəetmə Şurasının qərarı ilə razılaşma- 

dıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun 

olaraq məhkəməyə müraciət edə bilər. 

12.


 

Dövlət  qulluqçusu  intizam  tənbehi  verilərkən 

qanunvericiliyin  tələblərinin  və  onun  hüquqlarının 

pozulduğunu  iddia  edərsə,  Azərbaycan  Respublikasının 

Prezidenti  yanında  Dövlət  Qulluğu  Məsələləri  üzrə 

Komissiyaya müraciət edə bilər. 

Dövlət  qulluqçularına  həvalə  olunmuş  vəzifələrin 

yerinə  yetirilməsi  və  yaxud  lazımi  şəkildə  yerinə  yetiril- 

məməsi, həmçinin, müəyyən edilmiş məhdudiyyətlərə əməl 

olunmaması,  qanunda  başqa  qayda  nəzərdə  tutulmayıbsa 

intizam məsuliyyətinə səbəb olur. 

Dövlət  qulluqçularına  aşağıdakı  intizam  tənbeh 

tədbirləri tətbiq oluna bilər : 

-töhmət; 



73

-

 


Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə