Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə18/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   113

Hər  bir  dövlət  qulluqçusu  tutduğu  vəzifədən  asılı 

olmayaraq aşağıdakı vəzifələr malikdir: 

-

 

qanunvericilik  və  dövlət  orqanlarının  qəbul 



etdikləri başqa normativ- hüquqi aktları həyata keçirməli

-

 



rəhbərlərin  öz  səlahiyyəti  hüdudunda  verdikləri 

əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli ; 

-

 

dövlət  orqanında  müəyyən  edilmiş  qulluq 



reqlamentinə riayət etməli; 

-

 



başqa  dövlət  qulluqçularının  işini  çətinləşdirən, 

yaxud işlədiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək 

hərəkətlərə yol verməməli; 

-

 



vətəndaşların,  müəssisə,  idarə  və  təşkilatların 

müraciətlərinə  vaxtında  baxmalı  və  öz  səlahiyyətləri 

hüdudunda onları qərəzsiz həll etməli

- lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi 

ilə əlavə iş görməli; 

-

 



dövlət  sirrini  və  qanunla  mühafizə  edilən  digər 

sirri  həmişə,  o  cümlədən,  işdən  çıxdıqdan,  istefaya  və  ya 

pensiyaya getdikdən sonra da saxlamalı; 

-

 



vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan 

və  vətəndaşların  şəxsi  həyatı,  şərəfi  və  ləyaqəti  ilə  bağlı 

məlumatları  gizli  saxlamalı  və  qanunla  nəzərdə  tutulmuş 

hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb 

etməməli ; 

-

 



qulluq etdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və 

əmlak  vəziyyəti  haqqında  maliyyə  hesabatı  verməli,  orada 

əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməli; 

-

 



qanunvericilikdə  müəyyən  edilmiş  hallarda  və 

qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli. 



64

-

 



başqa yerdə işləri və ya başqa vəzifələri icra etməli

-

 



qanunvericilikdə  müəyyən  edilmiş  hallarda  və 

qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırıqların və 

funksiyaların  icrasına  yararlı  olub-olmamasının  müəyyən 

edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli ; 

-

 

qulluq etikası normalarına əməl etməlidir. 



Tutduğu vəzifənin səlahiyyətlərini müəyyən edən 

xüsusi  hüquq  və  vəzifələr  dövlət  orqanının  vəzifə  və 

funksiyalarından törəyir və onun səlahiyyətlərini ifadə edir. 

Xüsusi  hüquq  və  vəzifələr  qanunlarda  və  qanun  qüvvəli 

aktlarda 

(nizamnamələrdə, 

əsasnamələrdə, 

vəzifə 


təlimatlarında  və  digər  normativ-hüquqi  aktlarda)  əks 

edilmişdir. Belə ki, polis əməkdaşının tutduğu vəzifəyə aid 

edilən  hüquq  və  vəzifələri  “Polis  haqqında”  Azərbaycan 

Respublikası  Qanunun  13-27-ci  maddələrində  təsis 

edilmişdir. Məsələn: PPX əməkdaşının hüquq və vəzifələri. 

Dövlət  qulluqçularının  dövlət  qulluğuna  qəbul 

olunarkən  hüquq  və  vəzifələrindən  əlavə  olaraq,  dövlət 

qulluqçusu könüllü olaraq qanunvericiliklə müəj^ən edilmiş 

qadağaları və məhdudiyyətləri də öz üzərinə götürür. 

Bu  qadağalar  və  məhdudiyyətlər  Azərbaycan 

Respublikasının  “Dövlət  qulluğu  haqqında”  qanunun  20-ci 

maddəsində qeyd edilmişdir. Dövlət qulluqçusunun ixtiyarı 

yoxdur: 

-dövlət orqanlarında əlavə ödəniş vəzifə tutmağa ; -elmi 

yaradıcılıq fəaliyyəti istisna olmaqla, işlədiyi dövlət orqanı 

rəhbərinin icazəsi olmadan pedaqoji və başqa ödənişli 

fəaliyyətlə məşğul olmağa ; 

-dövlət  orqanının  və  ya  yerli  özünüidarə  orqanının 

işləri üzrə üçüncü şəxslərin vəkili olmağa 

-

65




-seçki  komissiyalarının  həlledici  səs  hüquqlu  üzvü 

olmağa; 


-istefaya getdikdən, işdən və ya pensiyaya çıxdıqdan 

sonra  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 

müəyyən edilmiş müddət ərzində öz qulluq fəaliyyətinə aid 

olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr 

olan  məsələlər  barədə  informasiyadan  üçüncü  şəxslərin 

xeyrinə istifadə etməyə ; 

-

 

işlədiyi dövlət orqanı rəhbərinə bildirmədən xarici 



ölkənin vəsaiti hesabına oraya getməyə ; 

-

 



qulluq  vəzifələrini  icra  etdiyi  dövrdə  siyasi 

partiyaların fəaliyyətində iştirak etməyə ; 

-tətillərdə  və  dövlət  orqanlarının  işini  pozan  digər 

hərəkətlərdə iştirak etməyə; 

-

 

dini  təbliğ  etmək  üçün  dövlət  qulluqçusunun 



statusundan istifadə etməyə və dövlət orqanlarının tabeliyin- 

dəki  obyektlərdə  dini  mərasimlərin  keçirilməsinə  rəsmi 

xarakter verməyə. 

Dövlət qulluqçusu bu tələblərə zidd hərəkət etdikdə, 

əgər  qanunvericilikdə  ayrı  qayda  nəzərdə  tutulmayıbsa, 

xəbərdarlıq  aldıqdan  otuz  iki  gün  ərzində  o,  dövlət 

qulluğuna,  yoxsa  başqa  fəaliyyətə  üstünlük  verdiyini  özü 

üçün müə}^ən edərək gəldiyi qərar barəsində qulluq etdiyi 

dövlət orqanının rəhbərinə məlumat verməlidir. 

Dövlət  aparatının  effektivli  fəaliyyəti  üçün  dövlət 

qulluqçularının 

qanunvericiliklə 

müəyyən 

edilmiş 


təminatlar sistemi mühüm rol oynayır. 

Dövlət qulluqçuları aşağıdakılara təminat verilir: 

1.

 

Dövlət  qulluqçusunun  layiqli  həyat  səviyyəsini 



təmin edən dövlət məvacibi və digər ödənişlər

-

66




Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə