1999-cu il tarixli Qanununda öz əksini tapır :
1.
Polisdə xidmətə könüllülük əsasında. Şəxsi və iş
keyfiyyətlərinə, fiziki hazırlığına, sağlamlıq vəziyyətinə və
təhsil səviyyəsinə görə polisin üzərinə düşən vəzifələri
yerinə yetirməyə qadir olan, hərbi xidmətə getmiş və ya polis
təhsil müəssisələrini bitirmiş, yaşı 20-dən aşağı olmayan
Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.
Burada müstəsna hal kimi Azərbaycan Respublikası
DİN-ni Polis Akademiyasına 17 yaşına çatmış şəxslər təhsil
üçün qəbul edilirlər. Bu DİO -da xidmətə qəbul deyil, təhsil
almaq üçün qəbul olmaqdır;
2.
Polisə xidmətə qəbul edilmiş şəxslər müəyyən
edilmiş qaydada hazırlıq kursları
keçirlər;
3.
İkili vətəndaşlığı olan, digər dövlətlər qarşısında
öhdəlikləri olan şəxslər, din xadimləri, fəaliyyət
qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti
məhkəmə tərəfindən müəyyənləşdirilmiş, cinayət törətdiyinə
görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət
işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş,
əvvəllər işdə ciddi nöqsanlara, polisdə xidmətlə bir araya
sığmayan fəaliyyətlə məşğul olmasına, polisdə xidmətə tam
yararsız olmasına, polis əməkdaşlarının adma ləkə gətirən
ləyaqətsiz hərəkətlərə görə polisdən və digər hüquq -
mühafizə orqanlarından xaric edilmiş şəxslər polisdə
xidmətə qəbul edilə bilməzlər;
4.
Polisdə xidmətə qəbul edilmiş şəxslər və polis
təhsil müəssisələrinin müdavimləri hərbi mükəlləfiyyət
qeydiyyatından çıxarılmır və Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata
salınırlar;
-
93
-
5.
Hər bir polis əməkdaşı təsdiq edilmiş nümayəndə
xidməti vəsiqəsi alır;
6.
Polisdə xidmətə qəbul və xidmətkeçmə qaydaları
təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir;
7.
Polis əməkdaşı vəzifəsinin icrasına başlamazdan
əvvəl təntənəli şəraitdə şəxsi heyətin qarşısında Azərbaycan
Respublikasının dövlət bayrağı önündə and içir;
8.
Polis əməkdaşının səlahiyyətləri and içdiyi
vaxtdan başlanır. Polis əməkdaşı onun mətnin imzalayır və
bu sənəd onun şəxsi işində saxlanılır:
Polis əməkdaşlarının Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyənləşdirilmiş xüsusi rütbələr almaq
hüququ vardır;
9.
Polis əməkdaşı heç bir başqa seçimli və təyinatlı
vəzifə tuta bilməz, elmi, pedaqoji və yaradıcılıq
fəaliyyətindən başqa heç bir sahibkarlıq kommersiya və
digər ödənişli fəaliyyətlə məşğul ola bilməz, əmək
haqqından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə
görə aldıqları vəsaitdən başqa məvacib ala bilməz;
10.
Polis əməkdaşı siyasi fəaliyyətlə məşğul ola
bilməz və siyasi partiyaların
üzvü ola bilməz;
11 .DİO-da xidmətin xüsusiyyətlərindən biri də
attestasiyadır. Sırayi və rəis heyəti Azərbaycan Respublikası
DİN-nin tərəfindən müəyyən edilmiş müddətlərdə bilavasitə
rəisləri tərəfindən attestasiya olunurlar. Attestasiyada həmin
şəxsin xidməti fəaliyyətinə, onun işgüzarlıq və şəxsi
keyfiyyətlərinə, xüsusi hazırlıq dərəcəsinə əsaslandırılmış
qiymət verilir, attestasiya olunan şəxsin xidmət üzrə gələcək
fəaliyyəti və işi barədə verilən tövsiyələrin məzmunu
göstərilir.
-
94
-
Attestasiya həmin şəxslərə onların bilavasitə rəisləri
tərəfindən elan edilir, eyni zamanda, attestasiyanın
obyektivliyinə,
çıxarılan
nəticələrin
və
göstərilən
məsləhətlərin əsaslılığına görə şəxsi məsuliyyət daşıyırlar.
12.
DİO-nun sıravi və rəis heyəti üçün xüsusi xidmət
intizamı müəyyən edilir. Müvafiq Fərman əsasında təsdiq
olunan DİO-nun İntizam Nizamnaməsi ilə nizama salınır;
13.
Xidməti vəzifələrini yerinə yetirmək üçün DİO-
nun əməkdaşlarına xüsusi dövlət hakimiyyət səlahiyyətləri
verilir. Onlar inzibati və digər məcburetmə tədbirlərinin,
silahın tətbiqinə qədər məcburetmə tədbirlərini də istifadə
etmək hüququna malikdirlər;
14.
DİO-nun əməkdaşları üçün öz xidməti
vəzifələrini yerinə yetirən zaman qanunla əlavə təhlükəsizlik
təminatları verilmişdir;
15.
DİO-nun xidmətinin əsas xüsusiyyətlərindən biri
də odur ki, bu fəaliyyət inzibati-siyasi xarakter daşıyır;
16.
DİO-da xidmət vahid rəhbərlik əsasında təşkil
edilir;
17.
DİO-da
xidmətə
ancaq
Azərbaycan
Respublikasının vətəndaşları qəbul edilə bilər.
DİO-da xidmət işçilərdən yüksək xidməti borcu və
məsuliyyət
hissini,
intizamlığı,
əməksevərliyi,
iş
qabiliyyətliliyi, təşəbbüskarlığı, dözümlülüyü, təmkinliliyi
və nəzakətli olmağı tələb edir. Qanunçuluğa riayət olunması
DİO- nun işçilərinin fəaliyyətində xüsusilə böyük əhəmiyyət
kəsb edir. DİO-nun əməkdaşının iş mədəniyyətinə, xidmətə
\'ə xidmətdən kənar davranışına yüksək tələblər qoyulur.
95