Refleks mərkəzləri



Yüklə 18,45 Kb.
tarix29.11.2023
ölçüsü18,45 Kb.
#140842
referat 4747


Refleks mərkəzləri
Hələ keçən əsrlərdən bəri belə fikir yaranmışdır ki müəyyən fizioloji funksiyalar beynin ayrı- ayrı hissələrinin fuksiyaları beynin ayrı- ayrı hissələrinin funksiyalrı ilə əlaqədardır. Bu cür nahiyələr “mərkəz” kimi qəbul edilmişdir. Lakin “mərkəz”ə verilən anatomik və fizioloji məna çox məhdud xarakter daşıyır,”mərkəz” kimi beyində muəyyən bir kiçik zona ,məhəlli anatomik subsrat götürülür. Sinir mərkəzlərinə bu cür dar lokalizm noqteyi-nəzərdən baxılması, ona dinamik sistem kimi yanaşılmasını inkar edir. Funksiyaların dinamik sitem kimi yerləşməsi ideası İ.P.Pavlova məxsusdur .İ.P.Pavlov fikrincə mürəkkəb reflektor aktlar heç vaxt yalnız bir mərkəzdən asılı ola bilməz,onun həyata keçməsi üçün mərkəzi sinir siteminin ən müxtəlif səviyyələrində formalaşan mexanizmlər işə qoşulmalıdır.
Dar mənada “mərkəz” müəyyən reflektor aktı təmin edən neyronlar yığınıdır. Daha geniş mənada “mərkəz” mürəkkəb reflektoraktların icrası üçün çoxlu sinir elementləri qruplarının funksional birləşməsi başa düşülür.
Reflekslərin bir çox xassəsi , o cümlədən,onların yaranma sürəti, intensivliyi, reaksiyanın kəmiyyət və keyfiyyət göstəriciləri reflektor yolun mərkəzi hissəsini təşkil edən sinir hüceyrələrinin quruluşundan və funksional xüsusiyyətlərindən asılıdır.
Reflektor mərkəzlərin lokallaşdırdığı yerlər muxtəlif yollarla öyrənilir. Bu məqsədlə beynin muəyyən hissələrini,törəmələrini qıcıqlandırıb hansı hansı reflektor reaksiyalarda dəyişiklik yarandığını izləyirlər. Yaxud beynin ayrı-ayrı nahiyyələrini cərrahi yolla çıxarmaqla hansı funksiyanın söndüyünü və ya pozğunluğunu öyrənillər və.i. mərkəzi sinir sisteminin hər hansı bir nahiyyəsini qıcıqlandırdıqda bu və ya digər fizioloji reaksiya surətlənir və ya zəifləyərsə, həmin məhdud sahə ilə reaksiya arasında daha sıx əlaqə olduğu güman edilir. Bir neçə misal göstərək. İtin beyin yarımkürələri qabığının sensomotor şöbəsini qıcıqlandırdıqda onun ön ətrafları yığılır, deməli ,həmin şöbə ayağın yığılmasını təmin edən mərkəzdir. Beyin qabığının ənsə payın kəsib götürsək, heyvanda görmə qabiliyyəti itir, bu isə onu göstərir ki,ənsə oayında görmə mərkəzi yerləşir. Beyin borusunu uzunsov beyin nahiyyəsində kəsdikdə heyvanda tənəfüs hərəkətləri dayanır ,ancaq bir qədər yuxarı hissədə kəsildikdə tənəffus aktları qalır, deməli uzunnsov beynin ilk kesik aparılan hissəsində tənəffüs yerləşmişdir. Elecə də arxa beynin muxtəlif sahələrinin kəsilib götürülməsi, burada bir sıra reflektor mərkəzləri öyrənməyə imkan verir.
Mərkəzi sinir sistemində funksional mərkəzlərin yerləşməsi mənzərəsi hələlik tam öyrənilməmişdir. Bundan ,başqa beyin toxumasının ayrı-ayrı mərkəzlərə bölünməsi şərti xarakter daşıyır. Hətta muəyyən refleksin əmələ gəlməsində müvafiq mərkəzin nə dərəcədə rol oynadğı haqda dəqiq demək olmur. Hər hansı funksiyanın tənzimində xüsusən mürəkkəb reflektor aktlarda təkcə ayrı-ayrı neyronlarbqrupu deyil,mərkəzi sinir sisteminin külli miqdarda neyronları iştirak edə bilir
Sinir “mərkəzləri” bu və ya digər funksiyaları tənzim edən ,reflektor aktları həyata keçirən mürəkkəb neyron “ansambllarından” təşkil olunmuşdur. Müasir fiziologiyada sinir mərkəzləri anlayışına məhz bu cür baxış geniş yayılmışdır. Neyron “ansamblında” ayrı- ayr neyronların polu eyni deyil, funksiyanın heyata keçdiyi anda onların bəzilərinin iştirakı vacibdirsə digərlərinin iştirakı bir o qədər zəruri deyil ,onlar bir-birini əvəz edə bilər.
Sinir mərkəzlərinin bir sıra səciyyəvi xüsusiyyətləri vardır. Onlarda oyanma bir tərəfli keçirilir. Bu refleks qövsündə və ya refleksin qapalı zəncirində sinir impulslarının istiqamətli hərəkətini təmin edir. Bir tərəfli keçirmə MSS-i neyronları üçün xüsusi əhəmiyyət kəsb edir. Sinir mərkəzlərində qıcığın bir neyrondan digərinə ötürülməsi sinir lifinə nisbətən zəif gedir.
Yüklə 18,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə