Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə24/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   113

dirlər. Uşağa qulluq etmək üçün məzuniyyətdə olan qadınlar 

işə  çıxdıqdan  sonra  bir  ildən  tez  olmayaraq  növbəti 

attestasiyadan keçməlidirlər. 

-Attestasiyanın  keçirilməsi  üçün  sədrdən,  katibdən 

və  azı  beş  komissiya  üzvündən  ibarət  tərkibdə  attestasiya 

komissiyası  təsdiq  edilir.  Tərkibi  vaxtaşırı  dəyişən 

attestasiya  komissiyasına  yüksək  ixtisaslı  mütəxəssislər, 

dəvət edilmiş elmi ekspertlər daxil olurlar. 

-Attestasiyadan  keçməli  olan  hər  bir  dövlət 

qulluqçusuna  attestasiyanın  başlanmasına  ən  azı  2  həftə 

qalmış  onun  bilavasitə  rəhbəri  tərəfindən  hazırlanmış 

xidməti  xasiyyətnamə  verilir.  Xasiyyətnamədə  işçinin 

şəxsiyyətinə  hərtərəfli  qiymət  verilir,  fərdi  xüsusiyyətləri, 

güclü və zəif cəhətləri, keçən dövr ərzindəki işinin nəticələri 

göstərilir.  Sonrakı  attestasiyalarda  komissiyaya,  həmçinin 

əvvəlki attestasiyanın attestasiya vərəqəsi təqdim edilir. 

Attestasiyadan  keçən  işçi  onun  barəsində  verilən 

xasiyyətnamə  ilə  qabacadan  attestasiyaya  ən  azı  2  həftə 

qalmış tanış olmalıdır. İşçi attestasiyadan keçirilərkən onun 

işlədiyi struktur bölməsinin  rəhbəri orada iştirak etməlidir. 

Attestasiya  komissiyası  attestasiyadan  keçən  işçinin 

fəaliyyəti  haqqında  onun  məlumatını  dinləyir  və  təqdim 

edilmiş materialların nəzərdən keçirir. 

Dövlət  qulluqçusu  üzrlü  səbəb  olmadan  attestasiya 

komissiyasının iclasına  gəlmədikdə komissiya attestasiyam 

onsuz keçirə bilər. 

Dövlət  qulluqçusunun  attestasiyasının  nəticələri 

əsasında  attestasiya  komissiyası  aşağıdakı  qiymətlərdən 

birini verə bilər; 

-tutduğu vəzifəyə uyğun gəlir

 

86

-

 



-işini  yaxşılaşdırsa  və  komissiyanın  tövsiyələrini 

yerinə  yetirsə,  bir  ildən  sonra  təkrar  yoxlamadan  keçmək 

şərti ilə tutduğu vəzifəyə uyğun gəlir

-tutduğu vəzifəyə uyğun gəlmir. 

Attestasiya  komissiyası  attestasiyanın  nəticələri 

əsasında  ayrı-ayrı  dövlət  qulluqçularının  qazandıqları 

müvəffəqiyyətlərə  görə  mükafatlandırılması,  müvafiq 

vəzifələr  üzrə  vəzifə  maaşlarının  dəyişdirilməsi,  vəzifə 

maaşlarına 

əlavələr 

müəyyən 

edilməsi, 

əlavələrin 

dəyişdirilməsi  və  ya  ləğv  edilməsi,  irəli  çəkilmək  üçün 

ehtiyata  daxil  edilməsi,  vəzifələrin  aşağı  salınması  və  ya 

tutduğu  vəzifədən  azad  edilməsi  haqqında  tövsiyələr  verə 

bilər.  Habelə,  attestasiyadan  keçən  şəxslərin  ixtisasının 

yüksəldilməsi,  qulluq  fəaliyyətinin,  işinin  nəticələrinin 

yaxşılaşdırılması  barədə  təkliflər  irəli  sürə  bilər.  Bu  halda 

komissiya müvafiq təkliflər irəli sürərkən hansı mülahizələrə 

əsaslandığını 

göstərməlidir. 

Dövlət 

qulluqçusunun 



fəaliyyətinə  verilən  qiymət,  komissiyanın  tövsiyələri 

attestasiyadan keçən şəxsin iştirakı olmadan açıq səsvermə 

yolu ilə qəbul edilir. 

Attestasiya və səsvermə təsdiq edilmiş tərkibdə olan 

attestasiya  komissiyasının  üzvlərinin  ən  azı  üçdə  iki 

hissəsinin iştirakı ilə keçirilir. 

Səsvermənin  nəticələri  səs  çoxluğu  ilə  müəyyən 

edilir.  Səslər  bərabər  olduqda  attestasiyadan  keçən  dövlət 

qulluqçusu tutduğu vəzifəyə uyğun gələn sayılır. Attestasiya 

komissiyasının  üzvü  olan  dövlət  qulluqçusu  attestasiyadan 

keçərkən  səsvermədə  iştirak  edir.  Attestasiyanın  nəticələri 

əsasında  səsvermədən  dərhal  sonra  dövlət  qulluqçusuna 

bildirilir. 

-

87




Attestasiyanın  nəticələri  (qiymət  və  tövsiyə)  bir 

nüsxədə  tərtib  edilən,  sədr,  katib  və  attestasiya 

komissiyasının  səsvermədə  iştirak  etmiş  üzvləri  tərəfindən 

imzalanan 

attestasiya 

vərəqinə 

(əlavəyə) 

yazılır. 

Attestasiyadan  keçən  dövlət  qulluqçusunun  attestasiya 

vərəqi  və  xasiyyətnaməsi  onun  şəxsi  işində  saxlanılır  və 

onların bir surəti attestasiyadan keçən dövlət qulluqçusunun 

özünə verilir. 

Attestasiya  komissiyasının  verdiyi  qiymət  və 

tövsiyələr nəzərə alınmaqla və qüvvədə olan qanunvericiliyə 

riayət 

edilməklə 



ayrı-ayrı 

dövlət 


qulluqçularının 

qazandıqları  müvəffəqiyyətlər  müqabilində  maddi  və 

mənəvi  cəhətdən  mükafatlandırılması,  onların  vəzifə 

maaşlarına  əlavələr  müəyyən  edilməsi,  əlavələrin 

dəyişdirilməsi  və  ya  ləğv  edilməsi,  iş  ixtisasının 

artırılmasına 

göndərilməsi, 

dövlət 


qulluqçusunun 

vəzifəsinin  yüksəldilməsi  və  ya  aşağı  salınması, 

attestasiyanın  nəticələrinə  görə  tutduğu  vəzifəyə  uyğun 

gəlmədiyi aşkara çıxan dövlət qulluqçusunun vəzifədən azad 

edilməsi haqqında qərarlar qəbul edilir və ya attestasiyadan 

keçən  şəxsin  diqqəti  qulluq  vəzifələrinin  icrasındakı 

nöqsanlara  və  ya  fəaliyyətinin  nəticələrinin  zəif  olmasına 

cəlb edilir. 

Həmin qərarlar dövlət qulluqçusunun attestasiyadan 

keçdiyi gündən sonra ən geci 2 ay müddətində qəbul edilir. 

Bu müddət keçdikdən sonra həmin attestasiyanın nəticələri 

əsasında  dövlət  qulluqçusunun  vəzifə  maaşının  aşağı 

salınmasına,  ona  əlavənin  azaldılmasına  və  ya  ləğv 

edilməsinə, dövlət qulluqçusunun vəzifədən azad edilməsinə 

icazə verilmir. 

Dövlət qulluqçusunun xəstə və mə

20

iniyyətdə olması 



vaxtı həmin 2 ay müddətinə daxil edilmir. 

-

88




Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə