Dövlət qulluğu haqqında
Azərbaycan Respublikasının Qanunu
I
fəsil. Ümumi
müddəalar Maddə 1. Qanunun
məqsədi
Bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu
sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan
münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə
bağlı məsələləri tənzimləyir.
Maddə 2. Dövlət qulluğu
2.1.
Dövlət qulluğu Azərbaycan Respublikasının
Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun
olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata
keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə
səlahiyyətlərini yerinə yetirməsidir.
2.2.
Bu Qanun icra, qanunvericilik və məhkəmə
hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu
keçən qulluqçulara şamil edilir.
2.3.
Prokurorluq,
ədliy>'ə,
milli
təhlükəsizlik,
müdafiə, fövqəladə hallar, sərhəd xidməti, daxili işlər,
gömrük, vergi, xarici işlər və feldyeger rabitəsi
orqanlarında, Azərbaycan Respublikasının Milli Bankında
dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi
bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının
dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna
qəbulun müsabiqə və şəffaflıq əsasında həyata
keçirilməsinə, dövləf qulluqçü-
-
96
-
larinin fəaliyyətinin qiymətləndirilməsinə və dövlət
qulluğunun digər prinsiplərinə aid müddəaları nəzərə
alınmaqla, Azərbaycan Respublikasının.başqa qanunları ilə
tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun
xüsusi növüdür.
Bu orqanların (Azərbaycan Respublikasının Milli
Bankı istisna olmaqla) aparatlarında çalışan və hərbi və ya
xüsusi rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan
işçilər - xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas
dərəcəsi olmayan fəhlə və s. istisna olmaqla) bu qanun şamil
edilir.
2.4.
Bu Qanunda başqa hal nəzərdə tutulmayıbsa, bu
Qanun
Azərbaycan
Respublikasının
Prezidentinə,
Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına,
Azərbaycan Respublikasının Baş nazirinə və onun
müavinlərinə, Azərbaycan Respublikası məhkəmələrinin
hakimlərinə, Azərbaycan Respublikasının İnsan hüquqları
üzrə müvəkkilinə (Ombudsmana), Azərbaycan Respublikası
mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların
müavinlərinə, Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının sədrinə, sədr müavinlərinə, katibinə və
üzvlərinə, Azərbaycan Respublikası Hesablama Palatasının
sədrinə, sədr müavininə və auditorlarına, yerli icra
hakimiyyəti
orqanlarının
rəhbərlərinə
(başçılarına),
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına,
Naxçıvan Muxtar Respublikasının Baş nazirinə və onun
müavinlərinə, Naxçıvan Muxtar Respublikası mərkəzi icra
hakimiyyəti orqanlarının rəhbərlərinə, habelə hərbi
qulluqçulara şamil olunmur.
2.5.
Bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının
tabeliyində olan müəssisələrin işçilərinə şamil edilniir. Bu
' ■ t.
-
97
-
işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının
Əmək Məcəlləsi ilə tənzimlənir.
2.6.
Çıxanlıb
Maddə 3. Dövlət qulluğunun əsas vəzifələri
3.1.
Dövlət qulluğunun əsas vəzifələri aşağıdakılar
dır;
3.0.
1. Azərbaycan Respublikasının Konstitusiyası
və digər qanunvericilik aktları əsasında vətəndaşların hüquq
və azadlıqlarının təmin edilməsi;
3.0.
2. dövlət orqanlarının səlahiyyəti hüdudlarında
qərarların hazırlanması, qəbul edilməsi, icrası və icraya
nəzarət edilməsi;
3.0.
3. dövlət orqanlarının səmərəli fəaliyyətinin və
dövlət qulluqçuları tərəfindən vəzifə səlahiyyətlərinin yerinə
yetirilməsinin təmin edilməsi.
Maddə 4. Dövlət qulluğunun prinsipləri
4.1.
Dövlət qulluğu aşağıdakı prinsiplərə əsaslanır:
4.1.1.
qanunçuluq;
4.1.2.
Azərbaycan Respublikasında qanunvericilik,
icra və məhkəmə hakimiyyəti orqanlarının səlahiyyət
hüdudlarının müəyyən edilməsi;
4.1.3.
dövlət orqanlarına və dövlət qulluqçularına
nəzarət və onların hesabat verməsi;
4.1.4.
yuxarı dövlət orqanlarının və vəzifəli
şəxslərin öz səlahiyyətləri hüdudlarında qəbul etdikləri
qərarların aşağı dövlət orqanları və vəzifəli şəxslər
tərəfindən mütləq yerinə yetirilməsi;
-
98
-
4.1.5.
bütün vətəndaşların və vəzifəli şəxslərin
dövlət qulluqçularının qanuni tələblərini icra etməyə və
qanuni hərəkətlərini müdafiə etməyə borclu olması;
4.1.6.
dövlət qulluğuna qəbulun şəffaflığı;
4.1.7.
vətəndaşların dövlət qulluğuna müsabiqə və
müsahibə əsasında qəbul edilməsi;
4.1.8.
vətəndaşların öz qabiliyyətlərinə, xidməti nai-
liy>^ətlərinə və peşə hazırlığına uyğun olaraq dövlət
qulluğunun hər hansı vəzifəsini tutmaqda hüquq bərabərliyi;
4.1.9.
irqindən, milliyyətindən, dinindən, dilindən,
cinsindən, sosial mənşəyindən, ailə, əmlak və qulluq
vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai
birliklərə mənsubiyyətindən, habelə qulluqçuların işgüzarlıq
keyfiyyətlərinə dəxli olmayan başqa səbəblərdən asılı
olmayaraq dövlət qulluqçularının hüquq bərabərliyi;
4.1.10.
dövlət qulluqçularının potensialının səmərəli
istifadəsi, xidməti və peşəkarlıq səviyyəsinin artırılması
məqsədi ilə onların rotasiyası;
4.1.11.
dövlət qulluqçularının sosial və hüquqi
müdafiəsi, onların özləri və ailələri üçün ləyaqətli yaşayış
səviyyəsinin təmin edilməsi;
4.1.12.
qulluq borcunun yerinə yetirilməsi üçün
dövlət qulluqçusunun cavabdehlik daşıması, eləcə də dövlət
qulluqçusunun hərəkətlərinə görə dövlət orqanının
cavabdehlik daşıması.
4.2.
Dövlət orqanlarında siyasi partiyaların və
ictimai birliklərin strukturları yaradılmır.
4.3.
Dövlət qulluqçuları vəzifə borclarını yerinə
yetirərkən Azərbaycan Respublikası Konstitusiyasını,
qanunlarım və onlara müvafiq olaraq qəbul edilmiş digər
-
99
-
Dostları ilə paylaş: |