Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə6/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   113

boş  yerlərin  olması  barədə  elan  verilməsi  və  sınaqlar 

keçirilməsi  ilə  başlanır.  Məsələn,  Böyük  Britaniyada  bu 

sınaqlar  müəyyən  edilmiş  mövzu  üzrə  yazılı  məruzə, 

Kanadada xüsusi testlər və  ya imtahan, Fransada müsabiqə 

yolu  ilə  xüsusi  təyin  edilmiş  jüri  tərəfindən  seçilməklə 

aparılır. 

Lakin  qeyd  edilməlidir  ki,  bir  sıra  ölkələrdə 

müsabiqə sistemi nəinki dövlət qulluğundakı boş vəzifələrin 

komplektləşdirilməsi üçün, həmçinin vəzifəsinin (ranqının) 

yüksəldilməsi üçün də tətbiq edilir. 

Analoji  olaraq,  bir  çox  ölkələrdə  vəzifəyə  təyin 

edilmədə  sınaq  müddəti  müəyyən  edilir.  Bu  müddətlərin 

sürək-  liliyi  qanunvericiliklə  müəyyən  edilir  və  hər  vəzifə 

kateqoriyası  üçün  müxtəlif  müddətlər  tətbiq  edilir.  Sınaq 

müddəti  eləcə  də  dövlət  qulluqçusunun  vəzifəsinin 

böyüdülmə-  sində  də  nəzərdə  tutula  bilər.  Məsələn, 

Almaniyada  belə  müddət  bir  ildən  az  olmamalıdır.  ABŞ 

qanunvericiliyində  isə  hazırlıq  xidməti  (qulluğu)  anlayışı 

var.  İdarəetmənin  yuxarı  eşelonunda  vəzifə  tutmaq  üçün  3 

ildən  az  olmayan  hazırlıq  qulluğu  stajı  tələb  olunur,  sonra 

namizəd kvalifıka- siya imtahanı verir, daha sonra isə 2,5 il 

ərzində  onun  müəyyən  vəzifə  tutmağa  yararlılığının 

səviyyəsi yoxlanılır. 

Ciddi  və  sərt  münasibət  tərəfdarı  olan  bir  sıra 

ölkələrdə dövlət qulluğunun yüksək səviyyədə saxlanılması 

üçün attestasiya qaydaları tətbiq edilir. Məsələn, ABŞ-da hər 

il  qulluqçulara  vəzifələrinə  irəli  sürülən  tələblər  barədə 

məlumatlar  çatdırılır.  Bu  ölkədə  ali  rəhbər  heyətin 

fəaliyyətinin  qiymətləndirilmə  meyarı  aşağıdakılar  hesab 

edilir; işin səmərəliliyi və keyfiyyətinin təkmilləşdirilməsi, o 

cümlədən  kargüzarlıq  həcminin  azaldılması;  vəzifə  üzrə 

öhdəçiliklərin 

vaxtında 

yerinə 


yetirilməsi; 

işin 


səmərəliliyinin 

22

-

 


digər göstəriciləri. 

Attestasiya qulluqçular üçün hər il keçirilir. Qulluqçu 

qeyri-məqbul qiymət aldıqda ya vəzifəsindən azad edilir, ya 

da başqa vəzifəyə keçirilir. Amma 5 il ərzində qulluqçu iki 

dəfə qeyri-məqbul qiymət almışsa başqa vəzifəyə keçirilmə 

qadağan edilir. 

Bəllidir ki, dövlət qulluqçularının hüquq və vəzifələri 

heç də həmişə konkret bir ölkənin vətəndaşlarının hüquq və 

vəzifələri  ilə  üst-üstə  düşmür.  İlk  növbədə  bu  siyasi 

hüquqlara aid edilir. Böyük Britaniyada və Kanadada siyasi 

fəaliyyətlə  məşğul  olmağa  tam  və  qismən  qadağalar  tətbiq 

edilir.  Böyük  Britaniyada  dövlət  qulluqçularına  seçkilərdə 

namizəd  kimi  iştirak  etmək,  siyasi  təşkilatlara  üzv  olmaq, 

mübahisəli  siyasi  məsələlər  üzrə  çıxış  etmək  hüququ 

verilmir.  Kanadada  seçkilərdə  iştirak  etməyə  dövlət 

qulluqçuları üçün ümumi qadağa yoxdur, onlar mülkü qulluq 

komissiyasından  müvafiq  icazə  almaqla  vətəndaşlıq 

hüquqlarını reallaşdıra bilərlər. 

İnkişaf  səviyyəsindən  asılı  olmayaraq  müxtəlif 

ölkələrdə  dövlət  qulluqçularının  tətillərdə  iştirak  etmək 

məsələsi  də  müxtəlifdir.  Məsələn,  Kanadada  dövlət 

qulluqçularına bu sahədə geniş hüquqlar verilir. ABŞ-da belə 

hüquqlar 

çox 


məhduddur. 

Fransada 

isə 

dövlət 


qulluqçularının tətili Konstitusiya ilə qadağan edilir. Bundan 

başqa “qəfil” tətillər ümumiyyətlə qadağandır. 

Real  olaraq,  dövlət  qulluqçularının  hərəkətləri 

(əxlaqı)  bir  sıra  ölkələrdə  xüsusi  normalarla  tənzimlənir, 

məsələn, “Əxlaq Məcəlləsi” (ABŞ), “Dövlət qulluqçularının 

etika  məcəlləsi”  və  s...  Böyük  Britaniyada  qanunvericilik 

belə bir normanı nəzərdə tutur ki, yüksək ranq məmurları 

23 



istefaya  çıxdıqdan  sonra,  əgər  onların  işi  konfıdensial 

informasiyalarla əlaqədar olubsa, hökumətin icazəsi olmadan 

biznes sahəsində işləyə bilməzlər. 

İnkişaf etmiş ölkələrdə dövlət qulluqçuları üzərində 

nəzarətin  bir  forması  kimi  qulluqçular  tərəfindən  dövlət 

qulluğu  haqqında  qanunvericiliyin  pozulmasına  görə 

məsuliyyətin  geniş  hüquqi  reqlamentasiyasmdan  istifadə 

edilir. Dövlət qulluqçuları intizam, mülki-hüquqi və cinayət 

məsuliyyətinə cəlb edilə bilərlər. 

Nümunə olaraq,  göstərə  bilərik ki,  ABŞ-da intizam 

tənbehi kimi - xəbərdarlıq, töhmət, aşağı vəzifəyə keçirilmə, 

xidməti fəaliyyətə aşağı qiymət verilməsi, pulu ödənilməyən 

məzuniyyətə göndərmə (30 gün), vəzifə kvalifıkasi- yasmın 

azaldılması,  vəzifə  maaşının  azaldılması,  xidmətdən 

qovulma (azad edilmə) və s. tətbiq edilir. Ən ciddi cəzalar 

dövlət sirri barədə qanunvericiliyin pozulmasına görə tətbiq 

edilir. Məsələn, Böyük Britaniyada vəzifəli şəxs tərəfindən 

yazılı və ya şifahi formada istənilən sirrin rəsmi icazə blma- 

dan  verilməsinə  görə,  o,  cinayət  məsuli)^ətinə  cəlb  edilə 

bilər. 


Xarici  ölkələrin  əksəriyyətində  dövlət  aparatı 

qarşısında  duran  məsələlərin  mürəkkəbləşməsi  onun  say 

tərkibinin  artması  ilə  müşahidə  olunurdu.  Bu  da  öz 

növbəsində  rəhbərlikdə  struktur  dəyişikliyinə  gətirib 

çıxarırdı.  Dövlət  qulluğuna  rəhbərliyi  ənənəvi  olaraq 

prezident  üsul-idarəsi  olan  ölkələrdə  dövlət  başçısı, 

parlament  üsul-idarəsi  olan  ölkələrdə  isə  hökumət  başçısı 

həyata keçirirdi. Fransada bu sahədə özünəməxsus vəziyyət 

yarandı.  Mülki  qulluq  üzrə  ümumi  rəhbərliyi  idarəetmə 

sahəsində  səlahiyyətləri  çərçivəsində  baş  nazir  həyata 

keçirir. Eyni zamanda 1958-ci ildə 

24

-

 



Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə