Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə4/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   113

bu prinsiplərə cavab verməyən bəzi orqanlar ləğv olunmuşdu 

(Mətbuat  və  İnformasiya  Nazirliyi,  Dövlət  Millətlər-  arası 

Münasibətlər  Komitəsi,  Nazirlər  Kabineti  yanında  Dövlət 

Sığorta  Nəzarəti,  Nazirlər  Kabineti  yanında  Mənzil 

Kommunal Təsərrüfatı Komitəsi, Nazirlər Kabineti nəzdin- də 

Dövlət  Baytarlıq  Komitəsi,  Dövlət  Bitkilərin  Karantini 

Müfəttişliyi və s). 

Azərbaycanda  səriştəli  və  peşəkar  dövlət  qulluğu 

sisteminin formalaşdırılması da tələb olunurdu. Bu məqsədlə 

21  iyul  2000-ci  il  tarixdə  “Dövlət  qulluğu  haqqında” 

Azərbaycan  Respublikasının  Qanunu  qəbul  olundu.  2001-ci 

ilin  sentyabr  ayından  qüvvəyə  minən  bu  qanetmə  orqanları 

sisteminin  fəaliyyətinin  məqsədyönlü  və  səmərəli  şəkildə 

dəyişdirilməsi üçün hüquqi əsas yaratdı. 

Ulu 

öndər 


Heydər 

Əliyevin 

dövlətçilik 

konsepsiyasının  əsas  istiqamətlərindən  biri  kadr  siyasəti  ilə 

bağlıdır. Heydər Əliyevin kadr siyasətindən danışarkən birinci 

növbədə,  dövlət  idarəçiliyi  məsələlərində  onun  ideya  və 

baxışlarının  xarakterinə  nəzər  salmaq  lazımdır.  Burada  əsas 

məsələ dövlət idarəetməsində kadr siyasətinin başlıca xəttini, 

strateji istiqamətini öyrənmək və bilmək vacibdir. Onun kadr 

siyasətində  hər  şeydən  əvvəl,  cəmiyyətin  iqtisadi  əsasını 

möhkəmləndirmək,  ictimai  münasibətləri  sürətlə  inkişaf 

etdirmək,  cəmiyyət  üzvlərinin  tərbiyəsini  təşkil  etmək, 

vətəndaşların  maddi  və  mədəni  rifahını,  hüquq  və 

azadlıqlarını 

yaxşılaşdırmaq, 

adamların 

ictimai 

təhlükəsizliyini 

təmin 

etmək, 


beynəlxalq 

əlaqələri 

genişləndirmək, dövlət  funksiyalarının realizə edilməsi kimi 

ən vacib və ən aktual məsələlər başlıca yer tutur. 



15

-

 


Heydər  Əliyevin  dövlətçilik  konsepsiyası  əsasında 

yaradılmış  müasir  Azərbaycan  dövləti  müstəqillik 

yollarında  bugünkü  sivil  dünyanın  qanunlarına  uyğun 

inkişaf  edir  və  getdikcə  möhkəmlənir.  Üzümüzə  açılmış 

yeni  sivil  dünyanın  mütərəqqi  idarəçilik  üslubu,  forma  və 

metodları müntəzəm olaraq öyrənilir və yaradıcılıqla tətbiq 

olunur,  tarixi  təcrübəyə  əsaslanmaqla  yeni  şəraitə 

uyğunlaşdırılan  idarəçilik  sistemimiz  getdikcə  zənginləşir, 

inkişaf  edir.  Ümummilli  lider  Heydər  Əliyevin  əsasını 

qoyduğu  dövlətçilik  konsepsiyası  cənab  Prezident  İlham 

Əliyev tərəfindən bu gün böyük peşəkarlıq, yeni təfəkkür və 

müasir  yanaşma tərzi  ilə uğurla davam  və inkişaf etdirilir, 

dövrün  zamanın  ruhuna  uyğun  olaraq  daha  da 

təkmilləşdirilir.  Dövlət  idarəçiliyində,  dövlətə  rəhbərlikdə 

peşəkarlığın,  səmərəliliyin,  səriştəliliyin  əhəmiyyətini  biz 

hazırda cənab Prezident İlham Əliyevin bugünkü çoxcəhətli 

və səmərəli fəaliyyətində aydın görürük. 

16

-

 



§2. DÖVLƏT QULLUĞUNUN HÜQUQİ 

TƏNZİMLƏNMƏSİNDƏ 

BEYNƏLXALQ TƏCRÜBƏ 

Büttın inkişaf etmiş ölkələrin dövlət qulluğu barədə 

qanunvericiliyi dövlət -hüquq formaları və siyasi quruluşun 

tarixi təkamülünü əks etdirir. Peşəkar məmurluq institutu ilk 

dəfə Fransa və Almaniyada, daha sonra isə İngiltərə, ABŞ və 

Kanadada  yaradılmışdır.  Bu  ölkələrin  inkişafı  idarəetmədə 

mühüm addımlar atılmasını tələb edirdi. Dövlət qulluğunun 

hüquqi  reqlamentasiyasmdan  danışarkən,  ilk  növbədə 

konstitusiya  normalarını  qeyd  etmək  lazımdır.  Belə  ki, 

1787-ci  il  ABŞ  Konstitusiyasında  Prezidentin  “Senatın 

sessiyaları  arasındakı  dövrdə  açılan  bütün  vakansiyaları 

tutmaq” səlahiy>'ətləri qeyd edilmişdir. AFR- ın əsas qanunu 

ilə  dövlət  xidməti  haqqında  qanunvericiliyin  söykənməli 

olduğu  prinsiplər  müəyyənləşdirilir.  Polşanın  1997-ci  ildə 

qəbul  edilmiş  Konstitusiyasında  dövlət  qulluğunun 

məqsədləri və xüsusiyyətləri göstərilir. 

Unitar  dövlət  quruluşuna  malik  Azərbaycan 

Respublikası Konstitusiyasının 55-ci maddəsinin II bəndində 

deyilir:  “Azərbaycan  Respublikası  vətəndaşları  dövlət 

orqanlarında  qulluq  etmək  imkanına  malikdirlər.  Dövlət 

orqanlarının  vəzifəli  şəxsləri  Azərbaycan  Respublikasının 

vətəndaşları  sırasından  təyin  edilirlər.  Əcnəbilər  və 

vətəndaşlığı  olmayan  şəxslər  dövlət  qulluğuna  qanunla 

müəyyənləşdirilmiş qaydada qəbul edilə bilərlər.” 

Dövlət qulluğu haqqında yeni qanunvericiliyin qəbulu bir 

sıra  ölkələrdə  inzibati  sahədə  islahatlar  şüarı  altında  həyata 

keçirilmişdir. Məsələn. 70-ci illərdə Tnuilta- 

- 1 7 -  

'   ^  



rədə  belə  islahat  keçirilmişdir.  ABŞ  Konqresi  tərəfindən 

1978-ci  ilin  13  oktyabrında  Dövlət  qulluğunda  islahatlar 

barədə  qanun  qəbul  edildikdən  sonra  bu  sahədə  optimal 

qanunvericilik  modelləri  hazırlanmasını  təmin  edə  bilən 

ciddi analitik iş aparıldı. 

Ölkələrin  bu  məsələyə  fərqli  münasibəti  müxtəlif 

idarəetmə  sistemlərinin  yaradılması  ilə  nəticələndi.  80-ci 

illərin əvvəlində Fransa dövlət qulluğunda islahatlar barədə 

qərar  qəbul  etdi  və  bu  barədə  çoxlu  qanunlar,  dekretlər 

meydana çıxdı. 1989-cu ildən isə Kanadada bu sahədə köklü 

islahatlar  həyata  keçirilməsinə  başlanıldı.  Bu  islahatların 

əsas  məqsədi,  kanadalıların  fikrini  ifadə  etsək,  “dövlət 

qulluğu effektiv olmalı, müasir tələblərə cavab verməli, daha 

yaxşı olmalı, qulluğun başında ən bacarıqlı kişi və qadınlar 

durmalıdır”. 

Rəngarəng  və  çoxsaylı  normativ  aktların  olması 

əksər  xarici  dövlətlər  üçün  səciy>'əvidir.  Məsələn,  elə 

Kanadanın  özündə  Dövlət  qulluğuna  qəbuletmə  haqqında 

qanunla  bərabər  əmək  münasibətləri  barədə  qanun  da 

qüvvədədir.  Bu qanun işə qəbul  edən (Xəzinədarlıq Şurası 

şəxsində) və dövlət qulluqçuları arasındakı münasibətləri, o 

cümlədən,  əmək  mübahisələrinin  həlli  və  tətildə  iştirak 

etmək  hüquqi  məsələlərini  tənzimləyir.  Polşa  və  bir  sıra 

digər  ölkələrdə  də  dövlət  qulluğuna  aid  məsələləri 

tənzimləyən vahid qanunvericilik aktı mövcud deyil. 

Digər dövlətlərdən  fərqli olaraq Böyük  Britaniyada 

dövlət qulluğu məsələləri əsas qanunlarla deyil, hökumətin 

təşəbbüsü  ilə  qəbul  edilən  aktlarla  -  şurada  əmrlərlə 

tənzimlənir. 

-

18




Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə