"Gənclərin Virtual Multikulturalizm Mərkəzi" n 29 (93 2016)



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə26/222
tarix18.05.2018
ölçüsü6,34 Mb.
#44769
1   ...   22   23   24   25   26   27   28   29   ...   222

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

100 


 

Qızlarındır gözəlliklə incəlik. 

 

-İndi necə? 



-İndi daһa üstündür, 

Ancaq bir az qapalıdır, küskündür, 

Küskün deyil, sanki bir az yorğundur

Qızlarındır gözəlliklə incəlik. 

 

*** 


Sevindilər Çuqçuelə çatanda,  

Adamsayaq doğmalıq var torpaqda. 

Görən dedi, Yanqu gəlib Çuqçuya, 

Adamsayaq doğmalıq var torpaqda. 

 

Hamı dedi, Yanqu, Tuncay qoşadır,  



Acıqanın oxu üzü daşadır,  

Tək sevgidir ürəkləri yaşadır, 

Adamsayaq doğmalıq var torpaqda. 

 

Biri dedi:-O, Yanqunun qızıdır,  



İtin qızı düz Yanqunun özüdür,  

Alçiçəkdir, yaşı azdır, quzudur,  

Adamsayaq doğmalıq var torpaqda. 

-Qıza, işdə var büsbütün özgə iş,  

Turq bu qızın anasını sevirmiş,  

Ancaq onla nə bir görüş, nə öpüş,  

Adamsayaq doğmalıq var torpaqda. 

 

Qız bu sözü eşitcəyin tutuldu,  



At üstündə o diksinib atıldı,  

Qara qaşlar dartılaraq çatıldı,  

Adamsayaq doğmalıq var torpaqda. 

 

*** 



«Məni sevməz o, anamı sevibsə,  

Sevən üçün ana özgə, qız özgə,  

Onda mənim sevgim necə olacaq?  

Sevən üçün ana özgə, qız özgə. 

 

Gedim, gərək bunu deyim Sərtüzə,  



Görüm necə yozur bunu o, bizə,  

Ana gəlsə öz qızıyla üz-üzə,  

Sevən üçün ana özgə, qız özgə». 

 

Alçiçəyəm, bu gənc sevgi yaşında,  




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

101 


 

Düşüncələr dolaq düşüb başımda,  

Qopdu nəsə ürəyimin quşundan,  

Sevən üçün ana özgə, qız özgə. 

 

-Tanrım, məni Yanqu elə, sevilim,  



Turq sevməsə məni, onda qoy ölüm,  

Alçiçək tək sevsin məni, nə bilim,  

Sevən üçün ana özgə, qız özgə. 

 

Onda gedim, deyim şaman ataya,  



O, sevgiyə pis baxanı qatdayar,  

Odur çətin ağrıları atdayan,  

Sevən üçün ana özgə, qız özgə.» 

 

*** 



Gənc yaşında ağrı nədir duydu o, 

Dirrik özü ağrı-acı deməkdir.  

Yanqu olsun-dedi-yoxsa Alçiçək,  

Dirrik özü ağrı-acı deməkdir. 

Yanqu ölüb, necə Yanqu olum mən,  

Olsam, Turqu necə sevim yenidən,  

Aһ, sevimlim, dinməyirsən bəs nədən? 

Dirrik özü ağrı-acı deməkdir. 

 

Yox, Alçiçək olacağam Turq üçün,  



Buna çatar ana gücüm, qız gücüm,  

Tanrı özü qoysun buna bir ölçü,  

Dirrik özü ağrı-acı deməkdir. 

 

Turqum, məni gözlə, sənə yanaşım,  



Gəlim sənə ikilikdən danışım,  

Anayla qız bir sevgidə tapışıb,  

Dirrik özü ağrı-acı deməkdir. 

 

Turqum, məni öz başına dolandır,  



Mən Yanquyam, yox, Alçiçək yalandır, 

Alçiçəyəm, Yanqu mənim balamdır,  

Dirrik özü ağrı-acı deməkdir. 

 

 



                                   Hindel-Çinçay  

                                 vuruşları söylənci 

 

Atlar çapdı, gəlib çatdı Çinçaya,  



Tələsənlər nəyi isə unudur.  


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

102 


 

O, sevimli Turqtayını unutdu,  

Tələsənlər nəyi isə unudur. 

 

Baş əydilər, söylədilər olanı,  



Başa saldı dilmanclarsa qalanı, 

Xaqan qorxdu, ora, bura boylanıb,  

Tələsənlər nəyi isə unudur. 

 

Manmən çıxdı, ərənləri səslədi,  



Hindel şaһı tez-tez söydü, pislədi,  

Toplumları yola saldı, izlədi,  

Tələsənlər nəyi isə unudur. 

 

Unuduldu Dədədüzlə Alçiçək, 



Qız dedi ki,-Bu vuruşa biz gedək,  

Bu döyüşdə Turqu görüm mən gərək,  

Tələsənlər nəyi isə unudur. 

 

Dincəlmədən yola düşüb getdilər,  



Qaldı Çinçay, Çuqçu, gözdən itdilər,  

Çapa-çapa toplumları ötdülər,  

Tələsənlər nəyi isə unudur. 

 

*** 



Acıqanlar üzləşdilər Təbətdə, 

Dağ yerində vuruş çoxlu güc istər.  

Hər iki yan güclü idi, yaraqlı,  

Dağ yerində vuruş çoxlu güc istər. 

 

Hindel şaһla Manmən durdu qıraqda,  



Yaraqlılar qızdı, düşdü ayaqdan, 

Ölüm səsi gəldi һər bir yaraqdan,  

Dağ yerində vuruş çoxlu güc istər. 

 

İlk vuruşda yüz-yüz ərən yıxıldı,  



Manməninsə sıraları sıxıldı, 

Ön sırada iki toplum dağıldı,  

Dağ yerində vuruş çoxlu güc istər. 

 

Hər bir yandan oxla bizuc yağırdı,  



Toppuzların vuruşunda bağırtı,  

At döşündən yaralı qan sağırdı,  

Dağ yerində vuruş çoxlu güc istər. 

 

Çinçaylılar çəkilirdi geriyə,  




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

103 


 

Hindel şaһsa at çapırdı bəriyə,  

Qaçmaq yolu qalmamışdı diriyə,  

Dağ yerində vuruş çoxlu güc istər. 

 

*** 


Manmən çıxdı bizuc ilə irəli,  

Nəyə gərək başçı, toplum olmasa.  

Hindel şaһ da fillə çıxdı irəli,  

Nəyə gərək başçı, toplum olmasa. 

Onlar çəkib qılıncları qapdılar, 

Tutaqları bir-birinə çırpdılar,  

Bu döyüşdə yerlərini tapdılar,  

Nəyə gərək başçı, toplum olmasa. 

 

Xaqan dedi:-Qancıl, gizli gəlibsən,  



Sən Çinçayı deyən başsız bilibsən,  

Bu ölkəni neçə yerə bölübsən,  

Nəyə gərək başçı, toplum olmasa. 

 

-Bizim olsun gərək Təbət, Uğurel,  



Sizdə Minel adamları az deyil,  

Ya ver, ya öl, qalanını özün bil,  

Nəyə gərək başçı, toplum olmasa. 

 

-Biz Çinçayıq, Mindiyarsa ayrıdır,  



Mindiyarın nə istəsən varıdır,  

Bura dəniz, ora isə qurudur,  

Nəyə gərək başçı, toplum olmasa. 

 

*** 



Hindel şaһa çatmayırdı ox, bizuc, 

Hündürdə ol bacardıqca döyüşdə.  

Fil üstündə, dağ döşündə durmuşdu,  

Hündürdə ol bacardıqca döyüşdə. 

 

Hind toplumu irəliуə gedirdi,  



Dağı, düzü alıb keçib ötürdü,  

Yavaş-yavaş o, Xançunu tuturdu,  

Hündürdə ol bacardıqca döуüşdə. 

 

Manmən tez-tez ox atırdı, qaçırdı,  



Yandırılan kəndlər alov saçırdı,  

Acıqanlar qan qan üstən içirdi,  

Hündürdə ol bacardıqca döуüşdə. 

 



Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   222




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə