"Gənclərin Virtual Multikulturalizm Mərkəzi" n 29 (93 2016)



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə58/222
tarix18.05.2018
ölçüsü6,34 Mb.
#44769
1   ...   54   55   56   57   58   59   60   61   ...   222

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

228 


 

Əri isti nəfəsindən sevərlər

Bir də əri ər içində gəzərlər, 

Güclü olsun gərək ərin arxası. 

 

Dan qızardı, buludları qan aldı, 



Bulud keçdi, dağ başını gün aldı, 

Atlı toplum iki yana yön aldı, 

Güclü olsun gərək ərin arxası. 

 

Turq əyildi, öpdü ana torpağı, 



Dalğalandı Mindiyarın başrağı, 

Yer şumladı yüz min atın dırnağı, 

Güclü olsun gərək ərin arxası. 

 

 



          Yürüş söylənci 

 

Acıqana yürüş burdan başladı, 



Günəş gülür dağ dalından çıxanda. 

Yer titrədi, bulud sallaq dayandı, 

Günəş gülür dağ dalından çıxanda. 

 

Turq da çapdı, düdükçülər qabaqda, 



Keçdi döşdən, otlaqlardan, otlaqdan, 

Dağ döşündə hələ yanmır ocaqlar, 

Günəş gülür dağ dalından çıxanda. 

 

Araşdırır yalı, yolu Ağüzər, 



Arxasınca düdükçülər gedirlər, 

Hər bir yeri göz qoyaraq güdürlər

Günəş gülür dağ dalından çıxanda. 

Soraq yoxdur acıqandan, Asurdan, 

Yatır hələ sürünənlər çuxurda, 

Səs-səmir yox bir sürüdən, naxırdan, 

Günəş gülür dağ dalından çıxanda. 

 

Bir düdükçü Ağüzəri çağırır, 



Deyir burda göy biçiblər taxılı, 

At dırnağı əzib otu, cığırı, 

Günəş gülür dağ dalından çıxanda. 

 

Necə asur görür Ağüz busquda, 



Saçaq vardır başlardakı sarğıda, 

Hamısı da dincəl-dıncəl yuxuda, 

Günəş gülür dağ dalından çıxanda. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

229 


 

 

*** 



Üstlərinə sürün-sürün gəlirlər, 

Nələr olmur, nələr olur yuxuda. 

Beşini də dolayırlar bir ipə, 

Nələr olmur, nələr olur yuxuda. 

 

Beşini də Ağüz basır o yerdə, 



Əl-ayaqlar keçir qat-qat kəndirdən, 

Alıb yıxır, guruldayır o, birdən, 

Nələr olmur, nələr olur yuxuda. 

 

Deyir:- Deyin, toplumunuz hardadır, 



Biri deyir, toplum çox-çox daldadır, 

Biri deyir, hələ uzaq yoldadır, 

Nələr olmur, nələr olur yuxuda. 

 

-Başçı kimdir bu döyüşdə, söyləyin, 



Deməsəniz, bizdən ölüm diləyin

Nədir onun bu yürüşdən diləyi, 

Nələr olmur, nələr olur yuxuda. 

 

Asur deyir:- Diləkləri bəllidir, 



O Əlruşun başı çox-çox yellidir, 

O, evyıxan, aravuran, dillidir, 

Nələr olmur, nələr olur yuxuda. 

 

Asurşahı o, yerindən oynadıb, 



Ağlayaraq ürəkləri qanadıb, 

Hindelin də Başevinə qan atıb, 

Nələr olmur, nələr olur yuxuda. 

 

*** 



Beş tutuğu göndərdilər Turqtaya

Hər cığırda bir iz qoy ki, yol olsun. 

Ağüz getdi irəliyə basaraq, 

Hər cığırda bir iz qoy ki, yol olsun. 

 

Üç gün, dörd gün, beş gün çəkdi bu yürüş, 



Yoxdur daha bu gedişdə bir dönüş. 

Görünməyir hələ qanlı bir döyüş, 

Hər cığırda bir iz qoy ki, yol olsun. 

 

İsti yollar, günsal yollar ağırdı, 



Qumsallığa göydən alov yağırdı, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

230 


 

Odlu günəş Ağüzəri yorurdu

Hər cığırda bir iz qoy ki, yol olsun. 

 

At çapırdı sağa, sola Ağüzər, 



Bomboş idi qumsallıqda həndəvər, 

Uzaqdasa oynaq-oynaq təpələr, 

Hər cığırda bir iz qoy ki, yol olsun. 

 

Yüyənini atın çəkdi, saxladı, 



O, hər yanı bir-bir gəzdi, yoxladı, 

“Odərboydan” deyib birdən ağladı, 

  Hər cığırda bir iz qoy ki, yol olsun. 

 

On il qabaq dəniz burda çağladı, 



Odərboydan batdı, eli dağladı, 

Sular susdu, ancaq göylər ağladı,  

Hər cığırda bir iz qoy ki, yol olsun. 

 

*** 



Ağüz dedi:-Ağla, ağla, dənizim, 

Adam udan dəniz çalar yaşıla. 

Odərboydan sonevinə qovuşdu, 

Adam udan dəniz çalar yaşıla. 

Suqırağı çırpım-çırpım dalğalar, 

Dalğalar da muncuq-muncuq sırğalar, 

Quma hopur ləpə-ləpə yuxalar, 

Adam udan dəniz çalar yaşıla. 

 

Ağlar gördü düdükçülər Ağüzü, 



“Odərboydan” “Odərboydan” hər sözü, 

O yan, bu yan sürüyürdü dənizi, 

Adam udan dəniz çalar yaşıla. 

 

-Yaşıl dəniz, görüm al qan qusasan, 



Yastılanıb göl olasan, susasan, 

Gün altında yanıb-yanıb qarsasan, 

Adam udan dəniz çalar yaşıla. 

 

Yaşıl dəniz, dalğaların yellənir, 



İçin susur, çopur üzün sellənir, 

Dəniz baxır Ağüzərə, dillənir, 

Adam udan dəniz çalar yaşıla. 

 

-Mən vuruldum o igidin boyuna, 



Döndüm onun sərin, mavi toyuna, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

231 


 

Odərboydan düşdü mənim payıma, 

Adam udan dəniz çalar yaşıla. 

 

*** 



Dağ döşündə ocaq yandı gurladı,     

Acıqanı görən gözlər alışır, 

Ağüz çapdı beş ər ilə irəli,  

Acıqanı görən gözlər alışır.  

 

Yüz atlıyla Əlruş sallaq gəlirdi, 



Öz içində Mindiyarı bölürdü, 

O, uzaqdan Ağüzərə gülürdü

Acıqanı görən gözlər alışır.  

  

Əlruş, Ağüz dayandılar üz-üzə, 



Qıpqırmızı qan sıçradı üz-gözə, 

Əlruş güldü, səpələndi səs düzə, 

Acıqanı görən gözlər alışır.  

 

Dedi:-İndi sən çıxmısan ortaya, 



Sən uzaqsan, qorxsan, bağrın çatlayar, 

Toppuz vurram, gözün-başın partlayar, 

Acıqanı görən gözlər alışır.  

 

Ağüz dedi:-Sən Əlruşsan, ya Asur, 



Yad ölkədən sən gəlirsən, gəl, qotur, 

Tanrım, bizi sən gör kimə kim satır, 

Acıqanı görən gözlər alışır. 

 

Əlruş dedi:-Sonunuza çıxmışam, 



Başevi də mən yandırıb yaxmışam, 

Özüm Əlruş şah yerinə qalxmışam, 

Acıqanı görən gözlər alışır. 

 

*** 



Əlruş dedi:- Vayzaqlama çox da sən, 

Yüz  ildən bir gediş gərək dəyişsin. 

Baş döyüşçü indi mənəm Asurda

Yüz  ildən bir gediş gərək dəyişsin. 

 

-Mən gedişi dəyişərəm büsbütün, 



-Mən biləni  dəyişəcək o bu gün, 

Bundan qabaq ərlər gərək döyüşsün, 

Yüz  ildən bir gediş gərək dəyişsin. 

 



Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   222




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə