38
suz səyahətdən sonra məcburiyyət qarşısında qalıb “Trini-
dad”ı yenidən Molluk adalarına tərəf döndərir. Orada
portuqallar gəmini ələ keçirir və ağır xəstə olan Pankaldo
əsirlikdə vəfat edir.
Səyahətdən qayıdan Rodriges eşidir ki, üç yaşında oğlu
var. Seviliyada olarkən onun ikinci oğlu Fernan dünyaya
gəlir. Artıq Kortesin Meksikadakı uğurları bütün Avropaya
yayılmışdı. Onun kampaniyonlarının orada yaxşı var-dövlət
qazanması İspaniyada bir çox zadəganları, konkistadorları
və cəngavərləri şirnikləndirib Yeni Dünya sahillərinə cəlb
edirdi. Rodriges də öz ailəsi və kiçik qardaşı Sebastyanla
birlikdə 1525-ci ilin yazında Panamaya yola düşür.
Bəxtlərini sınamaq üçün hər iki qardaş Peru dövlətinə yürüş
etməkdən ötrü Panamanın qubernatoru Pedrarias Avilanın
dəstəsinə qoşulurlar. İlin axrında Rodrigesin üçüncü oğlu
Xuan anadan olur. Estremaduralı çoban Fransisko Pisarro
Avila ilə danışıb, ikinci dəfə Peruya yürüşə hazırlaşır.
Yalnız 1526-cı ilin noyabrında hər iki qardaş Pisarronun
dəstəsi ilə Peruya yola düşür. Bu ekspedisiyanın heç bir
uğurlarını görməyən hər iki qardaş, Panamadan gələn elçi
ilə (Avila 1527-ci ilin avqustun 29-da vəfat edir və
Panamaya təyin olunmuş yeni qubernator bu “ağılsız”
ekspedisiyanı geri qaytarmaq üçün Tumako buxtasına öz
elçisini göndərir) Pisarronu ağır şəraitdə qoyub, ekspedisi-
39
yanın bir çox iştirakçıları ilə bərəbər Panamaya qayıdır.
1528-ci ildə Pisarro özü Panamaya qayıdır və borclarına
görə kreditorlarının şikayəti ilə həbsə alınır.
Gələn ildə Rodrigesin Ernando adlı dördüncü oğlu olur.
Hər iki qardaş ailələrini dolandırmaq üçün Panamada gəmi
qayırma ilə məşğul olurlar. Heç bir irəliləyişə rast
gəlməyəndə onlar ikinci dəfə bəxtlərini sınamaq üçün
yenidən Pisarro ilə (bu səyahətdə F. Pisarronun üç qardaşı:
Ernando, Xuan və Qonsalo iştirak edirlər). 1530-cu ilin
dekabrın 27-də üç gəmidə Panamadan Peruya yola
düşürlər. 1532-ci ilin noyabrın 15-də F. Pisarro öz dəstəsilə
Kaxamarka şəhərini, bir neçə aydan sonra isə inklərin şahı
Ataualpanı xəyanətkarcasına ələ keçirir. 1533-cü ildə
Ataualpa edam olunur və həmin ilin noyabrın 15-də ispan-
lar İnk imperiyasının paytaxtı Kusko şəhərini ələ keçirirlər.
Bütün bu hadisələrdə Kartahena qardaşları fəal iştirak
edirlər. Sonra qardaşlar 1535-ci ildə Diyeqo Almaqronun
Çili yürüşündə iştirak edirlər. Almaqro Peruya qayıdan
zaman artıq ölkənin bir hissəsini Ataualpanın qardaşı oğlu
Manko Kopakın başçılığı altında üsyan bürünmüşdü və
yarım il idi ki, Kusko şəhərini mühasirə altında saxlayır-
dılar. Ernando və Qonsalo Pisarro qardaşları çüzi adamlarla
müdafiə olunur, Xuan isə şəhərdən çıxan zaman döyüşdə
həlak olmuşdur. 1537-ci ilin aprelin 18-də Almaqro,
40
Kuskonun mühasirəsini yarmaq üçün, Manko Kopakın
qoşununa öz dəstəsi ilə hücum edir. Həmin döyüşdə
Rodrigesin kiçik qardaşı Sebastyan həlak olur. Rodriges
ailəsini Limaya gətirmək üçün Panamaya yollanır və orada
böyük qardaşının həlak olduğunu eşidir.
Xuan Kartahena 1525-ci ildə Filippinə təşkil edilmiş,
Loaysa və El-Kanonun başçılıq etdikləri ekspedisiyada
iştirak edir. O, 1526-cı ilin iyulun əvvəlində Fransisko
Osesin başçılıq etdiyi “Santo-Lesmes” gəmisində Sakit
okeanda bütün heyət ilə birlikdə yoxa çıxır. Xuanın həyat
yoldaşı Marqarita Mendos “Yukatan” gəmisində Seviliya-
dan Panamaya yola düşərkən Kuba sahillərində qəzaya
uğrayıb həlak olur.
Rodrigesin 1538-ci ildə beşinci oğlu Leon (Migelin
atası) anadan olur. Elə həmin ildə F. Pisarronun dəstəsi
arada olan düşmənçiliyə görə, Kusko şəhərində Almaqro-
nun dəstəsinə hücum çəkib onları darmadağın edir, Alma-
qronun özünü isə edam etdirir. Rodriges axır zamanlar
Almaqronun dəstəsində olduquna görə, oğulları Kamaço ilə
Xuan həbsə alınırlar. O, Fransisko və Qonsalo Pisarro
qardaşları ilə yaxından tanış olduğuna görə, Kartahena nəsli
azadlığa buraxılır.
Diyeqo Almaqronun adamları sui-qəsd təşkil edərək,
1541-ci ilin iyunun da Limada F. Pisarronun evinə hücum
41
edir və onu bir neçə tərəfdarları ilə birlikdə öldürürlər.
Perunun qubarnatoru edam edilmişin oğlu balaca Diyeqo
Almaqro təyin edilir. Həmin günü Rodrigesin böyük oğlu
Kamaço F. Pisarronun evində müqavimət göstərən zaman
Almaqroçular tərfindən öldürülür. Lakin çox keçmədən
Belalkasar və sağ qalmış Pisarroçular kiçik Almaqronu ələ
keçirib, onu hakimlərə təhvil verirlər. Qanun çərçivəsində
onu 1542-ci ilin sentyabrında edam edirlər.
Çilinin zəbt edilməsi üçün 1540-cı ilin yanvar ayında,
böyük Almaqronun yol-yoldaşı, sonradan F. Pisarronun
tərəfinə keçmiş Pedro Valdiviya yola (Rodriges həmin
ekspedisiyada iştirak edir) düşür. 1541-ci ilin fevralın 12-də
onlar Santyaqo şəhərinin əsasını qoyurlar. 1545-ci ildə,
Qonsalo Pisarronun qaldırdığı üsyanı yatırtmaq üçün Pedro
Valdiviya Peruya çağrılır. 1547-ci ildə Valdiviya Çiliyə
qayıdır və azadlıq aşişəri olan araukanlara qarşı müharibəyə
başlayır. Həmin müharibə zamanı Rodrigesin iki qardaşı
oğlu həlak olur. 1550-ci ildə oktyabrın 5-də Bio-Bio
çayının mənsəbində Konsepsion şəhərinin əsasını qoyurlar.
Rodrigesin həyat yoldaşı və mərhum kiçik qardaşının həyat
yoldaşı bir xəbər öyrənmək üçün Konsepsiona yola
düşürlər. Şəhərə çatar-çatmaz onların hər ikisi araukanların
hücumu nəticəsində həlak olurlar. 1553-cü ildə araukan-
ların müvəffəqiyyətli hücumları zamanı Rodrigesin üçüncü
Dostları ilə paylaş: |