  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə7/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   2   3   4   5   6   7   8   9   10   ...   154

                                                     

 

  



                                                                            

                                                    

26 

qarayanız,  qara  qıvrım  saçlı  bir  kişi  idi.  Artıq iyirmi  bir  il 



idi ki, Sanços bu evdə işləyirdi. Qoca səyyahın təsərrüfatı o 

qədər  də  böyük  deyildi.  Onun  tövlələrində  on  iki  at,  on 

donuz,  altı  öküz  və  qırxa  yaxın  qoyun  vardı.  Rodrigesin 

şəhər  ətrafında  mülkü  olmadığına  görə,  heyvanlar  müvəq-

qəti  olaraq,  evin  arxasındakı  boş  həyətdə  gəzişirdilər. 

Sanços  hər  gün  onlara  yem  verib,  təkbaşına  bütün  tövləni 

təmizləyirdi.  Migel  evinə  qayıdandan  sonra  Sançosun  işi 

xeyli  yüngülləşmişdi.  Heyvanlarla  demək  olar  ki,  doxsan 

faiz  Migel  və  onun  dostları  məşğul  olurdu.  Hər  gün  səhər 

tezdən  və  nahar  yeməyindən  sonra  Migel  atları  şəhərin 

cənubundakı  otlağa aparıb, iki saata  kimi orada gəzdirirdi. 

Bu  heyvanlar  qocanın  gözə  görünən  var-dövləti  idi  və 

onları yalnız yanındakı nəvəsinin xeyir işi üçün saxlayırdı, 

Rodriges həyatının əsas illərini səyahətlərdə keçirsə də, 

indiyə qədər dövlətdən heç bir imtiyaz ala bilməmişdi. Son 

ekspedisiyası zamanı Araukaniya ölkəsi zəbət olunsaydı, o, 

şəxsən İspaniya kralı tərəfindən mükafatlandırılıb, ömrünün 

axırınacan təqaüdlə təmin olunacaqdı. Lakin bu belə olmadı 

- Rodriges beş dəfə araukanlara qarşı müharibələrdə iştirak 

etmiş  və  hər  dəfə  məğlub  olmuşdur.  Məğlub  olmaqdan 

əlavə,  o,  hər  dəfə  ölümün  pəncəsindən  güc-bəla  ilə  və 

təsadüf nəticəsində qurtarmışdır. Lakin neçə-neçə dostlarını 

və  qohumlarını  o  həmin  “ölüm  saçan”  torpaqda  itirmişdir. 



                                                     

 

  



                                                                            

                                                    

27 

Hər dəfə həmin dəhşətli hadisələr qocanın  yadına düşəndə 



kədərdən  və  əsəb  gərginliyindən  özünə  yer  tapa  bilmirdi. 

İndi isə heç düşmənlərinə də arzulamırdı ki, şan-şöhrətə və 

var-dövlətə görə gedib araukların torpaqlarını zəbt etsinlər. 

Onlar  həqiqətən  də  bütün  Yeni  Dünyada  basılmaz  və 

məğlubedilməz  hindu  qəbiləsi  sayılır  və  öz  düşmənlərinə 

qarşı amansız və qəddard idilər.  

Lakin  bütün  bunlara  baxmayaraq,  müharibədən  gələn 

Migelin başına haradansa Mərkəzi Çili girmiş və o, hökmən 

oraya  göndəriləcək  hər-hansısa,  bir  ekspedisiyada  iştirak 

etməsini bildirmişdi. Hökmən araukanlar həmin müharibə-

də  darmadağın  və  ya  məğlub  edilməli,  ya  da  ki,  canlarını 

götürüb,  And  dağlarının  o  biri  tayına  qaçmalıdırlar.  Bir 

sözlə,  ispan  konkistadorlarından  kim  isə  araukanların 

Mərkəzi  Çili  sahillərindəki  hökmranlığına  son  qoymalıdır. 

Kimsə  orada  həlak  olmuş  ispan  konkistadorlarının  qanını 

həmin hindulardan almalıdır. Ümümiyyətlə, Migel qaniçən, 

rəzil,  daşürək  deyil  və  hər  bir  zorakılığa  qarşı  öz  etirazını 

bildirən  bir  adamdır.  Lakin  onu  da  başa  düşmək  olardı, 

araukanlar  onun  doqquz  qohumunu  (bir  əmisini,  altı  əmisi 

oğlunu  və  hər  iki  nənəsini)  həmin  torpaqlarda  qılıncdan 

keçirmişdilər. Ona görə də Migelin araukanların torpaqları-

nın zəbt edilməsində əsas prinsipi vardı. Həm də konkista-

dorlar  arasında  belə  bir  şaiyə  yayılmışdır  ki,  vaxtı  ilə 



                                                     

 

  



                                                                            

                                                    

28 

Ataualpanın  azad  olunması  üçün  yığılan  qızılların  yarısı 



araukanların torpağında gizlədilmişdir. Guya buna görə də 

onlar  konkistadorlara  bu  cür  kəskin  müqavimət  göstərir-

dilər. 

Gözlənilmədən



 

evin  xidmətçisi  Sanços  gəlib  Migelə 

xəbər  verdi  ki,  bir  saat  bundan  əvvəl  “Destino”  gəmisinin 

kapitanı  Manuel  Markos  Seviliyadan  bura  gəlib.  Kapitan 

Markos  bu  ailənin  yaxın  tanışlarından  biri  idi.  Migel  o 

dəqiqə  bu  haqda  babasına  məlumat  verdi,  o,  da  öz 

növbəsində, qonaqları qarşılamağa hazır olduğunu bildirdi. 

Kapitan  Markosun  yanında  bir  nəfər  də  vardı.  Həmin 

adam da Seviliyadan gəlmişdi. Kapitan Markosun gəlişi lap  

yerinə düşmüşdü. 

Migelin Aralıq dənizində göstərdiyi şücaət yavaş-yavaş 

Barselonada  yaşayan  nüfuzlu  ailələr  arasında  müzakirə 

obyektinə  çevrilirdi.  Qoca  səyyah  şəhərdə  tanınmış 

adamdır, onun nəvəsi də artıq tanınmağa başlayırdı.  

Qoca səyyah qonaqları elə Migelgil olan zala dəvət etdi. 

Onlar içəridəkilər ilə görüşüb tanış olandan sonra səyyahın 

dəvət  etdiyi  dəyirmi  masa  arxasında  əyləşdilər.  Migel 

kapitan Markosun gəlişinə xüsusən şad idi. O, düz il yarım 

“Destino”  gəmisində  yunqa  vəzifəsində  işləmişdi.  Markos 

yunqanın, dənizçilik işləri üzrə ilk müəllimi sayılırdı. O, nə 




                                                     

 

  



                                                                            

                                                    

29 

vaxt  Barselonaya  üz  tuturdusa,  mütləq  bu  evə  təşrif 



buyururdu. 

Kapitan Markos hündürboy, kök olmayan, düz qamətli, 

əlli  yaşında  təmkinli  və  ciddi  xarakterli  bir  zadəgan  idi. 

Başının  tükü  tamam  olmasa  da,  lakin  ağarmışdı.  Yaraşıqlı 

sifəti bığ və saqqal ilə örtülmüşdü. Əynində ispan dənizçi-

lərinin  libası  vardı.  Yaşının  əlli  olmasına  baxmayaraq, 

hərəkətlərindən  və  bənizinin  quruluşundan  o,  qırx  iki-qırx 

üç yaşlı bir adama oxşayırdı. 

Kapitanın  yanındakı  adam  onun  kürəkəni  mühafizəçi 

dəstəsinin  komandiri  leytenantı  Ernando  Ramires  idi. 

Ernando Barselonada işləyib yaşayırdı. 

Axşam  yeməyinin  yaxınlaşdığını  görən  Sanços  qonşu 

otaqda qısa müddət ərzində süfrə açaraq, bu haqda ağasına 

məlumat  verdi.  Hamı  süfrə  açılmış  otağa  keçdi.  Masa 

arxasında  yemək  ola-ola  danışmağın  ayıb  olduğunu  dərk 

edən  kapitan  nəhayət,  kiçik  söhbətdən  sonra  öz  gəlişinin 

mahiyyətini  üzrxahlıqla  qoca  səyyaha  bildirdi.  Qoca  onun 

sözlərini  yaxşı  başa  düşməyərək,  təkrarlamağa  xahiş  etdi. 

Kapitan üzünü ona tərəf tutub həvəslə dedi: 

- Mənə, sizin bu haqda  fikirinizi bilmək lazımdır. Yeni 

Dünya  sahillərinə  köçmək  fikirindəyəm.  Deyilənə  görə, 

mən “Destino” ilə İspaniyaya nisbətən, orada daha çox pul 




Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə