  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə29/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   25   26   27   28   29   30   31   32   ...   154

                                                     

 

  



                                                                            

                                                    

114 

- Əlbəttə, bu mümkün olan bir şeydir, ancaq bir şərtlə, - 



deyə kapitan Xuan qrafı qabaqlayıb səbirsizliklə dilləndi. - 

bəri  başdan  hamınıza  bildirirəm,  kim  ki,  ona  çatacaq 

torpaqlardan  istifadə  etməyəcəksə,  onda  tərtib  olunmuş 

müqaviləyə  öz  adını  yazdırsın.  Araukan  ölkəsinə  ayaq 

basandan  sonra,  kim  öz  torpağından  imtina  etsə,  həmin 

torpaq  qonşuları  arasında  bölüşdürüləcək.  Elə  bir  nümunə 

artıq var. Əsgərlərə və dənizçilərə veriləcək on faiz torpaq, 

onlar  tərəfindən  əvvəlcədən  imtina  edilib  və  həmin  ərazi 

sözsüz  ki,  auksionda  satılacaq.  Yenə  bildirirəm  ki,  kim  öz 

torpağından  imtina  edəcəksə,  gərək  əvvəlcədən  adını 

müqaviləyə yazdırsın. 

Bu məsələ də hamıya aydın oldu. Lakin leytenant Vasko 

imkan  vermədi  ki,  yığıncağın  başa  çatması  üçün  son  söz 

kapitan Xuana verilsin. O, ayağa qalxıb müəmmalı tərzdə: 

- Sinyor Xuan, bunlar qalsın bir kənarda. Yaxşısı budur, 

siz  bizə  yerli  hindular  olan  araukanlar  haqqında  məlumat 

verəydiniz. Bu da bizim hamımız üçün maraqlı olardı. 

-  Guya  mən  onların  haqqında  bir  şey  bilirəm,  mən  heç 

onların üzünü belə görməmişəm. - deyə kapitan bu sualdan 

qaçmaq  üçün  qeyri-müəyyən  tərzdə  dilləndi  və  mövzunu 

dəyişmək üçün Vaskodan yerində əyləşməyi xahiş etdi. 

-  Sinyor,  biz  azğın  və  amansız  düşmənimizə  qarşı 

müharibəyə  başlayacayıq,  ancaq  bizdə  onlar  haqqında  heç 



                                                     

 

  



                                                                            

                                                    

115 

bir məlumat yoxdur. - deyə Vasko narahatlıqla öz etirazını 



bildirdi. - Bu ki, gülməlidir. Biz düşmənimiz barəsində heç 

bir məlumat əldə etməmişik və onların... 

-  Sinyor  leytenant,  başa  düşmürəm,  nə  üçün  siz  təşvişlə 

danışırsınız?  -  deyə  kapitan  Xuan  həqarətlə  Vaskonun 

sözünü kəsdi və sağ əlini

 

qaldırıb onu sakit olmağa çağırdı. 



Araukanlar nə vaxtdan azğın və amansız düşmən sayılırlar? 

Bu  atmacadan  nəinki  kapitan  Xuan,  həm  də  içəridə 

əyləşənlərin əksəriyyəti qəh-qəhə çəkib gülməyə başladılar. 

Bu  çox  acınacaqlı  bir  hal  idi,  heç  kim  həqiqəti  anlamaq 

istəmirdi. Bu həqiqətdən onlarınlar həyatı asılı idi. Bu qəh-

qəhənin  nəticəsində  də  içəridəkilər  replika  atmağa  başla-

dılar. 

-  Lüt  aborigenlər  bizim  üçün  ciddi  düşmən  sayılırlar.  - 



deyə kimsə istehza ilə söz atdı. 

- Cüllüt hindular kimin üçünsə cəngavərlərə oxşayırlar. 

-  Aborigenlər  kimin  üçünsə  qorxuludursa,  qoy  ekspedi-

siyanın tərkibindən çıxsın. 

- Bu döyüşçüyə yaraşan sözlər deyil. 

- Bu zabit hələ böyük bir dəstəyə başçılıq edəcək? 

- Bu ki, biabırçılıqdır. 

-  Sinyor  kapitan,  sizdən  artıq  dərəcədə  xahiş  edirəm, 

içəridə  səs-küy  salanları  sakitləşdirəsiniz.  -  deyə  Vasko 

incimiş halda dilləndi. 




                                                     

 

  



                                                                            

                                                    

116 

Qısa  bir  müddətə  ekspedisiyanın  rəisi  hamını  sakitləş-



dirdi  və  leytenanta  söz  deməyə  imkan  yaratdı.  O  qəddi-

qamətini düzəldib qürurla dedi: 

-  Səs-küy  salanlara  bildirmək  istəyirəm  ki,  bura  şəhər 

limanı  deyil.  Xahiş  edirəm  nizam-imtizamı  pozmayasınız. 

Mənim  həmin  sualı  verməyə  tam  əsasım  var.  Araukanlar 

barəsində  kimin  məlumatı  varsa,  qoy  buradakılara  desin. 

Bu mütləq lazımdır. Mən hələ Panamada və Peruda olarkən 

onlar haqqında çox ciddi xəbərlər eşitmişəm. 

- Mən yenə də bildirirəm ki, araukanlar barəsində mənim 

heç bir məlumatım yoxdur. - deyə kapitan Xuan laqeydliklə 

dilləndi  və  başını  peşmançılıqla  tərpədib  dilxor  halda 

sözünə  davam  etdi.  -  Bu  haqda  yalnız  həmin  ekspedi-

siyaların  iştirakçısı,  kapitan  Rodriges  Kartahenada  mə-

lumatlar  var.  Onu  da  ki,  buraya  dəvət  etmək,  bizim  tərəfi-

mizdən hörmətsizlikdir. O həddindən artıq qoca adamdır. 

- Mən demirəm ki, kapitan Rodrigesi buraya dəvət edək. 

- deyə Vasko tərəddüd etmədən qətiyyətlə dilləndi

 

və üzünü 



içəridəkilərə  tutub  ehtiramla  sözünə  davam  etdi.  -  Əgər, 

onda  tutarlı  məlumatlar  varsa,  onda  biz  hamımız,  daha 

doğrusu kimin üçün vacibdirsə, elə indicə yığılışıb kapitan 

Rodrigesin yanına gedək. 

 

 



                                                     

 

  



                                                                            

                                                    

117 

      XI fəsil. Araukanlar haqqında əsl həqiqət 

 

İstər-istəməz hamı, qoça Rodrigesin yanına getməyə öz 



razılığını  bildirdi.  Doğrundan  da  araukanlar  haqqında  hər 

hansı  bir  məlumat  almaq,  hamı  üçün  maraqlı  idi.  Günorta 

yeməyindən  sonra  hamı  Migelgilə  yollandı.  Yığıncağı 

Migelgildə  davam  etdirmək  qarara  alındı.  Bütün  ekspedi-

siya  iştirakçıları  qoca  Rodrigesin  qarşısında  qonaq  zalında 

yığılmışdılar. İlkin sualı elə Vasko verdi və bir çoxları kimi 

səbirsizliklə  cavab  gözlədi.  Qoca  Rodriges  diqqətlə  qulaq 

asıb ayağa qalxmadan həvəslə dedi: 

-  Ayağa  qalxmadığım  üçün  hamınızdan  üzr  istəyirəm. 

Ancaq  istəsəniz,  lap  ayağa  qalxıb  danışa  bilərəm.  Deməli, 

narazı  deyilsiniz.  Lakin  cavab  verməmişdən  əvvəl  mən 

bilmək  istərdim,  bu  ekspedisiyanın  tərkibində  neçə  nəfər 

adam iştirak edəcək? 

-  İki  yüz  iyirmi  yeddi  nəfər.  -  deyə  kapitan  Xuan  o 

dəqiqə qətiyyətlə dilləndi və izahat vermək üçün ehtiramla 

sözünə  davam  etdi.  -  Sinyor  Kartahena,  onlardan  tam 

əksəriyyəti  çox  təcrübəli,  qırx  bir  nəfəri  isə  cürbəcür 

müharibə  və  döyüşlərdə  ad  çıxarmış  həddindən  artıq 

təcrübəli,  bacarıqlı,  qorxmaz  və  ikid  döyüşçülərdir.  Bir 

sözlə,  bu  cür  dəstə  ilə  biz  araukanların  dərsini  verəcəyik. 

Buna əmin ola bilərsiniz. 



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə