  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə30/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   26   27   28   29   30   31   32   33   ...   154

                                                     

 

  



                                                                            

                                                    

118 

-  İstəməyən  kor  olsun.  -  deyə  qoca  Rodriges  qeyri-



müəyyən  tərzdə  dilləndi  və  kapitan  Xuana  tərs  bir  nəzər 

yetirib soyyuqqanlıqla sözünə davam etdi. - Sinyor kapitan, 

yenə  də  sizə  deyirəm,  araukanlar  heç  bir  hindu  tayfasına 

oxşamır.  Avropanın  ən  qabaqcıl  əsgərləri  kimi  döyüşürlər. 

Bəli,  bəli.  Siz  öz  rəqiblərinizi  qiymətləndirməlisiniz. 

Doğrundan  da  araukanlar  mahir  döyüşçüdürlər.  Mən  bunu 

demişəm, həmişə də deyəcəm. Ona görə yox ki, biz onlara 

məğlub  olmuşuq.  Ona  görə  ki,  onlar  döyüş  taktikasından 

yaxşı  baş  çıxarırlar.  Siz  hökmən  onları  güclü  rəqib  kimi 

qəbul etməlisiniz. 

- Sinyor Kartahena, mən eşitmişəm ki, siz Pedro Valdi-

viyanın bütün ekspedisiyalarında iştirak etmisiniz və açıq e-

tiraf  etdiniz  ki,  həmişə  araukanlara  məğlub  olmusunuz.  - 

deyə  Vasko  söz  aldı  və  üzünü  qocaya  qutub  ehtiramla 

sözünə  davam  etdi.  -  Ancaq  bizim  üçün  maraqlı  olardı, 

sizin  dəstələri  hansı  döyüşçülər  təmsil  edirdi?  Yəni,  sizin 

döyüşçülər təcrübəliydilər, yoxsa kəndlərdən gəlmiş əkinçi-

lər idi? 

-  Hamınız  əmin  ola  bilərsiniz,  Pedro  Valdiviyanın 

ekspedisiyasında  yalnız  təcrübəli  və  bacarıqlı  döyüşçülər 

təmsil  olunmuşdu.  -  deyə  qoca  səyyah  tərəddüd  etmədən 

qətiyyətlə  cavab  verdi.  -  Həmin  o  konkistadorlar  İnklərin 

imperiyasını fəth etmiş və Ataualpanın döyüşkən ordusunu 



                                                     

 

  



                                                                            

                                                    

119 

darmadağın  etmişdilər.  Sadəcə  olaraq,  araukanlar  bizdən 



bacarıqlı  çıxdılar.  Ona  görə  deyirəm,  araukanların  hiylə-

gərliyindən muğayat olun. 

-  Əgər  mümkündürsə,  bu  barədə  ətraflı  danışın.  -  deyə 

Vasko təkid etdi. 

-  Araukanlar  çox  bacarıqlı,  təcrübəli  və  hiyləgər 

döyüşçüdürlər. - deyə qoca səyyah təkidlə bu sözləri təkrar 

etdi və leytenant Vaskoya nəzər salmadan ehtiramla sözünə 

davam  etdi.  -  Araukanlarla  cəmi  iki  dəfə  açıq  döyüşdə 

olmuşuq, o da ki, sayımız az olanda. Buna baxmayaraq, biz 

onları  həmin  o  döyüşlərdə  darmadağın  etdik.  Lakin  sonra 

onlar açıq döyüşdən boyun qaçırmağa başladırlar.  

Lautaro  adlı  bir  araukan  bizim  tərəfimizə  keçmiş  və 

bütün  sirlərimizə  və  döyüş  taktikasına  tam  yiyələnib  bir 

ildən  sonra  öz  hindularının  yanına  qayıtmışdı.  Məhz  bu 

hadisələrdən sonra hindular bizim üstümüzə gözlənilmədən 

dağların  ətəyində,  meşənin  girəcəyində,  dərələrdə,  dağ 

keçidlərində  hücüm  etdilər.  Bir  də  ki,  üstünlük  ona  görə 

onların  tərəfində  idi  ki,  hindular  öz  torpaqlarında  idilər  və 

bütün  sahələri  çox  yaxşı  tanıyırdılar.  Araukanlar  bütün 

imkanlarından çox yaxşı istifadə edirdilər. Onlar çox böyük 

ustalıqla bizi mühasirəyə alır və oxlarını üstümüzə yağdırır-

dılar. Hansı vasitələrə əl atırdıqsa, onlara qalib gələ bilmir-




                                                     

 

  



                                                                            

                                                    

120 

dik.  Hətta  elə  vaxt  olub  ki,  bizim  sıralarımızda  dörd  yüz 



nəfər olub, yenə də araukanlara diz çökdürə bilmə-mişik. 

- Sinyor Kartahena, sizin fikirinizcə, bu qüvvə araukan-

ları  məğlub  etmək  üçün  kifayətdir?  -  deyə  “Vanquardia” 

gəmisinin kapitanı maraqla soruşdu. 

- Sinyor kapitan, hər şey sizin özünüzdən asılıdır. - deyə 

qoca səyyah qeyri-müəyyən tərzdə dilləndi. - Elə ayağınızı 

Araukan  torpağına  basan  kimi  özünüzü  ayıq-sayıq 

aparmalısınız.  Sözsüz  ki,  döyüşdə  soyuqqanlı  və  qorxmaz 

olmalısınız.  Hər  şeydən  ehtiyatla  davranmalısınız.  İndi  isə 

əsas  bir  şeyi  yadda  saxlayın.  Hansı  döyüşdə  iştirak 

edirsiniz-edin,  ancaq  həmişə  arxada  ya  pusqu,  ya  da  ki, 

ehtiyat  dəstəsi  saxlayın.  Bu  hal  sizin  mühasirəyə  düşmə 

ehtimalını xeyli azaldacaq. Gecələr və əsasən sübh çağı çox 

ehtiyatlı olmalısınız. 

- Mən başa düşə bilmirəm, hansı döyüşçünü dindirirsən, 

deyir  araukanlaradan  muğayat  olun.  -  deyə  qraf  Xuan  qəti 

olaraq  bu  izahatdan  narazı  oldu  və  qoca  səyyahın  sözünü 

yarımçıq  qoymasına  görə  heç  üzr  istəmədən  laqeydliklə 

sözünə davam etdi. - Bu cür sözləri ekspedisiya iştirakçıları 

qarşısında demək və ya işlətmək, heç bir ispan zadəganına 

və ya zabitinə yaraşmaz. Siz elə danışırsız ki, guya biz lüt 

hinduların  üstünə  yox,  Osmanlı  İmperiyasının  əsgərləri 




                                                     

 

  



                                                                            

                                                    

121 

üzərinə  gedirik.  Kənardan  baxan  olsa,  bu  sözlərə  görə 



bizim hamımıza gülər. 

-  Başa  düşmürəm,  heç  ispan  əsgəri  də  lüt  hindulardan 

ehtiyat  etməlidir?  -  deyə  leytenant  Kamaço  giley-güzarla 

dilləndi. - Biz onların üzərinə, gözlərimizi dəsmalla bağla-

yıb getməliyik. Həmin aborigenlərdən ehtiyat etmək bizim 

üçün təhqir sayılar. 

-  Həmin  o  lüt  hindular  bir  neçə  ispan  döstələrini 

darmadağın  ediblər.  -  deyə  qoca  səyyah  böyük  enerji 

toplayaraq qətiyyətlə dilləndi. - Yüzlərlə ispan əsgəri əbədi 

olaraq başlarını Araukan torpağında qoyubdur. 

-  Bu  səhlənkarlıq  nətiçəsində  baş  verə  bilərdi,  -  deyə 

kapitan Alonso gözlənilmədən narazılığını bildirdi. – abori-

genlər  öz  qüvvələrilə  ispan  konkistadorlarını  məğlubiyyətə 

uğrada bilməzdilər. 

-  Həmin  o  lüt  aborigenlər,  məşhur  komandan  Pedro 

Valdiviyanı əsir alıb sonra isə edam etmişdilər. - deyə qoca 

səyyah heç kimə baxmadan kəskin şəkildə xəbərdarlıq etdi. 

-  Deməli,  Pedro  Valdiviya  əzvay  adam  olub  və  ispan 

qedrətini orada biabır edib. - deyə leytenant Kamaço hüznlə 

dilləndi. 

Qoça  Rodriges,  etikadan  kənar  olan  adamı  təsadüfən 

gördü və heç kimə imkan vermədən qürurla dedi: 




Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə