142
Migel təlim məşqlərini yalnız Osvaldo ilə keçirdi. Asudə
vaxtlarında o, babası ilə qızğın mübahisələr aparırdı.
Hərdən bir kapitan Xuan bəzi məsələr üçün qoca səyyahın
yanına təşrif buyururdu. Kapitan Xuan böyük sürətlə
səyahatə hazırlaşır və tez-tez “Vanquardia” və “Destino”
gəmilərinin təchizatını və səyahətə hazırlığını yoxlayırdı.
Bu istiqamətdə demək olar ki, heç bir çətinlik yox idi.
Migel hər gün Osvaldodan başqa kiminsə gəlişini səbir-
sizliklə gözləyirdi. O, məşqələlərdən sonra həmişə bikef
halda öz otağında oturub, gözlərini qapıya zilləyirdi. Sanki
Migel səbirsizliklə Lunanın yolunu gözləyirdi. O, həmin
qızdan həm çəkinir, həm də onunla bir yerdə olmaq
istəyirdi. Luna isə heç bir xəbər vermədən xalasıoğlu
Karlosun mühafizəsi altında öz evlərinə, Seviliyaya yola
düşmüşdü. Əlbəttə, bu haqda heç kim Migelə bir söz
deməmiş, həm də o, özü bu haqda heç kimdən bir kəlmə də
soruşmamışdı. Günlər keçdikcə ekspedisiyanın yola düş-
mək gününə çox az vaxtı qalırdı. Belə olan halda isə Migel
yalnız ekspedisiya haqqında fikirləşməli idi. Məhz buna
görə də o, yavaş-yavaş Lunanı yaddan çıxarmalı idi. Bəlkə
də bu onun xeyrinə olacaqdı.
Kapitan Markos qoca səyyahın yanına gələndə gözlənil-
mədən, söz arası dedi ki, ailəsi bir neçə günlüyə Barselo-
naya gəlibdir. Əgər ailəsi gəlibsə, deməli, Florida da
143
Barselonadadır. Floridanın adı Migelin beynindən hallanan-
da Seviliyadakı uşaqlıq illərinin xoş günləri yadına
düşürdü. Florida həm gözəl, cazibədar, füsunkar, həm də
həyalı bir qız idi. Onunla rastlaşıb, sonra isə yaxa qutarmaq
çox müşkül bir iş idi. Beləliklə, Migel bu xəbərə heç bir
reaksiya verməyib, öz məşğələlərini davam etdirirdi.
Vaxtilə kapitan Markos qoca səyyahın nəvəsinə çox hörmət
etmişdi. Bəzən elə olurdu ki, Migel onlarda, ailənin yaxın
adamı kimi, gecələməli olurdu. Kapitan ona çox etibar
edirdi. Lakin cavan zadəgan da nankor və daşürək adam
deyil və həmişə də kapitan Markosun hörmətini saxlayıb.
Sadəcə olaraq, iş ondadır ki, Migel istəmirdi bu dəfə də
Floridə ilə dostluq etsin. Özünün hiss etdiyi kimi bu pis
nəticələnə bilərdi. Yəni, o, çox asanlıqla məhəbbət toruna
düşə bilərdi.
Adicə etika qaydalarına riayət edib, qoca səyyah hörmət
əlaməti olaraq, kapitan Markosa ailəsinin bu evdə də
dincəlməyini təklif etdi. Onlar haçan istəsələr, bu evə təşrif
gətirə bilər və hətta bir neçə günlük burada gecələyə də
bilərlər. Kapitan Markos özü “Destino” gəmisinin heyətinə
başçılıq etdiyinə görə, çox vaxt elə öz gəmisində gecələ-
məli olurdu.
Kapitan Markosun dörd qızı vardı: böyük qızı Viktoriya
Portobeloya (Panama sahilləri) köçmüş leytenant Alonso
144
Ramiresin, ikinci qızı Marqarita isə Alonsonun ikinci
qardaşı Ernandonun həyat yoldaşı idi. Məhz buna görə
onun ailəsi gözlənildiyi kimi mühafizəçi dəstəsinin koman-
diri Ernandonun evində qalırdılar, Ernandonun evinin gen-
bol olması sözsüz ki, Seviliyadan gələn qonaqları evində
saxlatdıracaq. Bir sözlə, Migelin vecinə deyildi, Markosun
ailəsi bu evə gəlsin, ya yox.
Ancaq gözlənilmədən günlərin bir günü, qoca səyyah
nəvəsinə xəbər verdi ki, ertəsi günü səhər tezdən kapitan
Markos öz ailəsi ilə birlikdə bu evə təşrif buyuracaq. Biz
sözlə, qonaqları qarşılamaq üçün yaxşı hazırlıq görmək
lazım idi.
Beləliklə, sentyabrın 18-də səhər tezdən kapitan Markos
ailəsi ilə birlikdə qoca səyyahın evinə təşrif buyurdu.
Burada heç kimi bir-birinə təqdim etmək lazım deyildi.
Hamı bir-birini çox yaxşı tanıyırdı. Kapitan həyat yoldaşı
ilə birlikdə yuxarı qalxdı, Florida isə baçısı İlona ilə bağda
gəzişməyə başladı. Sözsüz ki, onlar ilk növbədə evdəkilərlə
görüşmüşdülər.
- Əvvəlkinə nisbətən bura həddindən artıq çiçəklənib və
abadlaşıb, - deyə İlona dilləndi və gözlərini ətrafdakı çiçək-
lərdən çəkməyərək can rahatlığı ilə sözünə davam etdi. -
adam necə də özünü burada rahat hiss edir. Bura lap
cənnətə oxşayır.
145
- Adam belə bir bağda vaxtını keçirsə, heç dünya-aləm
vecinə olmaz. - deyə Florida qeyri-müəyyən tərzdə dilləndi
və Migelə heç bir nəzər salmadan kinayə ilə sözünə davam
etdi. - Bu cür ekzotik bitkilərin arasında heş dostları yada
salmağa vaxt olmaz. İlona, daha bəsdir, gedək buradan. Biz
indi sinyor Rodrigesin yanında olmalıyıq.
Bu təsiredici sözlər əlbəttə ki, bütün aidiyyəti ilə
Migelin ünvanına söylənilmişdi. Əvvəllər Migel “Destino”-
da xidmət edəndə tez-tez kapitangilə gedir və o vaxtlar
Floridaya göz qoyurdu. Bunu çox adam bilirdi, ona görə ki,
Migelin Floridadan xoşu gəlirdi. Kapitan yunqanın kürəkən
olmasına heç də etiraz etməzdi. Çünki, Migel ailələrinin
sevimlisi idi və Kartahenalar nəsli
ilə qohum olmaq, bir çox
nüfuzlu ailələr üçün şərəf sayılırdı. Bundan əlavə Migelin
özü maddi cəhətcən yaxşı təmin olunmuş varis idi. Qoca
səyyahdan sonra o, Kartahenalar nəslinin yeganə nüməyən-
dəsi idi ki, İspaniyada yaşayırdı. Migelin həm Barselonada,
həm də Seviliyada iri evləri vardı. Barselonada gəzən söz-
söhbətə görə, qoca Rodriges Yeni Dünya sahillərində yaxşı
qazanc əldə edərək, külli-miqdarda var-dövlət toplamışdır
və həmin var-dövlət haqqında olan əsl həqiqəti yalnız
keçmiş səyyahın notariusu bilirdi. Bir çox nüfuzlu ailələr
məhz bu səbəbə görə Migel ilə qohum olmaq istəyirdilər.
Dostları ilə paylaş: |