  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə55/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   51   52   53   54   55   56   57   58   ...   154

                                                     

 

  



                                                                            

                                                    

218 

bəzək əşyalarının kobud şəkildə düzəldilməsi, bu qızılların 



okeanın  o  tayından  İspaniyaya  gətirilməsindən  xəbər  verir 

və həmin əşyaların aborigenlərə məxsus olduğunu bildirir-

di.  Avropa  zərgarları  qızıldan  çox  gözəl  əşyalar  düzəldir, 

yüksək  sənətkarlıq  nümayiş  etdirərək,  sanki  möcüzə 

yaradırdılar. Aborigenlər bu istedaddan çox-çox uzaq idilər. 

O, qızılı ovcuna alıb yuxarı qaldırdı və üzünü nəvəsinə 

tutub dedi: 

-  Migel,  bu  qızıllar  yalnız  İspaniyanın  xeyri  üçün 

xərclənməlidir.  Hər  bir  vicdanlı  şəxs  vətənin  xeyri  üçün 

nəsə  yaxşı bir iş görməlidir. Mən də xeyirxah  bir iş görüb 

bu dünyadan köçmək istəyirəm.    

-  Sən  bu  pullara  kimsəsizlərə  bir  monastır  da  tikdirə 

bilərsən, - deyə Migel səmərəli təklif verdi. - mənə elə gəlir 

ki,  bundan  yaxşı,  xeyirxah  iş  olmaz.  Özü  də  ki,  gördüyün 

xeyirxah  iş  İspaniyada  qalır.  Tikdirdiyin  və  ya  pul  ilə 

aldığın gəmi bir neçə ildən sonra çürüyüb gedir. Həm də ki, 

verdiyin  təklifi  həyata  keçirənlər  tapılacaq.  Özün  deyirsən 

ki, polkovnik Odovaldo bu ideyanın üzərində çalışır. 

- Açığını desəm bu ideya mənimdir, - deyə qoca səyyah 

qətiyyətlə dilləndi. – həmin ideyanı mən polkovnik Alonso-

ya  vermişəm.  Sonradan  başa  düşdüm  ki,  o,  təkbaşına  bu 

işin öhdəsindən gələ bilməyəcək. Çünki Karib dənizi böyük 

bir  ərazini  əhatə  edir.  Həm  də  quruldurların  komandaları 



                                                     

 

  



                                                                            

                                                    

219 

həddindən artıq təcrübəli və bacarıqlı dənizçilərdən ibarət-



dir.  Belə  etmək  lazımdır,  Karib  dənizində  nə  qədər  korsar 

gəmiləri varsa, onları məhv etmək üçün biz də bir o qədər 

gəmi istehsal etməliyik. Onların yuvalarını tapıb birdəfəlik 

viran  qoymalıyıq.  Əgər,  biz  indidən  piratların  kökünü 

kəsməsək,  onda  okeanın  o  tayında  quldurlar  tərəfindən 

bizim krallığa qarşı güclü zərbələr endiriləcək. Bu yoluxu-

cu xəstəliyi aradan qaldırmalıyıq. 

Qoca  səyyah  bu  təklifi  nəvəsinə  verməklə  sadəcə 

olaraq,  öz  arzularını  həyata  keçirmək  istəyirdi.  O,  heç  də 

bunu  Migeldən  gizlətmirdi  və  istəyirdi  ki,  nəvəsi  onun  bu 

arzusunu  həyata  keçirsin.  Migel  isə  tamamilə  başqa  şey 

fikirləşirdi.  Qan  tökmək,  kiminsə  balalarını  yetim  qoymaq 

heç  kimə  xeyir  gətirməz.  Məhz  buna  görə  də  o,  Araukan 

ölkəsindən  qayıdandan  sonra  birdəfəlik  müharibədə  iştirak 

etməkdən imtina etmək istəyir və dəniz səyahətinə çıxmaq 

arzusunda  idi.  Artıq  nəzərdə  tutulmuşdu  ki,  o,  Sakit 

okeanın  cənub  hissəsinə  təşkil  olunaçaq  ekspedisiyaların 

birində  iştirak  edəcək.  Həmin  səyahət  zamanı  Migel 

naməlum  sularda  üzə-üzə  bu  sahədə,  yeni  coğrafi  kəşflər 

elmində  təcrübə  toplamaq  istəyirdi.  Vətənə  qaydındandan 

sonra  isə  özü  təcrübəli  komanda  toplayaraq,  müstəqil 

şəkildə  naməlum  ərazilərə  ekspedisiyalar  təşkil  edəcək. 

Bununla  da  o,  öz  nəslinin  ənənəvi  işini  davam  etdirmək 



                                                     

 

  



                                                                            

                                                    

220 

istəyirdi.  Ona  görə  ki,  Kartahena  nəslinin  demək  olar  ki, 



bütün  nümayəndələri  səyahətlə  məşğul  olurdular.  Qoca 

səyyahın  da  özü  dəfələrlə  nəvəsinə  bildirmişdi  ki,  o,  bu 

sahədə təkmilləşməklə,

 

Kartahena nəslinin



 

ənənəsini davam 

etdirmək  üçün  hansısa  bir  səyahətdə  iştirak  etməlidir.  İndi 

isə  onun  fikri  tamamilə  əks  formada  dəyişmişdi.  Migel 

gələcəkdə  səyahətlərdən  əl  çəkib  Karib  dənizində  peyda 

olan  dəniz  quldurlarına  qarşı  amansız  müharibə  alarmalı 

idi.  İndi  Migel  çıxılmaz  bir  vəziyyətdə  qalmışdı,  babasına 

müsbət  cavab  versin,  ya  mənfi?  Hər  halda  o,  babasının 

sözündən  çıxmamalı  idi.  Ona  görə  ki,  babası  bütün  ömrü 

boyu  Migelə  yalnız  hörmət  etmiş  və  demək  olar  ki, 

nəvəsinin bütün istəklərini yerinə yetirmişdir. 

Rodriges  Kartahena  milli  ruhda  böyüyən,  vətənpərvər 

bir  adam  idi.  Məhz  buna  görə  də  vətən  darda  qalanda, 

yaxud  vətənə  xələl  gətiriləndə  o,  vicdanlı  və  namuslu  bir 

zadəgan  kimi  biganə  qala  bilməzdi.  Elə  hey  istəyirdi  ki, 

belə bir vəziyyətdə cüzi olsa da, öz köməkliyini göstərsin. 

İndi  isə  onu,  dövlət  gəmilərinə  və  Amerikadakı  ispan 

şəhərlərinə  hücum  edən  dəniz  quldurları  bərk  narahat 

edirdi. Korsarlar ispan taxt-tacı və ispan sakinləri qarşısın-

da  cinayət  törətdiklərinə  görə  hökmən  ispan  fədailəri  və 

əsgərləri  tərəfindən  cəzalandırılmalıydılar.  Qoca  səyyah 

həddindən artıq qoca olduğuna görə özü bu ağır missiyada 




                                                     

 

  



                                                                            

                                                    

221 

iştirak  edə  bilməzdi.  Məhz  buna  görə  də  o,  nəvəsinə  bu 



missiyanı  həyata  keçirmək  üçün  həmin  təklifi  vermişdi. 

Qoca  səyyah  çox  yaxşı  bilirdi  ki,  nəvəsi  çox  təcrübəli  və 

bacarıqlı  dənizçi  olmaqla  yanaşı,  mərd,  qorxmaz  və  igid 

döyüşçüdür.  Artıq  Migel  özünü  1588-ci  ildə  ingilislərə 

qarşı  müharibədə  müsbət  cəhətcən  göstərmişdir.  Həmin 

şücaəti  təkrarlamaq  və  çətin  döyüşlərdə  ağır  sınaqlardan 

çıxmaq  üçün  Migel  hökmən  araukanlara  qarşı  başlanacaq 

növbəti  müharibədə  iştirak  etməli  idi.  O,  bu  sınaqdan 

müvəffəqiyyətlə  çıxsa,  deməli  dəniz  quldurlarının  da 

öhdəsindən gələ bilər. 

Qoca  səyyah  təklif  etdi  ki,  bu  qızıllara  yaxşı  gəmi 

almaqla  və  əla  komanda  toplamaqla,  İspaniyanın  xeyrinə 

xeyirxah  bir  iş  görmüş  olur.  Lakin  hər  hanasısa  bir 

səyahətdə  iştirak  edib  naməlum  torpaqları  kəşf  etmək 

nəinki İspaniyanın, hətta bütün dünyanın xeyrinə görülmüş 

bir  iş  sayılır.  Bundan  əlavə,  həmin  torpaqlar  İspaniyanın 

mülkü kimi imperiyanın tərkib hissəsinə qatılır. Migel istər-

istəməz  babasının  təklifi  ilə  razılaşmalı  idi.  Çünki  babası 

ona xəzinənin gizlədildiyi yeri göstərmişdi. Həmin xəzinə-

nin  də  nəyə  görə  istifadə  olunması,  yalnız  Migeldən  asılı 

idi.  O,  çox  yaxşı  bilirdi  ki,  babasının  sözündən  çıxmaq 

naxələflikdir.  Migel  hər  şeyi  götür-qoy  edəndən  sonra 

ehtiramla dedi: 



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə