  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə56/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   52   53   54   55   56   57   58   59   ...   154

                                                     

 

  



                                                                            

                                                    

222 

-  Mənə  etdiyin  hörmətləri  nəzərə  alaraq  sənin  bu 



təklifini  qəbul  edirəm.  Kim  İspaniyanın  mənafeyinə  xələl 

gətirirsə,  onun  inkişafına  mane  olursa,  həmin  kəslər  bizim 

krallığın  düşmənləri  sayılırlar.  O  cür  ünsürlər  mütləq 

qılıncdan  keçirilməlidirlər.  Dəniz  səyahəti  ilə  sonra  da 

məşğul  olmaq  olar.  Bundan  əlavə,  Karib  dənizində  çoxlu 

naməlum adalar var. Kim nə bilir, bəlkə də korsarlar həmin 

adalarda yuva salıblar? 

- Migel, sənin cavabın əsl vətənpərvər adamın cavabdır, 

- deyə qoca səyyah sevinc hissi ilə nəvəsinin çiyninə vura-

vura həvəslə dilləndi. - Mən bilirdim ki, sən  mənə müsbət 

cavab  verəcəksən.  Dəniz  quldurlarının  hamısı  Karib  dəni-

zində və ona yaxın olan butün ərazilərdə məhv edilməlidir. 

 

 

 



 

 

XX fəsil. Migel ilə Karlos arasındakı  



                    münaqişə 

 

Artıq  Migel  bu  evdəki  sirr  ilə  tanış  olmuşdu.  Demək 



olar  ki,  bundan  başqa  heç  bir  şey  onu  maraqlandıra 

bilməzdi.  Söz  yox  ki,  qoca  səyyahın  ölümündən  sonra  bu 




                                                     

 

  



                                                                            

                                                    

223 

ev Migelin adına keçəcəkdi. Onsuz da o, hazırda bu irilikdə 



evin varisi sayılırdı və demək olar ki, hər şey ona bəlli idi, 

təkcə  bir  şeydən  başqa.  O  da  ki,  Valpraisoda  gizlədilən 

qoca səyyahın xəzinəsinin yarısı. Migel üzlülüyünə salıb bu 

haqda  babasını  sorğu-sual  edə  bilərdi.  Lakin Rodriges  özü 

ona  bu  haqda  məlumat  verdi.  O,  bildirdi  ki,  həmin 

xəzinənin  planı  birinci  seyfdə  gizlədilib.  Sonra  isə  əlavə 

etdi  ki,  hələlik  bu  haqda  Migelin  maraqlanmasının  vaxtı 

deyil.  Həmin  xəzinə  onun  üçün  qara  günə  lazım  olacaq. 

Daha  doğrusu,  həmin  xəzinə  Migel  dara  düşəndə  lazım 

olacaq. 


Mərkəzi  Çili  sahillərindən  sağ-salamat  qayıdandan 

sonra  Migel  dəniz  səyahətlərinə  çıxsa,  yaxud  Karib 

dənizində  peyda  olan  dəniz  quldurlarına  qarşı  mübarizəyə 

yollansa,  o,  uzun  müddət  sevgilisindən  ayrı  düşəcək. 

Düzdür,  dəniz  səyahətindən  Migel  iki,  uzağı  isə  üç  ildən 

sonra  qayıda  bilərdi.  Amma  Karib  dənizindən  neçə  ilə 

qayıtması məlum deyildi. Piratlarla iri bir ərazidə mübarizə 

aparmaq  heç  də  asan  iş  sayılmırdı.  Bu  tədbirdə  iştirak 

etmək  üçün  uzun  illər  vaxt  tələb  olunurdu.  Deməli,  Migel 

ilə Floridanın arasındakı ayrılıq uzun illər davam edəcəkdi. 

Bilinmirdi,  kim  layqincə  buna  tab  gətirəcək,  Migel,  yoxsa 

Florida?  Əlbəttə,  oğlan  sevgilisinə  nisbətən  daha  dözümlü 

olacaq, ona görə ki, o, vacib bir işlə məşğul olmaqla vaxtını 



                                                     

 

  



                                                                            

                                                    

224 

keçirəcək. Florida isə nigarançılıq keçirə-keçirə sevgilisinin 



yolunu  gözləyəcək.  Bunun  üçün  isə  adamda  böyük  dözüm 

və  möhkəm  iradə  olmalıdır.  Cavanlar  böyük  bir  imtahan 

qarşısına çəkilirdilər. 

Günortadan  bir  az  keçmiş  Osvaldo  Migelə  xəbər  verdi 

ki,  leytenant  Karlos  Floridanı  incitmək  və  şantaj  etmək 

üçün Ramiresin evinə yollanıb. 

- Sən haradan bilirsən ki, o, mərdimazar Floridanı naqis 

hərəkətləri  həyata  keçirmək  etmək  üçün  oraya  yollanıb?  - 

Migel özünü sərbəst apararaq müəmmalı tərzdə soruşdu. 

-  Mənə  İlona  deyib,  -  deyə  Osvaldo  qətiyyətlə  cavab 

verdi  və  dostunun  xəyala  getdiyini  görüb  başını  aşağı 

salaraq, tərəddüd etmədən sözünə davam etdi. - indicə ora-

dan  gəlirəm.  Başa  düşürsən  Migel,  mən  elə  gecədən  orada 

qalmışam. Karlosun gəlişini və Floridanın yanına getməsini 

o, mənə xəbər verdi. Mən.., 

-  Əgər,  elədirsə,  mən  birbaşa  Ramiresin  evinə  yollanı-

ram. - deyə Migel hiddətləndi. - Bu dəfə mən o yaramazın 

dərsini  verəcəm.  Karlos  həddini  yaman  aşıb.  Allah  özü 

şahiddir ki, mən qan tökülməsindən uzaqlaşırdım. 

-  Migel,  ayaq  saxla.  Çalış  məsələyə  bu  cür  sərt 

yanaşma. Karlos çox təhlükəli adamdır, həm də unutma ki, 

biz  sabah  onunla  birlikdə  Mərkəzi  Çili  sahillərinə  yollanı-




                                                     

 

  



                                                                            

                                                    

225 

rıq. Səninlə onun arasında baş verəcək münaqişə pis nəticə 



verə bilər. 

- Osvaldo, sən özün çox gözəl bilərsən ki, mən onun bir 

çox  nalayiq  hərəkətlərinə  göz  yummuşam,  bu  dəfə  isə 

Karlosun dərsini verməliyəm. - deyə Migel hünzlə dilləndi 

və  başını  məyus  halda  tərpədərək  hiddətlə  sözünə  davam 

etdi. - O, həddindən artıq həyasız adamdır. Özündən müştə-

beh halda razıdır. Bu təhqirə görə o, cavab verməlidir. Axı, 

Karlos çox gözəl bilir ki, Florida mənim sevgilimdir və biz 

bir-birimizi həddindən artıq çox sevirik. O, bilir ki, Florida 

mənim  gələcək  həyət  yoldaşımdır.  Yox,  Osvaldo,  sən  nə 

deyirsən de, ancaq Karlos bu təhqirə görə cavab verəcək. 

Migel  ilə  Osvaldo  arasındakı  söz  mübadiləsi  çox  uzun 

çəkmədi.  Osvaldo  çox  çalışdı  ki,  dostu  emosiyalara 

uymasın  və  özünü  ələ  alsın,  amma  buna  nail  ola  bilmədi. 

Vəcdə  gələn  Migel  cəld  tövləyə  gedib  atını  yəhərlədi  və 

dostu  ilə  birlikdə  yola  düşdü.  O,  hələ  də  özünü  ələ  ala 

bilmirdi.  Adamlarla  dolu  olan  küçədə  Migel  atını  bərk 

çapırdı. Sanki onu arxadan qovurdular. Osvaldo atını çapa-

çapa  nə  qədər  qışqırırdısa,  Migel  atının  sürətini  azaltmırdı 

ki,  azaltmırdı.  Belə  bir  vəziyyətdə  Karlos  onun  qarşısına 

çıxsa  idi,  sözsüz  ki,  Migel  onun  üstünə  qılınc  çıxardıb 

döyüşə başlayacaqdı. 




Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə