222
- Mənə etdiyin hörmətləri nəzərə alaraq sənin bu
təklifini qəbul edirəm. Kim İspaniyanın mənafeyinə xələl
gətirirsə, onun inkişafına mane olursa, həmin kəslər bizim
krallığın düşmənləri sayılırlar. O cür ünsürlər mütləq
qılıncdan keçirilməlidirlər. Dəniz səyahəti ilə sonra da
məşğul olmaq olar. Bundan əlavə, Karib dənizində çoxlu
naməlum adalar var. Kim nə bilir, bəlkə də korsarlar həmin
adalarda yuva salıblar?
- Migel, sənin cavabın əsl vətənpərvər adamın cavabdır,
- deyə qoca səyyah sevinc hissi ilə nəvəsinin çiyninə vura-
vura həvəslə dilləndi. - Mən bilirdim ki, sən mənə müsbət
cavab verəcəksən. Dəniz quldurlarının hamısı Karib dəni-
zində və ona yaxın olan butün ərazilərdə məhv edilməlidir.
XX fəsil. Migel ilə Karlos arasındakı
münaqişə
Artıq Migel bu evdəki sirr ilə tanış olmuşdu. Demək
olar ki, bundan başqa heç bir şey onu maraqlandıra
bilməzdi. Söz yox ki, qoca səyyahın ölümündən sonra bu
223
ev Migelin adına keçəcəkdi. Onsuz da o, hazırda bu irilikdə
evin varisi sayılırdı və demək olar ki, hər şey ona bəlli idi,
təkcə bir şeydən başqa. O da ki, Valpraisoda gizlədilən
qoca səyyahın xəzinəsinin yarısı. Migel üzlülüyünə salıb bu
haqda babasını sorğu-sual edə bilərdi. Lakin Rodriges özü
ona bu haqda məlumat verdi. O, bildirdi ki, həmin
xəzinənin planı birinci seyfdə gizlədilib. Sonra isə əlavə
etdi ki, hələlik bu haqda Migelin maraqlanmasının vaxtı
deyil. Həmin xəzinə onun üçün qara günə lazım olacaq.
Daha doğrusu, həmin xəzinə Migel dara düşəndə lazım
olacaq.
Mərkəzi Çili sahillərindən sağ-salamat qayıdandan
sonra Migel dəniz səyahətlərinə çıxsa, yaxud Karib
dənizində peyda olan dəniz quldurlarına qarşı mübarizəyə
yollansa, o, uzun müddət sevgilisindən ayrı düşəcək.
Düzdür, dəniz səyahətindən Migel iki, uzağı isə üç ildən
sonra qayıda bilərdi. Amma Karib dənizindən neçə ilə
qayıtması məlum deyildi. Piratlarla iri bir ərazidə mübarizə
aparmaq heç də asan iş sayılmırdı. Bu tədbirdə iştirak
etmək üçün uzun illər vaxt tələb olunurdu. Deməli, Migel
ilə Floridanın arasındakı ayrılıq uzun illər davam edəcəkdi.
Bilinmirdi, kim layqincə buna tab gətirəcək, Migel, yoxsa
Florida? Əlbəttə, oğlan sevgilisinə nisbətən daha dözümlü
olacaq, ona görə ki, o, vacib bir işlə məşğul olmaqla vaxtını
224
keçirəcək. Florida isə nigarançılıq keçirə-keçirə sevgilisinin
yolunu gözləyəcək. Bunun üçün isə adamda böyük dözüm
və möhkəm iradə olmalıdır. Cavanlar böyük bir imtahan
qarşısına çəkilirdilər.
Günortadan bir az keçmiş Osvaldo Migelə xəbər verdi
ki, leytenant Karlos Floridanı incitmək və şantaj etmək
üçün Ramiresin evinə yollanıb.
- Sən haradan bilirsən ki, o, mərdimazar Floridanı naqis
hərəkətləri həyata keçirmək etmək üçün oraya yollanıb? -
Migel özünü sərbəst apararaq müəmmalı tərzdə soruşdu.
- Mənə İlona deyib, - deyə Osvaldo qətiyyətlə cavab
verdi və dostunun xəyala getdiyini görüb başını aşağı
salaraq, tərəddüd etmədən sözünə davam etdi. - indicə ora-
dan gəlirəm. Başa düşürsən Migel, mən elə gecədən orada
qalmışam. Karlosun gəlişini və Floridanın yanına getməsini
o, mənə xəbər verdi. Mən..,
- Əgər, elədirsə, mən birbaşa Ramiresin evinə yollanı-
ram. - deyə Migel hiddətləndi. - Bu dəfə mən o yaramazın
dərsini verəcəm. Karlos həddini yaman aşıb. Allah özü
şahiddir ki, mən qan tökülməsindən uzaqlaşırdım.
- Migel, ayaq saxla. Çalış məsələyə bu cür sərt
yanaşma. Karlos çox təhlükəli adamdır, həm də unutma ki,
biz sabah onunla birlikdə Mərkəzi Çili sahillərinə yollanı-
225
rıq. Səninlə onun arasında baş verəcək münaqişə pis nəticə
verə bilər.
- Osvaldo, sən özün çox gözəl bilərsən ki, mən onun bir
çox nalayiq hərəkətlərinə göz yummuşam, bu dəfə isə
Karlosun dərsini verməliyəm. - deyə Migel hünzlə dilləndi
və başını məyus halda tərpədərək hiddətlə sözünə davam
etdi. - O, həddindən artıq həyasız adamdır. Özündən müştə-
beh halda razıdır. Bu təhqirə görə o, cavab verməlidir. Axı,
Karlos çox gözəl bilir ki, Florida mənim sevgilimdir və biz
bir-birimizi həddindən artıq çox sevirik. O, bilir ki, Florida
mənim gələcək həyət yoldaşımdır. Yox, Osvaldo, sən nə
deyirsən de, ancaq Karlos bu təhqirə görə cavab verəcək.
Migel ilə Osvaldo arasındakı söz mübadiləsi çox uzun
çəkmədi. Osvaldo çox çalışdı ki, dostu emosiyalara
uymasın və özünü ələ alsın, amma buna nail ola bilmədi.
Vəcdə gələn Migel cəld tövləyə gedib atını yəhərlədi və
dostu ilə birlikdə yola düşdü. O, hələ də özünü ələ ala
bilmirdi. Adamlarla dolu olan küçədə Migel atını bərk
çapırdı. Sanki onu arxadan qovurdular. Osvaldo atını çapa-
çapa nə qədər qışqırırdısa, Migel atının sürətini azaltmırdı
ki, azaltmırdı. Belə bir vəziyyətdə Karlos onun qarşısına
çıxsa idi, sözsüz ki, Migel onun üstünə qılınc çıxardıb
döyüşə başlayacaqdı.
Dostları ilə paylaş: |