  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə54/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   50   51   52   53   54   55   56   57   ...   154

                                                     

 

  



                                                                            

                                                    

214 

- Əlbəttə! - qoca səyyah təbəssümlə qısaca cavab verdi. 



-  Belə  çıxır  həmin  qızıl  Barselonada  saxlanılır?  -  deyə 

Migel səbirsizliklə dillənərək, babasını cavab ilə tələsdirdi. 

- Migel, hazırda bizim ixtiyarımızda 2,5 kq. qızıl var və 

həmin qızıl ilə həm möhkəm komanda təşkil etmək, həm də 

iri  bir  karavella  və  ya  qaleon  almaq  olar.  -  deyə  qoca 

səyyah təmkinlə dilləndi. - Həmin qızıl bu kabinetin altında 

yerləşən  otağdadır.  O,  otağın  da  olmasını  məndən  başqa 

heç kim bilmir. Həmin otaq hamından gizlin saxlanılır. 

- Məgər, bu kabinetin altında evin zirzəmisindən başqa 

otaq var? 

- Əlbəttə var.  - deyə qoca səyyah təmkinlə  cavab verdi 

və  boyununu  bir  balaca  nəvəsinə  tərəf  əyib  aludəliklə 

sözünə davam etdi. - həqiqətən də bu kabinetin altında yekə 

bir otaq var. Bax, o kamodu görürsən? - deyə qoca səyyah 

qapıdan  sol  tərəfdəki  küncdə  dayanan  kamodu  göstərdi.  - 

Onun altında bir qapı var. Həmin qapıdan keçib aşağı mən 

deyən otağa gedərsən. Get o kamodu bir tərəfə çək. İndi biz 

aşağı  düşəcəyik.  Ancaq  sən  kabinetin  qapısını  içəridən 

möhkəm bağla. 

 

 



 

 



                                                     

 

  



                                                                            

                                                    

215 

    XIX fəsil. Kaxamarka əməliyyatı zamanı ələ  

keçirilən qızılın cüzi bir hissəsi Barselonada  

                          gizlədilib 

 

Migel hər şeyi babası dediyi kimi etdi. O, qapını açaraq 



(aşağı  açılan  qapını),  şamdanı  əlinə  alıb  pilləkənlə  aşağı 

düşdü.  Migelin  arxasınca  düşən  qoca  səyyah  nəvəsinə 

tapşırdı  ki,  otaqda  olan  bütün  şamdanları  yandırsın.  Migel 

də  elə  etdi.  Otaqın  işıqları  yananda  təəccübdən  Migelin 

gözləri kəlləsinə qalxdı. 

Otağın  iki  üzbəüz  divarında  İran  xalçaları,  pilləkana

 

yaxın olan divarda güzgü, ona əks olan divardan isə üç iri 



portret  asılmışdı.  Birincisi,  Fernan  Magellanın,  ikincisi, 

Ernan  Kortesin,  üçüncüsü  isə  Fransisko  Pisarronun 

portretləri  idi.  Vaxtilə  Migel  bu  portretləri  qonaq  zalında 

görmüşdü. İngiltərə ilə baş verən müharibədən qayıdandan 

sonra  o,  portretləri  yerində  görməmişdi.  Babasından 

soruşanda,  qoca  səyyah  demişdi  ki,  “müvəqqəti  olaraq 

portretlər  başqa  bir  yerdə  saxlanır”.  Artıq  Migel  başa 

düşmüşdü  ki,  babası  haranı  nəzərdə  tutur.  Bundan  əlavə 

güzgü  olan  divarın  altında  topa  şəkilində  portretlər  üst-

üstünə yığılmışdı. Portretlərin üstünə iri ağ parça sərilmişdi. 

Rodriges dənizçi, səyyah və konkistador olsa da, incəsənət 

əsərlərinə böyük maraq göstərirdi.  




                                                     

 

  



                                                                            

                                                    

216 

Nəyə  görə  o,  həmin  incəsənət  əsərlərini  bu  otaqda 



saxlayırdı?  –  deyə  Migel  öz-özünə  düşündü:  -  Bunlar  ki, 

qiymətli  əşya  sayılmırdılar.  Hər  nədisə,  bu  babamın  öz 

şəxsi işidir. Bu qəribə hərəkəti etməyə, görünür onu nə isə 

vadar etmişdi.  

Güzgü  asılan  divarın  sağ  tərəfinədəki  divardan  asılmış 

xalçanın  üzərindən,  çarpaz  şəkilində  üstündən  ərəb 

qılıncları asılmışdı. Həmin qılıncların altında qalxan vardı. 

Bu  dairəvi  qalxandan  ərəb  ordularında  istifadə  olunurdu. 

Əks  tərəfdəki  divarın  xalçasından  isə  Osmanlı  türklərinin 

iki  qılıncı  və  bir  qalxanı  asılmışdı.  Silahların  gizlin 

saxlanılması  məcburi  xarakter  daşıyırdı.  Düşmən  silahları-

nın  nümayişi  sözsüz  ki,  bütün  İspaniyada  hökm  sürən 

inkvizisiyanın  xoşuna  gəlməzdi.  İspaniyada  isə  inkvizitor-

larla  ehtiyatlı  davranmaq  lazım  idi.  Lakin  portretlərin  bu 

otaqda asılması və gizlədilməsi çox müəmmalı idi. Halbuki 

həmin  xadimlər  bütün  İspaniyanın  şan-şöhrəti  idi.  Onların 

şəkillərinin bu otaqda asılması Migeldə təəccüb doğururdu. 

Migel bu haqda babasından lazım olan məlumatı ala bilərdi. 

Ancaq  onlar  bu  otağa  başqa  bir  məsələyə  görə  düşmüş-

dülər. Hazırda isə yalnız bu məsələ həll olunmalı idi. Artıq 

sualın verilməsi düzgün deyildi. 

Bu otağın da ortasına masa və oturacaqlar qoyulmuşdu. 

Qoca  səyyah  bura  düşəndə  otaqda  bir  neçə  saat  qalırmış. 



                                                     

 

  



                                                                            

                                                    

217 

Həm də masanın üstündə bir neçə vərəq və içində qaz lələyi 



olan mürəkkəb vardı. 

-  Migel,  divardan  asılmış  hər  portretin  arxasında  bir 

seyf var. Hər bir seyfin də özünəməxsus rolu var. 

Qoca  səyyah  bu  sözləri  deyəndən  sonra  sağ  tərəfdən 

asılmış  qalxanı  qaldırıb  altında  olan  açarları  götürdü  və 

birinci Pisarronun şəkli olan tərəfə getdi. Migelə işarə etdi 

ki,  şəkili

 

çıxardıb  masanın  üstünə  qoysun.  Bir  anlığa  o, 



həmin göstərişi yerinə yetirdi. Rodriges burada olan seyfin 

qapısını aça-aça həvəslə dedi: 

- Gətirdiyim qızıllar bu seyfdə yerləşir. Bizim notarius-

da olan bütün sənədlərin surətləri və başqa maraqlı sənədlər 

Magellanın  şəkli  asılan  seyfdədir.  Kortesin  portretinin 

arxasındakı seyf boşdur. O seyfi istəsən sənə bağışlayaram. 

Ekspedisiya  başa  çatandan  sonra  notariusa  verilən  sənəd-

lərin  surəti  ilə  tanış  olarsan.  İndi  isə  bunun  üçün  səndə 

lazımi vaxt yoxdur. 

Qoca səyyah seyfin qapısını açıb oradan yekə olmayan 

bir  qutu  çıxartdı.  Migel  babasına  kömək  edərək  qutunu 

masanın üstünə qoydu. Rodriges qutunu açıb içindən balaca 

olmayan iki üstü naxışlı müçrü çıxardıb ağızlarını qaldırdı. 

Mücrülərin içərisində olan qızıl əşyalar, Migelin gözünü 

qamaşdırdı. O, həm valeh, həm də məst oldu. Burada çoxlu 

sayda bəzək əşyaları vardı. Fiqurların iri həcmdə olması və 




Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə