  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə51/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   47   48   49   50   51   52   53   54   ...   154

                                                     

 

  



                                                                            

                                                    

202 

yuxusundan ayılmadı. Özünə gələndə isə müvəqqəti olaraq 



xəcalətindən  Migeldən  utanmağa  başladı  və  aralarında  nə 

baş  verdiyini  anlamağa  çalışdı.  Lakin  getdikcə  onların 

arasındakı  ünsiyyət  bərpa  edildi  və  əlaqələri  gecəyarısı 

əvəzinə səhərə kimi davam etdi. Bununla da hər iki sevgili 

bir-birinə əbədi olaraq bağlı oldular. 

 

 



 

 

 



     XVIII fəsil. Qoca səyyah öz sirrini nəvəsinə  

                 açıb söyləyir 

 

Yataq  otağına  çatanda  evin  qulluqçusu  Migelə  xəbər 



etdi  ki,  babası  gecədən  onu  axtarır.  Qoca  səyyah  yuxuda 

olduğuna  görə  o,  babasını  narahat  etmədi,  əksinə  özü 

yuxusunu  almaq  üçün  çarpayısına  uzandı.  Onsuz  da  nahar 

yeməyində onların hər ikisi süfrə arxasında görüşəcəklər. 

Lakin  nahar  yeməyi  zamanı  qoca  səyyah  bir  kəlmə 

olsun belə danışmadı. Sadəcə olaraq, o, nəvəsinə bildirdi ki, 

nahar  yeməyindən  sonra  heç  bir  yana  getməsin.  Yoxsa, 

Migel hər gün müəmmalı tərzdə evdən yoxa çıxırdı. Əgər, 

qoca  səyyah  qonaqların  yanında  bir  kəlmə  də  danışmırsa, 



                                                     

 

  



                                                                            

                                                    

203 

deməli,  onun  nəvəsinə  deyiləcək  sözlər  məxfi  xarakter 



daşıyırdı.  Babasının  bu  cür  müammalı  davranışı  Migelin 

marağına səbəb oldu. Qoca səyyah onunla nə haqda söhbət 

edəcək? 

İçəridə  hava  boğanaq  olsa  da,  Rodriges  nəvəsi  ilə 

kabinetdə görüşməyi qərara aldı. Çox möhkəm və enli olan 

divarlar  arxasında  gedən  söhbəti  o  biri  otaqda  olanlar  heç 

cürə  eşidə  bilməzdi.  Bu  kabinet  evin  düz  ortasında  idi  və 

onun  pəncərləri  həyətə  çıxmırdı.  Gecə-gündüz  burada 

oturanda  yalnız  şamın  işığından  istifadə  etmək  lazım  idi. 

Divarlardan  1500-cü  ildə  Xuan  La  Kosa  tərəfindən  və 

1502-ci  ildə  Alberto  Kantino  tərəfindən  tərtib  edilən 

xəritələr  asılmışdı.  Qoca  səyyah  şəxsən  özü  bu  xəritələri 

böyüdüb  divarlardan  asmışdır.  Alberto  Kantinonun  tərtib 

etdiyi  xəritəni  onun  üçün  coğrafiyaşünas  Bartolomeu 

Lissabondan  gətirmişdi.  Kabinetin  yerinə,  şərqdən  gətiril-

miş yekə olmayan xalça sərilmişdi. Xalçanın üstündə masa 

vardı.  Qoca  səyyah  qapı  ilə  üzbəüz  masa  arxasında 

əyləşmişdi.  Ondan  sağ  tərəfdə  böyük  olmayan  kitabxana 

yerləşir  və  həmin  kitabxananın  içərisində  qırxa  yaxın 

kitablar  vardı.  Qoca  səyyah  şəxsən  özü  bütün  ömrü  boyu 

həmin  kitabları  yığmışdır.  O,  özü  oxuduğu  kitabı  həmişə 

nəvəsinə  oxumağı  məsləhət  görürdü.  Migel  çox  yaxşı 

bilirdi  ki,  babası  nizam-intizamı  sevən,  ciddi  və  hökümlü 



                                                     

 

  



                                                                            

                                                    

204 

bir  adamdır.  Bu  kabinetə  qoca  səyyahdan  başqa  heç  kim 



icazəsiz ayaq  basmırdı.  Bütün evdəkilərə bu kabinetə ayaq 

basmaq qəti qadağan olunmuşdur. Təəccüblü olsa da, qoca 

səyyahla  Migeldən  başqa,  ümumiyyətlə,  onların  nəslindən 

heç kim həmin kabinetdə olmamışdır. Evi alan gündən qoca 

səyyah həmin otağı öz kabineti kimi düzəltdirmiş və elə ilk 

gündən  həmin  qapının  açarını  öz  cibində  gəzdirirdi.  Axır 

zamanlar  bu  kabinetdən  şübhələnən  Migel  babasının  bir 

hərəkətini  yaddan  çıxartmırdı.  həmişə  də  o,  istər-istəməz 

həmin  hərəkəti  nəvəsinin  qarşısında  nümayiş  etdirirdi. 

Migel  içəri  girəndə  qoça  səyyah  yalnız  masanın  üstündəki 

şamdanları  yandırır,  ya  da  ki,  özü  içəridə  olan  zaman 

nəvəsini  yanına  çağırtdırırdı.  Migel  də  ki,  içəri  girən 

zaman,  babasının  kabinetin  künclərində  olan  şamdanların 

söndürülməsinin  şahidi  olurdu.  Bir  sözlə,  bu  kabinet  evin 

başqa otaqları kimi heç vaxt gur işıqlı olmur və həmişə də 

burada  masanın  üstündəki  iki-üç  şam  yanırdı.  Demək  olar 

ki,  kabinet  otuz  faiz  işıqlandırılırdı.  İçəridə  olan  əşyaları 

aydın  görmək  mümkün  deyildi.  Migel  dəqiq  bilirdi  ki,  bu 

kabinetin  təmizlik  işlərinə  babasından  başqa  heç  kim 

baxmırdı.  Evin  qulluqçusu  bu  işdən  azad  edilmişdi.  Əgər, 

bir  adam  ki,  həmin  otağı  alaqaranlıq  saxlayır,  demək  olar 

ki,  heç  kimi  bura  buraxmır  və  doxsan  yaşında  ikən 

məcburiyyət  qarşısında  qalıb  özü  otağın  təmizlik  işləri  ilə 



                                                     

 

  



                                                                            

                                                    

205 

məşğul  olursa,  deməli,  həmin  kabinetdə  nəsə  bir  sirr  var. 



Babasının qeyri-adi hərəkətlərində Migel bunu çoxdan dərk 

etmişdi. Lakin orada bir sirrin olduğunu öyrənmək üçün o, 

heç bir ciddi-cəhdlər etməmişdı. 

Rodriges  Kartahena  çox  xeyirxah  və  bütün  İspaniyada 

adlı-sanlı  bir  adam  idi.  Migel  də  ona  böyük  hüsn-rəğbət 

bəsləyirdi.  Kabinetdə  hansısa  bir  sirrin  olması  qoca 

səyyahın  şəxsi  işi  idi  və  Migel  də  babasının  şəxsi  işinə 

qarşımaq istəmirdi.  

Migel yenə də həmin mühitdə babası ilə üzbəüz əyləşdi. 

Lakin bu dəfə, əvvəlkinə nisbətən qoca səyyahın arxasında 

olan  seyfin  üstündə  də  şam  yandırılmış  və  otaqda  işıq  bir 

balaca güclənmişdi. Migel əvvəlcə elə bildi ki, babası onun 

Florida ilə olan məhəbbət əlaqəsindən xəbərdardır və məhz 

bu məsələyə görə nəvəsini buraya dəvət edib. Əgər, söhbət 

bu  mövzuda  olsa,  Migel  əvvəlcədən  nə  cavab  verəcəyini 

dəqiq  bilmirdi.  Bu  faktı  da  inkar  etməyə  o,  cürət  edə 

bilməzdi. Ona görə ki, Migel babasına bu vaxta kimi yalan 

danışmamışdı. 

-  Migel,  başa  düşürsən  də  səni  nə  üçün  buraya  çağır-

mışam? - deyə qoca səyah ehtiramla dilləndi. 

-  Sözün  doğrusu,  deməyə  çətinlik  çəkirəm.  -  Migel  bir 

balaca tərəddüd edəndən sonra qeyri-müəyyən tərzdə cavab 

verdi. 



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə