  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə2/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   2   3   4   5   6   7   8   9   ...   154

                                                     

 

  



                                                                            

                                                    

rində peyda olmuş ən nəhəng və qüdrətli imperiyaları məhv 



edərək,  orada  İspaniyanın    hegemonluğunu  nümayiş  etdir-

dilər. Bu imperiyalar elə kök salmışdılar ki, adamda onların 

qısa  müddət ərzində  məhv edilməsinə dair böyük  şübhələr 

yaranırdı. Lakin Ernan Kortes 1519-1521-ci illərdə Anauak 

(Meksika)  ərazisində  yerləşən  qüdrətli  Astek  imperiyasını, 

Fransisko  Pisarro  isə  1532-1536-cı  illərdə  Tauantinsuyu 

(Peru)  dövləti  sayılan  möhtəşəm  İnk  imperiyasını  ələ 

keçirərək,  həmin  əraziləri  İspan  taxt-tacına  birləşdirirlər. 

İspaniya 30-35 il il ərzində Amerika qitəsində 35

şimal en 



dairəsindən 55

cənub en dairəsində kimi nəhəng bir ərazini 



işğal  etmiş,  lakin  Mərkəzi  Çili  ərazisində  yerləşən  kiçik 

sahəli  Araukaniya  dövlətini  XIX  əsrin  sonuna  qədər  ələ 

keçirə bilmir. 

Əsərdə  göstərilir  ki,  hər  hansı  bir  xalq  öz  müstəqilliyi 

uğrunda  mübarizə  aparmaq  üçün  ayağa  qalxanda,  yadelli 

düşmənə  qarşı  kəskin  mübarizə  aparmalı,  düşmənə  qarşı 

sərt  və  amansız  olmalı,  mübarizə  vaxtı  azadlığı  və  müs-

təqilliyi müqəddəs bir amal kimi hər şeydən üstün tutmalı-

dırlar.  Vətənpərvərlik,  torpağa  bağlılıq,  vətən  istəyi,  şəxsi 

azadlığı  hər  şeydən  üstün  tutmaq,  ölkələrinin  müstəqilliyi-

nin müqəddəs simvol kimi qorumaq və bütün bu prinsipləri 

göz bəbəyi kimi qorumaqdan ötrü, ölümdən zərrə qədər də 

çəkinməməlidirlər. İspanların əsarəti altına düşmüş Ameri-



                                                     

 

  



                                                                            

                                                    

ka  qitəsində  yaşayan  başqa  hindu  tafalarının  aqibəti  göz 



qabağında  idi.  Əsarət  altına  düşənlər  kölə  vəziyyətinə 

düşmüş  və  birdəfəlik  azadlıqdan,  dövlət  müstəqilliyindən 

məhrum  olunmuşdular.  Araukanlar  isə  başqa  tayfalar  kimi 

qul  olmaq  və  yadelli  işğalçılardan  asılı  olmaq  istəmir, 

ölümün  üzünə  dik  baxaraq,  həmin  amalın  müdafiəsi  üçün 

silaha  sarıılb,  əsrlər  boyu  uzanan  amansız  və  dəhşətli 

mübarizəyə qalxırlar. 

1547-ci ildən başlayaraq araukanlar 100 ildən çox ispan 

konkistadorlarına  qarşı  müharibə  aparmış  və  azadlıq 

mübarizəsində  müvəffəqiyyətlər  əldə  edərək  1665-ci  ildə 

müstəmləkəçilərlə  sülh  müqaviləsi  əldə  etmişdilər.  Lakin 

ispanlar XVIII əsrdə yenə də onları fəth etmək üçün döyüş 

əməliyyatlarına  başladılar.  Öz  məğlubedilməzlikləri  ilə 

bütün  hindu  tayfalarından  fərqlənən  araukanlar  elə 

müqavimət  göstərdilər  ki,  İspaniya  məcburiyyət  qarşısında 

qalıb, Araukaniyanın müstəqilliyini formal cəhətdən tanıdı. 

XIX  əsrin  80-ci  illərində  onlar,  ölkələrini  öz  ərazilərinə 

birləşdirmiş  Çili  Respublikasına  da  qarşı  üsyanlar  qaldır-

mışdılar.  Bir  sözlə,  araukanlar  yadellilərin  hökmranlığına 

heç bir zaman boyun əyməmiş  yeganə Amerika tayfasıdır. 

Hətta  ölkənin  paytaxtı  Arauko  şəhəri  özü  bir  zamanlar 

ispanlar  tərəfindən  istila  edilmişdisə  də,  şəhərin  əhalisi 




                                                     

 

  



                                                                            

                                                    

işğalçılara  itaət  etməmiş  onlarla  amansızcasına  mübarizə 



aparmışdılar. 

Cənubi  Çilinin  kəşfində  və  mənimsəməsində  böyük  rol 

oynamış,  tanınmış  ispan  konkistadoru  Pedro  Valdiviya  bir 

neçə  il  araukanlara  qarşı  müharibə  aparmış,  1553-cü  ilin 

dekabrında onlara əsir düşmüş və edam edilmişdi. Azadlığı 

hər  şeydən  üstün  tutan  araukanlar  ispanlarla  heç  bir 

kompromissə getmirdilər. 

Bütün bu tarixi hadisələrdən məharətlə istifadə edən, R. 

Qasımov  ispanların  həmin  torpaqda  nəyə  görə  qələbə  əldə 

edə  bilməmələrini  və  məğlubiyyətlərinin  səbəblərini  bu 

romanda  açıb  göstərmək  istəmişdir.  Kitabdakı  hadisələr 

1590-1591-ci  illərdə  cərəyan  edir.  Elə  bilməsinlər  ki,  II 

Filipp  bütün  gücünü  və  fikrini  Araukaniyaya  qarşı  yönəlt-

mişdir. Müəllif qeyd edir ki, kral düzgün olmayan siyasəti 

ilə bir çox qaynar nöqtələrində öz gücünü nümayiş etdirirdi. 

O,  öz  siyasəti  ilə  nadir  hallarda  müsbət  nəticə  əldə  edə 

bilirdi.  Lakin  illər  ötdükcə,  get-gedə  İspaniyanın  gücü 

zəifləməyə  başlayırdı.  Araukanları  birdəfəlik  məğlub  edə 

bilməməyin bir çox səbəbləri vardı. İspaniya 1566-cı ildən 

başlayaraq  otuz  ildən  çox  Niderlanda  inqilabçılara  qarşı 

amansız  müharibə  aparmış,  Fransada  gedən  vətəndaş 

müharibəsindən  (1562-1598)  protestantların  qələbəsindən 

ehtiyat  edən  II  Filipp,  Fransada  katolik  düşərgəyə  başçılıq 



                                                     

 

  



                                                                            

                                                    

edən  Gizlər  ilə  yaxınlaşaraq,  1590-cı  ildə  Fransaya  qoşun 



göndərir  və  onlar  Bretanda,  langedokda  və  başqa 

vilayətlərdə  hugenotlara  qarşı  döyüşürlər.  Bir  ildən  sonra 

isə Parisə daimi qarnizon yeridilir. 1588-ci ildə ispan kralı 

İngiltərəni  dizləri  üstə  çökdürmək  üçün,  La-Manşda  məhv 

edir  və  bununla  da  İspaniyanın  dəniz  donanmasına  xeyli 

xələl gətirir. 

Əsər  həddindən  artıq  geniş  mövzuda  yazılmış  və 

oxucuda  böyük  maraq  hissi  doğurur.  Fikir  versək  görərik 

ki, Kataloniyada yaradılan ekspedisiya heyət etibarı ilə çox 

güclü  təşkil  olunmuşdur,  həmin  ekspedisiyanın  özəyini 

Avropanın  müharibə  meydanlarında  ad-san  qazanmış 

cəngavərlər,  mühafizəçilər,  atıcılar  və  keçmiş  konkista-

dorlar  təşkil  edirdi.  Adamda  belə  bir  təsəvvür  yaranır  ki, 

belə bir ekspedisiya sözsüz ki, İspaniya kralı II Filippə heç 

vaxt itaət etməyən məğlubedilməz və qorxmaz araukanları 

bu  dəfə  zor  gücünə  cəzalandıracaq.  Lakin  hamıya  bəlli 

olduğu kimi araukanlar üç yüz ilə qədər ispan qoşunlarına 

qarşı  dəyanətlə  müqavimət  göstərmişdilər.  Əgər,  kapitan 

Xuan Odovaldonun başçılıq etdiyi ekspedisiya heyət etibarı 

ilə  həddindən  artıq  güclüdürsə,  onda  Mərkəzi  Çili 

sahillərinə çıxarılan əsgərlər araukanların dəmir kimi möh-

kəm  olan  müqavimətini  qırıb,  elə  1591-ci  ildə  onların 

itaətsizliyinə birdəfəlik son qoytmalı idi.  



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə