  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə9/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   5   6   7   8   9   10   11   12   ...   154

                                                     

 

  



                                                                            

                                                    

34 

kapitan  vəzifəsini  icra  etmişdi.  Bu  səyahət  və  yürüşlər 



zamanı o, şərəf və şan-şöhrət sahibi olsa da, çoxlu sayda 

qohum-əqrəbalarını və dost-tanışlarını itirmişdir. 

 

Rodriges  şəxsən  keçmiş  Katalon  hersoqu  və  əvvələr 



İspaniya kralı və müqəddəs Roma imperiyasının imperatoru 

olmuş V Karl ilə tanış idi və onların yanında böyük hörməti 

vardı. Kataloniyada bir çoxları elə bilirdi ki, Rodriges bu 

ekspedisiyalar  zamanı  özünə  milyonlar  toplamış  və  həmin 

sərvəti  Peru  vitse-krallığının  paytaxtı  Lima  şəhərində 

saxlayır.  

Ümumiyyətlə,  Kaxamarka  əməliyyatında  hansı  kon-

kistador iştirak etmişdisə, onların hamısı İnklərin kralı olan 

Ataualpanın qızıllarından müəyyən faiz özlərinə götürmüş-

dülər.  Bu  haqda  bütün  İspaniya  əhli  danışırdı.  Lakin  qoca 

səyyah  hər  dəfə  bu  şaiyələri  təkzib  etməyə  məcbur 

olmuşdu.  Rodrigesin  verdiyi  məlumata  görə,  ömrünün 

altmış ilini səyahətlərdə keçirə-keçirə o, yalnız az miqdarda 

pul toplamış və həmin pullara Limada və Barselonada evlər 

tikdirmişdir.  Axrıncı  pullarını  da  ki,  nəvəsi  Migel  üçün 

qoruyub saxlayır və həmin pullar nəvəsinə yalnız, Rodriges 

öləidən  sonra,  notariusun  vaistəsi  ilə  keçə  bilərdi.  Həmin 

pulun  məbləğini  Rodriges  və  notariusdan  başqa  heç  kim 

bilmirdi.  İş  ondadır  ki,  həmin  pulun  miqdarı  bir  dəfə  də 



                                                     

 

  



                                                                            

                                                    

35 

olsun  Migeli  maraqlandırmamış  və  o,  bu  haqda  heç  vaxt 



babasını narahat etməmişdir.  

Rodriges  uzun  sürən  səyahətlərdən  sonra  vətənə 

qayıdanda,  varlı  idalqolar  və  yaltaq  zadəganlar  ondan  əl 

çəkmirdilər. Biləndə ki, qoca səyyahda pul yoxdur və ya o, 

öz pulunu nümayiş etmir, onda həmin adamlar yavaş-yavaş 

qoca  səyyahdan  uzaşaşmağa  başladılar.  Yalnız  vicdanı 

təmiz,  dostluğu  hər  şeydən  üstün  tutan  və  onun  qədrini 

bilən  adamlar  Rodrigesin  ətrafında  qaldılar.  Lakin  istər-

istəməz Kataloniyada çox adamlar Rodriges ilə fəxr edir və 

nümunə  üçün  həmişə  onun  adını  çəkirdilər.  Onu  demək 

kifayətdir  ki,  adlı-sanlı  dəniz  səyyahları  məsləhət  üçün 

bəzən onun yanına gəlirdilər. Bir sözlə, qoca səyyah hələ də 

Kataloniyada  lazımlı  adam  idi.  Onu  bir  növ  coğrafi  kəşf-

lərin canlı tarixi adlandırırdılar.  

Coğrafiyaşünas  Bartolomeu  Salvatyero  artıq  qoca 

səyyahın  tərcümeyi-halı  və  həyatında  baş  verən  əsas  hədi-

sələr haqqında bir çox məqalələr yazıb, onunla maraqlanan 

dəniz  səyyahları  və  tədqiqatçıları  arasında  yaymış  və 

hazırda  Rodriges  Kartahena  barəsində  geniş  tarixi  kitab 

yazırdı. Bu kitab bir neçə il əvvəl yəni, Rodriges İspaniyaya 

qayıdan  zaman  yazılsaydı,  indi  o,  nəinki  İspaniyada,  hətta 

bütün  Avropada  tanınmış  adam  olardı.  Rodriges  şöhrət 

qazandı-qazanmadı  bu  kitab  ondan  çox,  təzə  fəaliyyətə 



                                                     

 

  



                                                                            

                                                    

36 

başlayan  dəniz  səyyahlar,  tədqiqatçılar,  kapitanlar  və 



şturmanları  üçün  hava-su  kimi  lazım  idi.  Lakin  buna 

baxmayaraq,  qoca  səyyah  ona  həsr  olunmuş  bu  elmi  və 

tarixi kitabın işıq üzü görməsini özü səbirsizliklə gözləyir-

di.  Bartolomeu  Salvatyero  da  gecə-gündüz  var  qüvvəsi  ilə 

həmin kitabın üzərində işləyirdi. 

Rodriges  Kartahena  1500-cü  ildə  Seviliya  şəhərində 

dənizçi  ailəsində  anadan  olmuşdur.  Atası  Kamaço  Karta-

hena müntəzəm olaraq, Kanar adalarına olan hərbi ekspedi-

siyalarda  iştirak  etmiş  və  Yeni  Dünya  sahillərinə  gediş-

gəliş  başlayanda  o,  da  həmin  səyahətlərə  hazırlaşmağa 

başladı. 1508-ci ildə Kamaço böyük oğlu Xuan ilə birlikdə, 

təcrübəli  dənizçi  Xuan  Dias  Solisin  başçılığı  altında  olan 

ekspedisiyaya daxil olub Seviliyadan Kubaya yola düşmüş-

dü.  Meksikanın  şərqində  yerləşən  Yukatan  yarımadasının 

sahillərinin  tədqiqatından  sonra,  Kamaço  öz  oğlu  ilə 

birlikdə  Panamada  Sakit  okeanı  kəşf  edən  Vasko  Nunyes 

Balboanın dəstəsilə birləşir. Balboanın edamından (1517-ci 

ildə)  sonra  onlar  Kortesin  dəstəsinə  keçib,  1519-cu  ildə 

Meksika  yürüşündə iştirak edirlər. 1520-ci ilin iyul ayında 

astek  qoşunları  Tenoçtitlana  (Mexiko)  hücum  edəndə, 

Kortes  güclü  müqavimət  göstərərək  gecə  ikən  şəhəri  tərk 

edir.  Həmin  o  məhşur  “kədərli  gecədə”  Kamaço  Teskoko 

gölündə həlak olmuşdu. 



                                                     

 

  



                                                                            

                                                    

37 

Rodriges  on  beş  yaşından  ticərət  gəmisində  dənizçi 



vəzifəsinə işə düzəlir. On səkkiz yaşında İzabella Pankaldo 

ilə  evlənir.  Həyat  yoldaşının  atası  yaxşı  və  təcrübəli 

şturman  idi.  Fernan  Magellan  dünya  səyahətində  iştirak 

etmək  üçün  Pankaldonu  komandasına  salır.  O,  da  öz 

növbəsində kürəkənini həmin səyahətə dəvət edir. Pankaldo 

“Trinidad”  gəmisinin  şturmanı  təyin  edilir,  Rodriges  isə 

həmin gəmidə yunqa vəzifəsində işləməyə başlayır. Pankal-

donun  köməyinə  arxalanan  Rodriges  səyahət  zamanı  öz 

başını saxlayır. 1521-ci ilin aprelin 27-də Magellan Molukk 

adalarının  yanında  olan  Moktan  adasında,  yerli  əhali 

tərəfindən öldürülür. Bir neçə namizəddən sonra ekspedisi-

yanın  admiralı  “Knosepsion”  gəmisinin  əvvəlki  şturman 

köməkçisi bask Xuan Sevastyan El-Kano təyin edilir. Belə 

qərara alınır ki, El-Kano “Viktoriya” gəmisində vətənə qərb 

yolu  ilə  Ümid  burnunu  keçməklə,  admiral  Espinosa  isə 

təmirdən sonra,“Trinidad” gəmisində vətənə, şərq yolu ilə 

Panama  körfəzinə,  oradan  isə  İspaniyaya  qayıtmalı  idi. 

Pankaldo  da  həmin  vaxt  Rodrigesi  “Viktoriya”  gəmisinə 

keçirir.  Bu  o  demək  idi  ki,  iki  dənizçidən  biri  nəyin 

bahasına olursa-olsun, bu ağır, ölümsaçan səyahətdən, sağ-

salamat vətənə qayıtsın. Elə də olur: Rodriges sağ-salamat 

“Viktoriya”  gəmisində  on  yeddi  dənizçi  ilə  birlikdə 

İspaniyaya  qayıdır,  Pankaldo  isə  Panama  sahillərinə  uğur-



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə