  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə11/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   7   8   9   10   11   12   13   14   ...   154

                                                     

 

  



                                                                            

                                                    

42 

oğlu Xuan həlak olur. Pedro Valdiviyanın özü isə əsir düşür 



və araukanlar tərəfindən edam olunur. Rodriges sağ qalmış 

əsgərlərlə  bir  təhər  canlarını  götürüb  Konsepsiona  çəkilir-

lər.  Rodriges  bundan  sonra  araukanlara  qarşı  müharibədə 

iştirak  etməkdən  qəti  surətdə  imtina  edir.  1558-ci  ildə 

Cənubi Çilinin kəşfində iştirak etmək üçün Xuan Ladrilye-

ronun  ekspedisiyasına  daxil  olur.  O,  flaqman  gəmisinin 

vitse-kapitanı təyin

 

edilir. Səyahət zamanı onlar “Pataqoni-

yanın  qərb  sahillərinin”  xəritəsini  tərtib  edir  və  Çonos 

arxipelaqı ilə Taytao yarımadasını kəşf edirlər. Daha sonra 

isə  ilk  dəfə  Magellan  boğazını  qərbdən-şərq  istiqamətində 

keçirlər. Bu səyahətdə Rodrigesin üç oğlu Fernan, Ernando 

və  Leon  iştirak  edirdilər.  Artıq  qocalığını  hiss  edən 

Rodriges 1560-cı ildə vətəni İspaniyaya qayıdır. 

İndi  də  qoca  səyyah  təzə  evində  oturub,  ömrünün 

axırıncı  illərini  yaşayırdı.  Nə  qədər  qanlı,  kədərli,  əzab-

əziyyət  içində  olan  günlər  görsə  də,  o,  öz  həyatından  razı 

idi.  Çünki  o,  Avropada  tanınmış  dəniz  səyyahları  ilə  bir 

yerdə müxtəlif tarixi hadisələrdə iştirak etmişdi. Bu keçmiş 

hadisələr onun həyatında xoş təəssüratlar yaradırdı. Hazırda 

həyat  onun  üçün  çox  mənasız  və  darıxdırıcı  görünürdü. 

Onun taleyi belə imiş. 

Qoca  səyyah  həmişəki  kimi  yuxudan  ayılıb  gəzişmək 

üçün həyətindəki bağa yollandı. Bağdakı bitkilərin xoş ətri 




                                                     

 

  



                                                                            

                                                    

43 

onu  meyxoş  edirdi.  Rodriges  bütün  bunlardan  xoş  ləzzət 



alırdı. Külək artıq dayanmışdı. Lakin mavi səmanın üzünü 

ağ və boz topa buludlar örtmüşdü. Bu buludlar da ki, şimal 

istiqamətindən  tələsmədən  Kataloniya  istiqamətinə  hərakət 

edirdi. Rodrigesin fikrincə, artıq Pireney dağlarında, İspani-

yanın şimal-şərq və Fransanın cənub-qərb hissəsində güclü 

yağışlar  yağırdı.  İri  buludlar  oralarda  xeyli  zəifləyib, 

gücsüz  halda  cənub  istiqamətində  şığıyırdılar.  Demək  olar 

ki, bu gün də hava yağışsız keçə bilərdi. 

Qoca səyyah bağda gəzişərkən, Sanços əlində dolça ilə 

stəkan  ona  yaxınlaşıb  təzim  etdi  və  stəkanı  ona  uzatdı. 

Stəkan  südlə  dolan  kimi  Rodriges  tələsmədən  onu  başına 

çəkdi.  Bir  az  keçəndən  sonra  o,  ikinci  stəkanı  da  başına 

çəkdi. Qoca səyyah südü içəndən sonra baqdakı skamyada 

əyləşib  ağır  xəyala  daldı.  Hər  səhər  Rodriges  burada 

əyləşəndə öz keçmişini yada salırdı. Gözünün qabağına gah 

Magellan, Pisarro qardaşları, Almaqrolar, Valdiviya, gah da 

Ladrilyero gəlirdi. Öz-özlüyündə həmişə onların buraxdıq-

ları səhvləri araşdırıb üzə çıxardırdı. Özü də ki, Pisarro və 

Almaqro  nəsilinin

 

törətdikləri  səhvlər  bağışlanılmaz  idi. 

Hər  iki  nəsil  mərd  və  məğrur  olduqlarından  bir-birlərinə 

güzəştə getməmiş və bunun nəticəsində hər iki nəsil faciəli 

surətdə ölümə düçar olmuşdu.  



                                                     

 

  



                                                                            

                                                    

44 

Həmin  hadisələrin  şahidləri,  bu  faciəni  imperiyanın 



böyük itkisi hesab edirdilər. Bu bir növ Panamanın quber-

natoru  Avilanın,  məşhur  konkistador  Vasko  Nunyos 

Balboanın  paxıllıq  nəticəsində  edam  olunmasına  bənzə-

yirdi.  Bu  da  tarixdə  faciəli  səhvlərin  artırılmasına  gətirib 

çıxarırdı.  Lakin  qoca  Rodriges  çox  yaxşı  bilirdi  ki,  onlar 

haradasa,  ədalətsizliyin,  haqsızlığın,  rəzilliyin  törətdikləri 

qurbanları sayılırdılar.  

İş ondadır ki, İnk imperiyasının axırıncı varisi Ataualpa 

Fransisko  Pisarro  ilə  danışığa  gələndə  xəyanətkarcasına 

konkistadorlar  tərəfindən  əsir  alınmışdır.  Sonra  isə 

Ataualpa bir daha güzəştə getmək üçün belə bir təklif irəli 

sürür.  Saxlanıldığı  otaqda  sağ  əlini  yuxarı  qaldırıb  hara 

çatırsa, həmin otağı həmin xəttə qədər iki dəfə gümüşlə və 

bir  dəfə  qızıla  dolduracaqlar.  Onda  bütün  imperiyadan 

Kaxamarka  şəhərinə,  hindular  qızıl  və  gümüş  gətirməyə 

başladılar. Bir adamın girovluqdan azad olunması üçün bu 

qədər  məbləğin  tələb  edilməsi  indiyə  qədər  tarixdə 

görünməyən  bir  hadisə  idi.  Ataualpa  öz  sözünün  üstündə 

durmuşdu,  Pisarro  isə  öz  sözünün  üstündə  axra  kimi 

durmadı. Deyilən məbləğin yarısı yığılmışdı ki, Pisarronun 

əmri  ilə  Ataualpa  edam  edildi.  Konkistadorlar  imperiyanı 

gücdən salmaq üçün hər bir yerdə Ataulpanın tərəfdarlarını 

qılıncdan  keçirməyə  başladılar.  O  vaxt  kasiklər  deyirdilər 



                                                     

 

  



                                                                            

                                                    

45 

ki,  Pisarro  bu  cür  haqsızlığa  görə,  günahsızlar  tərəfindən 



lənətlənəcək.  Doğrudan  da  Pisarro  qardaşları,  ata-bala 

Almaqrolar,  Pedro  Valdiviya  və  Belalkasar  boş  şeylərə 

görə özlərinə həmin topaqlarda ölüm tapdılar. 

Bütün bu hadisələrin yaxından iştirakçısı olan Rodriges 

Kartahena  şəxsən  bütün  zorakılıq  və  haqsızlığın  əleyhinə 

idi.  Ataualpa  xəyanətkarcasına  öldürüldü-öldürülmədi, 

onsuz da İnk imperiyası uçuruma məhkum olunmuşdu. Ona 

görə  ki,  onun  daxilində  artıq  parçalanma  getmiş  və  əsarət 

altında  olanlar  Ataualpaya  qarşı  silahlı  mübarizəyə 

qalxmışdılar.  Bütün  bu  xaosdan  da  konkistadorlar  lazımi 

qədər istifadə etmişdilər. 

 

 



 

 

 



IV fəsil. Dialoq zamanı ötən günlərə ekskurs  

                     edən qoca səyyah 

 

Qoca  səyyah  həmişə  tək  qalanda  xəyalında  keçmiş 



günlər canlanırdı. İndi də elə oldu. Lakin bu dəfə o, xəyal-

lardan  canını  qurtarmaq  üçün  nəvəsi  haqqında  düşünməyə 

başladı.  Nə  isə  qocanın  ürəyinə  danmışdı  ki,  Migel 



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə