0 noyabr 2016-cı il, bazar Tarixə ekskurs



Yüklə 74,96 Kb.
Pdf görüntüsü
tarix14.03.2018
ölçüsü74,96 Kb.
#31417


20 noyabr 2016-cı il, bazar

5

Tarixə ekskurs

Ölkənin adı tarixi vilayətlərin 

–Bosniya və Herseqovinanın adını 

özündə əks etdirir. Bosniya toponimi 

Bosna çayının adından götürülüb. 

Dövlət qurumu kimi Bosniya X-XI 

əsrlərdə Bosna və Vrbas çayları 

hövzəsində yaranmışdır.

Bizans imperatoru Konstantinin 

məlumatına görə, serblər bu əraziyə 

VII əsrin birinci yarısında gələrək 

müasir Serbiya, Monteneqro, Bosniya 

və Herseqovina və Xorvatiyanın bir 

hissəsində məskunlaşmışlar. Balkan 

yarımadasında məskunlaşan serblərin 

ərazi birlikləri digər cənub slavyan-

larında olduğu kimi, jup adlanırdı. 

Slavyanlar tərəfindən assimilyasiyaya 

məruz qalan illiriyalılar isə dağlara 

çəkiliblər.

Serb knyazı Çaslav Klonimiro-

viçin ölümündən sonra knyazlıqdan 

ayrılan Bosniya Bizansın hakimiyyəti 

altına düşsə də, bir müddət sonra 

ölkənin bəzi əraziləri Macarıstanın 

tərkibinə qatıldı.

XIV əsrdə Bosniya hakimiyyəti 

nisbətən möhkəmlənsə də, Bosniya 

kralı Stepan Tomaşeviç Osmanlı 

imperatorluğunun təhdidlərindən 

qorunmaq məqsədilə Roma və Venet-

siyaya yardım üçün müraciət etdi və 

türklərə xərac verməkdən boyun qa-

çırdı. Hadisələrin belə cövlan etməsi 

türk sultanının qəzəbinə səbəb oldu 

və Sultan II Mehmet 1463-cü ildə öz 

ordusu ilə Bosniyanın üzərinə yeridi. 

Stepan Tomaşeviç edam olundu, 

Bosniya dövləti süqut etdi.  1482-

ci ildə isə Herseqovina bütünlüklə 

ələ keçirildi. 1878-ci ildə Rusiya və 

Osmanlı imperiyası arasında bağlanan 

San-Stefano sülh müqaviləsinə uyğun 

olaraq, Bosniya və Herseqovinaya 

muxtariyyət verildi. Lakin elə həmin 

il Avstriya-Macarıstan ölkəni işğal 

etdi. 

1913-1914-cü illərdə Avstriya-



Macarıstan hakimiyyətindən xilas 

olmaq məqsədilə genişlənən mübarizə 

nəticəsində “Mlada Bosna” adlı serb 

millətçi təşkilatı yaradıldı. Təşkilatın 

fəallarından olan Qavrilo Prinsip 

1914-cü il iyunun 28-də Sarayevo-

da ershersoq Frans Ferdinandı və 

onun arvadı Sofiyanı qətlə yetirdi. 

Bu qətl Birinci dünya müharibəsi ilə 

nəticələndi. Bu müharibədə Bos-

niya və Herseqovinanın 407 min 

sakini həlak oldu, bir çox yaşayış 

məntəqələri tamamilə məhv edildi. 

Ölkə ağır itkilər və məhrumiyyətlərlə 

üzləşdi.

1945-ci ildə Bosniya və Herseqo-

vina Xalq Respublikası Yuqoslaviya 

Federativ Xalq Respublikasına daxil 

oldu. Ölkə 1963-cü ildə Bosniya və 

Herseqovina Sosialist Respublikası 

adı ilə Yuqoslaviya Sosialist Federativ 

Respublikasının tərkibinə keçdi.

1992-ci ildə referendum 

keçirilməsindən və ölkənin 

müstəqilliyinin elan olunmasından 

sonra Bosniya müharibəsi başlandı. 

NATO-nun münaqişəyə müdaxiləsi 

1995-ci il dekabrın 14-də Deyton 

sazişinin imzalanması ilə nəticələndi. 

Sazişdə iki hissədən – Müsəlman-

Xorvat Federasiyası və Serb Res-

publikasından ibarət vahid dövlətin 

qorunub saxlanılması nəzərdə 

tutulurdu. 1999-cu ildə Deyton sazi-

şinin əksinə olaraq  Posavin dəhlizi 

üzrə arbitraj komissiyası Brçko 

dairəsinin beynəlxalq nəzarət altında 

müstəqilliyini elan etdi.

Bosniya və Herseqovinanın 

ümumdövlət əhəmiyyətli hakimiyyət 

orqanları Rəyasət Heyəti, Parlament 

Assambleyası və Nazirlər Şurasıdır. 

Parlament Nümayəndələr Palatası 

və Xalqlar Palatasından ibarətdir. 

Dövləti təşkil edən xalqların üç 

nümayəndəsindən ibarət olan Rəyasət 

Heyəti ali kollektiv icra orqanıdır 

və dövlətin başında durur. Rəyasət 

Heyəti 4 il müddətinə seçilir. 

Bosniya və Herseqovinadan 

Rəyasət Heyətinə üzv olaraq 1 bosni-

yalı, 1 xorvat, Serb Respublikasından 

1 serb seçilir. Seçki zamanı ən çox səs 

toplamış üzv sədr olur, lakin 8 aydan 

sonra sədr vəzifəsi digər üzvə keçir. 

Beləliklə, hər üç üzv 4 il ərzində iki 

dəfə sədr vəzifəsini tutur.

2014-cü il oktyabrın 12-də 

keçirilən seçkidə Bakir İzetbeqoviç 

(bosniyalı), Draqan Çoviç (xorvat) 

və Mladen İvaniç (serb) Rəyasət 

Heyətinin üzvləri seçilmişlər.



* * *

Təyyarə axşamdan xeyli keçmiş 

ehmalca hava limanına enir. Yüngül 

qar yağsa da, soyuq deyil. Ölkəmizin 

Serbiyadakı səfirliyinin əməkdaşları 

bizi gülərüzlə qarşılayırlar, otelə 

yola düşürük. Yolboyu 25 ildən artıq 

Sarayevoda yaşayan türk qardaşımız 

bizə dolğun məlumat verir, Bosniya 

(boşnak) dilinin serb dilindən azacıq 

dialektik fərqinin olduğunu bildirir.

Dinar Alpının Sarayevo vadisində 

təpəliklər üzərində salınmış bu 

şəhərin əsası 1263-cü ildə qoyulub. 

Əvvəllər Bosnovar, sonralar Bosna- 

Saray, Saray-Ova adlanıb. 1429-1878-

ci illərdə Osmanlı imperiyasının, 

1878-1918-ci illərdə Avstriya-Maca-

rıstan imperiyasının tərkibində olub. 

Türk sultanının canişini 1850-ci ildə 

öz iqamətgahını bu gözəl şəhərə 

köçürüb. Osmanlı memarlığının 

incilərindən Sahzadə Camesi, Bəy 

Camesi, Ali Paşa Camesi, 50 mindən 

artıq nadir kitabın və əlyazmanın 

saxlandığı kitabxanası olan Kürsümlü 

mədrəsəsi, Osmanlı çarşısı, karvan-

saraylar Sarayevoya xüsusi yaraşıq 

verir. Osmanlı dövründə bu şəhər 

Böyük İpək Yolu üzərində önəmli 

məntəqələrdən biri olub. Sıldırımlı 

qayalıq üzərindəki on iki qülləli türk 

qalası da ulu babalarımızın möhtəşəm 

yadıgarlarındandır.

Enişli-yoxuşlu küçələri, təpələrin 

sinəsindəki qırmızı kirəmitli iki-üç 

mərtəbəli evləri yaşıllıqlar dövrəyə 

alıb. Əsrlərin tarixi, sevincli-kədərli 

xatirələri sükuta dalıb bu yerlərdə. 

Dindirsən, dil açıb danışar baba-

larımızın hekayətini. Ağır bir qəm 

çökür qəlbimə, tariximizin itib-batan 

səhifələri, ulularımızın nigaran ruhları 

əbədi məskən tapıb lal sükuta qərq 

olub bu yerdə.

Bristol mehmanxanasında bizi 

ölkəmizin Serbiya, Monteneqro və 

Bosniya və Herseqovinadakı səfiri, 

sabiq baş prokuror Eldar Həsənov 

qarşılayır. Açığı, bütün səfər boyu 

Eldar Həsənov başda olmaqla, 

səfirliyin  əməkdaşlarının həssas və 

qayğıkeş münasibətindən, ölkəmizi 

Vətəndən uzaqlarda ləyaqətlə təmsil 

etmələrindən qürur duyduq. Hətta 

qısa müddət ərzində serb dilini belə 

mükəmməl öyrənə biliblər.

Ertəsi gün Azərbaycan Milli 

Məclisinin nümayəndə heyəti millət 

vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru Ca-

vanşir Feyziyevin rəhbərliyi ilə Bosniya 

və Herseqovina Parlamentinin Yuxarı 

Palatasının (Xalqlar Evi) Sədri cənab 

Safet Softiçlə görüşə yola düşdü. 

Milli Məclisin deputatları Çingiz 

Qənizadə və Elşad Həsənov, “Milli 

Məclis” jurnalının baş redaktoru 

Ülviyyə Abdullayeva, Milli Məclis 

Aparatının beynəlxalq əlaqələr 

şöbəsinin böyük məsləhətçisi Babək 

Ağayev, Paralament Jurnalistləri 

Birliyinin sədri Elşad Eyvazlı, İctimai 

Televiziyanın  əməkdaşı Bəxtiyar 

Səlimov, “Diskovery Azerbaijan” jur-

nalının “Turan” bölməsinin redaktoru 

Aida Eyvazlı və bu sətirlərin müəllifi 

görüşdə iştirak edirdilər.

Görüşdə səfir Eldar Həsənov 

Azərbaycan nümayəndə heyətinin 

səfərinin məqsədi, Azərbaycanın siya-

si, iqtisadi və mədəni sahədə qazandı-

ğı uğurlardan bəhs edərək, Bosniya və 

Herseqovina Parlamentində  Xocalı 

soyqrımına dair qətnamənin qəbulu 

na görə parlamentarilərə ölkəmiz 

adından təşəkkürünü bildirdi.

Yuxarı Palatanın Sədri cənab 

Safet Softiç ölkəsində Azərbaycana 

yüksək münasibət bəsləndiyini 

vurğulayaraq, hər iki ölkənin eyni 

dövrdə müstəqillik qazandığını, oxşar 

problemlərlə üzləşdiyini diqqətə çat-

dırdı. Qeyd etdi ki, parlamentlərarası 

əlaqələrin genişlənməsi xalqlarımızın 

daha da yaxınlaşmasına, ölkələrimizin 

çiçəklənməsinə, beynəlxalq 

mövqelərimizin möhkəmlənməsinə 

öz töhfəsini verəcək. Palata sədri bu 

istiqamətdə planlı və səmərəli iş apar-

mağın zəruriliyini diqqətə çatdırdı. 

Milli Məclisin nümayəndə 

heyətinin rəhbəri, millət vəkili 

Cavanşir Feyziyev səmimi qəbula 

və ölkəmiz haqqında xoş sözlərə 

görə Palata Sədrinə minnətdarlığını 

bildirdi. Qeyd etdi ki, Azərbaycan 

təkcə Cənubi Qafqazda deyil, regi-

onda böyük nüfuza malik qüdrətli 

dövlətdir. Davos İqtisadi Forumunun 

rəqabətqabiliyyətlilik  indeksinə görə 

Azərbaycan dünya dövlətləri arasında 

38-ci yerdədir. Son 13 il ərzində 

 ümumi daxili məhsul 3 dəfə artmış,  

1 milyon 300 min yeni iş yeri açılmış, 

yoxsulluq səviyyəsi 10 dəfə aşağı 

salınmışdır. Bu gün Azərbaycan xarici 

ölkələrdə qlobal layihələrə böyük 

həcmdə yatırımlar həyata keçirir. 

Tərəflər hər iki ölkəni maraq-

landıran müxtəlif məsələləri geniş 

müzakirə etdilər.

Parlamentin binasında 

Azərbaycan-Bosniya və Herseqovina 

parlamentlərarası əlaqələr üzrə işçi 

qrupunun üzvləri arasında keçirilən 

görüş qarşılıqlı faydalı əməkdaşlığın 

genişləndirilməsi istiqamətində xalq-

larımızın istək və arzularının ifadəsinə 

çevrildi. Səfir Eldar Həsənov, Milli 

Məclisin deputatları Cavanşir Fey-

ziyev, Elşad Həsənov, işçi qrupunun 

sədri Çingiz Qənizadə, Bosniya və 

Herseqovina Parlamentindəki işçi 

qrupunun üzvləri çıxış edərək təklif 

və mülahizələrini bildirdilər. Qeyd 

olundu ki, gənc müstəqil dövlətlər 

olan Azərbaycanla Bosniya və 

Herseqovina öz aralarında dostluq və 

əməkdaşlıq münasibətlərini inkişaf 

etdirməklə kifayətlənməməli, bütün 

beynəlxalq təşkilatlarda, o cümlədən 

BMT, ATƏT, Avropa Şurası, Avro-

pa İttifaqı çərçivəsində hər zaman 

bir-birinə dəstək verməlidirlər. 

Dost ölkənin parlamentariləri 

Azərbaycanın iş adamları üçün 

əlverişli şərait yaradılacağını vurğu-

layaraq, ölkələrində qlobal layihələrə 

yatırımlara ehtiyac duyulduğunu 

diqqətə çatdırdılar. Qeyd olundu ki, 

1994-cü ildən 2014-cü ilə qədər Bos-

niya və Herseqovina iqtisadiyyatına 

cəmi 6 milyard avro xarici investisiya 

qoyulmuşdur. Ağır müharibənin, 

millətlərarası münaqişələrin vurduğu 

yaralar, törədilən dağıntılar hələ də 

tam aradan qaldırılmamışdır.

Dost ölkənin parlament 

təmsilçiləri Ermənistan-Azərbaycan, 

Dağlıq Qarabağ münaqişəsinin 

həlli istiqamətində beynəlxalq 

təşkilatlarda aparılan müzakirələrdə 

Azərbaycanın ədalətli mövqeyinə 

dəstək verəcəklərini ifadə etdilər. Gö-

rüş səmimi dostluq, qarşılıqlı anlaşma 

şəraitində başa çatdı.



Bosniya və Herseqovina 

Respublikasının Rəyasət 

Heyətinin Sədri,  

Azərbaycanın böyük dostu 

Bakir İzetbeqoviçlə görüş

1956-cı ildə doğulmuş Bakir İzet-

beqoviç Sarayevo Universitetini bitir-

mişdir, ixtisasca arxitektordur.  2010 

və 2014-cü illərdə keçirilən seçkilərdə 

böyük səs çoxluğu ilə Bosniya və 

Herseqovina Rəyasət Heyətinin üzvü 

seçilmişdir. Ölkənin böyük nüfuza 

malik siyasi və dövlət xadimidir.

Bakir İzetbeqoviç Azərbaycan 

nümayəndə heyəti ilə mehribancasına 

görüşərək xatirə şəkli çəkdirdi.

Azərbaycanın Serbiya, eyni 

zamanda, Bosniya və Herseqovina və 

Monteneqrodakı səfiri Eldar Həsənov 

nümayəndə heyətinin rəhbərini və 

üzvlərini Rəyasət Heyətinin Sədrinə 

təqdim etdi, səfərin məqsədi haqqında 

ətraflı məlumat verdi.

Bakir İzetbeqoviç 2012-ci ilin 

oktyabrında Azərbaycana səfərini 

və 2016-cı ilin aprelində İstanbulda 

Prezident İlham Əliyevlə görüşünü 

məmnunluqla xatırladı. Qeyd etdi 

ki, dövlətimizin başçısı ilə ikitərəfli 

əlaqələrin inkişafı və perspektivləri 

barədə səmərəli fikir mübadiləsi 

aparmışdır. Bu baxımdan “Cənub” 

qaz dəhlizi və energetika sahəsində 

əməkdaşlığın genişləndirilməsi hər 

iki ölkənin maraqları çərçivəsindədir. 

Rəyasət Heyətinin Sədri Bakir 

İzetbeqoviç İstanbulda görüş zamanı 

dövlətimizin başçısını Bosniya və 

Herseqovinaya səfərə dəvət etdi-

yini bildirdi. Qeyd etdi ki, onun 

Azərbaycana səfəri zamanı AZPRO-

MO ilə Bosniya və Herseqovina ara-

sında Anlaşma Memorandumu, təhsil 

sahəsində əməkdaşlıq haqqında saziş, 

ikiqat vergitutmadan yayınma barədə 

Konvensiya imzalanmışdır.

Bakir İzetbeqoviç atası   Aliya 

İzetbeqoviçin ümummilli lider 

Heydər Əliyevlə dost olduğunu, ona 

böyük hörmət bəslədiyini qeyd etdi.

Görüşdə Milli Məclisin de-

putatlarının, kütləvi informasiya 

vasitələrinin rəhbərlərinin iştirakını 

yüksək dəyərləndirən Bakir İzetbe-

qoviç ölkələrimiz arasında qarşılıqlı 

səfərlərin, investisiya yatırımları-

nın, turizm potensialının təbliğinin 

zəruriliyini vurğuladı,  Azərbaycanın 

dost ölkələr arasında xüsusi yer tutdu-

ğunu qeyd etdi.

Azərbaycan nümayəndə heyətinin 

rəhbəri, Milli Məclisin deputatı  Ca-

vanşir Feyziyev hər iki ölkənin eyni 

vaxtda müstəqillik qazanmasına diqqət 

çəkərək Bosniya və Herseqovinanın 

üzləşdiyi problemlərə Azərbaycanın 

yaxşı bələd olduğunu bildirdi. 

Dost ölkənin parlamentində Xocalı 

soyqrımına dair qətnamənin qəbul 

olunmasında xidmətinə görə Rəyasət 

Heyətinin Sədri  Bakir İzetbeqoviçə 

minnətdarlığını ifadə etdi. C. Feyziyev 

nümayəndə heyətinin Sarayevoya 

səfər proqramı barədə ətraflı məlumat 

verərək, gələn il yaradıcı ziyalıların 

qarşılıqlı səfərlərinin təşkil olunmasına 

dair təklif irəli sürdü.

Görüşdə  əməkdaşlığın 

genişləndirilməsi, beynəlxalq 

təşkilatlarda ölkələrimizin bir-birinə 

dəstək verməsi istiqamətində faydalı 

fikir mübadiləsi aparıldı.

Bakir İzetbeqoviçin atası Aliya 

İzetbeqoviç görkəmli yazıçı, filosof 

və dövlət xadimi olmuşdur. 1970-

ci ildə “İslam deklarasiyası”nı nəşr 

etdikdən sonra 14 il müddətinə azad-

lıqdan məhrum edilmişdir. Həbsdən 

azad olunduqdan sonra 1990-cı ildə 

keçmiş Yuqoslaviyanın  tərkibində 

Bosniya və Herseqovina Rəyasət 

Heyətinin sədri seçilmişdir. 1990-

1996-cı illərdə Prezident, 1996-2000-

ci illərdə Prezident Şurasının üzvü 

olmuşdur. Aliya İzetbeqoviç tanınmış 

zadəgan ailəsindən idi. 2003-cü ildə 

ürək çatışmazlığından vəfat etmişdir.

Səfər zamanı Azərbaycan 

nümayəndə heyətinin üzvləri “Kova-

çı” qəbirstanlığına gedərək, bu böyük 

insanın  məzarını ehtiramla ziyarət 

etdi.


Şərqi Avropada kor və zəif 

görən uşaqlar, gənclər üçün 

yeganə mərkəz

Bu böyük ixtisaslaşmış komplek-

sin qarşısında nümayəndə heyətini 

və səfirliyin əməkdaşlarını mərkəzin 

direktoru, tanınmış yazıçı- alim Da-

mir Ovçina qarşıladı. Ötən əsrin 90-

cı illərində ölkədə gedən müharibə 

nəticəsində mərkəz dağılıb, yararsız 

vəziyyətə düşüb. Müxtəlif instan-

siyalara müraciətlərə baxmayaraq, 

bərpa işlərinə vəsait ayıran, yardım 

edən tapılmayıb. Dost ölkənin çətin 

günündə onun çağırışına səs verən 

Azərbaycan olub, Heydər Əliyev 

Fondu olub. Heydər Əliyev Fondu-

nun vitse- prezidenti Leyla xanım 

Əliyeva bir neçə dəfə bu ölkəyə 

səfər edərək mərkəzin bərpası, 

Azərbaycan-- Bosniya və Herseqovi-

na dostluq parkının abadlaşdırılması, 

bu parkda 1992-1995-ci illər Bosniya 

müharibəsinin və Xocalı soyqrı-

mı qurbanlarının xatirəsinə abidə 

kompleksinin ucaldılnası layihəsi 

üzrə işlərin gedişi ilə tanış olmuş, 

hərtərəfli dəstək vermişdir. Layihə 

ölkəmizin və Heydər Əliyev Fondu-

nun təşəbbüsü və maliyyə dəstəyi ilə 

reallaşdırılmışdır.

Dobrinya çayının sahilində 

yerləşən parkda yenidənqurma işlərinə 

2011-ci ildə başlanıb. Ərazisi 1 hektar 

olan parkda Sarayevo sakinlərinin 

istirahəti üçün hər cür şərait yaradılıb, 

çayın digər sahilində yerləşən Dob-

rinya Təhsil Kompleksinə keçid üçün 

körpü inşa olunub.

Dostluq parkının və abidənin 

açılışında Bosniya və Herseqovi-

na Rəyasət Heyətinin Sədri Bakir 

İzetbeqoviç və Leyla Əliyeva iştirak 

etmişlər.

Heydər Əliyev Fondunun vitse-

prezidenti Leyla Əliyevanın qayğısı 

ilə kor və zəif görən uşaqlar, gənclər 

üçün mərkəzdə tədris və təlim-tərbiyə 

prosesi üçün müasir tələblərə uyğun 

şərait yaradılmış, yeni texnologiyalar-

dan istifadə olunmuşdur.  

Damir Ovçina bildirdi ki, 

burada Şərqi Avropanın müxtəlif 

ölkələrindən olan gənclərin təhsil 

alması, cəmiyyətə inteqrasiyası 

üçün yaradılan şərait dünya stan-

dartlarına cavab verir: “Buna görə 

də biz Azərbaycan Prezidentinə, 

Heydər Əliyev Fondunun prezidenti 

 Mehriban xanım Əliyevaya, fon-

dun vitse-prezidenti Leyla xanım 

Əliyevaya dərin minnətdarlığımızı 

bildiririk. Əvvəllər biz Azərbaycanı o 

qədər də yaxşı tanımırdıq, indi bilirik 

ki, bu ölkə Cənubi Qafqazın lider 

ölkəsidir, qüdrətli dövlətdir”.

Azərbaycan nümayəndə 

heyətinin rəhbəri Cavanşir Feyzi-

yev və səfir Eldar Həsənov bundan 

sonra da mərkəzin problemlərinin 

diqqətdə saxlanılacağını, hər zaman 

kömək göstərməyə hazır olduqlarını 

bildirdilər. Azərbaycanın bu mərkəzə 

yardımından, humanist dəstəyindən 

qürur hissi ilə döyünən ürəklərimizdə 

xoş duyğularla oradan ayrılıb 

proqramdakı növbəti tədbirlərə yola 

düşdük.


Kitabların təqdimat mərasimi

Səfərin ən maraqlı məqam-

larından biri Sarayevonun Belq-

raddakı Azərbaycan Mədəniyyət 

Mərkəzinin dəstəyi ilə boşnak 

dilinə tərcümə olunmuş kitabla-

rın – Xalq yazıçısı Çingiz Abdul-

layevin “Avropanın oppenentləri” 

və Milli Məclisin deputatı, fəlsəfə 

doktoru Cavanşir Feyziyevin “Türk 

Dövlətləri Birliyi: Qlobal inteqra-

siyanın Azərbaycan modeli” kitab-

larının “Holiday” otelində təqdimat 

mərasimi oldu. Yüksək səviyyədə 

təşkil edilən mərasimdə Bosniya və 

Herseqovina Parlamentinin sədri 

Safet Softiç, Rəyasət Heyəti sədrinin 

iki köməkçisi, tanınmış yazıçılar, elm, 

mədəniyyət və incəsənət xadimləri, 

azərbaycanlı və türk tələbələr, 

ictimaiyyətin nümayəndələri iştirak 

edirdilər.

Xalq yazıçısı Çingiz Abdulla-

yevin əsərlərinin bu günə qədər 32 

dilə tərcümə olunması, 28 milyondan 

artıq tirajla nəşr edilməsi, Cavanşir 

Feyziyevin 6 dili mükəmməl bilməsi, 

yüzlərlə elmi məqalə və kitabların 

müəllifi olması faktı auditoriyada 

ciddi maraq oyatdı. 

Səfir Eldar Həsənov, kitabların 

müəllifləri, 1531-ci ildə əsası qo-

yulmuş Sarayevo Universitetinin 

rektoru Erkan Türe, Sarayevo Elm və 

Texnologiya Universitetinin professo-

ru, Bosniya və Herseqovina Yazıçılar 

İttifaqının sədr müavini Edin Kon-

hodjiç, yazıçı, ədəbiyyatşünas Muyo 

Musaqiç, Sarayevo Universitetinin 

hüquq fakültəsinin dekan müavini 

Edin Halapiç, Amerika Universite-

tinin  professoru Nenad  Tanoviç, 

Sarayevo Universitetinin dekanı Metin 

Boşnak  çıxış edərək hər iki kitab və 

müəlliflərin yaradıcılığı haqqında öz 

fikirlərini bölüşdülər. Qeyd olundu 

ki, Xalq yazıçısı Çingiz Abdullayevin 

“Avropanın opponentləri” əsəri bu 

dünyada, eləcə də Avropa məkanında 

baş verən mürəkkəb hadisələrə, Qərbin 

arxasında məkrli niyyətlər duran məxfi 

layihələrinə sistemli baxış sərgiləyən 

detektiv roman kimi yüksək dəyərə 

malikdir. Bu roman, Xalq yazıçısı 

Çingiz Abdullayevin sanballı çıxı-

şı və incə replikaları auditoriyada 

Azərbaycan ədəbiyyatı və xalqımız 

haqqında dolğun təsəvvür yaratdı.

Milli Məclisin deputatı Cavanşir 

Feyziyev müasir dünyada baş verən 

prosesləri və aparıcı tendensiyaları 

təhlil edərək siyasətin pozitiv trans-

formasiyasında, yeni dünya düzəninin 

formalaşmasında Türk Dövlətləri Bir-

liyinin rolunun, missiyasının nədən 

ibarət olduğunu, bu birliyin bəşər 

sivilizasiyasına davamlı əməkdaşlıq, 

qarşılıqlı etimad nümunələri əsasında 

önəmli töhfələr verə biləcəyini açıq-

ladı. Mərasimin sonunda Sarayevo 

Universitetinin rektoru bildirdi ki,  

Xalq yazıçısı, hüquq elmləri doktoru 

Çingiz Abdullayev və millət vəkili, 

fəlsəfə doktoru  Cavanşir Feyziyev 

Bosniya və Herseqovina Yazıçılar 

İttifaqının fəxri üzvləri seçilmişlər. 

Vəsiqələr təqdim edildikdən sonra 

imza mərasimi oldu.

Səfər zamanı keçirilən bütün 

görüşlərdə və tədbirlərdə ümum-

milli liderimiz Heydər Əliyevə, 

möhtərəm Prezidentimiz cənab İlham 

Əliyevə böyük hörmət və ehtiramın, 

Azərbaycana və xalqımıza tükənməz 

bir sevginin şahidi olduq. Bu ehtira-

mın, o tükənməz sevginin arxasında 

fədakar insanlarımızın əməyi, xalqı-

mızın nəcib əməlləri, yüksək insani 

keyfiyyətləri, mənəvi dəyərlərimiz 

durur. Bizi sədaqətli dost, haqq-ədalət 

carçısı, sivil bir ölkə kimi tanıyırlar. 

Bundan yana qəlbimizdə xoş duyğu-



larla Vətənə dönürük.

Həsən HƏSƏNOV,   

Azərbaycan Respublikasının 

 Əməkdar jurnalisti

Bakı-Sarayevo-Bakı

Sarayevo:

 

Dostlarımız arasında 

Azərbaycan xüsusi yer tutur

Bosniya və Herseqovina Cənub-Şərqi Avropada, Balkan 

yarımadasının qərbində yerləşir. Sahəsi 51,2 min kvadratkilo-

metr, əhalisi 4,1 milyon nəfərdir. Şimal, qərb və cənub tərəfdə 

Xorvatiya, şərqdə Serbiya, cənub-şərqdə Monteneqro ilə 

həmsərhəddir.  Cənub-qərbdə Adriatik dənizinə çıxışı var. Sa-

hil xəttinin uzunluğu 20 kilometrə bərabərdir. Dövlət quruluşu 

federativ respublikadır.

 Bosniya və Herseqovina Federasiyasından, Serb 

 Respublikasından və Brçko dairəsindən ibarətdir. 1992-ci 

ildən BMT-nin üzvüdür, 2016-cı ilin fevralında Avropa İttifaqına 

daxil olmaq üçün rəsmi müraciət etmişdir.  Əsas xarici ticarət 

tərəfdaşları Avropa İttifaqı ölkələridir. Pul vahidi konvertə 

 olunan markadır. 

Yüklə 74,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə