Sərbəst iş Tələbə: Oruclu Əmrah Fakültə



Yüklə 43,56 Kb.
səhifə1/3
tarix22.03.2024
ölçüsü43,56 Kb.
#183893
  1   2   3
milli təhlükəsizlik





Bakı Dövlət Universiteti


Sərbəst iş


Tələbə: Oruclu Əmrah


Fakültə:Beynəlxalq münasibətlər və iqtisadiyyat


Fənn: Siyasi sistemin sabitliyi problemi

Mövzu: Milli təhlükəsizliyin təmin olunmasında siyasi sabitliyin rolu


Azərbaycan Prezidenti İlham Əliyevin 23 may 2007-ci ildə imzaladığı “Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası”nda milli təhlükəsizliyin Xarici siyasət vasitələri ilə təmin olunmasına xüsusi yer ayrılmış, bu sahədə fəaliyyətin konkret istiqamətləri göstərilmişdir. Avropa və Avratlantik strukturlarına inteqrasiya, beynəlxalq təhlükəsizliyə töhfə, beynəlxalq təşkilatlarla əməkdaşlıq, regional və ikitərəfli münasibətlər, region və qeyriregion ölkələri ilə əlaqələr bu sırada xüsusi yer almışdır [1].
Milli təhlükəsizlik siyasətinin birinci ali məqsədini Azərbaycanın dövlət müstəqilliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, vətəndaşların hüquqlarının, cəmiyyətin milli və vətəndaş birliyinin, ölkənin sabit inkişafının tələb etdiyi ən ümdə dövləti vəzifələr və onların təminatı yolları, mövcud milli ehtiyatların bu işə səfərbər edilməsi proqramı və bəhs olunan sahədə məsuliyyətli dövlət idarəçiliyinin yaradılması təşkil edir [2, 83].
Təhlükəsizlik anlayışının daxili strukturu
Təhlükəsizliyi miqyasına, təyinatına və vəzifələrinə görə iki yerə ayırmaq mümkündür: 1. Beynəlxalq təhlükəsizlik. Buraya xarici, qlobal, kosmik təhlükəsizlik növləri daxildir. 2. Milli təhlükəsizlik isə siyasi, iqtisadi, hərbi, ekoloji, informasiya, mədəni təhlükəsizlik sferalanm ehtiva edir. Təhlükəsizlik fərdi və kollektiv vasitələrlə təmin olunur.
Təhlükəsizliyin təmin olunması üçün texniki, iqtisadi və texnoloji imkanların yol verdiyi risklərdən istifadə olunur. Təhlükəsizliyin aşağıdakı növlərini təsnifləşdirmək mümkündür: milli təhlükəsizlik; hərbi təhlükəsizlik; xarici təhlükəsizlik; daxili təhlükəsizlik; dövlət təhlükəsizliyi; beynəlxalq təhlükəsizlik; regional təhlükəsizlik; informasiya təhlükəsizliyi; iqtisadi təhlükəsizlik; siyasi təhlükəsizlik; ekoloji təhlükəsizlik. Müasir dövrdə təhlükəsizliyin texnoloji, tibbi, ərzaq, bank, maliyyə, nəqliyyat (yol, aviasiya, dəniz, boru-kəmər), demoqrafik, bələdiyyə, ailə, iş, xidmət və s. növlərini də fərqləndirirlər [3]
Təhlükəsizlik sisteminin şəffaflığı cəmiyyətin qabaqcıl sosial qüvvələrinin müəyyən maraqlarının düzgün müəyyənləşdirilməsindən, onların tarazlaşdırıcı simasından, hakimiyyətin struktur və funksiyasından asılıdır.
Milli təhlükəsizliyin üç əsas səviyyəsi vardır:
1. Şəxsiyyətin təhlükəsizliyi 2. Cəmiyyətin təhlükəsizliyi 3. Dövlətin təhlükəsizliyi
Hazırda sürətli iqtisadi islahatlar mərhələsini yaşayan Azərbaycan dövləti heç bir xarici müdaxilə və təsir olmadan öz daxili həyatını qurmaq, idarə etmək, daxili sabitliyini qorumaq, ölkənin strateji inkişafını, konstitusiya quruluşunu səmərəli təmin etmək vəzifəsini uğurla həyata keçirir. Belə bir mürəkkəb mərhələdə respublikamız müəyyən etdiyi demokratik cəmiyyət, hüquqi və dünyəvi dövlət, dünyanın qabaqcıl siyasi, iqtisadi və təhlükəsizlik sistemlərinə inteqrasiya xəttini gerçəkləşdirmək üçün regionun və dünyanın güc mərkəzləri ilə münasibətlərə dair xüsusi düşünülmüş, ardıcıl şəkildə həyata keçirilən milli təhlükəsizlik konsepsiyasına malik olmalıdır. Bu konsepsiya dövlətin həm daxili, həm də xarici vəziyyətini və vəzifələrini, onu reallaşdırmağın əsas yollarını və vasitələrini dəqiq müəyyən edən milli proqrama söykənməlidir [4]

Yüklə 43,56 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə