  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə13/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   9   10   11   12   13   14   15   16   ...   154

                                                     

 

  



                                                                            

                                                    

50 

torpaqlar  kəşf  etmək  üçün  Yeni  Dünya  sahillərinə  gedib 



səyahətlə məşğul olmalısan. 

- Babacan, təki sən deyən kimi olsun. - Hər şeyi dəqiq-

liklə ölçüb-biçən Migel ehtiramla dilləndi. - Öz bacarığımı 

və  təcrübəmi  zənginləşdirmək  üçün  mən  sözsüz  ki,  hər 

hansı  bir  ekspedisiyada  iştirak  etməliyəm.  Bunun  üçün 

mənə istiqamət verilməlidir. 

- Bu çox düzgün fikirdir. - deyə qoca səyyah təqdiredici 

tərzdə dilləndi. 

-  Mən,  hər  hansı  bir  ekspedisiyada  böyük  təcrübə 

toplasam,  ondan  sonra  sərbəst  halda  özüm  ekspedisiya 

təşkil  edib  səyahətə  yollanaram.  -  Məcburiyyət  qarşısında 

qalan  Migel  də  təqdiredici  tərzdə  dilləndi  və  özünün, 

çoxdankı  məqsədini  açıqlamaq  üçün  utancaq  halda  sözünə 

davam  etdi.  -  Mən,  həmin  ekspedisiyadan  sağ-salamat 

qayıtsam, növbəti ekspedisiyanı təşkil etmək üçün mənə öz 

köməkliyini göstərməlisən. Əsasən, gəmi almaq üçün mənə 

lazımi  qədər  vəsait  ayırmalısan.  Gəminin  komandasını  isə 

özüm təşkil etməliyəm. 

-  Migel,  sən  uzaqgörən  və  gələcəyini  fikirləşən  adam-

san. - deyə qoca nəvəsinin sağ qolunu iftixarla sıxır və onda 

əminamanlıq yaratmaq üçün ehtiramla sözünə əlavə etdi.  - 

Yadda  saxla  ki,  mən  sağ  qaldım-qalmadım,  gəmi  almaq 

üçün sən mənim tərfimdən vəsait alacaqsan. Buna tam əmin 



                                                     

 

  



                                                                            

                                                    

51 

ola  bilərsən.  Lakin  bilmək  istərdim  ki,  təşkil  etmək  istədi-



yin  ekspedisiya ilə Yerin hansı tərəfində tədqiqat aparmaq 

istəyirsən? 

-  Mən,  Cənub  dənizinin  (o  zaman  Sakit  okeanın  şimal 

hissəsini Cənub dənizi adlandırırdılar) 30

0

 ş. en dairəsindən 



yuxarı  olan  sahəni  tədqiq  edəcəyəm.  Bilirsən  baba,  həmin 

sahələr  məni  yaman  maraqlandırır.  Mən,  “Zipanqu”-dan 

(Yaponiya) yuxarıda olan bütün boşluqları yoxlamaq istəyi-

rəm. Mənə elə gəlir ki, həmin sahədə iri torpaqlar yerləşir. 

Rodriges  bu  sözlərdən  sonra  təəccüblə  qaşlarını 

burnunun  üstündə  düyünləyib,  bir  anlığa  fikirə  getdi. 

Görünür,  Migelin  bu  fikrinin  həyata  keçməyi  xülya  idi. 

Necə  olsa  da,  həmin  sahələr  artıq  bir  neçə  ispan  səyyahı 

tərəfindən tədqiq edilmişdi. Həmin səyyahlar orada maraqlı 

bir şey tapmamışdılar. Ancaq Migelin məqsədi “Zipanqu”-

dan  şimala  doğru  olan  istiqamət  idi  və  orada  elə  ərazilər 

vardı ki, demək olar, heç bir səyyahın gəmisi həmin sulara 

gedib  çıxmamışdı.  Həm  də  bir  çox  coğrafiyaşünasların 

fikrincə,  Asiya  qitəsinin  şimal-şərq  sərhədləri  “Zipanqu”-

dan şimala doğru uzanırdı. Bütün bunları beynində fırladan 

qoca səyyah hər şeyi bir yerə cəmləşdirib təmkinlə dedi: 

-  Migel,  nə  deyirəm  ki,  bu  çox  gözəl  fikirdir. Bəlkə  də 

sən  orada  İspan  taxt-tacı  üçün  yeni  torpaqlar  kəşf  edər  və 

bununla da öz səadətini tapmış olarsan. Amma ağıl-ağıldan 



                                                     

 

  



                                                                            

                                                    

52 

üstündür. Mən sənə bir yaxşı məsləhət vermək istəyirəm. İş 



ondadır  ki,  sən  Cənub  dənizini  tədqiq  etməkdənsə,  Sakit 

okeanı tədqiq (1570-çi ildə tərtib edilən xəritəyə görə Sakit 

okean  iki  hissəyə  şimal  və  çənub  hissəyə-bölürdü.  Şimal 

hissəsi  Cənub  dənizi,  cənub  hissəsi  isə  Sakit  okean  kimi 

göstərilirdi  bütün  dəniz  səyyahları  da  elə  adlandırırdılar) 

etsən, daha yaxşı olardı. Çünki bir çox dəniz səyyahlarının 

təkidlə  axtardıqları  “naməlum  cənub  torpağı”  məhz  Sakit 

okeanda yerləşir. Sən həmin torpağı axtarsan pis olmazdı.  

Bilirsən,  sən  dediyin  həmin  sahələri  bir  neçə  dəniz 

səyyahı  tədqiq  edib  və  həmin  ərazdə  heç  bir  torpağa  rast 

gəlməyiblər.  Bildiyin  kimi  Leqaspi  ekspedisiyasının 

iştirakçısı  şturman  Andres  Urdaneta  Cənub  dənizinin  43

0

 

şimal en dairəsinə kimi qalxıb və orada heç bir torpağa rast 



gəlməyib.  Onu  da  sənə  deyim  ki,  1525-ci  ildə  səyahətə 

başlayan  Andres  Urdaneta  bizdən  sonra  (Fernan  Magella-

nın dünya səyahətindən sonra) ikinci dəfə dünya səyahətini 

təkrarlamış və 1536-cı ildə vətənə qayıtmışdır. Başa düşür-

sən,  şimal  yarımkürəsini  43-cü  paralelinə  qədər  heç  bir 

böyük torpağa rast gəlməmişdir. İndi iki yoldan birini seç, 

ya  çətin  şimal  yolunu,  ya  da  ki,  çətin  olmayan  cənub 

yolunu. Mən sənin yerinə olsaydım, yalnız və yalnız ikinci 

yolu  seçərdim.  Çünki  hamı  üçün  əfsanəvi  sayılan  “namə-

lum cənub torpağı” məhz cənubda yerləşir. 




                                                     

 

  



                                                                            

                                                    

53 

-  Əgər  elədirsə,  bəs  nə  üçün  sən  özün  bu  imkandan 



istifadə  etməmisən?  -  Migel  başını  aşağı  salıb  müəmmalı 

tərzdə soruşdu. – Axı, necə olsa da gəncliyində sənin yaxşı 

imkanların olub. 

-  Düz  deyirsən,  mən  bu  imkandan  istifadə  etməliydim. 

Ancaq o vaxtlar mən qanuna tabe idim. Həmin vaxtlar, indi 

nəzərdə tutduğumuz ərazilər təxmini Portuqaliya taxt-tacına 

məxsus  idi  və  həmin  əraziyə  girmək  qeyri-qanuni  idi.  Bu 

Roma  papasının  göstərişi  idi  və  I  Karl  həmin  sənədə  öz 

razılığını bilmişdi. Lakin 1566-cı ildə Migel Lopes Leqaspi 

(Rodriges  oğlu  Leonun  razılğı  ilə  nəvəsinin  adını  Leqas-

pinin  şərəfinə  Migel  qoymuşdur)  Filippin  adalarını  yavaş-

yavaş  ələ  keçirməyə  başlayır  və  həmin  əraziləri  birdəfəlik 

İspan  taxt-tacına  birləşdirir.  Bu  artıq  qeyri-qanuni  akt 

sayılırdı.  Axı,  Filippin  adaları  Molukk  adaların-dan  şimal-

qərb  istiqamətində  yerləşir.  Deməli,  həmin  ərazilər  hüquqi 

cəhətcən  Portuqaliyaya  tabe  idi.  Portuqallar  bütün  bu 

qanunsuzluqlara  öz  etirazlarını  bildirsələr  də  II  Filipp 

bunlara heç bir əhəmiyyət vermirdi.  

Bizim dövrdə elə bir imkan yox idi. Leqaspinin səyahəti 

zamanı  isə  mənim  altmış  beş  yaşım  vardı.  Həm  də  o  vaxt 

mən  İspaniyada  idim.  Lakin  belə  bir  imkan  sənin  əlinə 

düşüb  və  sən  bu  imkandan  istifadə  etməlisən.  Alvaro 

Mendanya  de  Neyra  1567-ci  ildə  birinci  dəfə  “naməlum 



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə