  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə21/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   17   18   19   20   21   22   23   24   ...   154

                                                     

 

  



                                                                            

                                                    

82 

istəməz  araukanlara  hərbi  sənəti  öyrədirdik.  Onlar  da 



bacarıqlı  şagird  kimi  hər  şeyi  qavrayırdılar.  Araukan  olan 

Lautaro  xəyanətkar  kimi  bizim  tərəfə  keçmiş  və  bir  il 

dəstəmizdə  qalıb  “hərbi  sirri  və  taktikanı”  mənimsəyərək, 

öz hindularının tərəfinə keçir və sərkərdə kimi araukanların 

hərbi  rəhbəri  olur.  1553-cü  ildə  araukanlar  dalbadal  bizim 

bir  neçə  dəstəni  darmadağın  edib,  dekabr  ayında  Pedro 

Valdiviyanın  özünü  əsir  alır  və  bir  müddətdən  sonra  onu 

edam edirlər. 

Gördüyünüz  kimi  Pedro  Valdiviyanın  Çilinin  işğal 

olsumasında çox böyük rolu var. Sadəcə olaraq, araukanlar 

bizdən  dəyanətli,  torpaqlarına  sədaqətli,  mərd  və  qorxmaz 

çıxırdılar. Həmin  məğlubiyyətlərdə  nə Valdiviyanın, nə də 

ki,  orada  döyüşən  konkistadorların  günahı  var.  Mənə  elə 

gəlir  ki,  araukanlarla  nə  Diyeqo  Almaqro,  nə  Fransisko 

Pisarro, nə də ki, Ernan Kortesin özü baş çıxara bilərdi. 

 

 



 

 

 



 

 

 




                                                     

 

  



                                                                            

                                                    

83 

    VIII fəsil. İkinci təklif Araukaniya ölkəsinin    

                      işğal olunmasıdır  

 

Mərkəzi Çilidə olmayıb və araukanların şücaəti ilə tanış 



olmayanlar  üçün,  qoca  səyyahın  bu  cansıxıcı  və  kədərli 

həqiqəti  şit  gülüşdən  başqa  bir  şey  deyildi.  Axı,  ispan 

konkistadorları otuz il müddətində Yeni Dünya sahillərində 

nəhəng  torpaqları  zəbt  edib,  qüvvətli  imperiyaları  darma-

dağın etmiş və yer üzündən silmişdilər. Mərkəzi Çilidə isə, 

Yeni Dünyanın özündə belə tanınmayan bir hindu qəbiləsi, 

ispanlara  görünməyən  amansız  müqavimət  göstərmişdilər. 

Doğrudan da buna inanmaq çox çətin idi. Nəinki Odovaldo 

qardaşları, hətta babasının bu maraqlı söhbətlərinə diqqətlə 

qulaq  asan  və  hər  bir  sözünə  inanan  Migel,  araukanlar 

haqqında  olan  bu  acı  həqiqətə  inana  bilmirdi.  Halbuki 

Pedro  Valdiviya  kimi  təcrübəli



 

konkistador  on  ilə  yaxın 

onlara  qarşı  müharibə  aparmış  və  məğlubiyyətə  uğrada 

bilməmişdir.  Belə  çıxır  ki,  araukanlar  həqiqətən  də  Yeni 

Dünyanın  yenilməz,  basılmaz  və  məğlubedilməz  bir 

qəbiləsidir.  Doğrudan  da  Avropada  meydan  oxuyan  ispan 

gücü  və  silahı,  araukanların  yanında  acizdirlər.  Əlbəttə, 

buna inanmaq çətin idi. Kapitan Filipp başını məyus halda 

tərpədib öz şübhələrini dağıtmaq üçün laqeyd halda dedi: 



                                                     

 

  



                                                                            

                                                    

84 

-  Sinyor  Kartahena,  istərdim  ki,  sizin  bu  söhbətinizə 



inanım,  ancaq  ürəyimlə  bacara  bilmirəm.  Bəlkə,  siz 

araukanlara  qarşı  iyirmi-otuz  nəfərlə  döyüşmüsünüz  və 

məhz buna görə də məğlub olmusunuz? 

-  Belə  hadisələr  çox  nadir  halda  baş  verirdi,  əksəriyyət 

hallarda  bizim  sayımız  yüz-yüz  əlli  nəfərdən  aşağı  olmur-

du.  -  deyə  Rodriges  tərəddüd  etmədən  cavab  verdi  və 

kapitana  baxmadan  müfəssəl  şəkildə  sözünə  davam  etdi.  - 

Bəzi  hallarda  biz  dörd  yüz  nəfərlə  araukanlara  hücum 

edirdik,  heç  onda  da  onlarla  bacara  bilmirdik.  İnanırsınız, 

onların döyüşüçüləri bir neçə yerdən yaralanır, lakin döyüş 

yerini  tərk  etmirdilər.  Onların  bu  hərəkəti  adamı  dəhşətə 

gətirirdi. Adamda elə təsəvvür yaranırdı ki, onlar insan yox, 

qalın  könlü  heyvanlardır.  Onları  məhv  etmək  üçün  xeyli 

əziyyət çəkməlisən. Ancaq onu da deyim ki, bizim əsgərlər 

aslan ürəyi ilə araukanlara qarşı döyüşürdülər. 

-  Sinyor  Kartahena,  siz  demək  istəyirsiniz  ki,  əgər  biz 

50-60 nəfərlə Mərkəzi Çiliyə getsək, həmin çılpaq hinduları 

məğlubiyyətə uğrada bilmərik? - deyə sakit oturmağı üstün 

tutan  kapitan  Xuan  özünü  saxlaya  bilməyib  müəmmalı 

tərzdə  dilləndi.  -  Yəni,  biz  araukanların  öhsdəsindən  gələ 

bilmərik? 

- Əlbəttə, yox. - deyə qoca səyyah qətiyyətlə cavab ver-

di və həmsöhbətlərinin bənzilərinin dəyişməsinə əhəmiyyət 



                                                     

 

  



                                                                            

                                                    

85 

verməyib təmkinlə sözünə davam etdi. - Siz oraya yüz əlli 



nəfərlə belə getsəniz xeyri yoxdur. Siz orada ölümdən baş-

qa bir şey tapa bilməyəcəksiniz. İnciməyin, bu doğrudan da 

belədir.  Araukanlar  çox  mahir  və  bacarıqlı  döyüşçüdürlər. 

Hətta belə bir qüvvəyə qarşı onlar açıq döyüşə girə bilərlər. 

Halbuki onlar pusquda dayanıb gözlənilməz hücum etməyi 

xoşlayırlar. 

Bu sözlərdən sonra hər iki qardaş bir-birinə mat-məətəl 

nəzər  saldılar.  Görünür,  onlar  yavaş-yavaş  Rodrigesin 

sözlərinə inanmağa başlayırdılar. Artıq onlar başa düşürdü-

lər ki, qoca səyyahın danışıqları mif yox, əsl həqiqətdir və 

buna  ciddi  yanaşmaq  lazımdır.  Sözsüz  ki,  Rodrigesin 

danışıqlarını,  xəbərdarlığını,  verdiyi  məsləhətləri  ciddi 

qavramaq  lazım  idi.  Belə  çıxır  ki,  asteklər  və  inklər 

araukanlardan  xeyli  zəifdirlər,  ya  da  ki,  Pedro  Valdiviya 

Meksikanı işğal edən Ernan Kortesdən və Perunu fəth edən 

Fransisko  Pisarrodan  xeyli  qətiyyətsiz  və  bacarıqsız  idi. 

İnamsızlıq  içində  olan  kapitan  Xuan  qamətini  düzəldib 

ehtiramla dedi: 

-  Tutalım  ki,  biz  yüz  nəfər  topladıq  və  oraya  getdik? 

Yenə  də  araukanlara  qalib  gələ  bilməyəcəyik.  Halbuki 

təşkil  edəcəyimiz  dəstədə  on  nəfərə  yaxın  cəngavər,  on 

nəfərə  yaxın  keçmiş  peşəkar  konkistador  və  iyirmi  nəfərə 

yaxın  adam  isə  yüksək  döyüş  qabiliyyəti  olan  zabit  və 



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə