  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə18/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   14   15   16   17   18   19   20   21   ...   154

                                                     

 

  



                                                                            

                                                    

70 

iyirmidən  çox  nümayəndəsi  əbədi  olaraq,  başlarını  həmin 



torpaqda qoyublar. 

-  Sinyor  Kartahena,  siz  mənim  qardaşımı  düzgün  başa 

düşmədiniz.  -  deyə  kapitan  Xuan  araya  aydınlıq  gətirmək 

üçün  söhbətə  qarışdı.  -  Sizə  bildirmək  istəyirəm  ki,  sizin 

danışıqlarınız  İspaniyada  heç  bir  konkistadorun  və  ya 

cəngavərin  xoşuna  gəlməz.  Şəxsən  mən  sizinlə  yaxından 

tanış olduğum üçün sizin dediklərinizə göz yumuram. 

-  İltifatınıza  görə  çox  sağ  olun,  amma  xahiş  edirəm, 

mənim sözümü kəsməyin, - deyə qoca səyyah təkidlə xahiş 

etdi. - mən sadəcə olaraq, təkzib vermək istəyirəm. 

Bizim  həmin  qurbanları  verməyin  kimə  xeyri  oldu? 

Demək olar ki, heç kimə. Siz yaxşı bilirsiniz ki, ingilis və 

fransız  milliyyətindən  olan  dəniz  quldurları,  maneəsiz 

olaraq Atlantik okeanın keçib Karib dənizinə gəlir və orada 

bizim  kaloniyalara,  qəsəbələrə,  adalara,  ticarət  və  səyyah 

gəmilərinə  hücum  edib  onları  ələ  keçirirlər.  Yeni  Dünya 

sahillərində  olan  sərvətimizin  bir  hissəsi  onlar  tərəfindən 

zorlama  mənimsənilir.  Bizim  inkvizisiya  isə  onların  qarşı-

sında  acizdir  və  onların  cinayətlərinə  qarşı  heç  bir  tədbir 

görə bilmir.  

Halbuki Badaxos konqresinə görə Karib dənizi sahillə-

rinə  ispan  gəmilərindən  başqa,  heç  biri  girməməlidir. 

Bildiyiniz  kimi,  papanın  iştirakı  ilə  həmin  sazişə  İspaniya 



                                                     

 

  



                                                                            

                                                    

71 

və Portuqaliya monarxları qol çəkirlər. Lakin nə ingilis, nə 



də ki, fransız dəniz quldurları buna məhəl qoymayıb, həmin 

dənizdə qulduruqla məşğul olurlar. Elə dəniz quldurları var 

ki,  monarxların  havadarlığı  altında  fəaliyyət  göstərirlər. 

Yeni Dünya sahillərində məşhur olan ingilis korsarı Frensis 

Dreyk  şəxsən  kraliça  Yelizavetanın  göstərişi  ilə  hərəkət 

edir və iki il bundan əvvəl La-Manş boğazında ingilis hərbi 

dəniz  donanmasına  başçılıq  edib,  “Məğlubedilməz  arma-

da”ya  qarşı  döyüşmüşdür.  İndi  başa  düşürsünüz,  mən  nə 

demək istəyirəm? Bizim konkistadorlar okeanın o tayındakı 

zəif düşmənlərlə yox, buradakı güclü düşmənlərimizə qarşı 

döyüşməli  və  Avropada  özbaşınalıq  edənləri  birdəfəlik 

cəzalandırmalı  idilər.  Orada  möhkəmlənməklə  biz  artıq 

Niderlandı,  Fransadakı  və  Almaniyadakı  ərazilərimizi  itir-

mişik.  İngiltərə  ilə  müharibədə  biabırcasına  məğlub  olmu-

şuq. Bir sözlə, qüdrətli İspaniya getdikcə güclənməkdənsə, 

daha  da  zəifləyir.  Avropadakı  mövqelərimizi  yavaş-yavaş 

itirir və getdikcə İngiltərənin qarşısında aciz oluruq. 

 

 



 

 

 



 


                                                     

 

  



                                                                            

                                                    

72 

    VII fəsil. Müdrik addım atmaq üçün tarixin  

   keçmişindən nəticə çıxarmaq lazımdır 

 

Migel  hiss  edirdi  ki,  bu  söhbət  kapitan  Filippin 



ürəyindən  deyil.  İspaniyanın  məğlubiyyətləri  açıqlananda 

bu  heç  də  onu  qane  etmirdi.  Lakin  Migel  indi-indi  hiss 

etməyə başladı ki, qonaqlar tarixi dərindən bilmirlər. Çünki 

kapitan Filipp o dəqiqə qocanın sözünü kəsib bu haqqda bir 

arayış  verərdi.  İş  ondadır  ki,  qoca  səyyah  Tordesilyası 

Badaxos  ilə  səhv  salmışdır.  O,  bu  faktı  bilərək,  yoxsa 

mexaniki  səhv  etmişdi,  ancaq  Rodriges  bu  kəlmələri  ciddi 

halda söyləşmişdi. 

Roma  papası  VI  Aleksandr  1493-cü  ildə,  İspaniya  ilə 

Portuqaliya  arasında  kolonial  əraziləri  bölüşdürmək  üçün, 

öz bullası ilə demarkasion xətti göstərmişdi. Bu xətt 100 liq 

(600 km.) Azör və Yaşıl Burun adalarından qərb istiqamə-

tində  keçirdi.  Sonradan  Portuqaliya  bu  bölgüyə  görə  öz 

etirazını bildirir və 1494-cü ildə Tordesilyasda İspaniya ilə 

Portuqaliya  arasında  yeni  saziş  bağlanır.  Meridian  Yaşıl 

Burun adalarından 370 liq qərb istiqamətində keçirilir. Bəzi 

quru  və  dəniz  xəritələrində  Yaşıl  Burun  adaları  sıfırıncı 

meridian  kimi  göstərilirdi.  Deməli,  İspaniya  hökmranlığı 

altına  bütün  Amerika  (Braziliya  ərazisində  başqa),  Portu-

qaliya  hökmranlığı  altına  isə  Asiya,  Afrika  və  Amerikada 




                                                     

 

  



                                                                            

                                                    

73 

Braziliyanın  böyük  bir  hissəsi  düşür.  Gec-tez  onların 



arasında  hərc-mərclik  baş  verməli  idi:  Portuqaliya  ərazilə-

rində şərq, İspaniya ərazilərindən qərb istiqamətində sərhəd 

xətti  göstərilməliyidi.  Magellan  ekspedisiyasından  sonra 

təsdiq  olunur  ki,  “Ədviyyat  adalarına”  iki  yol  gedir: 

İspaniyanın  Cənubi  Amerikasının  cənubundan  keçən  qərb 

yolu,  I  Portuqaliyanın  Afrikasını  dövrə  vurub  gedən  şərq 

yolu.  

Bu  hərc-mərcliyə  son  qoymaq  üçün  1524-cü  ildə 



Badaxos konqresinə, paritet əsaslara görə (birinci yıqınçaq 

1524-cü ilin aprel ayında Portuqaliya ilə İspaniya arasından 

keçən  Qvadiana  adlı  sərhəd  çayının  üstündəki  körpüdə 

keçirilmişdir.  Körpü  İspaniyanın  Badaxos,  Portuqaliyanın 

Elvaş  şəhərlərinin  arasında  yerləşirdi.  Sonrakı  yığıncaqlar 

dalbadal adları çəkilən şəhərlərdə keçirilmişdir), hər dövlət 

oraya üç hüquqşünas, üç kosmoqraf və üç şturman göndə-

rir.  Konqress  50  gün  davam  edir  və  heç  bir  nəticə  əldə 

olunmur.  Göndərilən  punktun,  meridianın  dəqiq  uzunluq 

meridianı,  Yer  kürəsinin  böyük  dairəsinin  uzunluğu, 

Molukk  adalarına  olan  məsafə,  nə  də  ki,  onların  koordi-

natları  məlum  deyildi.  Hər  iki  tərəfdən  verilən  təkliflərin 

arasında  46

0

  məsafə  vardı.  Badaxos  konqresi  uçuruma 



yuvarlanandan  sonra  ispanlar  açıqdan-açığa,  portuqalların 

“Ədviyyat adaları”na ticarətinin monopoliyasını saymayıb, 




Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə