  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə16/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   12   13   14   15   16   17   18   19   ...   154

                                                     

 

  



                                                                            

                                                    

62 

Migel qonaqları salamlayaraq onları içəri dəvət etdi. O, 



biləndə  ki,  onlar  ər-arvaddırlar  təəccüblələ  Xuana  nəzər 

saldı.  İş  ondadır  ki,  Filipp  Mursiyadan  ən  azı  iyirmi  yaş 

böyük idi, qız ərinin yanında uşağı kimi görünürdü. Ancaq 

Migel bu hissiyyatını büruzə vermədi. 

Mursiya  arıq,  uzun,  incəbel,  on  səkkiz  yaşlı  bir  qızdır. 

Onun  sifəti  uzunsov,  burununun  ucuşiş,  dodaqları  nazik, 

gözləri  balaca  yaşıl  rəngdə,  lap  sarı  olmayan  saçları 

kürəyindən aşağı tökülmüşdü. Əynində ağ rəngli enli paltar 

vardı,  paltarının  boynu  və  qollarının  qırağı  krujevalı  idi. 

Onun  boyunundan  qızıl  boyunbağının  üstündən  qızıl 

medalyon  asılmışdı.  Şəhadət  (sağ  əlinin)  barmağında  o 

qədər  də  yekə  olmayan  brilyant  qaşlı  qızıl  üzük  vardı.  Bir 

sözlə, Mursiya üç bacının içərisində ən qəşəngi idi və onu 

vaxtı ilə çox zadəganlar istəyirdi, axırda isə kapitan Filipp 

Odovaldoya qismət oldu. 

 

 



 

 

 



 

 

 




                                                     

 

  



                                                                            

                                                    

63 

  VI fəsil. Müdrik insanın məsləhətlərinə  

              ehtiyacı olan zadəganlar 

 

Qoça  Rodriges  qonaqları  elə  qonaq  zalında  qarşıladı. 



Gələnlərlə tanış (o, konkistador Xuan ilə bir neçə il idi ki, 

tanış idi) olub, onlarla üzbəüz divanda əyləşdi. Uzun sorğu-

sualdan sonra Rodriges bilmək istədi ki, Xuan uzun müddət 

harada  olub  və  Barselonaya  haçan  gəlib.  Kapitan  Xuan 

hörmətlə baş əyib ehtiramla dedi: 

- Sinyor Kartahena, artıq on gündür ki, biz Barselonaya 

gəlmişik  və  artıq  dərəcədə  sizdən  üzr  istəyirəm  ki,  bu 

günlər ərzində gəlib sizi yoxlamamışam. İnanırsınız, başımı 

qaşımağa heç vaxtım olmayıb. Özünüz çox yaxşı bilirsiniz 

ki,  mən  altı  ilə  yaxındır  ki,  Barselonaya  gəlmirəm.  O,  ki, 

qaldı  Mexikoya,  bu  illər

 

ərzində  mən  Yukatan  yarım-

adasında  və  ona  yaxın  ərazilərdə  hərbi  xidmət  olmuş  və 

yerli  əhali  ilə  amansız  döyüşlərdə  iştirak  etmişəm.  Onlar 

bizə  tabe  olmaqdan  boyun  qaçırıblar.  Bizim  neçə-neçə 

həmvətənlərimizi və əsgərlərimizi yolda öldürür və onların 

evlərinə basqın edirlər. 

-  Nə  qədər  olmasa,  bəzi  qəbilələr  bizim  hökmranlığı-

mıza baş əyməkdən boyun qaçıracaqlar. - deyə qoca səyyah 

məyus  halda  dilləndi  və  başını  təəssüflə  yellədərək  laqeyd 

halda sözünə davam etdi. - Bunun nəticələri isə yalnız qanlı 



                                                     

 

  



                                                                            

                                                    

64 

və  amansız  döyüşlər  ilə  həll  olunacaq.  Bizim  qılınclar  o 



qədər  hindu  cəsədi  paralayıb  ki,  onları  qandan  təmizləyib 

qınına  qoymağa  macal  tapmırıq.  Nə  qədər  də  olmasa, 

mənim onlara yazığım gəlir. 

-  Siz  nəyi  nəzərdə  tutursunuz  ki?  -  deyə  kapitan  Filipp 

maraqla soruşdu və müəmmalı tərzdə qardaşına nəzər saldı. 

-  Mənim  dediyim  odur  ki,  biz  gərək  aborigenlərlə 

amansız rəftar etməyəydik. - deyə qoca səyyah qeyri-müəy-

yən  tərzdə  dilləndi.  -  Necə  olsa  da,  onlar  da  bizim  kimi 

insanlardır.  Gərək  onları  qırmaq  yox,  öz  xeyrimiz  üçün 

istifadə etməli idik. Elə hallar olurdu ki, onlar bizə kömək 

edirdilər: ərzağımız tükənəndə ərzaqla, gəmi,  fort, bastion, 

qala və inzbati binalar tikəndə işçi qüvvəsi çatmayanda, işçi 

qüvvəsi ilə, kömək edirdilər hər hansı bir müharibə olanda 

bizə  hətta  əsgər  də  verirdilər.  Əksəriyyət  hallarda  bizə 

kömək olurdular. 

-  Lakin  unutmaq  lazım  deyil  ki,  bizimkilər  orada  dara 

düşəndə,  hindular  onların  üstünə  hücum  çəkib  məhv  edir, 

gəmilərimiz  fəlakətə  uğrayanda,  sağ  qalan  heyəti  əsir  alıb 

işgəncələrlə  öldürürdülər.  -  heç  bir  şeydə  sərhəd  gözləmə-

yən kapitan Xuan  sərt halda söhbətə qarışır və göynəyinin 

üst  düymələrini  açıb  səbirsizliklə  sözünə  davam  edir.  - 

Onlar  artıq  bizi  özlərinə  düşmən  sayır  və  heç  bir  məsələ-




                                                     

 

  



                                                                            

                                                    

65 

lərdə  bizimlə  razılaşmaq  istəmirlər.  İmkanları  olsa,  hamı-



mızı qılıncdan keçirərlər. 

-  Sinyor  Kartahena,  yaddan  çıxırmayın  ki,  onlar  abori-

genlərdir.  -  deyə  qocanın  sözlərindən  narazı  olan  kapitan 

Filipp  üzrxahlıqla  söhbətə  qarışaraq,  kiçik  qardaşının 

sözlərinə  qüvvət  verir  və  izahat  üçün  qürurla  əlavə  etdi.  - 

Aborigenlər  isə  bizim  üçün  insan  sayılmırlar.  Onları  hey-

van  kimi  alıb-satmaq  və  başlarını  kəsib,  qurd-quşlara  yem 

etmək  lazımdır.  Bir  sözlə,  onlar  sivilizasiyadan  kənar  bir 

məxluqdur  və  onların  bizimlə  bərabər  yaşamağa  hüquqları 

yoxdur. 


-  Artıq  dərəcədə  sizdən  üzr  istəyirəm,  bu  heç  də  belə 

deyil.  -  qoca  səyyah  sağ  əlini  yuxarı  qaldırıb  kapitan 

Filippin sözünü  yarımçıq qoydu.  - Biz oraya getməmişdən 

əvvəl  Meksikada  asteklərin,  Peruda  isə  inklərin  yüksək 

mədəniyyətə  məxsus  olan  sivilizasiyalı  dövlətləri  vardı. 

Vaxt  gələr,  inklər  haqqında  sizinlə  ətraflı  danışaram.  İndi 

isə  Tenoçtitlan  (Mexiko)  haqqında  bəzi  xatirələri  yada 

salmaq  istəyirəm.  Sonradan  Kortes  özü  etiraf  edirdi  ki, 

Tenoçtitlan  şəhəri  o  qədər  nəhəng  idi  ki,  indiyə  qədər  o 

irilikdə  şəhər  görməmişdi.  Şəhərin  kənarındakı  evlər  o 

qədər iri və gözəl olmasa da, mərkəzdə və mərkəzə bitişik 

rayonlarda evlərin hamısı hündür, gözəl və həyətyanı bağ-

larla  əhatə  olunmuşdu.  Şəhərdə  çoxlu  kanallar  və  onların 



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə