  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə19/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   15   16   17   18   19   20   21   22   ...   154

                                                     

 

  



                                                                            

                                                    

74 

Molukk adalarına cəngavər-monax Qarsia Xofre Loaysanın 



başçılığı  altında  450  adamdan  ibarət  yeddi  gəmini  yola 

salır.  I  Karl  1529-cu  il  aprelin  23-də  Saraqosa  şəhərində 

350  min  dukata,  demarkasion  xəttin  Molukk  adalarından 

17

0



17

/

  şərq  istiqamətinə  keçməsinə  öz  razılığını  bildir-



mişdir. 

Bu  sənəd  yalnız  imza  çəkən  iki  dövlət  üçün  qanuni 

sayılırdı.  Sonradan  kolonial  əsarətinə  keçən  dövlətlər,  bu 

sənəddən  boyun  qaçırıb,  müstəqil  şəkildə  torpaqları  zəbt 

etmək  üçün  ekspedisiyalar  təşkil  etməyə  başladılar.  Elə 

Rodriges  də  onu  demək  istəyir  ki,  başqa  dövlətlər  bu 

sənədə  məhəl  qoymurlarsa,  onda  nə  üçün  İspaniya  bu 

sənədə riayət etməlidir. 

-  Sinyor  Kartahena,  mən  hansısa  mənada  sizlinlə 

razılaşmağa  hazıram.  -  deyə  kapitan  Xuan  qeyri-müəyyən 

tərzdə dilləndi və məqsədini açıqlamaq üçün sözünə davam 

etdi.  -  Biz  ingilislərə  qarşı  bir  dəfə  müharibədə  iştirak 

etmişik,  düzdür,  həmin  müharibədə  məğlub  olmuşuq. 

Ancaq  bunun  sonrası  var.  II  Filipp  bu  məğlubiyyətin 

əvəzini  hökmən  ingilislərdən  çıxacaq.  Bunu  inkar  etmək 

olmaz  ki,  bizim  qolu  qüvvətli  igidlərimizin  əksəriyyəti 

xristianlığı  yaymaqdan  ötrü  və  haradasa,  öz  xeyirləri  üçün 

Yeni  Dünya  sahillərinə  yola  düşmüşdülər.  Onu  da  yaddan 

çıxarmaq  olmaz  ki,  bizim  İspaniyada  lazımi  qədər  qüvvə-



                                                     

 

  



                                                                            

                                                    

75 

miz  var  və  biz  hər  bir  dövləti  diz  çökdürməyi  bacararıq. 



Necə  deyirlər,  Yaxın  Şərqdə  Osmanlı  türkiyəsi,  Avropada 

isə İspaniya kimi qüvvətli dövlət yoxudur. 

-  Mən  isə  deyirəm  ki,  İspaniya  ilbəil  hərbi  cəhətcən 

zəifləyir  və  yavaş-yavaş  Avropadakı  mövqələrini  itirməyə 

başlayır. - deyə qoca səyyah yenə də öz etirazını bildirdi və 

sağ əlini yuxarı qaldıraraq, söz demək istəyən konkistadoru 

susmağa  məcbur  etdi.  -  Bunun  üçün  sübut  Niderlanddakı 

müharibədir.  Orada  bizim  orduya  qarşı  bütün  Niderland 

xalqı,  ingilis,  fransız  və  alman  knyazlarının  əsgərləri 

vuruşur  və  bizimkiləri  oradan  qovmaq  istəyirlər.  Özünüz 

bilirsiniz  də,  bu  müharibə  neçə  il  davam  edir,  axırı  isə 

görünmür.  Ancaq  bizim  konkistadorlar  burada  olsa  idilər, 

elə  bir  ilin  içərisində  onların  hamısını  məğlubiyyətə 

uğradardılar. 

-  Baba,  icazə  versən  mən  bu  haqda  öz  fikrimi  bildirər-

dim. - deyə Migel üzrxahlıqla dilləndi.



 

-

 

Mənə elə gəlir ki, 

Avropadakı  kaloniyalardansa,  kaloniyası  olmayan  hər  bir 

güclü  dövlət  çalışır  ki,  Avropada  onun  yaxşı  mövqeyi 

olsun.  Bunun  üçün  isə  yalnız  müharibədən  istifadə  etmək 

olur.  Əgər  tarixə  nəzər  salsaq,  onda  görərik  ki,  vaxtilə 

Avropanın  yarıdan  çoxu,  Afrikanın  şimalı  və  Yaxın  Şərq 

Roma  imperiyasının  əsarəti  altında  idi:  indi  isə  həmin 

imperiyadan  heç  bir  əsər-əlamət  qalmayıbdır.  Əksinə, 



                                                     

 

  



                                                                            

                                                    

76 

İtaliyanın  muəyyən  əraziləri  kaloniya  şəklində  başqa 



dövlətlərə məxsusdur.  

Qorxmaz  vikinqlər  Avropanın  şimal  hissəsini  zəbt 

etmişdir,  indi  isə  Norveç  krallığı  tükdən  asılıdır.  Vaxtilə 

bizim  özümüz  ərəb  xilafətinin  əsarəti  altına  düşmüşdük. 

Rekonkista  hərəkatı  zamanı  biz  ərəb  qoşunlarını  burada 

ağır  məğlubiyyətə  uğradaraq,  onları  Pireney  yarımada-

sından qovub çıxartdıq. Ümumiyyətlə, mən onu qeyd etmək 

istəyirəm ki, Avropada hər hansı bir dövlət başqa dövlətin 

əsarəti altında olubsa, gec-tez həmin dövlət azadlıq mübari-

zəsi  uğrunda  gedən  üsyanlar  nəticəsində  öz  müstəqilliyini 

əldə  edə  bilmişdir.  Bu  prosses  də  həmişə  davam  edir.  Acı 

olsa  da,  biz  boyunumuza  almalıyıq  ki,  artıq  İspaniya 

özünün  Avropadakı  kaloniyalarından  biri  sayılan  Nider-

landı  itirmək  üzrədir  və  bunun  qarşısını  heç  cürə,  almaq 

mümkün  deyil.  Niderland  xalqı  geç-tez  öz  müstəqilliyini 

əldə  edəcəkdir.  Arada  itirən  biz  olacayıq  -  həm  maddi 

tərəfdən,  həm  də  canlı  qüvvə  sarıdan.  Bu  isə  İspaniyanın 

zəifləməsi deməkdir.  

Mən,  II  Filippin  yerinə  olsa  idim,  Niderlanddakı 

qüvvələrimizi  oradan  çıxarıb  onları  okeanın  o  tayındakı 

mövqelərdə  yerləşdirərdim.  Onsuz  da  Yeni  Dünya  sahillə-

rində  sağ  qalmış  aborigenlər  heç  vaxt  öz  müstəqilliyini 

qazana  bilməyəcəklər.  Orada  bircə  dənə  olsa  da,  müstəqil 



                                                     

 

  



                                                                            

                                                    

77 

dövlət olmamalıdır, yoxsa həmin xəstəlik başqa ərazilərə də 



keçə  bilər.  Cənubi  materikində  Çilinin  mərkəzində  yeganə 

müstəqil ərazi qalıb, o da ki, Araukaniyadır. Daha doğrusu, 

yalnız  araukanlar  ispan  qılıncının  qarşısında  baş  əymir  və 

bizim konkistadorlara qarşı kəskin müqavimət göstərirlər.  

Bir  sözlə,  Avropada  kaloniya  saxlamağın  bizim  üçün 

heç bir xeyri yoxdur. Elə götürək Portuqaliyanı. Portuqali-

yanın Avropada bircə kaloniyasıda yoxdur, ancaq dünyanın 

hər  yerində  onların  kaloniyaları  var  və  bizimlə  birləş-

məyənə  qədər,  getdikcə,  dünyada  öz  hegemonluqlarını 

genişləndirirdilər. Biz də Portuqaliyanın üsulundan istifadə 

etməliyik: 

-  Sinyor  Migel,  siz  bu  optimistliyi  başınızdan 

atmalısınız, yoxsa bu optimistliyiniz sizin başınıza çox ağır 

müsibətlər gətirə bilər. - deyə kapitan Filipp bir böyük kimi 

ərk  edərək  Migelə  məsləhət  verdi.  -  Bu  sözlər  sizi  aparıb 

inkvizisiya  tonqalına  çıxara  bilər.  İndiki  zəmanədə  realist 

olmaq  çox  çətindir.  Ancaq  sizin  o  fikirinizlə  razıyam  ki, 

Yeni Dünya sahillərindəki bütün torpaqlar bizim əsarətimiz 

altında  olmalıdır.  Orada  heç  bir  müstəqil  ərazi  qalmama-

lıdır.  Araukanların  müqaviməti  haqqında  artıq  bütün 

İspaniya danışır. 

Hələlik onlarla bacarmaq mümkün deyil. Necə  olsa da, 

Ernan Kortes nəhəng Astek imperiyasını, Fransisko Pisarro 



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə