  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə22/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   18   19   20   21   22   23   24   25   ...   154

                                                     

 

  



                                                                            

                                                    

86 

zadəganlar olacaqdır. Bu o deməkdir ki, hər bir iştirakçı ən 



azı  on-on  beş  hindunu  qılıncdan  keçirməlidir.  Əgər 

vəziyyət  siz  deyən  kimi  ciddidirsə,  onda  mən  həmin  qırx 

nəfərdən başqa altmışa yaxın odlu silahla silahlanmış əsgər 

və  dənizçilər  götürərəm.  Mənə  elə  gəlir  ki,  araukanları 

darmadağın etmək üçün bu kifayət qədər olan qüvvədir və 

mən  bu  qüvvə  ilə  Araukaniyanı  zəbt  edə  bilərəm.  Ondan 

artıq qüvvə ilə mən Çiliyə ayaq basmaram. 

-  Sinyor,  xahiş  edirəm,  mənə  diqqətlə  qulaq  asın,  bu 

mənim sizə olacaq, axrıncı məsləhətimdir. - dərindən kök-

sünü  ötürən  Rodriges  dilləndi  və  ilk  növbədə  hər  iki 

qardaşın fikrini özünə cəlb edərək, aludəliklə sözünə davam 

etdi.  -  Artıq  mənə  aydın  oldu  ki,  siz  Araukaniyanı  İspan 

taxt-tacı  üçün  zəbt  etmək  isqəyirsiniz?  Bu  çox  cəsarətli  və 

əsl  zadəgana  xas  olan  bir  hərəkətdir.  İlk  məsləhətim  odur 

ki,  siz  bu  fikirdən  əl  çəkəsiniz.  Çünki  bu  sizə  bədbəxtçi-

likdən  başqa  bir  şey  gətirməyəcək.  Əgər,  həmin  planı 

həyata keçirəcəksinizsə, onda Allah özü sizə kömək olsun. 

Bu sizin həyatınızda atdığınız ən ağır addım olacaq və sizə 

bu işdə müvəffəqiyyətlər arzu edirəm. Əgər siz deyən kimi 

olsa,  yəni,  hər  bir  adam  on-on  beş  hindu  öldürsə,  onda 

qələbə  sizin  ola  bilər.  Təki  hər  bir  əsgəriniz  bacarıqlı  və 

qorxmaz  olsun.  Amma  indidən  deyirəm,  işdir  siz  Peruya 

gedib  orada  vitse-kraldan  Araukaniyanın  zəbt  olunması 



                                                     

 

  



                                                                            

                                                    

87 

üçün əsgər istəsəniz, arxayın ola bilərsiniz: o, bir nəfər belə 



olsun  əsgər  verməyəcək.  Çünki  o,  araukanların  gücünə  və 

şücaətinə bələddir və vitse-kral Mərkəzi Çilidə çoxlu yaxın 

dostlarını və şəxsi mühafizəkarlarını itiribdir. Çalışın bütün 

komandanı  burada  toplayıb  Mərkəzi  Çili  sahillərinə  yola 

düşün.  İşdir,  əgər  bacarmasanız,  onda  komandanın  qalan 

hissəsini  ya  Portobeloda,  ya  da  ki,  Panamada  yığarsınız. 

Orada  ürəyiniz  istəyən  qədər  könüllülər  var  və  onlar 

işsizlikdən, sadəcə olaraq, avara-avara şəhərdə gəzişirlər. 

- Məsləhətinizə görə çox sağ olun, - deyə kapitan Xuan 

keçmiş  səyyaha  səmimiyyətlə  minnətdarlığını  bildirdi.  - 

əsgər  tapmaq  mənim  üçün  problem  deyil.  Mən  istəyirəm 

yalnız  təcrübəli,  mərd  qorxmaz  və  qılıncdan  ustalıqla 

istifadə edən adamları öz dəstəmə cəlb edim. İstəsəniz, mən 

sizi  ekspedisiyada  iştirak  edəcək  bütün  adamların  adı  ilə 

tanış edə bilərəm.  

İlkin adamlar bunlardır: kapitan qraf Filipp Morelos və 

onun  qardaşı  mühafizəçi  dəstəsinin  komandiri  kapitan 

Xuan  Morelos,  mənim  qardaşım  Filipp,  Kadisdən  olan 

Riveyro qardaşları, Toledodan mühafizəçi Armando Torres, 

Alikantedən  cəngavər  Ramiro  Leandro,  “Vanquardia” 

gəmisinin  şturmanı  Xuanita  Flores,  mühafizəçi  dəstəsinin 

komandiri  Ernando  Ramires,  cəngavər  Dieqo  Urtado, 

artilleriya  komandiri  kapitan  Marsel  Düran,  onun  oqlu 



                                                     

 

  



                                                                            

                                                    

88 

leytenant  Mişel,  Kataloniya  hersoqunun  keçmiş  favoriti 



Andre  Le-Kont,  hərbi  qarnizonda  arbalyotçu  dəstəsinin 

komandiri  kapitan  Alonso  Murilyo,  mahir  arbalyotçu  Dias 

Duarte  və  bəlkə  də  qardaşım  oğlu  leytenant  Karlos.  Bu 

adamlar  ekspedisiyada  şntirak  etməklərinə  artıq  öz 

razılıqlarını  bildiriblər.  Siz  bu  adamların  əksəriyyətini 

tanıyırsınız.  Sonra  bu  təklif  mühafizəçi  Pedro  Velaskesə, 

onun  profos  işləyən  qardaşı  Leona  və  ataları  keçmiş 

konkistador leytenant Vaskoya da veriləcək. Əgər onlar da 

öz  razılıqlarını  bildirsələr,  onda  mənimlə  birlikdə  dəstədə 

iyirmi  adam  olur.  Bunların  hər  biri  mahir  döyüşüçüdürlər 

və onlar tezliklə Çilidə ad-san qazanacaqlar. Artıq qardışam 

Alonso  əlahəzrət  II  Filippin  yanında  olmuş  və  kralın 

fərmanı ondadır. 

Rodriges bir anlığa öz aləminə qapıldı. O, inanmırdı ki, 

Araukan  ölkəsini  fəth  etmək  istəyənlər  bundan  sonra 

tapılaçaqdır. Axı, artıq bütün İspaniya bilirdi ki, neçə-neçə 

igid oğullar araukanların qılıncından məhv olub, əbədi ola-

raq, uzaq sahillərdə qalmışdır. Bir sözlə, araukanlar, orada 

həlak olan ispan oğullarına görə hökmən ciddi cəzalandırıl-

malı  idilər.  Kapitan  Xuanın  qalın  səsi  Rodrigesin  fikrini 

dağıtdı. O, üzünü birbaşa Migelə tutub ehtiramla dedi: 

-  Migel,  istəyirsənsə,  sən  də  bizimlə  bu  kompaniyada 

iştirak et. Bu ekspedisiyaya cəngavər dostların Osvaldo ilə 



                                                     

 

  



                                                                            

                                                    

89 

Sebastyanı  da  dəvət  edə  bilərsən.  Bizim  dəstə  basılmaz 



dəstə  olmalıdır.  Birdəfəlik  biz  araukanları  yer  üzündən 

silməliyik. 

Bu gözlənilməz təklif Migeli çaşdırdı, qoca səyyahı isə 

çox  sarsıtdı.  Rodriges  məyus  halda  başını  tərpədərək, 

nəvəsinin  yerində  cavab  verməyi  qərara  aldı.  O,  təmkinlə 

dedi: 


-  Təklifinizə  görə  çox  sağ  olun.  Ancaq  iş  ondadır  ki, 

mən  Migelin  həmin  ekspedisiyada  iştirak  etməsinə  öz 

etirazımı bildirirəm. Mən istəyirəm ki, Migel dəniz səyyahı 

olsun  və  heç  bir  qanlı  döyüşlərdə  iştirak  etməsin.  Mən, 

özüm  Çili  ekspedisiyalarında  iştirak  etmiş  və  orada 

bədbəxtçilikdən  başqa  heç  bir  şey  görməmişəm.  Bir  çox 

döyüşlərdə  ölümlə  rastlaşmışam  və  hər  dəfə  də  təsadüf 

nəticəsində  sağ  qalmışam.  Mən  özümün  ən  yaxın  qohum-

larımdan  on  nəfərini  araukanlarla  olan  mübəribədə  itirmi-

şəm.  İndi  də  istəmirəm  ki,  Migel  on  birinci  qurban  olsun. 

Açıq danışdığım üçün sizdən artıq dərəcədə üzr istəyirəm. 

Babasının  bu  sözlərindön  sonra  Migel  yenə  də  söz 

deməyə  macal  tapmadı.  Utandığından,  hətta  başını  aşağı 

saldı. Halbuki o, bu haqda öz fikrini bildirməli idi. Həm də 

bu  təklif  Migelin  ürəyindən  deyildi.  Uzaq  Çiliyə  gedib 

ömürboyu  öz  torpaqlarında  yaşayan  yerli  araukanların 

qanını axıtmaqdansa, hər hansı bir dəniz səyahətində iştirak 



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə