  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə25/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   21   22   23   24   25   26   27   28   ...   154

                                                     

 

  



                                                                            

                                                    

98 

əsrdə ilk dəfə idi ki, məğlub olurduq. Gərək, elə o vaxt biz 



sözsüz  ki,  ingilislərə  qalib  gələrdik.  Həmin  illər  bizim 

donanma  çox  güclü  və  təcrübəli  dənizçilərdən  ibarət  idi. 

Lepanto  döyüşündən  sonra  bizim  təcrübəli  və  bacarıqlı 

kapitanlarımız,  şturmanlarımız,  losmanlarımız  və  kanonir-

lərimiz vətənimizi tərk edib okeanın o tayına getdilər. Bax, 

bunun  nəticəsində  “Məğlubedilməz  armada”  La-Manş 

boğazında  biabırcasına  məğlub  oldu.  Eybi  yoxdur,  vaxt 

gələcək, biz onlardan öz qisasımızı alacayıq.  Məni həmişə 

bir  sual  maraqlandırırdı,  bax,  siz  bütün  ömrünüzü  dəniz 

səyahətlərinə  və  müxtəlif  ekspedisiyalara  həsr  etmisiniz, 

amma  gözlənilmədən  axırıncı  məqamda,  qoca  vaxtınıda 

İspaniyaya qayıtdınız? Halbuki sizin bütün qohum-əqraba-

nız okeanın o tayında,  Yeni Dünya sahillərində yaşayırlar. 

Yanınızda  isə  yalnız  Migel  qalıbdır.  Xahiş  edirəm,  bircə 

bunu mənə izah edəsiniz. 

- Don Alonso, bu gün kimi aydındır, - deyə qoca səyyah 

ehtiramla  dilləndi  və  azca  tərəddüddən  sonra  qürurla 

sözünə davam etdi. – Əgər, mən nəslimin yeganə nümayən-

dəsiyəm ki, İspaniyada qalmışam, deməli, mən öz vətənimi 

dünyada  hər  şeydən  çox  sevirəm.  Qərib  torpaqda  olanda, 

yadıma  ancaq  acı  xatirələr  düşür  və  İspaniyadan  ötrü 

burnumun ucu göynəyirdi. İş ondadır ki, elə bil Yeni Dünya 

sahillərində  bizim  nəslə  Tanrı  tərəfindən  ölüm  hökmü 



                                                     

 

  



                                                                            

                                                    

99 

kəsilib. İndiyədək bizim nəsildən hələ heç kim öz əcəli ilə 



ölməyib.  Hamı  böyük  faciələr  nəticəsində  bu  işıqlı  dünya-

dan  məhrum  olublar.  Lakin  bütün  bunlar  məni  qorxut-

mayıbdır. Ümumiyyətlə, kim ki, öz vətənini hər şeydən çox 

sevirsə,  onda  heç  bir  qorxu  hissi  olmur.  Bir  sözlə,  mən 

ömrümün  sonlarını  vətənimdə  keçirmək  istəyirəm.  Migel 

də hardasa mənə oxşayır. 

-  Sinyor  Kartahena,  bildiyiniz  kimi  biz  Mərkəzi  Çili 

sahillərinə  ekspedisiyaya  hazırlaşırıq.  -  deyə  polkovnik 

gözlənilmədən  söhbətin  mövzusunu  dəyişdi.  –  Sizin 

tutduğunuz iradlara görə, araukanlar çox möhkəm və güclü 

rəqibdir  və  sözsüz  ki,  onlara  qalib  gəlmək  asan  iş  deyil. 

Hətta  mən təzəcə əsirlikdən qayıtmış böyük oğlum  Kama-

çonu  da  Mərkəzi  Çiliyə  göndərirəm.  Biz  bütün  sağlam 

qüvvələri  səfərbər  etmədik.  Bax,  siz  deyirsiniz  ki,  vətəni 

hər  şeydən  çox  sevirsiniz,  amma  nəvənizi  müqəddəs  iş 

üçün  Mərkəzi  Çiliyə  buraxmırsınız.  Halbuki  Migelin  də 

orada  həmin  ekspedisiyaya  çox  böyük  xeyri  dəyə  bilər. 

Yoxsa, düz demirəm? 

-  Don  Alonso,  mən  araukanları  yaxşı  tanıdığım  üçün 

onu bu yoldan çəkindirirəm. - deyə qoca səyyah polkovnikə 

nəzər  salmadan  qətiyyətlə  dilləndi  və  üzünü  Migelə  tərəf 

tutub gözünün işarəsi ilə onu dostlarının yanına göndərdi. – 




                                                     

 

  



                                                                            

                                                    

100 

Mən  Araukan  ölkəsində  çoxlu  qohumlarımı  itirmişəm, 



istəmirəm ki, o, növbəti qurban olsun. 

- Burada mən sizinlə heç cürə razılaşa bilmərəm, - deyə 

polkovnik də öz etirazını bildirdi və dərindən ah çəkib ciddi 

halda  sözünə  davam  etdi.  –  siz  heç  də  Migeldən  ötrü 

narahat olmayın. Migel mənim ən bacarıqlı şagirdlərimdən 

biridir  və  qılıncdan  mənim  oğullarımdan  da  yaxşı  istifadə 

edir.  Bu  yaxınlarda  fransız  gəmisində  göstərdiyi  şücaət  və 

şəxsi igidliyi hər adam edə bilməzdi. O, hökmən öz gücünü 

Yeni Dünya sahillərində nümayiş etdirməlidir. Hər bir igid 

öz gücünü həmin torpaqda sınamalıdır. 

Rodriges  gördü  ki,  bu  barədə  söhbət  çox  uzanacaq  və 

sözsüz  ki,  polkovnik  öz  istədiyinə  nail  olacaqdır.  Məhz 

bunun  üçün  o,  daha  heç  bir  etiraz  etmədən  və  təkzib 

vermədən  razılığını  bildirməyə  məcbur  oldu.  Axrıda  qeyd 

etdi ki, son söz Migelindir. 

Qısa bir  müddət ərzində həmin xəbəri Migelə  çatdırdı-

lar. Bu xəbərə Migel heç bir reaksiya vermədi və bu haqda 

dostlarına heç bir şey bildirmədi. Çünki bu təklif barəsində 

hələ  fikirləşmək  lazım  idi.  Migel  bu  vaxt  qonaq  zalında 

dayanıb,  Ameriqo  ilə  Sebastyanın  çaldığı  gitaradan  həzz 

alırdı. Onların böyük həvəslə çalmaqlarından nəinki Migel, 

hətta  bütün  zaldakılar  qulaq  asıb  məst  olurdular.  Mahnı 




                                                     

 

  



                                                                            

                                                    

101 

sona çatan kimi zaldakılar yenə də onlardan çalmağı xahiş 



etdilər. 

 

 



 

 

      X fəsil. Ekspedisiya hansı heyətdə Mərkəzi                                      

Çiliyə yollanacaq? 

Kamaçonun  şərəfinə  verilən  baldan  sonra,  qonaqlar  beş 

gün  sonra  yenə  də  polkovnik  Alonsonun  evində  kapitan 

Xuanın ekspedisiyasına görə yığılışdılar. Bunlar demək olar 

ki,  Barselonada  yaşayan,  Mərkəzi  Çili  yürünşündə  iştirak 

edəçək zadəganlar idi. Necə deyərlər, bu zadəganlar, Arau-

kan  ölkəsinə  edilən  uqursuz  yürüşlərin  qisasını  almalı, 

ispan silahını və gücünü bir daha Yeni Dünya sahillərində 

nümayiş etdirməliydilər. Bir sözlə, onlar Araukan ölkəsində 

revanş götürməli idilər. Bu dəstə demək olar ki, hazır idi və 

həmin  dəstəsinin  başçısı  Katalon  hersoqunun  təkidi  ilə 

konkistador  kapitan  Xuan  Odovaldo  təyin  edilmişdi.  Bu 

namizəd  bütün  ekspedisiya  iştirakçıları  tərəfindən  müsbət 

qarşılanmışdı.  

Bu gün Mərkəzi Çiliyə nəzərdə tutulmuş ekspedisiyanın 

mahiyyəti, müqavilə şərtləri və yola düşmə günü müzakirə 




Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə