  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə33/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   29   30   31   32   33   34   35   36   ...   154

                                                     

 

  



                                                                            

                                                    

130 

-  Sinyor  Kartahena,  sirr  deyil  ki,  siz  neçə  dəfə  ağır 



vəziyyətlə rastlaşmısınız, həmişə də bəxtiniz gətirib. - deyə 

şturman  Flores  qeyri-müəyyən  tərzdə  dilləndi  və  ürəyini 

boşaltmaq  üçün  həmin  tərzdə  sözünə  davam  etdi.  - 

Barselonada  hamı  bu  haqda  danışır.  Siz  bir  neçə  ağır 

ekspedisiyalarda  iştirak  etmisiniz  və  hamısından  da  sağ-

salamat  çıxmısınız.  Bunun  üçün  sübut,  Fernan  Magellanın 

tarixdə ən çətin və ağır sayılan səyahətindən cəmi on səkkiz 

nəfər  adam  sağ  qalmışdı,  onlardan  biri  də  ki,  siz  idiniz. 

Bundan  əlavə,  İspaniyadan  yola  düşəndə  “Trinidad” 

gəmisinin yunqası idiniz. Vətənə isə “Viktoriya” gəmisində 

gəldiniz.  Əgər  mümkündürsə,  bunu  bizim  üçün  izah 

edəydiniz? 

- Artıq bu haqda mən onlarla adama izahat vermişəm. - 

deyə  qoca  səyyah  təşəxxüsslə  dilləndi  və  başını  narazı 

halda  yırğalayıb  həmin  tərzdə  də  sözünə  davam  etdi.  - 

Bildiyiniz  kimi,  mənim  qayınatam  Leon  Pankaldo 

“Trinidad”  gəmisinin  şturmanı  idi  və  məni  də  bir  yunqa 

kimi  komandaya  dəvət  etmişdi.  Molluk  adalarında  təmirə 

ehtiyacı olduğuna görə gəmi orada qalmalı idi. Belə qərara 

alındı ki, təmirdən  sonra  “Trinidad” Panamaya, oradan isə 

İspaniyaya  qayıtmalıdır,  “Viktoriya»  isə  qərb  yolu  ilə 

İspaniyaya  kimi  öz  yolunu  davam  etdirməli  idi.  Bizim 

komandada ölənlərin sayı o qədər çox idi ki, heç kimin evə 



                                                     

 

  



                                                                            

                                                    

131 

sağ-salamat  qayıtmasına  ümid  yox  idi.  Məhz  bunun  üçün 



biz  iki  qohum  bir-birimizdən  ayrıldıq.  Pankaldo  “Trini-

dad”da  qaldı,  mən  isə  “Viktoriya”ya  keçdim.  Sözsüz, 

vətənə birimiz qayıtdıq. 

-  Sinyor  Kartahena,  “Trinidad”ın  taleyi  barədə  çoxlu 

söz-söhbətlər  gəzir,  əgər  mümkündürsə,  bizə  bu  haqda 

dəqiq  məlumat  verəydiniz.  -  deyə  şturman  Xuanita  təkidlə 

Rodrigesdən xahiş etdi. 

Qoca  səyyah  əvvəlcə  etiraz  etmək  istədi,  çünki  bilirdi 

ki,  ümumiyyətlə,  Magellanın  səyahəti  haqqında  sorğu-

suallar  uzana  bilər.  Ancaq  üzünü  şturmana  tərəf  çevirəndə 

onun gözlərində nəsə yalvarıcı hissi duydu. Əli ilə boynunu 

massaj edib belini dik tutdu və qürurla söhbətə başladı: 

- Mən danışan zaman xahiş edirəm, sözümü kəsməyim. 

Kimin sualı olacaqsa, qoy axırda versin. Aydındır? 

Məlum  olduğu  kimi  “Trinidad”  təmir  üçün  Tidor 

adasında  lövbər  salmışdı.  Karavellanın  təmiri  üç  aya  kimi 

uzandı  və  gəmi  admiral  Espinosanın  başçılığı  altında, 

(şturman  Leon  Pankaldo  idi)  50  tonluq  ədviyyat  yükü,  53 

nəfərlik  ekipaj  ilə,  1522-ci  ilin  aprelin  6-da  Tidor  adasını 

tərk etdi. Xalmahera adasının şimal qutaracağını dönəndən 

sonra  Espinosa  kursu  birbaşa  şərq  istiqamətinə  Panamaya 

tutdu.  Lakin  zəhlətökən  küləklər,  onu  məcbur  etdilər  ki, 

kursu  şimala  çevirsin.  May  ayının  əvvəllərində  Sonsorol 



                                                     

 

  



                                                                            

                                                    

132 

adalarını  kəşf  etdi  (5°  ş.  en.  dairəsində  Karolin  adalarının 



uzaq  qərb  hissəsində)  və  12°-ci  və  20°  ş.  en.  dairaləri 

arasında Marian arxipelaqının 14 başqa adalarını kəşf etdi. 

O  adaların  birində,  təxminən  Aqrixan  adasında  (19°  ş.  en. 

dairəsi)  gəminin  göyərtəsinə  bir  yerli  qaldırılır.  Soyuq  və 

fırtınalı şərq küləkləri ilə mübarizə apararaq Espinosa 43° ş. 

en. dairəsinə gəlib çıxır. Nə qədər uzağa getdiklərini bilmək 

üçün biz indi təxminən deyə bidərik ki, onlar 150

0

 və 160° 



şərq  uzunluqları  arasında  olublar.  12  günlük  fırtına,  pis 

yemək  və  zəiflik  onları  geri  qayıtmağa  məcbur  edir. 

Sinqadan  və  aclıqdan  heyətin  yarısı  ölür.  Geri  qayıdarkən 

Espinosa  avqustun  22-də  Marian  adalarının  şimal  hissə-

sində  yerləşən bir neçə  adanı kəşf edir, o cümlədən 20°  ş. 

en. dairə. Mauq adasını və təxminən 1522-ci ilin oktyabrın 

20-də  Molukk  adalarına  qayıdır.  Bircə  şeyi  sizin  yadınıza 

salmaq  istəyirəm.  Mauq  adasında  fərarlik  edən  Qonsalo 

Viqo  adlı  bir  matros,  yerli  sakinlərin  köməyi  ilə  qayıqda 

Quam  adasına  tərəf  gedir.  Bununla  da  o,  Mauq  və  Quam 

adaları  arasında  yerləşən  bütün  adaları  gözdən  keçirir  və 

beləliklə,  800  km.  məsafəyə  qədər  uzanan  Marian  adaları-

nın kəşfini başa çatdırır. 

1522-ci  ilin  may  ayının  ortalarında  Antoniu  Britunun 

başçılıq  etdiyi  Portuqal  hərbi  dəniz  donanması  Molukk 

adalarına yaxınlaşır. Arxipelaqın zəbt olunması və portuqal 




                                                     

 

  



                                                                            

                                                    

133 

monopoliyasının  pozulmasının  qarşısını  almaq  tapşırığını 



yerinə  yetirən  Britu  Ternate  adasında  fort  tikdirir. 

Oktyabrın  axırında  xəbər  çatır  ki,  Molukk  adalarında 

Avropa  gəmisi  dayanıb,  Britu  həmin  gəmini  ələ  keçirmək 

üçün ora üç hərbi gəmi göndərir. Onlar “Trinidad”ı Ternate 

adasına  gətirəndə  gəminin  göyərtəsində  cəmi  22  nəfər 

dənizçi vardı. Britu gəmidə olan yükü, dənizçilik alətlərini, 

xəritələri və sözsüz ki,  gəminin gündəliyini  müsadirə edir. 

Bununla da portuqallar Magellanın eskpedisiyasının yolun-

dan və məqsədindən xəbər tutur və öyrənirlər ki, Magellan 

Molukk  adalarında  qəhrəmancasına  həlak  olub.  Britu 

əsirlərdən  işgəncə  üsulu  ilə  bütün  xəbərləri  öyrənir.  Dörd 

illik  həbsxanadan  sonra,  1526-cı  ildə  İspaniyaya  yalnız  4 

nəfər sağ qalmış dənizçi qayıdır. O, cümlədən Espinosanın 

özü.  Bununla  Espinosa  da  dünya  səyahətini  başa  çatdırır. 

Mən Seviliyada olarkən, bütün bunların hamısını Espinosa 

özü danışmışdır. 

-  Maraqlı  söhbətə  görə  çox  sağ  olun,  -  deyə  şturman 

Flores  qoca  səyyaha  minnətdarlığını  bildirdi.  -  Bu  şəxsən 

mənim  üçün  çox  maraqlı  bir  məlumat  idi,  ancaq  buna 

baxmayaraq, sizə bir sualım var: bax, deyirsiniz ki, Qonsalo 

Viqo adlı bir matros Mauq adasında fərarilik edib, sonradan 

isə  800  km.  məsafəyə  qədər  uzanan  Marian  adalarının 

kəşfini  başa  çatdırdı.  Mən  bilmək  istərdim,  Qonsalo  Viqo 



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə