  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə32/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   28   29   30   31   32   33   34   35   ...   154

                                                     

 

  



                                                                            

                                                    

126 

-  Nə  deyirəm  ki,  sizin  kimi  şəxsiyyətin  ekspedisiyada 



iştirak  etməsi  bizim  üçün  böyük  şərəfdir.  -  deyə  kapitan 

Xuan  təqdiredici  tərzdə  dilləndi  və  canfəşanlıqla  qoca 

səyyahın əlini sıxıb ehtiramla sözünə davam etdi. - Möhtə-

rəm  sinyorlar,  kapitan  Rodriges  Kartahena  və  coğrafiya-

şünas Bartolomeu Salvatyero müşahidəçi kimi bizim ekspe-

disiyada iştirak edəcəklər. 

- Sinyor kapitan, artıq araukanlar barəsində biz çox şey 

öyrəndik, həm də sinyor Kartahena, özü də bizimlə həmin 

ekspedisiyada  iştirak  edəcək.  -  deyə  Vasko  səbirsizliklə 

dilləndi  və  içəridəkilərə  ötəri  nəzər  salıb  təmkinlə  sözünə 

davam etdi. - İndi isə keçək əsas məsələyə. Ekspedisiyanın 

yola düşməyi hansı gün nəzərdə tutulub? 

-  Möhtərəm  sinyorlar,  bizim  Mərkəzi  Çili  sahillərinə 

yola düşməyimiz bu ilin axırına nəzərdə tutulmuşdu, - deyə 

kapitan  Xuan  tələsmədən  dilləndi  və  böyük  ehtiram 

nümayiş  etdirə-etdirə  sözünə  davam  etdi.  -  lakin  sinyor 

Rodrigeslə  söhbət  edəndən  sonra  soyuqlara  düşməməkdən 

ötrü  yola  düşməyimiz  oktyabrın  1-nə  qərara  alındı.  Başa 

düşürsünüz,  bu,  sinyor  Rodirges  Kartahena  tərəfindən 

verilən  ən  gözəl  təkliflərdən  biri  sayılır.  İş  ondadır  ki, 

İspaniya  Şimal,  Araukan  ölkəsi  isə  Cənub  yarımkürəsində 

yerləşir.  Deməli,  bizdə  qış  olanda,  orada  yay  olur.  Bizdə 

payız  olanda,  orada  yaz  olur.  Biz  oktyabrda  yola  düşsək 



                                                     

 

  



                                                                            

                                                    

127 

təxmini  dekabr  ayında  ora  çatacayıq.  Yəni,  orada  yay 



olanda biz Araukan ölkəsinə ayaq basacayıq. 

-  Çox  gözəl  təklifdir,  elə  yayda  biz  araukanların  işini 

bitirərik. - qraf Xuan canfəşanlıqla dilləndi. - Oktyabrın 1-i 

ən yaxşı tarixdir. Mənə elə gəlir, heç kim buna etiraz etməz. 

Doğrudan da heç kim bu tarixə etiraz etmədi. Hələ yola 

düşmək  gününü  bir  on  gün  də  qabağa  çəkmək  təklifi 

olundu.  Kapitan  Xuan  etiraz  notlarını  bir  daha  eşitməmək 

üçün aludəliklə dedi: 

-  Xahiş  edirəm,  diqqətlə  qulaq  asın.  Mərkəzi  Çiliyə 

nəzərdə tutulmuş ekspedisiya oktyabrın 1-də sübh çağı saat 

6-da  “Vanquardia”  adlı  hərbi  və  “Destino”  ticarət  gəmi-

lərində Barselonadan yola düşəcək. Barselonada yaşayanlar 

saat  5-də  bütün  komanda  ilə  limanda  görüşə  bilər. 

Kataloniyadan kənarda yaşayanlar isə sentyabrın 30-də bizə 

yığışa bilərlər, oradan hamımız limana  gedərik. İdarə hey-

ətinin üzvləri gəmilərin ərzaq təchizatı ilə məşğul olsunlar. 

Demək olar ki, hər şey aydın idi. Qoca səyyahın evinə 

yığışanların  hamısı  olmasa  da,  yarıdan  çoxu  dağılışdı. 

Kapitan  Xuan  şəxsən  bəzi  məsələləri  həll  etmək  üçün 

burada  qaldı.  Onların  söhbəti  çox  uzun  çəkmədi.  Bütün 

sorğu-suallar qurtarandan sonra qoca səyyah kapitan Xuana 

üzünü tutub müəmmalı tərzdə soruşdu: 




                                                     

 

  



                                                                            

                                                    

128 

-  Sinyor,  işdir  araukanların  hamısı  darmadağın  oldular, 



onda  fəth  olunmuş  ölkə  kimə  məxsus  olacaq  və  həmin 

torpağın adı nə olacaqdır? 

- Artıq bu haqda da kral II Filipplə razılıq əldə edilib! - 

deyə kapitan Xuan tərəddüd etmədən qətiyyətlə dilləndi və 

cibindən bir sənəd çıxarıb onun hansısa səhifəsində mühüm 

sözləri  oxudu:  “Araukanlar  öz  torpaqlarında  darmadağın 



edilsə, həmin torpaq Araukan vitse-krallığı adlandırılaraq, 

İspan  taxt-tacının  tərkibinə  daxil  olacaq.  Qanuni  olaraq, 

həmin  Araukan  vitse-krallığının  varisi  polkovnik  Alonso 

Odovaldo  de  Kamaço  təyin  olunacaq  və  həmin  torpaq 

həmişə Odovaldo nəslinə məxsus olacaq”.  

Sonra  kral  söz  verdi  ki,  işdir,  Araukan  ölkəsi  zəbt 

olunsa,  onda  mənə  və  qardaşım  Alonsoya  qraf  titulunu 

təqdim edəcək. Amma Siz bilirsiniz ki, mən elə bunsuz da 

Araukanların üzərinə gedəcəkdim. 

 

 



 

 

 



 

 

 




                                                     

 

  



                                                                            

                                                    

129 

     XII fəsil. 70 il bundan əvvəl taleyi qaranlıq  

 olan “Trinidad” gəmisi barəsində maraqlı  

                           məlumat 

 

Kapitan  Xuanın  ispan  kralının  fərmanını  ekspedisiya 



iştirakçılarının  diqqətinə  çatdırması  hamının  ürəyindən 

oldu. Ona görə ki, bu missiyaya ispan taxt-tacının sahibinin 

özü xeyir-dua verirdi.  

-  Sinyor  kapitan,  görürsünüz,  Araukan  ölkəsinin  zəbt 

olunması  həkimiyyətdə  olanların  marağına  səbəb  olub.  - 

deyə  qoca  səyyah  təqdiredici  təzdə  dilləndi  və  izahat 

vermək üçün sözünə davam etdi. - Araukanlar Yeni Dünya 

sahillərində yeganə tabe olmayan (əlbəttə, ispanların əsarəti 

altında  olan  torpaqlar  içərisində)  tayfadır  ki,  hamımızın 

boğazında  çöp  kimi  qalıb.  Bizim  çoxlu  igidlərimiz  əbədi 

olaraq  həmin  torpaqda  baş  qoyublar.  İnanırsınız,  heç  cürə 

həmin  araukanlarla  baçara  bilmirdik.  Heç  uşaqların  qanını 

belə  ala  bilmədik.  Əksinə,  biz  özümüz  onların  qurduğu 

tələlərə düşürdük. Araukanlar həm qılıncdan, həm nizədən, 

həm də ki, oxdan mahir istifadə edirlər. Bütün döyüş boyu 

soyuqqanlı  olmalısan,  qəzəbə  düçar  oldun,  araukanlar  bu 

əlverişli  imkandan  yaxşı  istifadə  edirlər.  Lautaro  onların 

yanına  qayıdandan  sonra  onlar  odlu  silahdanda  böyük 

ustalıqla istifadə etməyə başladılar.  



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə