  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə31/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   27   28   29   30   31   32   33   34   ...   154

                                                     

 

  



                                                                            

                                                    

122 

-  Cavan  oğlan,  tanımadığın  adam  haqqında  bu  cür 



əxlaqsız söz işlətmək, sənin özbaşnalığından xəbər verir. O, 

səni yaşda olanda İspaniyanın şan-şöhrətini qaldırmaq üçün 

ömrünün ən ağır günlərini Yeni Dünyada keçirib. Valdiviya 

İspaniyanın xeyri üçün çox işlər görüb, hətta canından belə 

keçib.  Sən  isə  onun  gördüyü  işlərinin  onda  birini  görsən, 

deyərəm ki, onun haqqında hər hansı bir söz deməyə sənin 

ixtiyarın var. 

-  Sinyor  Kartahena,  siz  nə  üçün  narazı  olursunuz,  axı 

Valdiviya  doğrudan  da  İspaniyanın  adını  Mərkəzi  Çili 

sahillərində  batırıb.  -  deyə  kapitan  Alonso  yenə  də  Pedro 

Valdiviyanı  təhqir  etdi  və  ağzını  büzüb  ikrah  hissi  ilə 

sözünə davam etdi. - Valdiviya aborigenlər tərəfindən edam 

olunmasaydı, sözsüz ki, İspaniyada yerli zadəganlar tərəfin-

dən  edam  olunacaqdı.  O,  millətin

 

beynində  acı  xatirələr 



qoyub  gedib.  Ölən  həmvətənlərimizin  qanını  almaq  üçün 

biz  gərək  Mərkəzi  Çilidə  yaşayan  bütün  araukanları 

qılıncdan  keçirib,  onların  bütün  nəsillərini  yer  üzündən 

silək. 


- Bütün araukanlar darmadağın olunmalıdırlar. 

-  Qılınclarınız  pas  atmasın  deyə,  biz  tezliklə  yola 

düşməliyik. 

- Qardaşlarımızın qanı alınmalıdır. 




                                                     

 

  



                                                                            

                                                    

123 

-  Təslimçilik  ruhunda  gedən  müzakirələr  dayandırıl-



malıdır. 

-  Qoca  səyyahın  fikri  ilə  biz  araukanlardan  qorxub 

missiyamızdan imtina etməliyik. 

Hərə  ağzına  gələni  deyir,  qışqıra-qışqıra  qoca  səyyahın 

ünvanına  təhqirlər  də  yağdırırdılar.  Sözsüz  ki,  hamı  belə 

deyildi.  Qoca  səyyahı  dinlənmək  istəyənlər  də  vardı. 

Kapitan  Xuan  qoçanın  dedikləri  ilə  razılaşmasa  belə, 

yerdən söz atanların tam əleyhinə idi və bunu pis hal kimi 

qiymətləndirirdi. Elə bir hərəkətlə sözsüz ki, qoca səyyahın 

xətrinə  dəymək  olardı.  Çünki  Pedro  Valdiviya  qoca 

səyyahın qohumu və şəxsən, ekspedisiya iştirakçısı Migelin 

babası  idi.  Bu  həqiqəti  içəridəkilərin  bir  neçəsi  bilirdi  və 

həmin  adamlar  vəcdə  gələn  Migeli  birtəhər  sakitləşdirir-

dilər.  Qoca  səyyah  isə  məyus  halda  başını  aşağı  salıb 

replikalara  əhəmiyyət  vermirdi.  Bu  yığıncağa  ağsaqqallıq 

edən  kapitan  Xuan  ayağa  qalxıb,  bütün  söz-söhbətə  son 

qoymaq üçün qururla dedi: 

-  Mən  sizi  sakitliyə  riayət  etməyi  çağırıram.  Xahiş 

edirəm,  deyilən  sözlərə  fikir  verəsiniz.  Şəxsən  mən 

hinduların  heç  birisini  özüm  üçün  ciddi  rəqib  saymıram. 

Valdiviya  isə  doğrundan  da  İspaniyanın  xeyri  üçün  çox 

işlər görüb. İnklərin imperiyasının fəth edilməsində şəxsən 




                                                     

 

  



                                                                            

                                                    

124 

Valdiviyanın  böyük  rolu  olub.  İndi  isə  qulaq  asın, 



Valdiviya Migel Kartahenanın doğma babasıdır. 

Bu gözlənilməz xəbər hamını mat-məəttəl qoydu. Migel 

mərhum səyahətçi Pedro Valdiviya ilə qohum idi. Bununla 

da heç kim Valdiviyanı bir daha yada salmağa ürək etmədi. 

Necə  olsa  da  Migel  də  himin  ekspedisiyanın  iştirakçısı 

sayılırdı. 

-  Sinyor  Kartahena,  məsləhətinizə  görə  çox  sağ  olun,  - 

deyə kapitan Xuan birbaşa qoca səyyaha öz minnətdarlığını 

bilirdi. - lakin axırıncı məqamda son fikrinizi bildirsəydiniz 

pis olmazdı. 

- Mən sizə araukanlar barəsində əsl həqiqəti söylədim, - 

deyə qoca səyyah təmkinlə dilləndi. – siz isə bütün bunları 

qulaq  ardına  vurursunuz.  Sizlər  nizam-intizama  riayət 

olunmasa,  hamınız  məğlubiyyətə  düçar  olacaqsınız.  Buna 

baxmayaraq,  mən  ən  əziz  nəvəmə  sizin  ekspedisiyanızda 

iştirak  etməyinə  icazə  vermişəm.  Halbuki  Mərkəzi  Çilidə 

mən  çoxlu  yaxın  qohumlarımı  itirmişəm.  Bilirsiniz,  bu 

gecəni  mən  fikirdən  demək  olar  ki,  heç  yatmamışam.  Siz 

Mərkəzi  Çiliyə  yola  düşsəniz,  mən  bu  evdə  özümə  yer 

tapmayacam. Hamı bilir ki, mən altmış yaşına kimi məşhur 

dəniz  səyyahları  ilə  birlikdə  müxtəlif  ekspedisiyalarda 

iştirak etmişəm. Sizdən bircə xahişim odur ki, keçmiş dəniz 

səyyahına  sizin  ekspedisiyada  iştirak  etməyə  icazə  verə-



                                                     

 

  



                                                                            

                                                    

125 

siniz.  Mən  bir  müşahidəçi  kimi  bu  ekspedisiyada  iştirak 



etmək istəyirəm. Mərkəzi Çili sahillərində mənim sizə xeyli 

köməyim dəyə bilər.  

Bir dəqiqə, bir dəqiqə, xahiş edirəm sözümü kəsməyin. 

Mənim  bir  xahişim  də  var.  Çoxlarının  tanıdığı  coğrafiya-

şünas  Bartolomeu  Salvatyero  da  bu  ekspedisiyada  iştirak 

etmək  və  bu  ekspedisiyanın  xronikasını  yazıb  Seviliyada 

çap etdirmək istəyir. 

Bu təklif çoxları üçün gözlənilməz idi, bəzilərinə isə bu 

təklif  gülməli  göründü.  Təəccübdən  hətta  Migelin  gözləri 

bərələ  qaldı.  Dostları  da  fəhimsizlikdən  yerlərində  donub 

qaldılar. İlk növbədə kapitan Xuan dilləndi: 

-  Mən  başa  düşürəm  ki,  sizin  bu  təklifiniz  ciddi  deyil. 

Bu  yaşda  ağır  bir  ekspedisiyada  iştirak  etmək  aqlasığmaz-

dır. 


- Bu heç də zarafat deyil, - deyə qoca səyyah qətiyyətlə 

dilləndi.  -  yaşımın  doxsan  olmasına  baxmayaraq,  bu 

ekspedisiyada  iştirak  etmək  üçün  məndə  böyük  enerji  var. 

Mən  hökmən  bu  ekspedisiyada  iştirak  etməliyəm.  Yoxsa, 

mən  dərddən  bu  dörd  divar  arasında  ölərəm.  Bilirsiniz, 

məni  araukanların aqibəti maraqlandırır. Bəlkə, doğrundan 

da  biz  bu  dəfə  araukanları  məğlub  edəcəyik.  Hə,  nə  oldu, 

məni bir müşahidəçi kimi ekspedisiyaya qəbul edirsiniz, ya 

yox? 



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə