  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə39/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   35   36   37   38   39   40   41   42   ...   154

                                                     

 

  



                                                                            

                                                    

154 

çamaata  böhtan  atmasın.  Mənim  elə  əvvəldən  ondan  zəh-



ləm  gedirdi.  Ancaq  onun  bu  qədər  alçaq  olduğunu  heç 

təsəvvürümə  belə  gətirmirdim.  Görünür,  o,  nakişi  məni 

yaxşı tanımır. 

-  Sinyor,  mənə  görə  başınızı  cəncələ  salmayın  və 

ağrımayan başınızı ağratmayın. - deyə Florida məyus halda 

başını  tərpədərək,  ikrah  hissi  ilə  dilləndi.  -  Yaxşısı  budur, 

Karlosla  ədavət  aparmayın.  Öz  həyatınızı  təhlüklə  altına 

qoya  bilərsiniz.  Mən  isə  istəmirəm  ki,  sizə  bir  şey  olsun. 

Çünki siz hələ öz məqsədinizə nail olmamısınız. 

-  Sinyorita,  mən  dedim  ki,  Karlos  öz  alçaqlığına  görə 

hələ cavab verməli olacaq, - deyə Migel qətiyyətlə dilləndi 

və  sağ  əli  ilə  alnının  tərini  silib  təmkinlə  sözünə  davam 

etdi. – indi isə xahiş edirəm öz yerinizdə əyləşəsiniz. Sizin 

gedişiniz məni pis vəziyyətdə qoyur. 

Migel  istər-istəməz  Floridanı  bu  vəziyyətdə  otaqdan 

buraxmaq istəmirdi. O, çox həyəcanlı və keçmiş yunqadan 

narazı idi. Karlos isə onun zəifliyindən istifadə edərək, qızı 

ələ  keçirməkdən  ötrü,  Migelin  boyuna  olmazın  böhtanlar 

atmışdı. Yazıq qız isə bilmirdi ki, o, nə yuvanın quşudur. 

Sözsüz  ki,  Florida  çox  qəşəng  bir  qız  idi  və  hər  bir 

adam  ona  vurula  bilərdi.  Lakin  onun  artıq  on  səkkiz  yaşı 

vardı.  Bu  yaşa  kimi  ərə  getməmək  çox  müəmmalı  idi. 

Zadəgan ailəsində qız ən uzağı on üç-on dörd yaşlarında ərə  



                                                     

 

  



                                                                            

                                                    

155 

getməli  idi.  İndiki  zaman  cavan  qızlar  üçün  ağır  zaman 



sayılırdı.  Cavanların  əksəriyyəti  ad-san  qazanmaq  və  şan-

şöhrət  əldə  etmək  üçün  İberiya  sahillərini  tərk  edib  Yeni 

Dünyaya  can  atırdılar.  Ölümdən  qorxmayan  hər  bir  adam 

öz  taleyini  okeanın  o  tayında  sınamaq  istəyirdi.  Bütün 

bunların əzəb-əziyyətini isə cavan qızlar çəkirdi. 

Florida  o  qədər  də  balaca  və  dolu  bədəni  olmayan, 

yumrusifət,  gözəl  bir  qız  idi.  Qəhvəyi  rəngli  seyrək  saçı 

qabaqdan qalın olmayan qaşının üstünə, arxadan isə çiyinə 

tökülmüşdü. Onun nazik balaca burnunun ucu dik idi, ağzı 

o  qədər  də  yekə  deyildi,  alt  dodağı  üstəkindən  bir  balaca 

enli,  gözləri  isə  nazik  (şərqi  Asiyada  yaşayanların  gözünə 

tam olmasa da oxşarlığı vardı) idi. Bir sözlə, bu qızda təbii 

gözəllik vardı. 

- Sinyor Migel, qoy siz deyən olsun, mən burada bir az 

da  qalaram,  -  deyə  Florida  təşəxxüsslə  dilləndi  və  divanda 

əyləşərək  qətiyyətlə  sözünə  davam  etdi.  -  Sizdən  artıq 

dərəcədə xahiş edirəm, Karlosla heç bir işiniz olmasın. Belə 

olan  halda  mən  pis  vəziyyətdə  qalaram.  O  dəqiqə  biləcək 

ki,  bu  sözləri  mən  sizə  çatdırmışam.  Köhnə  dostluğumuz 

naminə  onunla  işiniz  olmasın.  Bu  yaxşı  nəticə  verməz. 

Eşitdiyimə  görə  onun  atası  Barselonada  böyük  adamdır. 

Kral II Filipplə şəxsən tanışdır. Sinyor, sizdən artıq dərəcə 

xahiş edirəm, mənə su gətirin. 



                                                     

 

  



                                                                            

                                                    

156 

Migel  heç  bilmirdi  qıza  nə  cavab  versin,  lakin  qızın 



çöhrəsindəki kədəri görüb ona itaət oldu. Su gətirənə kimi 

o, hər şeyi öz-özünə götür-qoy edə bilərdi. Bircə şey aydın 

idi ki, Karlos qızın başını aldadıb onu ələ almaq istəmişdi. 

Dəhlizlə çıxıb mətbəxə getmək istəyirdi ki, burada İlona ilə 

rastlaşdı və tərəddüd etmədən təmkinlə dedi: 

-  Sinyorita,  bacınız  yaman  dəyişibdir.  Ondan  muğayat, 

olun. Deyəsən o, Karlosun şirin vədlərinə aldanıb? 

-  Mənim  isə  Karlos  haqqında  fikrim  tam  başqadır.  - 

deyə  İlona  tərəddüd  etmədən  cavab  verdi  və  şıltaqlıqla 

gülümsəyib  giley-güzarla  sözünə  davam  etdi.  -  Karlos  elə 

ilk  baxışdan  Floridaya  vurulub  və  bütün  bunları  bacıma 

açıb danışıb. Mənə elə gəlir, burada qəbahət bir iş yoxdur. 

- Deməli, Karlos öz məhəbbətini Floridaya açıqlayıb? - 

deyə  Migel  vəcdə  gələrək  təşvişlə  dilləndi  və  dəhşətdən 

özünü  saxlaya  bilməyib  sözünə  davam  etdi.  –  O,  yaramaz 

lap həddini aşıb. Onun Barselonada eşqi-namə söyləmədiyi 

sinyora  qalmayıb.  O,  bütün  qızların  başını  şirin  vədlərlə 

aldadıb  ələ  keçirir.  Daha  mənim  ona  sözüm  yoxdur. 

Bacınıza  izah  edin  ki,  Karlos  bütün  Barselonada  qızbaz 

adam kimi tanınır və ən böyük yalançıdır. 

-  Bu  barədə  mən  bacımın  qarşısında  gücsüzəm.  -  İlona 

laqeydliklə dilləndi. - Bunu siz özünüz izah edə bilərsiniz. 




                                                     

 

  



                                                                            

                                                    

157 

Bu  sözlərdən  sonra  İlona  Migeldən  uzaqlaşdı.  Keçmiş 



yunqa  isə  ağır  xəyala  dalaraq  mətbəxə  yollandı.  Karlosun 

alçaq hərəkəti onu hiddətləndirmişdi. 

O, kətildə əyləşib öz-özünə düşünməyə başladı: Deməli, 

o, vicdansız Floridanı yalan vədlərlə ələ keçirib? Qız da ki, 

hamıya  etibar  etdiyindən  ona  da  inanıb.  Yox,  mən  bu  işi 

belə qoya bilmərəm. Yoxsa, o, Floridanı bədbəxt edib adına 

ləkə gətirəcək. Karlos qırmızı adamdır. O, bunu edib sonra 

isə  Mərkəzi  Çiliyə  yollanacaq.  Deyirəm  axı,  qız  niyə  belə 

dilxordur? Mənə görə inamını itirib. Məhz buna görə də bu 

cür səhvə yol verib, halbuki qız bu günə kimi mənə ümid  

bəsləyirdi.  Necə  olsa  da,  biz  bir  neçə  il  bir-birimizlə 

yaxından dostluq etmişik. Qızın  məndən xoşu  gəlir, kim  

bilir,  bəlkə  də  o,  mənə  vurulub.  Lakin,  bütün  bunlara 

baxmayaraq,  mən  onu  bu  biabırçılıqdan  qurtarmalıyam. 

Bunun  iki  yolu  var:  ya  Karlosun  qarşısını  kəsib  onu  bu 

yoldan  çəkindirməyə  çağırmalı,  ya  da  ki,  qız  ilə  gündəlik 

ünsiyyət  saxlayıb  onu  özümə  bağlamalıyam.  Məcburiyyət 

qarşısında  qalıb  ona  deyərəm  ki,  ekspedisiyadan  qayıdana 

kimi  məni  gözləsin.  Belə  çıxır  ki,  mən  cavan  vaxtımda 

evlənməliyəm. Bu ki, mümkün deyil. Mən hələ öz məqsə-

dimə  nail  olmamışam.  Səyyah  olmaya-olmaya  mən  heç 

cürə  evlənə  bilmərəm.  Heç  bir  həyat  yoldaşı  uzun  müddət 

ərinin yolunu intizarda gözləyə bilməz. Onun ürəyi ayrılığa  



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə