  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə42/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   38   39   40   41   42   43   44   45   ...   154

                                                     

 

  



                                                                            

                                                    

166 

bərpa  olundu.  Onun  qardaşı  isə  həmin  gəmidə  həkim 



vəzifəsində  çalışırdı.  Bir  sözlə,  onlar  Migel  ilə  birlikdə  bu 

ekspedisiyada iştirak edəcəkdilər. 

Migel  dostunu  görən  kimi  üzündəki  həyəcan  hissini 

gizlətmək istədi. O, Ameriqo ilə görüşüb skamyada əyləşdi 

və başını aşağı salıb dostunun vəziyyətini soruşdu. Ameri-

qo  gərək  uşaq  olmalı  idi  ki,  dostunun  üzündəki  qəribə 

cizgiləri  görməsin.  Artıq  ona  xəbər  çatmışdı  ki,  dünən, 

Florida  öz  valideynləri  ilə  birlikdə  bu  evdə  olub.  Deməli, 

Migelin  həyəcanlanmasının  əsas  səbəbkarı  ya  Florida,  ya 

da  ki,  onun  barəsində  gedən  söhbətlər  olub.  Başqa  cürə 

Migeli  heç  bir  şey  həyəcanlandıra  bilməzdi,  ona  görə  ki, 

Ameriqo  dostunun  xasiyyətinə  çox  yaxşı  bələd  idi.  O, 

Migelin  yanında  əyləşib  ehtiramla  onun  sağ  əlindən  tutdu 

və yavaşca sıxaraq təmkinlə dedi: 

- Migel, mən özümü çox yaxşı hiss edirəm və işlərim də 

çox yaxşı gedir. Kapitan Markos Atlantik okeanı keçməkdə 

mənə böyük ümid bəsləyir və açığını desəm, səni gəminin 

vitse-kapitanın  təyin  etməklə,  məhz  səninlə  fəxr  etdiyini 

bildirir.  Sən  özün  çox  gözəl  bilirsən  ki,  yalnız  qohum  öz 

qohumuna bu cür hörmət bəsləyə bilər. Necə olsa da, sənin 

iyirmi yaşın var və sən bu iş üçün hələ çox cavansan. 

- Sən elə danışırsan ki, guya sənin qırx yaşın var və bu 

işdə sənin böyük təcrübən var. - deyə Migel gözlənilmədən 



                                                     

 

  



                                                                            

                                                    

167 

kobud  halda  dilpəndi  və  yenə  də  Ameriqoya  nəzər  salma-



dan  sözünə  davam  etdi.  -  Sənin  də  iyirmi  yaşın  var,  lakin 

sənə  o  cür  məsuliyyətli  bir  iş  tapşırılıb.  Başa  düşürsən, 

gəminin bütün taleyi sənin əlindədir? 

- Gəminin taleyi mənim əlimdə olsa belə, mən də bütün 

komanda kimi sənə tabeyəm, - deyə Migelin kobud sözləri-

nə əhəmiyyət verməyən Ameriqo elə həmin tərzdə dilləndi 

və  kefini  pozmadan  təmkinlə  sözünə  davam  etdi.  -  sən 

kapitandan  sonra  ikinci  adam  sayılırsan.  Migel,  mən  sənə 

ürəkdən deyə bilərəm ki, sənin bu vəzifəyə təyin edilməyin 

məni  çox  sevindirir.  Bütün  bu  təyinatlarda  biz  öz  təşək-

kürümüzü  yalnız  və  yalnız  kapitan  Markosa  bildirməliyik. 

Sən  bilirsən,  o,  gəmidəki  əksər  vəzifələri  cavan  kadrlara 

paylayıb və bununla da ekspedisiyada bir növ eksperiment 

aparmaq  istəyir.  Biz  “Destino”nu  “Vanquardia”dan  yaxşı 

idarə  etməliyik.  Bir  sözlə,  kapitan  Markos  bizim  kimi 

cavanlara  bu  cür  məsuliyyətli  iş  tapşırmaqla,  İspan  hərbi 

dəniz  donanması  üçün  yeni  kadrlar  yetişdirir.  Kapitan 

Markos kimi adam üçün, hətta canımdan keçməyə hazıram. 

-  Kapitan  Markos  elə  bir  addım  atıbsa,  onda  mən  də 

sənin  təklifinlə  şərikəm.  -  deyə  Migel  başını  qaldırıb 

müəmmalı şəkildə bu cümləni vurğuladı. 

Bu dəfə Ameriqo dəqiq gördü ki, Migelin bənizi yaman 

dəyişib  və  o,  özünü  hansı  səbəblərə  görə  isə  pis  hiss  edir. 



                                                     

 

  



                                                                            

                                                    

168 

Məhz bunun üçün də keçmiş yunqa köhnə dostu ilə bu cür 



kobud tərzdə söhbət edir. Ameriqo indiyənə qədər o, Migeli 

belə  vəziyyətdə  görməmişdi.  Onun  başına  nə  gəldiyini 

soruşanda,  Migel  əvvəlcə  boyun  qaçırmaq  istədi,  ancaq 

Ameriqo bir dost kimi təkid edəndən sonra o, məcburiyyət 

qarşısında qalıb qeyri-müəyyən tərzdə dedi: 

-  Bilirsən  Ameriqo,  heç  özüm  də  bilmirəm,  mənə  bu 

gün  nə  olub?  Bütün  gecəni  qəribə  yuxular  görmüşəm. 

Qorxuram  ki,..  Eh  nə  isə.  Ancaq  əvvəlcə  səndən  bir  şey 

soruşmaq istəyirəm. Etişdiyimə görə sən kapitan Markosun 

kiçik  qızı  Florida  ilə  yaxından  tanış  idin?  Bəs,  hansı 

səbəblərə  görə  sən  ondan  ayrıldın?  Əgər,  mümkündürsə 

bütün  bunları  mənə  izah  et.  Bilmək  istəyirəm  qız  özü 

səndən  əl  çəkib,  yoxsa  sizin  aranızda  nə  isə  qeyri-adi  bir 

hadisə baş verib? 

- Nə deyirəm ki, bir dost kimi sənə izah edirəm,  - deyə 

Ameriqo bir az tərəddüd edəndən sonra qeyri-ixtiyari tərzdə 

dilləndi və başını məyus halda tərpədərək, dərindən köksü-

nü ötürdü. - açığını desəm, Florida mənim birinci məhəbbə-

tim  sayılır.  Bir  adam  bizim  aramıza  girməmişdən  əvvəl 

mən onu bərk sevirdim. Bilirsən, Florida kimi füsünkar və 

ecazkar  bir  qızla  yaxından  dostluq  etmək,  hökmən  gətirib 

amansız  məhəbbətə  çıxarmalı  idi.  Lakin  bütün  bunlara 

baxmayaraq,  bizim  aramızda  heç  bir  şey  olmayıbdır. 



                                                     

 

  



                                                                            

                                                    

169 

Sadəcə  olaraq,  bir  dəfə  təsadüf  nəticəsində  onun  üzündən 



öpmək  mənə  nəsib  olmuşdur.  Elə  həmin  öpüşdən  sonra 

Florida məndən incidi və bu zaman bizim aramıza Barselo-

nalı  leytenant  Karlos  girdi.  Sən  onu  çox  yaxşı  tanıyırsan. 

Migel təqdiredici tərzdə başını tərpətdi. - Başa düşürəm, o, 

qıza məndən nələr dedi-demədi, Florida birdəfəlik məndən 

əl çəkdi. Hətta iş elə gətirdi ki, Karlos bir neçə dəfə mənə 

hədə-qorxu gəlmək istədi, lakin buna nail ola bilmədi. 

- Mən bilmək istəyirəm, Florida səni sevirdi, ya yox?  - 

deyə  Migel  dəqiqliklə  soruşdu.  -  Ancaq  xahiş  edirəm, 

düzünü söylə. 

- Yox, sevməyinə o, məni sevmirdi. - Ameriqo tərəddüd 

etmədən dilləndi. 

- Onda belə çıxır ki, qız boş-boşuna vaxtını keçirirdi? - 

deyə Migel başını məyus halda yellətdi. 

-  Başa  düşürsən  Migel,  Florida  çox  nəcib  və  sadəlövh 

insandır.  -  deyə  Ameriqo  çox  səmimi  dilləndi  və  daxilin-

dəki  yorğunluğu  və  nigarançılığı  dəf  etmək  üçün  ayağa 

qalxaraq  həmin  tərzdə  sözünə  davam  etdi.  -  Çox  vaxt  nə 

deyirsən  o,  həmin  şeyə  inanırdı.  Hətta  Karlos  ilə  görüşən-

dən sonra da, onda mən məhəbbət hisslərini duymadım. O, 

mənimlə görüşə-görüşə fikri tamam başqa yerdə idi. Mənə 

elə gəlirdi ki, kimi isə ürəkdən sevir və bu sirri öz daxilində 

gizli  saxlayırdı.  Soruşarsan  ki,  bəlkə  o,  Karlosu  sevirdi? 



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə