  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə45/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   41   42   43   44   45   46   47   48   ...   154

                                                     

 

  



                                                                            

                                                    

178 

gedirsən? Sən həmin missiyaya şübhə edirsən? Yadda saxla 



ki,  biz  okeanın  o  tayına  öldürməyə  gedirik.  Biz  öz  gücü-

müzü orada nümayiş etdirməliyik. Araukanlar birdəfəlik öz 

cəzalarına çatmalıdırlar. O, ki, qaldı İlonaya, de ki, qoy on 

səkkiz  ay  sənin  yolunu  gözləsin.  Babam  deyir  ki,  hər  şey 

planlı  şəkildə  getsə,  üç-dörd  ay  müddətinə  araukanların 

əsas qüvvələri darmadağın ediləcək. Bələliklə, on səkkiz ay 

sənin üçün artıqlaması ilə bəsdir. İlonada dözüm varsa, qoy 

gözləsin. 

-  Migel,  nə  deyirəm  ki,  qoy  sən  deyən  olsun.  -  deyə 

Migel  tərəfə  azacıq  da  olsa  nəzər  salmayan  Osvaldo 

təqdiredici tərzdə dilləndi

 

və birdən-birə üzünü Migelə tərəf 



çevirib  müəmmalı  tərzdə  sözünə  davam  etdi.  -  Bilirsən, 

Karlosun  isə  heç  vecinə  deyil  haçan  həmin  səfərdən 

Barselonaya qayıdacaq və ya Florida onun yolunu gözləyə-

cək  ya  da  gözləməyəcək.  Bütün  bu  hiyləgərlikləri  görən 

Florida həmin o dələduzu rədd etdi. 

-  Görürəm  sözlü  adama  oxşayırsan,  -  deyə  Migel 

maraqla dillənərək dostuna tərəf sualedici nəzər yönəltdi və 

həmin  tərzdə  sözünə  davam  etdi.  -  Florida  çox  nəcib  bir 

adamdır və o, heç bir səbəb olmadan Karlosu özündən rədd 

edə  bilməzdi?  Deməli,  Karlos  qıza  qarşı  nəsə  kobud  bir 

hərəkət edib ki, Florida da onu rədd edib. Orada gecəyarısı 

müəmmalı bir hadisə baş verməyib ki? 




                                                     

 

  



                                                                            

                                                    

179 

-  Migel,  sən  elə  danışırsan  ki,  elə  bil  gecəyarısı  orada 



olmusan.  -  deyə  Osvaldo  dilləndi  və  bir  az  tərəddüd  edən-

dən sonra rahat nəfəs alaraq təmkinlə sözünə davam etdi. - 

Mən İlona ilə birlikdə bağda oturub söhbət edirdim. Bizdən 

təxminən  iyirmi  metr  aralı,  həyətin  qapısı  istiqamətində 

Karlos  ilə  Florida  bir  yerdə  idilər.  Heç  yarım  saat  keçmə-

mişdi  ki,  onlar  tərəfdən  qəribə  səslər  eşidilməyə  baişadı. 

Adam  səsi  ilə  yanaşı  oradan  gül  kolluqlarının  xışıltısı

 

da 



eşidilirdi.  Dayanıb  diqqətlə  qulaq  asanda,  qulağıma  aydın 

səslər  gəlirdi.  Florida  kədər  hissi  ilə  Karlosa,  -  “rədd  ol 

buradan.  Sən  məni  aldatmaq  istəyirdin?  Mən  sənin  üçün 

başqa  sinyoritalardan  deyiləm.  Bu  hərəkətinlə  sən  özünə 

yalnız  nifrət  qazandın.  Buradan  getməsən,  mən  qışqırmalı 

olacağam”,  bu  sözləri  deyərək,  Karlosu  özündən  rədd 

etməyə  çalışırdı.  O,  isə  həyasızcasına  qızı  təhqir  edərək, 

onu  susmağa  çağırırdı.  Bu  qeyri-adi  bir  hadisə  idi.  Karlos 

qızın  səsindən  çəkinmirdi.  Onda  bir  sillə  səsi  və  qızın 

qışqırtısı eşidildi. Mən məcburiyyət qarşısında qalıb hadisə 

yerinə  tələsdim.  Mənim  gəlişimi  hiss  edən  Karlos,  “yaxşı 

borc  olsun,  bu  sillə  sənə  baha  başa  gələcək.  Sən  bir  fahişə 

kimi  bütün  Barselonada  ad  qazanacaqsan”,  qıza  bu  sözləri 

deyib  ondan  ayrıldı.  Mən  Floridaya  yaxınlaşanda  qız  artıq 

ağlayırdı  və  məni  görəndə  utandığından  əlləri  ilə  üzünü 

qapadı.  Ay  işığının  köməyi  ilə  mən  təyin  etdim  ki,  qızın 




                                                     

 

  



                                                                            

                                                    

180 

paltarının  sinəsi  və  ətəkləri  cırılıb.  Floridanın  çiyinləri  və 



sinəsi  açıq  vəziyyətdə  idi.  Belə  qənaətə  gəlmək  olardı  ki, 

Karlos qızı zorlamaq istəyirmiş. Florida isə bütün  gücü ilə 

həmin biqeyrətə  müqavimət göstərirmiş. İlona tez bacısını 

götürüb Karlosu söyə-söyə evə yollandı. 

Migel  əvvəlcə  heç  bir  əhəmiyyət  vermək  istəmədi, 

ancaq  “zorlamaq”  sözünü  eşidəndə  vəcdə  gəldi  və  həmin 

dəqiqə əsəbləşdi. O, öz-özünə düşündü: Karlos binamusluq 

edərək  qızı  zorlamaq  istəyirmiş.  Görünür,  bu  binamus  öz 

hərəkətlərinə  görə  cavabdehlik  daşmır?  Deməli,  o,  cəzasız 

qalmasına  tam  əmindir?  Söz  yox  ki,  leytenant  Ramires  bu 

münaqişəyə görə Karlos ilə ədavət aparmayacaq. Çünki o, 

Odovaldo  nəslinə  canla-başla  xidmət  edən  zabitlərdən  biri 

idi.  Kapitan  Markosun  isə  buna  necə  münasibət  bəsləməsi 

heç  kimə  bəlli  deyildi.  Karlos  isə  çox  həyasız  və  sırtıq 

adamdır.  Dost-tanışları  arasında  qızın  adına  olmazın  böh-

tanlar  yağdıracaq.  Bir  sözlə,  Florida  Barselona  cəmiyyəti-

nin arasında biabır olmalı idi. 

- Yaxşı, bəs kapitan Markos o binamusun hərəkətlərinə 

necə  reaksiya  verdi?  -  deyə  Migel  müəmmalı  tərzdə 

dillənərək, səbirsizliklə cavabı gözləməyə başladı. 

-  Onun  bu  hadisədən  heç  bir  xəbəri  olmadı.  -  deyə 

Osvaldo  tərəddüd  etmədən  qeyri-müəyyən  tərzdə  dilləndi 




                                                     

 

  



                                                                            

                                                    

181 

və dərindən ah çəkib həmin tərzdə sözünə davam etdi. - Bu 



münaqişə dəriniz buraxmadı. 

-  Belə  çıxır  ki,  Karlos  bu  hərəkətinə  görə  heç  bir  cəza 

almayacaq?  -  deyə  Migel  hiddətlə  dilləndi.  -  O,  hökmən 

buna görə cəzalandırılmalıdır. O, Floridanı təhqir edib. 

- Bu sonrakı işdir. - deyə  Osvaldo giley-güzarla dillən-

di.  -  Migel,  indi  yuxum  gəlir.  Gedim  iki-üç  saat  yatım. 

Axşam yenə də görüşə getməliyəm. İstəsən, sən də mənim-

lə  ora  gedərsən?  Mənə  elə  gəlir,  bu  lap  Floridanın  ürəyin-

dən olacaq. Özün bilərsən də qız nə haldadır? Yalnız sənin 

gəlişin onu sevindirə bilər. 

Migel açıq şəkildə olmasa da, qiyabi olaraq öz razılığını 

bilirdi.  Heç  iki  saat  keçməmişdi  ki,  onun  ürəyi  dözmədi. 

Çıxış  yolunu  öz  atını  yəhərləməkdə  gördü.  Migel  dostunu 

gözləmədən  Ramiresin  evinə  getməyi  qərara  aldı.  Onun 

fikirincə  nə  evin  sahibi,  nə  də  ki,  kapitan  Markos  evdə 

olmalı  idi.  Olsalar  da,  Migelin  bəhanəsi  vardı.  Kim  onun 

gəlişini səbəbini soruşsa idi, deyəcəkdi ki, kapitan Markos-

la  vacib  işi  olduğuna  görə  ora  gəlib.  Bəhanəsi  olduğuna 

görə  o,  atını  ürəklə  Ramiresin  evinə  sürdü.  Yalnız  bu  gün 

Floridanın  yanında  bəraət  qazanmaq  üçün  Migel  yaxşı  bir 

şans əldə etmişdir. 

Evin  qulluqçusu  qapının  ağzında  görünən  kimi  Migel 

özünü təqdim etmədən kapitan Markosu soruşdu. Qulluqçu 



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə