  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə44/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   40   41   42   43   44   45   46   47   ...   154

                                                     

 

  



                                                                            

                                                    

174 

bircə xahişim var, hər şey bizim ikimizin arasında qalsın. 



-  Mən  nə  deyirəm  ki,  bütün  bunlar  sənə  aid  olduğuna 

görə danışdım. - deyə Osvaldo təqdiredici tərzdə dilləndi. - 

Ancaq onu da xatırlatmaq istəyirəm ki, bu işdə hər hansı bir 

köməklik  lazım  olsa,  mən  sənin  qulluğunda  hazıram. 

Bilirsən,  bu  gün  gecə  vaxtı  mən  İlonaya,  onların  bağında 

görüş  təyin  etmişəm.  O,  da  öz  razılığını  bildirib.  Çox 

güman  ki,  Karlos  da  bu  gecə  ora  görüşə  gələcək.  İlonanın 

dediyinə  görə,  o,  yaramaz  hər  gecə  leytenant  Ramiresin 

bağına təşrif buyurur. 

 

 



 

 

 



   XVI fəsil. Migel bəraət qazanmaq üçün  

           Floridanın yanına yollanır 

 

Migel  heç  bir  söz  demədi  və  yorğun  olduğunu  bəhanə 



gətiribib evə, öz otağına yollandı. O, istəmirdi ki, dostu onu 

iztirab içində görsün və təklikdə öz otağında qalıb bu haqda 

hər  şeyi  dəqiqliklə  götür-qoy  etməyə  çalışdı.  Nə  qədər  o, 

Floridadan  imtina  edəcək,  bir  o  qədər  də  onun  üçün  ağır 

olacaq.  Elə  hər  dəqiqə  qız  onun  xəyalında  canlanırdı. 



                                                     

 

  



                                                                            

                                                    

175 

Axşama  kimi  Migel  çarpayısında  uzanıb  ağır  iztirablar 



içində  o  yana-bu  yana  vurnuxdu.  Nə  qədər  çalışırdısa  da, 

heç  cürə  qızı  başından  çıxara  bilmirdi.  Artıq  özü  də  başa 

düşürdü  ki,  bu  qısqanclıq  əlamətidir.  Qısqanclıq  isə 

məhəbbətin əsas amillərindən biri sayılır. 

Axşamçağı  Migel  bir  az  çörək  yeyib  öz  çarpayısına 

yollandı.  Səhərə  kimi  yataq  otağından  kənara  çıxmadı. 

Çətin olsa da, o, birtəhər yuxuya getdi. Keçən gecəki kimi 

yenə  də  Florida  onun  yuxusuna  girdi.  Qız  müqavimət 

göstərir  Karlos  isə  onu  ağuşuna  basıb  qucaqlayır  və  zorla 

ona  öpüşlər  yağdırırdı.  Bu  dəhşətli  səhnədən  vəcdə  gələn 

Migel, tər-qan içində hövlnak yuxudan ayıldı. 

Sübhçağı  alaqaranlıq  idi.  Bütün  evdəkilər  hələ  yuxuda 

idilər. Hirs içində boğulan Migel divara söykənib dəsmalla 

tərini  silirdi.  “Yox,  buna  son  qoymaq  lazımdır”.  -  deyə 

Migel  öz-özünə  düşünməyə  başladı.  O,  yaramaz  indi  qızın 

yanındadır və Allah bilir onun başına nə oyun açır. Florida 

bir  balaca  zəiflik  göstərsə,  alçaq  istədiyinə  nail  olacaq.  O, 

elə bilir ki, Florida da başqa sinyoralar kimi yüngülxasiyyət 

və əxlaqsızdır və onların başına gətirdiyi oyunu Floridanın 

da başına açmaq istəyir. Əgər, o, bunu etsə, onda böyük bir 

günaha batmış olacaq. Hökmən mən qızı ağır bir məngənə-

nin  aqzından  xilas  etməliyəm.  Yoxsa,  qız  bədbəxt  olacaq. 

Elə  günü  sabah  mən  leytenant  Ramiresgilə  getməliyəm. 



                                                     

 

  



                                                                            

                                                    

176 

Lakin  Osvadlo  bura  gələndən  sonra  qoymaram  Floridanın 



adına  ləkə  gəlsin.  Onun  kimi  qızların  pak  adı  qorunub 

saxlanılmalıdır. Əgər, çıxılmaz vəziyyətdə qalsam, onda öz 

məhəbbətimi  Floridaya  elan  edər  və  bununla  da  onu 

rüsvayçılıqdan qurtararam. 

Nəhayət,  ümumi  nəticəyə  gələndən

 

sonra  Migel  bir-



balaca  rahatlaşdı  və  səbirsizliklə  Osvaldonun  yolunu 

gözləməyə başladı. Necə olsa da, Osvaldodan müəyyən mə-

lumatlar toplamaq olardı.  İndi ən əsası o idi ki, Migel son 

qənaətə  gəlməklə  çiynindəki  ağır  yükü  götürmüş  oldu. 

Demək olar ki, o, ağır əzab-əziyyətdən müvəqqəti qurtuldu. 

Ona  görə  ki,  hələ  son  söz  Floridanın  idi.  Həmin  sözün 

cavabından  Migel  zərrə  qədər  də  olsun  ehtiyat  etmirdi. 

Çünki,  o,  çox  yaxşı  bilirdi  ki,  Florida  Migeli  heç  vaxt 

Karlosa dəyişməz. 

Nahar  yeməyindən  azca  keçmişdi  ki,  Osvaldo  özünü 

Migelin  yanına  çatdırdı.  Dünənkinə  nisbətən  onun  bəni-

zində həyəcan hissi var idi. Bu dəfə də görüş zamanı nəsə, 

fövqəladə  bir  hadisə  baş  vermişdi.  Yemək  otağında  tək 

qalanda  Migel  ondan  vaxtını  necə  keçirdiyini  soruşdu. 

Osvaldo yeməyini yeyə-yeyə ciddi halda dedi: 

- Bilirsən Migel, İlona mənim çox xoşuma  gəlir. Lakin 

çıxılmaz  vəziyyətdə  qalmışam.  Mən  onunla  evlənmək 

qərarına gəlmişəm. Düzdür, qız hələ özü qəti cavab vermə-




                                                     

 

  



                                                                            

                                                    

177 

yib.  Lakin  hiss  edirəm  ki,  onun  da  məndən  xoşu  gəlir. 



Bilərsən, nə üçün çıxılmaz vəziyyətə düşmüşəm? Birincisi, 

evlənmək üçün pulum yoxdur, ikincisi də heç başa düşmü-

rəm  həmin  ekspedisiyadan  qayıdana  kimi  o,  məni  gözləyə 

biləcək,  ya  yox?  Özü  mənə  söz  verib  ki,  Mərkəzi  Çili 

sahillərindən qayıdana kimi məni gözləyəcək. 

-  Mən  başa  düşə  bilmədim?  -  deyə  Migel  təəccüblə 

soruşdu

 

və fikirinin mahiyyətini izah etmək üçün aludəliklə 



sözünə davam etdi. - Əgər, söz veribsə, gözləyəcək, bəs sən 

nəyə görə narahat olursan? 

-  Nə  üçün  də  narahat  olmayım?  -  deyə  Osvaldo  qeyri-

müəyyən tərzdə dilləndi

 

və səbirsizliklə sözünə davam etdi. 



– Axı, heç kim bilmir, bu ekspedisiyanın müddəti nə qədər 

uzanacaq? Yarım il, bir il, iki il, yoxsa əbədi? Sənin baban 

açıq-aydın  dedi  ki,  araukanlar  bütün  Yeni  Dünya  sahillə-

rində  məğlubedilməz  hindu  tayfası  sayılır  və  onlara  qarşı 

mübarizəmiz çox mürəkkəb olacaq. Tutalım ki, mən dedim 

bir il və ya iki il məni gözləsin. Bəs, başıma iş gələndə necə 

olsun?.Məgər,  İlona  həmin  çox  müddəti  mənim  yolumu 

gözləyəcək? 

-  Dayan  Osvaldo,  bir  dəqiqəlik  özünü  ələ  al.  -  deyə 

Migel sağ əlini yuxarı qaldıraraq, dostunu sakitliyə çağırdı. 

- Bu nədir, sən heç əvvəlki Osvaldoya oxşamırsan? Sən elə 

danışırsan  ki,  guya  Mərkəzi  Çili  sahillərinə  ölümə 




Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə