  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə46/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   42   43   44   45   46   47   48   49   ...   154

                                                     

 

  



                                                                            

                                                    

182 

da ədəb-ərkanla bilirdi ki, nə kapitan, nə də ki, evin yiyəsi 



evdədir.  Migel  daha  bilmirdi  nə  bəhanə  gətirsin.  Həyətdə 

də heç kimi görmək olmadı. Halbuki evin qapısı ilə həyətin 

qapısı arasındakı məsafə az idi. İndi günorta yeməyinə çox 

az  qalırdı.  Görünür,  hamı  içəridə  idi.  Özündən  asılı  olma-

yaraq, Migel qulluqçudan su istədi. O, da qulluğunu yerinə 

yetirmək üçün evə yollandı. Elə qulluqçu içəri girmişdi ki, 

birdən qapının ağzında cavan bir qız göründü. Bu, İlona idi. 

O,  atlını  görən  kimi  cəld  ona  tərəf  gəlib,  salamlaşandan 

sonra ehtiramla dedi: 

-  Yaxşı  ki,  siz  özünüz  buraya  gəlmisiniz.  Siz  bizə 

lazımsınız. 

-  Bu  nə  sözdür  sinyorita,  mən  həmişə  sizin  qulluğu-

nuzda  hazıram.  -  deyə  Migel  ədəb-ərkanla  dilləndi  və 

tərəddüd etmədən atın belindən yerə endi. 

-  Bilirsiniz,  sizin  köməyiniz  bizə  lazımdır.  -  İlona  evə 

tərəf  gedə-gedə  sözə  başladı.  -  Florida  özünü  Barselonada 

pis  hiss  edir.  O,  Seviliyaya  getmək  istəyir.  Əgər,  atam 

razılığını  bildirsə,  onda  onu  Seviliyaya  aparmaq  lazım 

olacaq. 

Onlar  balaca  otağa  gəlib  çıxdılar.  Bu  otağın  əks  qapısı 

birbaşa  həyətə  açılır  və  buradan  həyətin  bağına  çıxmaq 

olurdu.  İlona  başa  saldı  ki,  Floridanın  indi  yataq  otağı,  bu 

otaq  ilə  bitişikdir.  Migelə  aydın  oldu  ki,  onlar  nə  üçün 



                                                     

 

  



                                                                            

                                                    

183 

maneəsiz  olaraq  gecə  vaxtı  oğlanlarla  görüşə  bilir  və 



bundan  nə  atasının,  anasının,  nə  də  ki,  ev  sahibinin  xəbər 

olur.  Elə  bu  otağın  özündə  də  görüş  təyin  etmək  olardı. 

İlonanın  söhbətindən  məlum  oldu  ki,  özü,  atası  Mərkəzi 

Çili  sahillərinə  yola  düşənə  kimi  Barselonanı  tərk  etmək 

istəmir. Bu  fikir  yalnız  məlum hadisələrdən sonra İlonanın 

beynində canlanmışdı. Deməli, Florida inadkarlıq göstərsə, 

onda Migel hökmən hər iki bacını Seviliyaya  aparmalı idi. 

Bəlkə  də  keçmiş  yunqanı  görəndən  sonra  qız  həmin  fikri 

başından  atmalı  olacaq?  Nəyin  bahasına  olursa-olsun, 

Migel qızı bu fikirdən döndərməli idi. Çünki səyahətə yola 

düşməyə  çox  az  vaxt  qalır  və  bu  günlərdə  o,  rahatca 

dincəlməli  idi.  Düzdür,  Floridanı  aparıb  Seviliyaya  qoya 

bilərdi,  ancaq  dincəlmək  üçün  onun  demək  olar  ki,  vaxtı 

qalmayacaqdı.  Bir  sözlə,  Migel  Floridanı  bu  fikirdən 

döndərməli  idi.  Nədənsə,  qız  Migelin  yanına  gəlməyə 

tələsmirdi. Onu başa düşmək olardı: yuxudan durunca, üst-

başını  səliqəyə  salıb  üzünü  kosmetika  ilə  bəzəmək  və 

sinəsinə  xoş  qoxulu  ətir  səpmək  üçün,  lazımi  qədər  vaxt 

keçməliydi.  O  vaxta  qədər  İlona  da  bu  otağa  gəlmədi. 

Deməli,  o,  yenə  də  Migel  ilə  Floridanı  təklikdə  bu  otaqda 

qoyacaqdı.  İndi  isə  Migeli  bir  şey  maraqlandırırdı,  Florida 

ilə söhbəti hansı mövzuda aparmaq lazımdır? 




                                                     

 

  



                                                                            

                                                    

184 

Nə  az,  nə  çox,  düz  bir  saatdan  sonra  Florida  otağın 



girəcəyində peyda oldu... Migel ilə salamlaşmağına baxma-

yaraq, qız utandığından başını qaldıra bilmədi. O, Karlosun 

dünənki hərəkətlərinə görə xəcalət çəkirdi. Qız dəqiq bilirdi 

ki, Osvaldo dünənki  münaqişəni bütün təfsilatı ilə dostuna 

çatdırıb. Migel bir balaca da olsun, qızın üzünü görə bilmir-

di.  Qız  başını  aşağı  saldığından  seyrək  saçları  gözlərinin 

üstünə  tökülmüşdü.  Elə  ilk  növbədə  Migel  sırtıqlıq  edib 

Floridaya  öz  yanında  oturmağı  təklif  etdi.  Onsuz  da  qız 

həyəcan  içində  idi  və  belə  bir  məqamda  kiməsə  ümid 

bəsləmirdi.  Florida  da  heç  bir  etiraz  etmədən  gəlib  düz 

Migelin yanında əyləşdi. Onların arasında müvvəqəti olaraq 

sükut yarandı. Nə Migel, nə də ki, Florida cürət edib danışa 

bilirdi. Qız utanığından, oğlan isə bilmirdi nədən başlasın. 

-  Sinyorita,  görürəm  ki,  siz  özünüzü  pis  hiss  edirsiniz? 

deyə Migel nəhayət cürət edib söhbətə başladı. - Artıq mən 

sizin kədər və dərdinizdən agaham. İstəyirsiniz, mən həmin 

binamusa yaxşıca dərs keçim? 

-  Sinyor,  yaxşısı  budur,  bir  daha  bu  mövzuya  qayıt-

mayaq.  -  deyə  Florida  yenə  də  Migelin  üzünə  baxmadan 

etirazını bildirdi və həmin tərzdə sözünə davam etdi. - Mən 

Seviliyaya  evimizə  qayıtmaq  istəyirəm.  Barselonanın  ab-

havası mənə çox soyuq göründü. 




                                                     

 

  



                                                                            

                                                    

185 

- Sinyorita, mənim fikirimcə atanız yola düşənə kimi siz 



Barselonada  olmalısınız.  -  deyə  Migel  qəti  olaraq  Florida 

ilə  razılaşmadı.  -  Əgər,  Karlos  sizə  bu  işdə  mane  olursa, 

mən hər gün  sizi  mühafizə  etməyə  hazıram. Necə olsa da, 

bizim əvvəlki dostluğumuz hələ də möhkəmdir. 

Florida  bu  dəfə  heç  bir  söz  demədi.  Ona  görə  ki, 

Migelin etdiyi təklif onun ürəyindən idi. Bu sükutdan Migel 

canlandı  və  onun  üzündə  təbəssüm  sezilməyə  başladı.  O, 

ürəklənib cəsarətlə dedi: 

-  Sinyorita,  siz  Barselonada  qalsanız,  nəinki  atanız 

üçün,  həm  də  bir  çoxları  üçün  xoş  olardı.  Mən  sizin 

yanınızda  olsam,  heç  bir  mərdimazar,  sizin  xətrinizə  dəyə 

bilməz.  Heç  kim  bir  şey  şübhələnməsin  deyə,  mən  hava 

qaralanda  buraya  gəlim.  Əgər,  siz  cavab  vermirsinizsə, 

deməli,  mənim  fikrim  ilə  razısınız.  İstəmirsinizsə,  mən 

çıxıb gedə də bilər və bir daha buralarda görünmərəm. Mən 

sizin hər bir xahişinizi yerinə yetirməyə hazıram. 

Bu sözlər qızın ürəyindən idi. Sanki  çiynindən ağır bir 

yük  götürüldü.  Onun  daxilində  sakitlik  və  sevinc  hissi 

yarandı.  Nəhayət  o,  ürək  edib  başını  qaldırdı.  Floridanın 

nazik  gözlərinin  altı  azacıq  şişmiş,  gözlərinin  içi  isə 

qızırmışdı.  Söz  yox  ki,  o,  bütün  gecəni  Karlosun  alçaq 

hərəkətlərinə  görə  ağlamışdı.  Elə  Migel  gələnə  qədər 

Florida  kədər  və  mənəvi  sıxıntı  içərisində  idi.  Bununla 



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə