  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə43/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   39   40   41   42   43   44   45   46   ...   154

                                                     

 

  



                                                                            

                                                    

170 

Qətiyyətlə  etiraf  edirəm  ki,  yox.  Ona  görə  ki,  o  vaxtlar 



onlar bir-birlərini heç tanımırdılar da. Elə tanıyandan sonra 

da  başa  düşmək  olardı  ki,  Floridanın  Karlosdan  zəhləsi 

gedir. 

Artıq bundan sonrakı ifadələri Migel eşitmirdi, çünki, o, 



vacib  olan  sözləri  eşidəndən  sonra  ağır  xəyala  dalmışdı: 

Deməli,  Florida  nə  Ameriqonu,  nə  də  ki,  Karlosu  sevirdi. 

O,  heç  kimə  məlum  olmayan  üçüncü  bir  şəxsi  sevir.  O  da 

ki, sual altında qalır. Qızın daxilindəki hissləri təyin etmək 

çətindir.  Çünki  sirr  kimi  olan  söz  onun  daxilində  qalırsa, 

deməli,  həmin  həqiqəti  özündən  başqa  ikinci  bir  şəxs 

bilməzdi. Bəs, görəsən Karlos neçə müddət idi ki, Floridanı 

tanıyırdı?  Əgər,  Florida  nəcib  bir  adamdırsa,  onda  (uzun 

müddət keçibdirsə) o, özünü Karlosa çoxdan qurban vermiş 

olurdu. Karlos Florida kimi nəcib, sadəlövh, yrəyiyumuşaq 

və hər şeyə inanan adamları çox asanlıqla yoldan çıxarırdı. 

Bir-iki sorğu-sualdan Migelə bəlli oldu ki, altı aya yaxındır 

ki, Karlos Florida ilə tanışdır. Bir dəfə elə olub ki, Ameriqo 

kapitan  Markosun  evinə  gedəndə,  Karlosu  qızı  qucaqlayan 

yerdə  görmüş  və  bu  səhnədən  sonra  qızdan  birdəfəlik  əl 

çəkmişdir. Lakin onu da izah etdi ki, Karlos qızı zor gücünə 

qucaqlayırdı. 

-  Migel,  xeyir  ola,  sən  məndən  Florida  haqqında 

soruşursan, olmaya sən qıza vurulmusan? deyə Ameriqo  



                                                     

 

  



                                                                            

                                                    

171 

gözlənilmədən müəmmalı tərzdə soruşdu. 



-  Məgər,  hər  hansısa  bir  qız  haqqında  məlumat  topla-

maq, həmin qıza vurulmaq deməkdir?  - deyə  Migel qeyri-

müəyyən  tərzdə  dillənərək  dəqiq  cavab  verməkdən  boyun 

qaçırdı. 

Ameriqo bir daha sualını təkrarladı, lakin Migel bu dəfə 

də dəqiq cavab verməkdən boyun qaçırdı. 

Elə  bu  dəmdə  çəpərin  ağzında  eşidlən  atın  tappıltısı 

həyətin qapısının ağzında dayandı. Kimin gəldiyini bilmək 

üçün  Migel  cəld  çığıra  tərəf  çıxdı  və  orada  Osvaldonu 

gördü.  Osvaldo  atının  yüyənini  Sançosa  tapşırıb  cəld 

Mdostunun  yanına  gəldi.  Osvaldo  elə  Migeli  boyda  idi. 

Orta  bədənli,  çevik  hərəkətli,  enlikürək  ciddi  sifətli  bir 

adam idi. Qara qalın saçları çiyninə tökülmüşdü. Sifətində 

qalın saqqal vardı. O, Migeldən iki-üç yaş böyük idi. 

Osvaldonun  təvazökar  bənizində  həm  sevinc,  həm  də, 

həyəcan hisslərini görmək olurdu. Sevinc hissi ona görə idi 

ki, o, gözəl qızla görüşdən gəlirdi, həyəcan hissi isə həmin 

görüşdə  nəsə,  fövqaladə  bir  hadisə  baş  verdiyindən  xəbər 

verirdi. Migel cəld ondan nə baş verdiyini soruşdu. Osvaldo 

da  əlindəki  dəsmal  ilə  üzünün,  alnının  və  boynunun  tərini 

silə-silə yavaş səslə dedi: 

-  Eh  Migel,  Migel.  Sən  çox  səhlənkar  adamsan.  İndicə 

İlonanın  yanından  gəlirəm.  Yaramaz  Karlos  da  orada  idi. 



                                                     

 

  



                                                                            

                                                    

172 

Bilirsən,  Florida  ilə  evin  içərisində  təklikdə  söhbət  edirdi-



lər.  İş  ondadır  ki,  Florida  onunla  görüşmək  istəmir.  Ancaq 

Karlos  sırtıqlığına  salıb  həmin  evin  qapısını  kəsdirir.  İlona 

isə mənə dedi ki, sən Floridanın xoşuna gəlirsən. İstəyir ki, 

siz  bir-birinizlə  yaxından  dost  olasınız.  Dünən  Florida 

səndən  yalnız  müsbət  cavab  gözləyirdi.  Sən  isə  utandığın-

dan onunla  açıq  söhbət  edə bilməmisən. İş o  yerə çatıb ki, 

qız  səndən  inciyərək  narazı  halda  evi  tərk  etmişdi.  Əgər, 

sən  bu  günlərdə  ürəyini  açıb  Floridaya  söyləməsən,  onda 

qız əbədi olaraq öz varlığını Karlosun ixtiyarına tapşırmalı 

olacaq. 


- Osvaldo sən elə danışırsan ki, guya mən Floridanın bir 

neçə  aydır  ki,  sevirəm.  -  deyə  Migel  çiyinlərini  çəkərək 

dilləndi

 

və  ətrafa  ötəri  nəzər  salaraq  astaca  sözünə  davam 



etdi. - Bəlkə, Floridanın özü belə fikirləşir? 

-  Heç  kim  demir  ki,  sən  Floridanı  sevirsən.  -  deyə 

Osvaldo  dilləndi  və  dostunu  başa  salmaq  üçün  aludəliklə 

sözünə  davam  etdi.  -  Siz  bir  neçə  il  bundan  əvvəl  bir-

birinizlə  möhkəm  dost  olmusunuz  və  həmin  dostluq  yenə 

də  bərpa  olunmalıdır.  Yoxsa,  qız  bədbəxt  olar.  İlonanın 

utandığından  və  bacısının  qəribə  hərəkətlərindən  mənə  elə 

gəlir ki, Florida səni sevir və öz həyatını səninlə bağlamaq 

istəyir. 



                                                     

 

  



                                                                            

                                                    

173 

Bu  sözlərdən  sonra  Migelin  ürəyi  daha  da  möhkəm 



döyünməyə  başladı.  Gözlərinin  bəbəklərində  isti  buxar 

dumanlandı.  Ameriqonun  dediyinə  görə  Florida  tamamilə 

başqa  bir  adamı,  Osvaldoya  isə  elə  gəlir  ki,  qız  Migeli 

sevir. Bunun isə dəqiq  cavabını o, Florida ilə olan növbəti 

görüşündə  öyrənə  bilərdi.  Bu  cür  oyunlara  isə  girmək 

həddindən  artıq  risq  tələb  edirdi.  Yuxarıda  deyildiyi  kimi 

hələlik  Migelə  heç  bir  məhəbbət  lazım  deyildi.  Lakin  hər 

dəfə qızın adı çəkiləndə o, ürəyi ilə bacara bilmir və istər-

istəməz  onun  gözləri  önündə  Florida  canlanırdı.  Yenə  də 

Migel bütün bunlara heç bir əhəmiyyət verməzdi. Ancaq o, 

dələduz və sırtıq Karlosun adını Floridanın adı ilə bir yerdə 

eşidəndə  cin  atına  minir  və  əsəb  gərginliyindən  özünə  yer 

tapmırdı.  Karlosun  yerinə  başqa  bir  adam  olsa  idi,  Migel 

onların  məhəbbətinə  heç  bir  əhəmiyyət  verməz  və  əksinə 

hər  ikisinə  xoşbəxtlik  arzulayardı.  Karlos  isə  alçaq  və 

vicdansız  olduğundan  Migel  dəqiq  bilirdi  ki,  Florida  gec-

tez  bədbəxt  olacaq.  Ona  görə  də  məcburiyyət  qarşısında 

qalan Migel qızı Karlosun pəncəsindən qurtarmaq üçün qəti 

tədbirlərə  əl  atmalı  idi.  Bunun  üçün  bir  kənarda  əyləşib 

yalnız bu haqda fikirləşmək lazım idi. Migel üzünü dostuna 

tutub təmkinlə dedi: 

-  Əlbəttə  ki,  bunların  hamısı  həqiqət  deyil,  yalnız 

fərziyyələrdir. Lakin  bütün bunlara baxmayaraq, səndən  



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə