  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə41/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   37   38   39   40   41   42   43   44   ...   154

                                                     

 

  



                                                                            

                                                    

162 

başqa  heç  kim  olmamışdı.  Belə  bir  vəziyyətdə  özünü 



alçaldılmış kimi hiss edən Migel kor-koranə, peşman halda 

öz otağına getdi. 

- Migel, sənə nə olub? - deyə heç bir şey başa düşməyən 

Osvaldo  içəri  girən  kimi  soruşdu  və  nəzərini  dostuna 

yönəldərək  səbirsizliklə  sözünə  davam  etdi.  -  Başqa  bir 

hisslə  buraya  gələn  Florida  tamamilə  başqa  bir  vəziyyətdə 

buranı  tərk  etdi.  Olmaya,  sən  qızın  xətrinə  dəymisən? 

Halbuki bu sənin xasiyyətinə xas olan bir hərəkət deyil. 

-  Sən  elə  bilirsən  ki,  mən  onun  xətrinə  dəymişəm?  - 

deyə  Migel  çarpayısında  uzanaraq  təşəxxüsslə  dilləndi  və 

əllərini  başının  arxasında  çarpazlayıb  sözünə  davam  etdi. 

İnanırsan,  mən  ona  güldən  artıq  bir  söz  deməmişəm  və 

söhbət zamanı bütün etik normalarına riayət etmişəm.  Heç 

mən özüm başa düşmürəm, nəyə görə qız məndən incisin? 

- Deyəsən,  mən başa düşürəm. - deyə  Osvaldo inamsız 

halda dilləndi. - Migel, iş ondadır ki, qız sənə vurulub. Sən 

isə heç bir şey başa düşməmisən. Mən bunu  İlonadan üstü 

örtülü  öyrəndim.  Buna  yüz  faiz  əmin  ola  bilərsən.  Başa 

düşürsən,  Florida  kimi  gözəl  bir  qız  sənə  vurulub?  Sonra 

İlona  mənə  dedi  ki,  leytenant  Karlos  bütün  bu  günləri 

Floridanın arxasınca düşüb ona eşqi-namə oxuyub. Qız isə 

məhz  sənə  görə  hələlik  Karlosa  öz  qəti  cavabını  deməyib. 

Əgər, sən Floridaya bu cür soyuq münasibət bəsləmisənsə, 



                                                     

 

  



                                                                            

                                                    

163 

onda  qız  səndən  əlini  üzüb  dələduz  Karlosun  cayınağına 



keçəcək. 

-  Mən  ki,  Floridaya  vurulmamışam  və  indi  bu  haqda 

fikirləşmək mənim üçün sadəcə olaraq, ağılsızlıqdır. - deyə 

Migel  biganəliklə  dilləndi.  -  O,  ki,  qaldı  Karlosa,  Florida 

onu çox güman ki, özündən rədd edəcək. 

Ertəsi  günü  nə  Sebastyan,  nə  də  ki,  Osvaldo  vaxtında 

Migelgilə  məşğələyə  gəlmədilər.  Sözsüz  ki,  onların  işləri 

vardı. Sebastyanın bacısı xəstə idi, Osvaldo isə çox güman 

ki,  İlona  ilə  görüşə  getmişdi.  Bu  haqda  Osvaldo  özü 

dostuna  xəbər  vermişdi.  Migel  isə  məcburiyyət  qarşısında 

qalıb  təkbaşına  məşğələsini  davam  etdirirdi.  Lakin 

nədəsənə, atdığı ox ilə hədəfi vura bilmirdi. Elə hey Florida 

onun  gözləri  qarşısında  canlanırdı.  Oxunu  düzgün  nişan 

alıb hədəfi dəqiq vura bilmirdi. Axırda təngə gəlib kamanı-

nı ağacdan asdı və bağdakı çərhovuzun kənarına yollandı. 

Bura  tam  istirahət  yeri  sayılırdı.  Xoşətirli  güllərin 

qoxusu,  cürbəcür  quşların  mənalı  nəğmələri,  çərhovuzun 

ortasındakı fəvvarənin aramla daşması, rəngarəng ağacların 

məstedici  budaqları  və  bu  budaqların  arasından  Günəş 

şüalarının güclə işıq saçması bu bağa xüsusi gözəllik verir-

di.  Ətrafda  tüğyan  edən  gözəlliklər  bir-birinə  qovuşub 

burada dincələn adamı məst edirdi. Lakin bütün bu gözəlli-

yə  və  həmin  gözəlliyin  nəticəsində  əmələ  gələn  rahatlığa 



                                                     

 

  



                                                                            

                                                    

164 

baxmayaraq,  Florida  tez-tez  Migelin  gözləri  önündə 



canlanır  və  istər-istəməz  oğlanın  fikrini  hər  şeydən  ayırıb 

özünə cəlb edirdi. Bu da ki, təsadüfi iş deyildi. O, özü qız 

ilə olan axırıncı söhbətini yada salanda Florida da aramsız 

olaraq onun gözləri önündə canlanırdı.  

Bu  azmış  kimi  Migel  gecə  yatdığı  zaman  füsunkar 

gözəlliyə  malik  olan  qız  onun  yuxusuna  girmişdi.  Yuxuda 

o,  görür  ki,  Florida  Karlosun  ağuşundadır  və  Migeli 

qısqandırmaq  üçün  onun  gözləri  önünüdə  bir-birləri  ilə 

mazaqlaşıb,  öpüşürdülər.  Sonra  isə  Karlos  qızdan  lazımi 

qədər  istifadə  edib  adını  batırandan  sonra  Floridadan  əl 

çəkib  İlonadan  yapışır.  Qız  isə  bu  biabırçılığa  dözməyib 

özünü  Aralıq  dənizində  boğub  öldürür.  Bu  səhnəni 

görəndən  sonra  Migel  yarımçıq  yuxudan  ayılmışdı.  Məhz 

buna görə də o, Floridanı yaddan çıxarda bilmirdi. Nədən-

sə,  onun  qəlbi  nizamsız  halda  çırpınaraq,  qızın  qəlbinə 

daxil  olmağa  çalışırdı.  Həm  də  Migel  heç  cürə  özünü  ələ 

ala  bilmir  və  özünün  qıza  yaxınlığını  hiss  etməyə 

başlayırdı.  Floridanı  öz  xəyallarından  nə  qədər  uzaqlaşdır-

maq  istəsə  də,  yenə  də  xeyri  olmurdu.  Gec-tez  qız  onun 

gözləri önündə canlanırdı. Florida ilə Karlosun mazaqlaşıb 

öpüşməsi  səhnəsi  yadına  düşəndə  keçmiş  yunqa  yavaş-

yavaş  hirslənməyə  başlayır  və  az  qala  qəzəbli  halda  leyte-

nant  Ramiresin  evinə  yollanmaq  istəyirdi,  ancaq  sonra 



                                                     

 

  



                                                                            

                                                    

165 

özünü  ələ  alıb  sakitləşir  və  qızı  birdəfəlik  unutmağa 



çalışırdı.  O,  Karlosun  xasiyyətinə  az  olsa  da  bələd  idi  və 

bilirdi ki, o, sırtıq və həyasız zadəgan leytenant Ramiresin 

evində, Floridanın yanındadır.  

Eşqin  oduna  düşən  oğlan  dilxorçuluqdan  heç  bilmirdi 

nə  etsin,  gah  çərhovuzun  ətrafında  fırlanır,  gah  skamyada 

əyləşir,  gah  da  əlinə  bir  çubuq  alıb  yerə  qədər  sallanmış 

söyüd  ağacının  budaqlarına  zərbə  endirirdi.  O,  günortaya 

kimi özünə yer qapa bilmədi. İndi isə Migelin bir balaca da 

olsa iştahası yox idi. Onu belə bir vəziyyətdə heç bir yemək 

maraqlandırmırdı.  Bundan  əlavə,  Migel  həyəcanlı  bir 

vəziyyətdə  babası  və  coğrafiyaşünas  Bartolomeu  ilə  bir 

masa  arxasında  əyləşə  bilməzdi.  Babası  olmasa  da,  lakin 

coğrafiyaşünas ondan şübhələnə bilərdi. Tərslikdən elə oldu 

ki, günorta yeməyindən sonra coğrafiyaşünasın böyük oğlu 

Ameriqo  gəldi  və  ağsaqqallarla  görüşəndən  sonra  həmin 

dəqiqə Migelin yanına getdi. 

Ameriqo  artıq  şturman  vəzifəsinə  yiyələnmiş  təcrübəli 

bir  dənizçi  idi  və  uzaq  dəniz  səyahətlərində  iştirak  etmək 

üçün, okeanın o tayına gedən gəmilərdə özünə iş axtarırdı. 

Lakin  iş  elə  gətirdi  ki,  kapitan  Markos  da  Mərkəzi  Çiliyə 

nəzərdə  tutulan  ekspedisiyada  iştirak  etmək  üçün  öz 

razılığını  bildirmiş  və  beləliklə  də  Ameriqo  işlədiyi  köhnə 

gəmisinə  qayıdıb  “Destino”  gəmisində  şturman  vəzifəsinə 



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə