  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə38/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   34   35   36   37   38   39   40   41   ...   154

                                                     

 

  



                                                                            

                                                    

150 

Aşağıya diqqətlə nəzər yetirəndən sonra o, ehtiramla: 



-  Sizə  nə  oldu  birdən-birə  halınız  dəyişdi?  Bəlkə 

özünüzü pis hiss edi... 

-  Arxayın  ola  bilərsiz,  mən  özümü  çox  gözəl  hiss 

edirəm.  -  deyə  Florida  onun  sözünü  kəsib  təşəxxüsslə 

dilləndi  və  Migelin  üzünə  sualedici  nəzər  yetirib  qürurla 

sözünə  davam  etdi.  -  Sinyor,  xahiş  edirəm  açığını  deyin, 

mənim gəlişimdən siz razısınız, ya yox? 

- Bu nə  sözdür? - deyə  Migel dilləndi

 

və tez özünü ələ 



alıb  səmimiliklə  bildirdi.  -  Bizim  evə  kim  gəlirsə-gəlsin, 

mənim  üçün  xoşdur.  O,  ki,  qaldı  sizin  gəlişiniz.  Sizin 

gəlişinizə görə mən həddindən artıq şadam. 

-  Amma  nədənsə,  siz  əvvəlki  Migelə  oxşamırsınız?  - 

deyə  Florida  bikef  halda  dilləndi.  -  Sizin  əvvəllki  istehza-

nız,  təbəssümünüz,  dostlara  yaxınlığınız  bu  dəfə  hiss 

olunmur. Mən  elə bildim ki, buraya  gəlişim sizi sevindi- 

rəcək,  ancaq  mən  soyuq  hisslərdən  başqa  heç  bir  şey 

görmədim. Halbuki biz neçə ildir ki, bir-birimizi görmürük. 

Onda  belə  çıxır  ki,  Karlos  Odovaldonun  dediklərinin 

hamısı düzdür? Sizi başqa adam maraqlandırır? 

Bu  sözlərdən  sonra  Migel  hiddətləndi  və  öz-özünə 

düşündü:  Dəməli,  Karlosun  arxamca  söylədiyi  böhtanlara 

görə,  Floridada  mənə  qarşı  başqa  fikir  yaranıb.  Yaxşı,  bis 

nəyə görə Karlos onun arxasınca bu cür danışıb? Necə olsa  



                                                     

 

  



                                                                            

                                                    

151 

da,  mənim  ona  heç  bir  pisliyim  dəyməmiş,  həm  də  heç 



onunla  dostluq  etməmişəm  də.  Bəlkə  də  Floridanı  ələ 

almaqdan  ötrü  o,  belə  edibdir?  Çünki  qızın  danışığından 

hiss olunur ki, o, mənə yaxınlıq göstərir. Kim bilir, bəlkə o, 

vurulubdur?  Məhz  bunun  üçün  qız  daxilində  bu  cür  ağır 

iztirablar keçirir. Bəs Ameriqo? Arada gəzən söz-söhbətlərə 

görə  Ameriqo  qızı  ürəkdən  sevir  və  Seviliyada  olarkən, 

demək  olar  ki,  bütün  günlərini  onlarda  keçirir.  Florida  da 

ona  öz  etirazını  bildirmir.  Əgər,  qız  mənimlə  bu  cür 

mehribanlıq  göstərirsə,  deməli,  bunların  hamısı  yalandır. 

Yox,  yalan  deyilsə,  onda  Florida  da  Luna  kimi  yüngül-

xasiyyətdir. Buna inanmaq isə çətindir.  

 

 



 

 

  XIV fəsil. Uzun ayrılıqdan sonra Migelin  



        Florida ilə qeyri-səmimi görüşü

 

 



Migel Floridanı uşaqlıqdan tanıyır və həmin qız həmişə 

də ağır xasiyyəti ilə  fərqlənirdi.  Söhbət indi Floridadan və 

Karlosun  Migelin  ünvanına  atılan  böhtandan  gedirdi. 

Keçmiş yunqa bunu aydınlaşdırmaq istəyirdi. Bu böhtandan 

hiddətə gəlmiş Migel bir daha özünü ələ alıb təmkinlə dedi: 



                                                     

 

  



                                                                            

                                                    

152 

-  Sinyorita,  sizi  inandıram  ki,  bu  böhtandan  bir  şey 



deyil.  Bu  illər  ərzində  mənim  xasiyyətim  heç  də  deyişil-

məyib.  O  ki,  qaldı  sizin  gəlişinizə,  mən  sizə  bir  daha 

bildirirəm  ki,  sizin  gəlişiniz  mənim  üçün  xoşdur.  Belə  bir 

xoş  gün  hər  adama  nəsib  olmur.  Bəlkə,  Karlos  məni 

kiminləsə səhv salıb? Mən onunla heç dost da deyiləm. 

- İstəsəniz, hətta deyə bilərəm sizi kim maraqlandırır? - 

deyə  Florida  həyəcanla  sözə  başladı.  -  Mənim  qonşum 

Luna  Santos.  Siz  onu  Barselonaya  gətirəndə  tanış  olmusu-

nuz. Hətta gecənin yarısını onunla naməlum bir yerdə xeyli 

vaxt keçirmisiniz. 

-  Sizə  deyirəm  ki,  bunların  hamısı  yalandır.  -  Bu  dəfə 

Migel hiddətini gizlədə bilməyib həyəcanla dilləndi və qıza 

daha  da  yaxınlaşıb  səbirsizliklə  sözünə  davam  etdi.  -  Mən 

Lunanı Barselonaya çatan kimi Karlosgilə aparmışam. İndi 

mənim  günahım  deyil  ki,  biz  Barselonaya  gecə  vaxtı 

çatmışıq. Əgər, Karlos öz xalası qızına bu cür böhtan atırsa,  

onda  o,  nakişidir  və  zadəgan  titulu  daşımağa  onun  heç  bir 

mənəvi  haqqı  yoxdur.  Sizə  bildirmək  istəyirəm  ki,  işdir, 

mən  Lunanın  yanında  artıq-əskik  bir  hərəkət  etsəydim, 

Karlos  qılıncını

 

alıb  çoxdan  mənim  üstümə  gəlmişdi. 



Halbuki onda belə bir kişilik yoxdur. Təəssüflər olsun ki, o 

çür atanın nankor övladı var. Elə bir oğulu mən heç vaxt öz 

evimdə saxlamazdım. 



                                                     

 

  



                                                                            

                                                    

153 

- Mən də istərdim ki, bunların hamısı yalan olsun, lakin 



sizin  soyuqluğunuz  məni  inandırmağa  çalışır.  -  Florida 

kədər içində dilləndi və gözlərini düz həmsöhbətinin üzünə 

dikib,  qəmli  baxışlarını  ona  yönəldərək,  həmin  tərzdə 

sözünə  davam  etdi.  -  Atam  mənə  dedi  ki,  sizi,  Kamaço 

Odovaldonun  şərəfinə  təşkil  olunmuş  bala  dəvət  etmək 

üçün,  bizim  dalımızca  Seviliyaya  göndərib.  Təsadüf 

nəticəsində  biz  orada  olmamışıq  və  Madridə  qohumumuz-

gilə  getmişdik.  Siz  də  əlacsız  qalıb  geriyə  qayıtmısınız. 

Lakin  Karlos  isə  deyir  ki,  o,  görsəydi  ki,  biz  Seviliyada 

yoxuq, dalımızca bir başa Madridə  gələrdi. Mənə elə gəlir 

ki, bu məntiqi izah etməyə ehtiyac yoxdur. Bu alicənab bir 

hərəkət sayılardı. 

- Yox, yox, bir dəqiqə ayaq saxlayın, - deyə Migel qəti 

olaraq  zalı  tərk  etmək  istəyən  Floridanın  əlindən  tutub,  öz 

etirazını bildirdi. - Belə çıxır ki, siz heç vaxt tanımadığınız  

bir  adama  inanırsınız,  mənə  isə  yox?  Birincisi,  mən  dəqiq 

bilmirdim  siz  Madridə  kimin  evinə  getmisiniz?  Həm  də 

Madrid kənd deyil ki, gedim qapı-qapı düşüb sizi axtarım. 

İkincisi, balın başlanmasına heç iki gün vaxt qalmamışdı və 

mən  bala  dəvət  olunan  qonaqları  vaxtında  Barselonaya 

çatdırmalıydım. Burada mənim heç bir günahım yoxdur. O 

ki,  qaldı  leytenant  Karlosa,  mən  ona  bu  iftiraya  görə  dərs 

verməli olacağam. Qoy bir daha arvad kimi o, ağzını açıb  



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə