  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə36/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   32   33   34   35   36   37   38   39   ...   154

                                                     

 

  



                                                                            

                                                    

142 

Migel  təlim  məşqlərini  yalnız  Osvaldo  ilə  keçirdi.  Asudə 



vaxtlarında  o,  babası  ilə  qızğın  mübahisələr  aparırdı. 

Hərdən bir kapitan Xuan bəzi məsələr üçün qoca səyyahın 

yanına  təşrif  buyururdu.  Kapitan  Xuan  böyük  sürətlə 

səyahatə  hazırlaşır  və  tez-tez  “Vanquardia”  və  “Destino” 

gəmilərinin  təchizatını  və  səyahətə  hazırlığını  yoxlayırdı. 

Bu  istiqamətdə  demək  olar  ki,  heç  bir  çətinlik  yox  idi. 

Migel  hər  gün  Osvaldodan  başqa  kiminsə  gəlişini  səbir-

sizliklə  gözləyirdi.  O,  məşqələlərdən  sonra  həmişə  bikef 

halda öz otağında oturub, gözlərini qapıya zilləyirdi. Sanki 

Migel  səbirsizliklə  Lunanın  yolunu  gözləyirdi.  O,  həmin 

qızdan  həm  çəkinir,  həm  də  onunla  bir  yerdə  olmaq 

istəyirdi.  Luna  isə  heç  bir  xəbər  vermədən  xalasıoğlu 

Karlosun  mühafizəsi  altında  öz  evlərinə,  Seviliyaya  yola 

düşmüşdü.  Əlbəttə,  bu  haqda  heç  kim  Migelə  bir  söz 

deməmiş, həm də o, özü bu haqda heç kimdən bir kəlmə də 

soruşmamışdı.  Günlər  keçdikcə  ekspedisiyanın  yola  düş-

mək gününə çox az vaxtı qalırdı. Belə olan halda isə Migel 

yalnız  ekspedisiya  haqqında  fikirləşməli  idi.  Məhz  buna 

görə də o, yavaş-yavaş Lunanı yaddan çıxarmalı idi. Bəlkə 

də bu onun xeyrinə olacaqdı. 

Kapitan Markos qoca səyyahın yanına gələndə gözlənil-

mədən,  söz  arası  dedi  ki,  ailəsi  bir  neçə  günlüyə  Barselo-

naya  gəlibdir.  Əgər  ailəsi  gəlibsə,  deməli,  Florida  da 



                                                     

 

  



                                                                            

                                                    

143 

Barselonadadır. Floridanın adı Migelin beynindən hallanan-



da  Seviliyadakı  uşaqlıq  illərinin  xoş  günləri  yadına 

düşürdü.  Florida  həm  gözəl,  cazibədar,  füsunkar,  həm  də 

həyalı bir qız idi. Onunla rastlaşıb, sonra isə yaxa qutarmaq 

çox  müşkül  bir  iş  idi.  Beləliklə,  Migel  bu  xəbərə  heç  bir 

reaksiya  verməyib,  öz  məşğələlərini  davam  etdirirdi. 

Vaxtilə kapitan Markos qoca səyyahın nəvəsinə çox hörmət 

etmişdi.  Bəzən  elə  olurdu  ki,  Migel  onlarda,  ailənin  yaxın 

adamı  kimi,  gecələməli  olurdu.  Kapitan  ona  çox  etibar 

edirdi.  Lakin  cavan  zadəgan  da  nankor  və  daşürək  adam 

deyil  və  həmişə  də  kapitan  Markosun  hörmətini  saxlayıb. 

Sadəcə  olaraq,  iş  ondadır  ki,  Migel  istəmirdi  bu  dəfə  də 

Floridə  ilə  dostluq  etsin.  Özünün  hiss  etdiyi  kimi  bu  pis 

nəticələnə  bilərdi.  Yəni,  o,  çox  asanlıqla  məhəbbət  toruna 

düşə bilərdi. 

Adicə etika qaydalarına riayət edib, qoca səyyah hörmət 

əlaməti  olaraq,  kapitan  Markosa  ailəsinin  bu  evdə  də 

dincəlməyini təklif etdi. Onlar haçan istəsələr, bu evə təşrif 

gətirə  bilər  və  hətta  bir  neçə  günlük  burada  gecələyə  də 

bilərlər. Kapitan Markos özü “Destino” gəmisinin heyətinə 

başçılıq  etdiyinə  görə,  çox  vaxt  elə  öz  gəmisində  gecələ-

məli olurdu. 

Kapitan Markosun dörd qızı vardı: böyük qızı Viktoriya 

Portobeloya  (Panama  sahilləri)  köçmüş  leytenant  Alonso 



                                                     

 

  



                                                                            

                                                    

144 

Ramiresin,  ikinci  qızı  Marqarita  isə  Alonsonun  ikinci 



qardaşı  Ernandonun  həyat  yoldaşı  idi.  Məhz  buna  görə 

onun ailəsi gözlənildiyi kimi mühafizəçi dəstəsinin koman-

diri Ernandonun evində qalırdılar, Ernandonun evinin gen-

bol  olması  sözsüz  ki,  Seviliyadan  gələn  qonaqları  evində 

saxlatdıracaq. Bir sözlə, Migelin vecinə deyildi, Markosun 

ailəsi bu evə gəlsin, ya yox. 

Ancaq  gözlənilmədən  günlərin  bir  günü,  qoca  səyyah 

nəvəsinə  xəbər  verdi  ki,  ertəsi  günü  səhər  tezdən  kapitan 

Markos  öz  ailəsi  ilə  birlikdə  bu  evə  təşrif  buyuracaq.  Biz 

sözlə,  qonaqları  qarşılamaq  üçün  yaxşı  hazırlıq  görmək 

lazım idi. 

Beləliklə, sentyabrın 18-də səhər tezdən kapitan Markos 

ailəsi  ilə  birlikdə  qoca  səyyahın  evinə  təşrif  buyurdu. 

Burada  heç  kimi  bir-birinə  təqdim  etmək  lazım  deyildi. 

Hamı  bir-birini  çox  yaxşı  tanıyırdı.  Kapitan  həyat  yoldaşı 

ilə birlikdə yuxarı qalxdı, Florida isə baçısı İlona ilə bağda 

gəzişməyə başladı. Sözsüz ki, onlar ilk növbədə evdəkilərlə 

görüşmüşdülər. 

- Əvvəlkinə nisbətən bura həddindən artıq çiçəklənib və 

abadlaşıb, - deyə İlona dilləndi və gözlərini ətrafdakı çiçək-

lərdən  çəkməyərək  can  rahatlığı  ilə  sözünə  davam  etdi.  - 

adam  necə  də  özünü  burada  rahat  hiss  edir.  Bura  lap 

cənnətə oxşayır. 



                                                     

 

  



                                                                            

                                                    

145 

- Adam belə bir bağda  vaxtını keçirsə, heç dünya-aləm 



vecinə olmaz. - deyə Florida qeyri-müəyyən tərzdə dilləndi 

və Migelə heç bir nəzər salmadan kinayə ilə sözünə davam 

etdi.  -  Bu  cür  ekzotik  bitkilərin  arasında  heş  dostları  yada 

salmağa vaxt olmaz. İlona, daha bəsdir, gedək buradan. Biz 

indi sinyor Rodrigesin yanında olmalıyıq. 

Bu  təsiredici  sözlər  əlbəttə  ki,  bütün  aidiyyəti  ilə 

Migelin ünvanına söylənilmişdi. Əvvəllər Migel “Destino”-

da  xidmət  edəndə  tez-tez  kapitangilə  gedir  və  o  vaxtlar 

Floridaya göz qoyurdu. Bunu çox adam bilirdi, ona görə ki, 

Migelin Floridadan xoşu gəlirdi. Kapitan yunqanın kürəkən 

olmasına  heç  də  etiraz  etməzdi.  Çünki,  Migel  ailələrinin 

sevimlisi idi və Kartahenalar nəsli

 

ilə qohum olmaq, bir çox 



nüfuzlu  ailələr  üçün  şərəf  sayılırdı.  Bundan  əlavə  Migelin 

özü  maddi  cəhətcən  yaxşı  təmin  olunmuş  varis  idi.  Qoca 

səyyahdan sonra o, Kartahenalar nəslinin yeganə nüməyən-

dəsi idi ki, İspaniyada yaşayırdı. Migelin həm Barselonada, 

həm də Seviliyada iri evləri vardı. Barselonada gəzən söz-

söhbətə görə, qoca Rodriges Yeni Dünya sahillərində yaxşı 

qazanc  əldə  edərək,  külli-miqdarda  var-dövlət  toplamışdır 

və  həmin  var-dövlət  haqqında  olan  əsl  həqiqəti  yalnız 

keçmiş  səyyahın  notariusu  bilirdi.  Bir  çox  nüfuzlu  ailələr 

məhz bu səbəbə görə Migel ilə qohum olmaq istəyirdilər. 




Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə