  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə34/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   30   31   32   33   34   35   36   37   ...   154

                                                     

 

  



                                                                            

                                                    

134 

orada  qala-qala  siz  bu  məlumatı  haradan  götürmüsünüz? 



Xahiş edirəm bunu bizə izah edəsiniz. 

-  Sözsüz  ki,  bu  məlumatın  özünü  bizə  Qonsalo  Viqo 

çatdırmışdı.  -  deyə  qoca  səyyah  istehza  ilə  dedi  və  üzünü 

şturmana tutub aludəliklə sözünə davam etdi. - 1525-ci ildə 

“Ədviyyat adaları”na Qarsia Xofre Loaysa 5 gəmi ilə yola 

düşür.  Həmin  ekspedisiya  Sakit  okeanı  keçəndə  Qonsalo 

Viqonu  Quam  adasından  götürmüşdülər.  Bax  belə  təsadüf 

nəticəsində  Qonsalo  canını  Quam  adasından  qurtarıb.  Onu 

da  sizə  deyim  ki,  Loaysanın  ekspedisiyası  indiyənə  qədər 

ən faciəli ekspedisiyalardan biri sayılır. 

-  Mən  də  bu  haqda  nəsə,  qulaqucu  eşitmişdim,  -  deyə 

kapitan  Filipp  Odovaldo  əlavə  etdi  və  üzünü  qocaya  tərəf 

tutub ondan xahiş etdi. - ancaq tam təfsilatı ilə yox. Həmişə 

də  bir-birini  təkzib  edən  məlumatlar  eşitmişəm.  Sizdən 

artıq dərəcədə xahiş edirəm, bu ekspedisiya barədə də bizə 

məlumat  verəsiniz.  Bütün  ekspedisiyalar  haqqında  yalnız 

sizdə  dəqiq  məlumat  var.  Loasyanın  ekspedisiyasının 

aqibəti həmişə məni maraqlandırırdı. 

-  Sinyor  kapitan,  bir  dəqiqə,  -  deyə  şturman  Flores 

üzrxahlıqla  kapitan  Filippin  sözünü  kəsdi  və  üzünü  ona 

tutub ciddi halda sözünə davam etdi. - mən, sinyor Kartahe-

nadan  bu  haqda  xahiş  etmişəm,  növbəti  xahiş  isə  özümün 

olacaq. - deyə elə həmin anda o, üzünü qocaya tərəf çevirib 



                                                     

 

  



                                                                            

                                                    

135 

üzrxahlıqla  əlavə  etdi.  -  Sinyor,  sizin  bu  məlumatınız 



mənim üçün həddindən artıq vacib və maraqlıdır. Yenə də 

sizdən  xahiş  edirəm,  bu  dəfə  sizin  iştirak  etdiyiniz  dünya 

səyahəti haqqında tam təfsilatı ilə danışardınız. 

Qoca  səyyah  bütün  gecəni  yatmamışdı  və  yığıncağın 

iştirakçıları bura gəlincə, özünü çox yorğun və narahat hiss 

etmişdi.  Bu  yığıncaq  müsbət  sonluqla  nəticələnəndə  o, 

özünü  yaxşı  hiss  etməyə  başlayır  və  yorğuluq  tamamilə 

bədənindən  çıxmışdı.  Lakin  bütün  bunlara  baxmayaraq, 

onun  köhnə  ekspedisiyalar  barəsində  məlumat  verməyə 

həvəsi  yox  idi.  Özü  də  burada  olanlardan  artıq  ikisi  qoca 

səyyahdan  məlumat  almaq  üçün  bir-birləri  ilə  mübahisəyə 

başlamışdılar. Bütün bunlara son qoymaq üçün qoca səyyah 

təşəxxüsslə: 

- Möhtərəm sinyorlar, hazırda mənim nə Fernan Magel-

lanın,  nə  də  ki,  Qarsiya  Xofre  Loaysanın  ekspedisiyası 

haqqında  məlumat  verməyə  həvəsim  var.  Söz  verirəm  ki, 

Yeni Dünyaya yola düşən zaman Atlantik okeanının üzərin-

də,  sizə  bu  və  ya  digər  səyyahlar  barəsində  dürüst  mə-

lumatlar verəcəm. 

Şturman  Flores  etikaya  riayət  edərək  susmağı  üstün 

tutdu.  Kapitan  Filipp  isə  bir  az  tərəddüd  edəndən  sonra 

yenə də təkildə dedi: 




                                                     

 

  



                                                                            

                                                    

136 

-  Sinyor  Kartahena,  mən  məmnuniyyətlə  sizinlə  razı-



laşardım, ancaq iş ondadır ki, bu barədə çoxlu söz-söhbətlər 

gəzir.  Elə  bu  gün  bu  səyahət  haqqında  dəqiq  məlumat 

alsaydım, pis olmazdı. 

- Mən axı dedim, bu gün mən çox  yorulmuşam, - deyə 

Rodriges  ciddi  halda  dipləndi.  -  Mərkəzi  Çili  sahillərinə 

yola düşəndə mən sizə və dənizçi zabitlərinə bu haqda mə-

lumat  verəcəm.  Qalan  adamların  isə  bu  məlumata  heç  bir 

ehtiyacı yoxdur. Ancaq sizdən artıq dərəcədə xahiş edirəm, 

bu haqda heç kim mənə sual verməsin. 

- Nə deyirik ki, yola düşən günümüzü gözləyək, - deyə 

“Vanquardia”nın  kapitanı  məyus  halda  dilləndi.  -  amma 

onu da deyim ki, siz ağıl dəryasısınız.  Belə bir adamı, ulu 

Tanrı  yaxşı  ki,  bu  günə  kimi  qoruyub  saxlayıb.  Sinyor 

Kartahena,  sizin  yerinizə  olsaydım,  səyahətlərdən  sonra 

vətənə qayıdanda yalnız elmlə məşğul olardım. 

- Belə şeylərə fikir verirsinizsə, sizə öz minnətdarlığımı 

bildirirəm, - deyə qoca səyyah kapitana ehtiramla təzim etdi 

və  heç  kimə  baxmadan  təbəssümlə  sözünə  davam  etdi.  - 

hamınız  arxayın  ola  bilərsiniz,  bütün  bildiklərimi  və 

gördüklərimi  coğrafiyaşünas  Bartolomeu  Salvatyero  öz 

tarixi  gündəliyində  qeyd  edib.  O,  yaxın  gələcəkdə  həmin 

sənədləri çap etdirəcək. 




                                                     

 

  



                                                                            

                                                    

137 

Daha  qoca  səyyahı  yormaq  istəməyən  kapitan  Filipp 



içəridəkilərə  təklif  etdi  ki,  Rodrigesin  rahatlığını  təmin 

etmək üçün bu evi tərk etsinlər. Hamı bu təklifi yekdilliklə 

qəbul  etdi,  amma  şturman  Flores  qoca  səyyahın  icazəsini 

alıb vacib məsələyə görə burada qaldı. Sözsüz ki, onu bəzi 

suallar maraqlandırırdı. 

-  Sinyor  Kartahena,  siz  dünya  görmüş  bir  adamsız  və 

sizdən məsləhət almaq hər bir adamın borcudur. - hamı zalı 

tərk  edən  kimi,  qoca  səyyahın  yanında  əyləşən  şturman 

üzrxahlıqla  dilləndi.  -  Çoxları  biganəlik  göstərir  və  arau-

kanların  adını  eşidəndə  gülməyə  başlayırlar.  Çünki  əsl 

həqiqəti  anlamaq  istəmirlər.  Hələ  onlar  başa  düşmürlər  ki, 

Mərkəzi Çilidə biz necə ağır bir missiyanı yerinə yetirəcək 

və araukanlarla çox çətin müharibəyə başlayacayıq. Siz əsl 

həqiqəti  onlara  bildirdiniz,  lakin  onlar  bunu  anlamaq 

istəmədilər.  Siz  köhnə  bir  səyyah  kimi  araukanları  vacib 

rəqib kimi qəbul edirsiniz, ancaq başları çıxmayan və belə 

bir  ekspedisiyalarda  heç  vaxt  iştirak  etməyənlər,  bu 

məsələyə öz biganəliklərini göstərdilər. Onlar elə bilirlər ki, 

araukanlar  Yeni  Dünyanın  başqa  hindu  tayfaları  kimi 

ölüvay  və  zəifdirlər.  Lakin  mən  onları  bu  cür  qəbul  etmi-

rəm.  Araukanlar  əlli  ilə  yaxındır  ki,  ölkələrinin  müstəqil-

liyini qorumaq üçün kəskin müqavimət göstərirlər. Deməli, 

araukanların çox güclü və təcrübəli ordusu var. Özü də ki, 



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə