  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə35/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   31   32   33   34   35   36   37   38   ...   154

                                                     

 

  



                                                                            

                                                    

138 

siz  bir  nəçə  dəfə  həmin  qanlı  ekspedisiyalarda  iştirak  edə-



edə, yenə də araukanlara qarşı növbəti kompaniyada iştirak 

etməyə  razılığınızı  bildirdiniz.  Burada  nəsə  bir  sirr  var. 

Məni  maraqlandıran  odur  ki,  bütün  bunları  bilə-bilə,  nəyə 

görə  bizim  bu  nəticəsi  bəlli  olmayan  ekspedisiyada  iştirak 

etmək istəyirsiniz? 

-  Sinyor  Flores,  siz  hər  şeyə  dəqiq  fikir  verən  adamsı-

nız.  Bu  çox  yaxşı  xüsusiyyətdir.  Mən  yuxarıda  qeyd 

etdiyim  kimi  maraqlı  olduğuna  görə  bu  ekspedisiyada 

iştirak  etmək  istəyirəm.  Sözsüz  ki,  bu  ekspedisiyaya  xeyli 

köməkliyim  dəyəcək.  Çünki,  mən  araukanların  bir  çox 

bicliklərini bilirəm. 

- Sinyor kapitan, bu səmimi etiraf deyil, - deyə şturman 

Flores  qoca  səyyahla  qəti  razılaşmadı.  -  bütün  bunları  siz 

nəvənizə də öyrədib, doxsan yaşında bu ağır ekspedisiyada 

iştirak etməyə də bilərsiniz. 

- Məgər bunun başqa cavabıda var? - deyə qoca səyyah 

həmsöhbətinə fəhimsizliklə nəzər  yetirib  müəmmalı tərzdə 

soruşdu  və  üzünü  kənara  tutub  yenə  də  dəqiq  cavab 

verməkdən boyun qaçırdı. 

- Əlbəttə var. - deyə şturman Flores səbirsizliklə dillən-

di. - Özü də ki, siz bu cavabı məndən gizlətmək istəyirsiniz. 

Sinyor  Kartahena,  onu  da  deməyə  özümə  borc  bilirəm  ki, 

necə  ki,  siz  bizim  ekspedisiyaya  lazımsınız,  eləcə  də  mən 



                                                     

 

  



                                                                            

                                                    

139 

sizə  bu  ekspedisiyada  lazım  olacağam.  Mən  hər  vasitə  ilə 



çalışacağam ki, aqibəti məlum olmayan bu ekspedisiyadan 

siz sağ-salamat çıxasınız. 

Şturman Flores bu haqda hələ bir neçə kəlmə də kədərli 

sözlər  söylədi,  lakin  qoca  qoca  səyyah  dərin  xəyala 

daldığından bütün bunları eşitmirdi. Bir anlığa onun yadına 

keçmiş  ekspedisiyalar  düşdü  və  gözünün  qarşısında  Mər-

kəzi Çilinin hündür dağları, sıldırım qayaları, sıx meşələri, 

dərin  dərələri  və  burada  tuğyan  edən  amansız  küləkləri 

canlandı. Bütün bu bu yollar onun üçün nə qədər əzablı olsa 

da, qoca səyyah yenə də bu əzablı yolları təkrarən keçməli 

idi, özü də nə az, nə çox, düz doxsan yaşında. Əlbəttə, bu 

ekspdisiyada iştirak etməkdə onun  ali  məqsədi vardı. Bax, 

elə  bu  həqiqəti  də  şturman  Flores  qoça  səyyahdan  öyrən-

mək  istəyirdi.  Qoca  səyyah  da  yüz  ölçüb-biçəndən  sonra 

nəhayət, bir qərara gəlib aludəliklə dedi: 

- Sinyor Flores, siz ciddi bir ekspedisiya iştirakçısı kimi 

mənim  xoşuma  gəlirsiniz.  Bütün  ekspedisiyada  sizin  kimi 

adamlar  olsaydı,  onda  biz  sözsüz  ki,  araukanları  qısa  bir 

müddət  ərzində  məğlubiyyətə  uğradarıq.  Fikir  verdiyiniz 

kimi  bu  ekspedisiyanın  iştirakçılarının  bir  çoxu  nizam-

intzama  riayət  etmək  istəmirlər.  Bu  isə  mənfi  cəhətdir. 

İkincisi,  Mərkəzi  Çili  sahillərinə  çatanda  mən  kapitan 

Xuandan  tələb  edəcəm  ki,  məni  özünün  məsləhətçisi  təyin 



                                                     

 

  



                                                                            

                                                    

140 

etsin.  Əks  təqdirdə  ekspedisiyanın  fəaliyyəti  orada  da 



mürəkkəbləşəcək.  Çünki,  mən  orada  demək  olar  ki,  bütün 

ərazini,  oranın  yollarını,  araukanların  döyüş  qabiliyyətini, 

adət-ənənələrini bilirəm.  

Növbəti  ekspedisiyada  iştirakımın  əsəs  səbəbi  odur  ki, 

tam  məğlubiyyətə  uğrayanda,  mən  sağ-salamat  qalmış 

adamları  oradan  götürüb  gizli  yollarla  Valdiviya  şəhərinə 

aparım.  Həmin  o  yolları  mən  çox  yaxşı  tanıyıram.  Bir 

çoxlarının  da  həyatı  həmin  o  yoldan  asılı  olacaq.  Daha 

sonra  əsilərlə  necə  davranmaq  mənim  öhdəmə  buraxıl-

malıdır.  Araukanların  birinə  də  işgəncə  verilməməlidir. 

Eləcə  də  onlar  bizim  əsirlərlə  yaxşı  davaranacaqlar. 

Bilirsiniz,  araukanlar  Pedro  Valdiviyanı  nəyə  görə  edam 

ediblər?  Ona  görə  ki,  o,  vaxtı  ilə  əsir  düşmüş  400  nəfər 

hindunun  sağ  əllərini  kəsdirmiş  və  burunlarının  tənələrini 

yerindən qopartdırmışdı. Araukanlar isə heç vaxt pisliyi və 

yamanlığı  unutmurlar.  Bəzən  də  onları  həmin  regionda 

qisasçı bir tayfa adlandırırlar. 

- Sinyor Kartahena, sizin danışıqlarınızdan belə çıxır ki, 

araukanlara  bizim  qalib  gəlmək  ümidimiz  çox  azıdır?  - 

deyə  Flores  fəhimsizliklə  soruşdu  və  təəccüblə  qoca 

səyyaha  qeyri-müəyyən  nəzər  saldı.  -  Bilirsiniz,  mən  sizin 

sözlərinizə  inanmaq  istəyirəm,  ancaq  onların  bu  cür 

məğlubedilməz  olduqlarına  məndə  inamsızlıq  yaranır.  Siz 



                                                     

 

  



                                                                            

                                                    

141 

çox  gözəl  bilirsiniz  ki,  biz  hansı  qüvvə  ilə  ekspedisiyaya 



yollanırıq və bu qüvvəyə qarşı müqavimət göstərmək qeyri-

mümkündür.  Əgər,  siz  bir  mülahizə  yürüdürsünüzsə, 

deməli, siz hanısısa bir həqiqəti bizdən gizlədirsiniz? Ya da 

ki, sizdən artıq dərəcədə üzr istəyirəm, bu sözə görə, sadəcə 

olaraq, siz araukanlardan qorxursunuz. 

-  Rodriges  Kartahena  ömrü  boyu  heç  kimdən  qorx-

mayıb  və  bundan  sonra  da  qorxmayacaq.  -  Qoca  səyyah 

başını  dik  tutaraq  qürurla  dilləndi  və  həmsöhbətinə  nəzər 

salmadan  həmin  tərzdə  sözünə  davam  etdi.  -  O  ki,  qaldı 

hansısa  bir  həqiqətin  gizlədilməsi,  mən  bütün  həqiqəti  heç 

kimə olmasa da, yalnız sizə danışmışam. Yenə də deyirəm, 

kapitan  Xuan  məni  öz  məsləhətçisi  təyin  etməsə,  onda  bu 

ekspedisiya  açıqdan-açığa  məğlubiyyətə  düçar  olacaq. 

Araukanların bütün sirlərinə yalnız mən belədəm. 

 

 

 



 

XIII fəsil. Məhəbbət hissi ilə başını ağrıtmaq   

              istəməyən keçmiş yunqa 

 

Artıq  bir  neçə  gün  idi  ki,  Sebastyan  bacısının  xəstəli-

yinə  görə  Migelgilə  gələ  bilmirdi.  Məhz  buna  görə  də 



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə