  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə37/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   33   34   35   36   37   38   39   40   ...   154

                                                     

 

  



                                                                            

                                                    

146 

Migel  yunqa  olan  zaman  bir  dəfə  Florida  onun  yanına 



gəlib,  bir  söz  demədən  yanında  əyləşmişdi.  Belə  bir 

vəziyyətdə nə edəcəyini bilməyən yunqa utandığından qızın 

yanından  durub  gözlənilmədən  evi  tərk  etmişdi.  O  epizod 

tez-tez Migelin yadına düşür və etdiyi kobud hərəkətə görə 

heç vaxt özünü baqışlaya bilmirdi. İş ondadır ki, Floridanın 

həmin müəmmalı hərəkətindən sonra, cavan zadəganda ona 

qarşı  məhəbbət  hissi  yaranmağa  başlamışdı.  Florida  isə 

yunqanın  həmin  kobud  hərəkətindən  sonra  özünü  təhqir 

edilmiş kimi hesab  edərək, bir müddət tamamilə Migel ilə 

əlaqəni  kəsməli  oldu.  Fürsətdən  isqifadə  edən  Ameriqo 

üstünlüyü ələ alıb qız ilə əlaqə yaratmağa başladı. Ona görə 

ki,  Florida  həddindən  artıq  Ameriqonun  xoşuna  gəlirdi. 

Yalnız  Migelə  görə  ona  yaxınlaşmırdı.  Bilirdi  ki,  qızın 

yunqadan  xoşu  gəlir.  Florida  isə  yüksək  ehtirasa  və 

hissiyyata malik olan bir qız idi. Tez bir zamanda başqası-

nın  məngənəsinə  düşürdü.  Bütün  bunlara  baxmayaraq, 

Migel  Florida  ilə  heç  bir  yaxınlıq  etmək  istəmirdi.  Məhz 

buna  görə  də  qız  həmin  kəlməni  işlətməyə  məcbur  oldu: 

“Bu  cür  ekzotik  bitkilərin  arasında,  dostları  yada  salmağa 

vaxt olmaz”. 

Migelin də qəlbi kövrək idi, məhz buna görə də Florida 

ilə hər  bir  yaxınlıqdan  ehtiyat  edirdi. Elə bütün bunları  

nəzərə alan keçmiş yunqa qızın atdığı sözlərə heç bir təkzib  



                                                     

 

  



                                                                            

                                                    

147 

vermədi.  Ona  görə  ki,  özünü  Floridanın  qarşısında  istər-



istəməz müqəssir kimi hiss etdi. Migel heç bir söz demədən 

başını aşağı salıb hər iki bacını evə ötürdü. 

Migelgil  içəri  girəndə  babasıgil  ilə  qapının  ağzında 

rastlaşdı.  Rodriges  əli  ilə  Migelin  qarşısını  kəsib  təmkinlə 

dedi: 

- Hava yaxşı olduğuna görə biz bağa gedirik. 



Qızlar  qocaya  mərhəmətlə  təzim  edərək,  pəncərənin 

ağzındakı  divanda  əyləşdilər.  Migel  də  onlarla  üzbəüz 

əyləşib  qızlardan  bir  qulluq  soruşdu.  Floridanın  hərəkət-

lərindən hiss olunurdu ki, o, nədənsə, narazıdır. Onun yum-

ru  sifəti  gah  qızarır,  gah  da  ağarırdı.  Migel  dəqiq  anlaya 

bilmirdi qızı hansı hisslər narahat edir. Qiyabi olsa da, başa 

düşmək  olardı  ki,  Florida  nədənsə  Migeldən  narazıdır.  İki 

yaş  bacısından  böyük  olan  İlona,  zalın  divarlarındakı 

naxışlara  nəzər  sala-sala  Migelə  baxmadan  qeyri-müəyyən 

tərzdə dedi: 

-  Sinyor  Migel,  sizin  evinizə  heç  bir  söz  olmaz.  Bu  ev 

hətta Seviliyadakı evdən də böyük və gözəldir. 

-  Sinyorita,  bu  evin  sahibi  mən  yox,  babamdır.  -  deyə 

düzgün danışmağı xoşlayan Migel bikef halda dilləndi. 

-  Ancaq  siz  babanızın  varisi  sayılırsınız.  -  deyə  İlona 

giley-güzarla dilləndi.  - Heç kimə  sirr deyil ki, sizin baba-

nız, olan-qalan ömrünü sizə sərf edir. Deməli, siz babanızın  



                                                     

 

  



                                                                            

                                                    

148 

əvəzolunmaz varisi sayılırsınız. 



Migel  İlonanın  bu  cür  açıq  söhbətinə  mat  qalmışdır. 

Nəyə  görə,  qız  onunla  bu  tərzdə  danışırdı?  O,  da  İlonanı 

çoxdan tanıyırdı. Lakin onunla heç vaxt bu cür açıq söhbət 

etməmiş və həmişə onların arasında pərdə saxlanılmışdı. 

Mənim gözümdə az olsa da, var-dövlət yoxdur. - Migel  

tam  razı  halda  dillənərək,  kal-kal  gülümsədi  və  üzünü 

İlonaya tutub təbəssümlə sözünə davam etdi. - Ümumiyyət-

lə,  səyahətə  qurşanan  bir  adam  üçün  var-dövlət  nəyə 

lazımdır?  Onun  var-dövləti  naməlum  torpaqlar  və  oranı 

təmsil edən aborigenlərdir. 

-  Bunu  bilmək  heç  də  çətin  deyil.  -  deyə  Florida 

səmimiyyətlə  dilləndi  və  Migelə  müəmmalı  nəzər  salıb 

ehtiramla sözünə davam etdi. - Əlbəttə, siz də babanız kimi 

dəniz səyyahı olacaqsınız. Bütün Kartahena nəsli yalnız və 

yalnız səyahətlə məşğul olublar. 

-  Sinyor  Migel,  eşitdiyimə  görə,  siz  də  mənim  atamla 

bir  yerdə  Mərkəzi  Çiliyə  nəzərdə  tutulmuş  ekspedisiyada 

iştirak edəcəksiniz? - deyə İlona müəmmalı tərzdə soruşdu. 

- Düz eşitmisiniz. - Migel tərəddüd etmədən etiraf etdi. 

Onların  sorğu-sualları  getdikcə  uzanırdı.  Danışıqların-

dan elə çıxırdı ki, Migel özünün cavan canına yazığı gəlib 

bu  ekspedisiyadan  imtina  etməlidir.  Xüsusilə  bu  işdə 

Florida öz sirrini gizli saxlaya bilmədi. O, həddindən artıq,  



                                                     

 

  



                                                                            

                                                    

149 

Migelin Barselonada qalmasına canfəşanlıq göstərirdi. Hiss 



olunurdu  ki,  Florida  onu  əvvəlki  kimi  istəyir.  Birdən-birə 

İlona  bacısıgilə  bildirdi  ki,  anası  ilə  işi  olduğu  üçün  bağa 

getməlidir,  habluki  onun  anası  yorğun  halda  istirahət 

otağında idi. 

İlona  otağı  tərk  edən  kimi  Migel  ağır  xəyallara  daldı. 

Floridaya  nisbətən  İlonanın  xasiyyəti  çox-çox  dəyişmişdi. 

İlona elə uşaqlıqdan gülərüz və şən idi. İndi isə o, bacısını 

bilərəkdən  burada  tək  qoyub  getmişdir.  Cavanlar  qəlblə-

rində  olan  sirrlərini  bir-birlərinə  söyləsinlər  deyə,  İlona 

onlara  şərait  yaratmışdı.  Düzdür,  Migel  qızı  istəməyinə-

istəyirdi,  amma  heç  vaxt  onu  sevməmişdir.  İndi  də 

həyatının ağır imtahan qarşısında olduğu bir zaman, hansısa 

bir  qızı  sevmək  üçün  onun  ürəyində  elə  bir  hissiyyat  yox 

idi.  Daha  doğrusu  o,  uzun  müddətli  səyahətə  yollandığın-

dan  kimi  isə  bədbəxt  etmək  istəmirdi.  Florida  sadəcə 

olaraq, Migelin xoşuna gəlirdi. 

İlona  gedən  kimi  içəriyə  dərin  süküt  çökdü.  Nə  Migel 

danışır,  nə  də  ki,  Florida.  Hərdənbir  onlar  bir-birlərinə 

oğrun  nəzər  yetirirdilər.  Elə  bir  vəziyyət  yaranmışdı  ki, 

şəxsən  Migel  bilmirdi  nədən  söhbət  açsın.  Ancaq  bənizin-

dən hiss olunurdu ki, o, danışmaq istəyir, lakin ağzı açılmır 

və  qızı  da  susmağa  məcbur  edirdi.  Axırda  oğlan  tab 

gətirmədi və heç  bir söz  demədən pəncərəyə tərəf getdi.  



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə